Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2625/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)nin xeyrinə 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə banka 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 400 ABŞ dolları dəbbə pulu olaqla, ümumilikdə cəmi 6644,14 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 19,60 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alıaraq iddiaçının xeyrinə tutulması, iddia tələbi üzrə tutmanın Cavabdeh məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, Cavabdeh məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC (əvvəlki adı- "xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin xeyrinə 26 oktyabr 2015ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə banka 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4018,04 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə cəmi 10462,18 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0- 1183-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh Nikoyl İKB ASC-nin «6 saylı» filialından illik 22,5 faizlə 24 ay müddətinə 6200 ABŞ dolları məbləğində kredit götürmüş və iddiaçı bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0- 1183-15 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 12400 ABŞ dolları məbləğində qiymətləndirilmiş cavabdeh mülkiyyət hüququ ilə məxsus olan 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli” nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 234 ABŞ dolları, ümumilikdə 7776 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli” nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və öz öhdəliklərini yerinə yetirməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, çörək bişirmə sexində işləyirdi. Həmin sexin müdirinə işlə əlaqədar maşın lazım olmuşdur. Müdirinin adına kredit olduğuna görə maşın üçün kredit götürə bilməyəcəyini ona bildirmişdir. Bu səbəbdən müdiri sexə lazım olan maşına görə onun adına kredit götürməsini xahiş etmişdir. O da öz adına kredit götürmüşdür. Maşını aldığı adam onun qonşusu idi və maşın qonşusunun adına olmuşdur, lakin indi o, qonşusunu tapa bilmir. Daha sonra müdiri həmin maşını başqa adama satmışdır. O, maşını axtarmaq üçün Salyana getmişdir. Orada həmin şəxsin həbsdə olduğu məlum olmuş, qardaşı isə maşının artıq mövcud olmadığını bildirmişdir. Hal-hazırda maşının kimə satılması və harada olması barədə heç bir məlumatı yoxdur. O, hazırda maşını tapıb satmaq istəyir, hərracda maşının ucuz satılmasına razı deyildir. O, iddiaçı bank təşkilatı qarşısında götürdüyü öhdəliklərinin icrasını üzürlü səbəbdən icra edə bilməmişdir. İddia müddətinin tətbiqinə dair onun tərəfindən ərizə verilsə də, məhkəmə bunu nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 19 aprel 2021-ci il tarixli 2(012)-1413/2021 saylı qətnaməsinin ləğv olunması və təqdim olunmuş sübutlar əsasında yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi N.İ.Tağıyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit və ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" İKB ASC Cavabdeh illik 22,5 faiz dərəcəsi ilə 24 ay müddətinə 6200 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsinin müddəti isə 26 oktyabr 2017-ci il tarixdə bitmişdir. İşə əlavə olan 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 12400 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşə əlavə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin sahibi Cavabdehdir. İş materiallarında olan 15 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4018,04 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə cəmi 10462,18 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 4018,04 ABŞ dolları məbləğində cərimə pulu cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 200 ABŞ dolları məbləğində olmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməməsinin ərizənin nəzərə almaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbul edilməməlidir. İşdə olan 23 aprel 2019-cu il tarixli 2(012)-1203/2019 saylı Abşeron Rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" İKB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir və tələflər məhkəmə iclasına gəlmədiyi üçün ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası iclası zamanı iddiaçının nümayəndəsi N.İ.Tagıyev bildirmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü üçün hazırkı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yarandıgından, Cavabdeh yeni müqaviləvi bağlanması təklif edilməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin restruktizasiya edilməsinə razı olmamışdır. Bunu nəzərə alıb, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bundan əlavə olaraq, məhkəmə kollegiyası iclası zamanı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə bağladıgı andan heç bir ödəniş etməmişdir, odur ki, cavabdehin məbləğin şişirdilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 19 aprel 2021-ci il tarixli 2(012)-1413/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2625/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2625/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver