Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-267/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı2, onun nümayəndəsi X2, nümayəndəsi və vəkili X7, Cavabdeh2 nümayəndəsi və vəkili X10, cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakda payların müəyyən edilməsi və paylara uyğun reyestrdən çıxarışın verilməsi, birgə nikah dövründə əldə edilmiş daşınar əmlakların və qızılzinyət əşyalarının bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-5682/2019 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-5682/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzili üzərində birgə əmlak payının (1/2 hissə Cavabdeh2, 1/2 hissə İddiaçı2) müəyyən edilməsi, İddiaçı2 övladları xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X18 ilə birlikdə həmin mənzilə köçürülmələri, Cavabdeh2 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, 560 manat dəyərində “Beko” markalı televizor və birinin dəyəri 250 manat olan 2 ədəd çarpayının alınaraq İddiaçı2 verilməsi, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq İddiaçı2 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim C.Məmmədov). Bu qətnamə ilə razılaşmayan İddiaçı2 Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-5682/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tamamilə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 da qətnamədən apelyasiya şikayəti vermiş, onun Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinə dair hissədə ləğv edilməsi və bu hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinin birgə nikah zamanı əldə edilməsini nəzərə alıb onun və uşaqlarının payının 4/3 hissədə, cavabdehin paynıın 1/4 hissədə olmaqla müəyyən edilməsi və bu barədə reyestrdən çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Əraziİdarəsinə həvalə edilməsi, iddia ərizəsində 1-10-cu sırada sadalanan birgə nikah dövründə alınmış əmlakların onun və uşaqların payı nəzərə alınmaqla bölünərək və cavabdehdən alınaraq istifadəsinə verilməsi, iddia ərizəsində 11-15-ci sırada sadalanan birgə nikah dövründə alınmış və istifadəsində olmuş qızıl-zinət əşyalarının, eyni zamanda ona nişan-toy mərasimində hədiyyə edilmiş qızıl nişan üzüyünün cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı2 iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh2 adına əldə olunmuş Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzili və Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilinin birgə nikah müddətində cavabdehlə əldə etdikləri əmlak sayılması və bu əmlakların üzərində ümumi birgə mülkiyyət hüququnun tanınması, uşaqların mənafeyi nəzərə alınmaqla mənzilin bölgüsünü həyata keçirərək bu mənzillərin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Cavabdeh2 xüsusi mülkiyyət hüquqlarının tanınması, onu iki yetkinlik yaşına çatmayan uşağıyla birlikdə Sumqayıt şəhəri 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinə köçürülməsi, həmçinin nikah müddətində ümumi gəlirlərləri hesabına əldə olunmuş əmlkların bölgüsünü naturada həyata keçirərək, 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, 560 manat dəyərində “Beko” markalı televizorun onun, 560 manat dəyərində “Speys” kanalı tərəfindən hədiyyə edilmiş “Beko” markalı televizor, 600 manat dəyərində “BOSCH firmasının istehsalı paltaryuyan maşın, 1200 manat dəyərində “Maqnit” mağazasından alınmış yataq mebeli, 800 manat dəyərində “Samsung” markalı soyuducunun isə Cavabdeh2 mülkiyyətinə verilməsi, Cavabdeh2 onun mülkiyyətimə verilən yuxarıda qeyd olunan əmlakların, habelə 900 manat dəyərində əyarı 750 olan İtalyan istehsalı sırğa-üzük, 1100 manat dəyərində əyarı 750 olanq qızıl qolbağ, 1000 manat dəyərində əyarı 750 olan “Qrazella” qızıl zəncir və kulonu, 170 manat dəyərində əyarı 583 olan bir cüt qızıl sırğa və cavabdehin nişantoy mərasimində hədiyyə etdiyi 250 manat dəyərində bir ədəd qızıl nişan üzüyünün və ya onların dəyəri olan 6078 manat pulun, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı2 iddia ərizəsinə yenidən dəqiqləşdirmə verərək, Cavabdeh2 adına əldə olunmuş Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzili və Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilinin birgə nikah müddətində əldə edilməsini nəzərə alaraq əmlaklar üzrərində birgə mülkiyyət hüququnun tanınması və uşaqların mənafeyi nəzərə alınmaqla mənzillərin 2/3 hissəsində onun, 1/3 hissəsinə isə Cavabdeh2 paylarının müəyyən edilməsi, onu iki yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Sumqayıt şəhəri 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinə köçürülməsi, Cavabdeh2 ilə atası X19 arasında Sumqayıt şəhəri 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin və onun əsasında X8 adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi, həmçinin nikah müddətində ümumi gəlirlərləri hesabına əldə olunmuş əmlkların bölgüsünü naturada həyata keçirərək, 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, 560 manat dəyərində “Beko” markalı televizor, biri 250 manat olmaqla iki ədəd uşaq çarpayısı, 600 manat dəyərində olan “HP” markalı kompüter, 530 manat dəyərində olan planşetin onun mülkiyyətinə verilməsi, Cavabdeh2 onun mülkiyyətinə verilən yuxarıda qeyd olunan əmlakların, habelə 900 manat dəyərində əyarı 750 olan İtalyan istehsalı sırğa-üzük, 1100 manat dəyərində əyarı 750 olan qızıl qolbağ, 1.000 manat dəyərində əyarı 750 olan “Qrazella” qızıl zəncir və kulonu, 170 manat dəyərində əyarı 583 olan bir cüt qızıl sırğa və cavabdehin nişan-toy mərasimində hədiyyə etdiyi 250 manat dəyərində bir ədəd qızıl nişan üzüyünün və ya onların dəyəri olan 7.708 manat pulun, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə məhkəmədən çıxarılmasını xahiş etmişdir. İddiaçı2 tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2006-cı il tarixdə el adəti toy edib, ailə qurmuşlar. Toy günü cavabdehin valideynlərinə məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı evin 3 otaqlı 14 saylı mənzilinə gəlin köçürülmüşdür. xx.xx.2007-ci il tarixdə qızları Fatimə və xx.xx.2009-cu il tarixdə oğulları Hüseyn anadan olmuşdur. xx.xx.2009-cu ildə nikahlarını rəsmişdirmişlər. Valideylərinin ona hədiyyə etdiyi yataq mebeli və digər cehiz əşyaları toydan əvvəl həmin mənzilə yerləşdirilmışdır. Cavabdehin valideynləri elçilik zamanı toydan sonra, onların Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı evin 3 otaqlı 14 saylı mənzilində yaşayacaqlarını, Faiqin onların kiçik oğlu olduğuna görə evin də onun ailəsinin olduğunu bildirmələrinə baxmayaraq, sözlərinin üstündə dayanmayıb onları aldatmışlar və həmin mənzili ortancıl oğulları Natiq Məmişova vermişlər. 2006-cı ilin sentyabr ayında, cavabdehin valideynləri onları Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki tam təmirsiz, yaşayış üçün heç bir şəraiti olmayan sənədsiz evə köçürtmüşlər. Valideynlərinin ona hədiyyə etdiyi yataq və qonaq mebelini, habelə “Çinar“ markalı soyuducunu həmin həmin evin iki otağında yerləşdirmişlər. Qaz çəkilmədiyinə görə otaqları odun peçi ilə qızdırırlarmış, bu səbəbdən yuxarı otaqlara köçməmişlər, zirzəmi otaqda yaşamağa davam etmişlər. Ailə qurduqları vaxtdan hazıradək cavabdeh bərbər işləyir. O isə ali məktəbi bitirdiyi 2000-ci ildən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən əqli zəif uşaqlar üçün nəzərdə tutulan “İnteqrasiya təlimli internat tipli” qimnaziyada loqoped-müəllim işləyir. Evləndikləri gündən ailə münasibətlərinin pozulduğu 2019-cu ilin fevral ayına kimi aldığı əmək haqqını ərinə vermişdir. Köçdüyü gündən hər ikisi evlərini təmir etdirməyi düşünmüşlər. 3 il müddətində şəraitsiz vəziyyətdə yaşadıqdan sonra, 2009-cu ilin sentyabr ayında əri ilə birlikdə zirzəmi otaqlara bitişik hamam, tualet və mətbəx, onların üstündə uzunluğu 9 metr eni 3 metr olan aynabənd və bir otaq tikmişlər. Bu işlərin görülməsi üçün 987 manat oğlunun analıq məzuniyyəti pulunu əri Faiqə vermişdir. Təmir işlərini isə atası görmüşdür. Yaşadıqları otağa kreditlə götürdükləri 1200 manat pul ilə yeni yataq mebeli almışlar. Daha sonra, divarlarda iri çatlar əmələ gəldiyinə görə bu evdə yaşamaq təhlükəli olmuşdur. 2013-cü ildə artıq həmin evdə yaşamaq mümkün olmadığını görüb əriylə birlikdə torpaq sahəsinin o biri hissəsində şəraitli ev tikmək qərarına gəlmişlər. Həmin vaxtlar həyat yoldaşı qaynıyla birlikdə avtomobil alveri ilə məşğul olmuşdur. Artıq ailə büdcələri yeni evin tikintisinə imkan verirdi. Elə həmin 2013-cü ilin dekabr ayında əriylə birlikdə 1 mərtəbəli, kürsülü, 4 otaqlı ev tikməyə başlamışlar və 2014-cü ilin yayında tikinti tam başa çatmışdır. Evi yüksək zövqlə, keyfiyyətli təmir etdirmişlər. 2014-cü ilin fevral ayının 12-də oğlunun “kiçik” toyunda iştirak edən müəllim yoldaşları ona verdiyi 2380 manat və 250 dollar pulu evin tikintisinə sərf etmişlər. xx.xx.2014-cü ildə “xxxxxxxxxx” ASC-dən kredit götürdükləri 2000 manat pulla otaqların qapı və pəncərələrini qoydurmuşlar. “xxxxxxxxxxx” ASCdən xx.xx.2015-ci ildə götürdükləri 1500 manat kredit pulla mətbəx mebeli yığdırmışlar. Müəllim yodaşlarıyla oynadığı lotoreyadan götürdüyü 800 manat pulu cavabdehə vermişdir. Kreditlə öz adına “Soliton” mağazasından televizor və soyuducu almışdır. Bununla yanaşı, uşaqları üçün hər biri 250 manat dəyəridə iki çarpayı almışdır. Evin bütün otaqlarına kombi-istilik sistemi quraşdırılmış, mətbəx, hamam və tualetə isə isti döşəmə çəkilmişdir. 2014-cü ilin yayın axırında tam təmirli vəziyyətdə, əla şəraitə malik olan evə əri və iki uşağıyla birlikdə köçüb yaşamağa başlamışdır. Cavabdehin valideynləri isə əvvəlki evdə yaşamaqda davam etmişlər. 2016-cı ilin sentyabr ayında zirzəmili, divarları çat verən ev 30.000 manata satılmışdır. Həmin pulun 20.000 manatını onlar götürmüşlər, 10.000 manatını isə yoldaşının məsləhəti ilə Natiq Məmişova vermişlər. O, həyat yoldaşına əllərində olan pulun üstünü düzəldib Sumqayıt şəhərində bina evi almağı təklif etmişdir. Əri onunlıa razılaşıb ev axtarmağa başlamışdır. Bir müddət sonra, Sumqayıt şəhəri 48-ci məhəllədə 43.000 manata 3 otaqlı ev tapdığını, həmin evin valideynləri ilə bir mərtəbədə olmasını bildirmişdir. Mənzili almaq üçün qızıl-zinət əşyalarını 5100 manata satmışdır. Əri isə birgə nikah dövründə aldıqları “OPEL” markalı avtomobili 7000 manata satmışdır. Daha sonra o, atasından 2500 manat borc pul almışdır. 2016-cı ilin noyabr ayında, ərinin adına 43.000 manata tam təmirsiz vəziyyətdə həmin evi almışlar və 2017-ci ilin may ayına kimi orada təmir işləri aparılmışdır. Bu mənzili də birgə qazancları ilə yüksək zövqlə təmir etmişlər. İş yoldaşlarıyla oynadığı lotereyadan götürdüyü 1000 manat pul ilə otaqların qapılarını almışlar. Evə paltaryuyan, soyuducu və digər zəruri məişət əşyaları alıb qoymuşlar. Mənzilin təmirinə ümumi 18.000 manat pul xərcləmişlər. 2017-ci ilin may ayında təmiri başa çatdırdıqdan sonra, bu mənzili kirayə vermişlər. 2017-ci ilin noyabr ayında kirayədə yaşayanlar çıxdıqdan sonra, cavabdeh və iki uşağıyla birlikdə mənzillərinə köçüb yaşamışlar. Yaşıldərədəki evlərində də ərinin valideynləri yaşamaqda davam etmişlər. Cavabdehin atası özünə maşın aldırmaq üçün 2018-ci ilin aprel ayında, ərini həmin mənzili satmağa məcbur etmişdir. Ev 65.000 manata satıldıqdan sonra, cavabdeh atasına 14.000 manata “Nissan X- TRAİL” markalı avtomobil, gələcəkdə oğullarına vermək üçün 42.000 manata isə Sumqayıt şəhəri, 42-ci məhəllədə 13 saylı evin 2 otaqlı 3 saylı mənzilini almışdır. Bu mənzili də yüksək səviyyədə təmir edib kirayə vermişlər. Həmin mənzil əriylə onun birgə əmlakları olduğunu bildiyinə və onun uşaqlarına qalmasını istədiyinə görə sonradan qaynatası mənzili ərinə bağışlamışdır. Mənzil ərinə bağışlandıqdan sonra, məzilin ilk öncə qaynatasının adına alındığını bilmişdir. Yaşıldərədəki ev satıldıqdan sonra, cavabdehin valideynləri köçüb yenə də onlarla birlikdə yaşamışlar. Qayınatası yenə də ailə işlərinə qarışmış, yanından keçib ona yersiz söz atmağa başlamışdır. Atası cavabdehi ona qarşı öyrədir, onun atası barədə xoşagəlməz sözlər deyir, ailə münasibətlərini var gücü ilə pozmağa çalışır. Hətta onu ərinə döydürmüşdür. Qayınatası oğlundan yaşadıqları evi satıb ona və iki uşağına bir otaq, özünə isə iki otaq verməsini tələb edir. Əri ona “ay ata gəl sənə başqa yerdə 3 otaqlı mənzil alaq, orada anamla birlikdə yaşa” deməsinə baxmayaraq, qayınatası təkidlə evin satılmasını tələb edir. 2019-cu ilin fevral ayının 26-da yenə də mənzilin satılması barədə müzkirə olduqda, o, evin satılmasına razı olmadığını bildirmişdir. Həmin mübahisə zamanı evdə dava-dalaş yarandığından, qaynatasının hərəkətlərinə dözə bilmədiyindən, sözləri uşaqlarının tərbiyəsinə mənfi təsir göstərdiyinə görə yaşadıqları evdən iki uşağıyla çıxmaq məcburiyyətində qalmışdır. Bu əvvəlcədən düşünülmədiyindən evdən çıxarkən özü ilə heç bir əmlak apara bilməmişdir. Hətta yoldaşının sonradan ona alıb hədiyyə etdiyi qızıl zinət əşyaları, özünün və uşaqların geyimləri və digər şəxsi əşyaları bu mənzildə qalmışdır. Belə ki, atası onlarla eyni binada yaşayır və yaşadığı mənzil onlarla qonşudur. Mənzili tərk edərkən atası da istər-istəməz buna şahid olmuşdur. Daha sonra, özünün və uşaqlarının əşyalarının bir hissəsini (uşaqların və özünün geyim əşyalarını, uşaqların məktəb formalarını, çantalarını, kitablarını və digər məktəb ləvazimatlarını) qayınatasının, qayınanasının və həyat yoldaşının iştirakı ilə götürmüşdür. Cavabdeh atasının sözlərinə qulaq asaraq mənzilin satılmasında israrlı olduğundan, buna onu məcbur etdiyindən, evdə dava-dalaş saldığından, buna narazı olmağına baxmayaraq, onu saymayaraq evi satmaq üçün mənzilə müştəri gətirdiyindən, uşaqlarımın gələcəyini düşünərək, eyni zamanda mənzilin satılmasının başqa yolla qarşısını ala bilmədiyindən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, əri ilə birgə nikah dövründə ümumi gəlirləri və əməyi hesabına iki mənzil əldə etmişdir. Cavabdehlə birgə yaşadığı müddətdə aşağıda adlarını qeyd etdiyi əmlaklar alınmışdır: ”Optimal” mağazadan aldığı 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, kreditlə alınmış, kredit xətti ilə cavabdehin adına sənədləşdirilmiş, lakin kredit ödənişləri aldığı əmək haqqı hesabına hər ay vaxtında ödənilmişdir. “Soliton” mağazasından “Beko” markalı televizor, 560 manata kredit xətti ilə alınmış, kredit sənədləşləşməsi onun adına rəsmiləşmiş və onun tərəfindən aylıq ödəniş edilməklə bağlanmışdır. “Soliton” mağazasından televizor alarkən verdikləri lotoreya əsasında eyni markalı və eyni qiymətə ikinci televizor onun tərəfindən “Space” kanalında udulmuş və ona hədiyyə olaraq təqdim edilmişdir, onu da 560 manat məbləğində qiymətləndirir. Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən “Maqnit” mağazasından “xxxxxxxxxxxx” QSC-də açılmış kredit xətti ilə 1.200 manata yataq mebeli (şofoner, taxt, tirmo, iki tumba) almıçlar. 2010-cu ilin mart ayında “Optimal” mağazasından 1 ədəd “BOSCH” firmasına məxsus paltaryuyan 600 manata kredit xətti ilə almışlar, kredit sənədləşməsi ərinin adına olmuş və onun tərəfindən ödənilmişdir, paltaryuyan hazırda ərinin adına olan 42-ci məhəllədə yerləşən mənzildə yerləşir. 2014-cü ilə qədər “Samsung” markalı soyuducunu 800 manata almışlar, hazırda ərinin adına olan 42-ci məhəllədə yerləşən mənzildə yerləşir. “Ankara” mebel mağazasından biri 250 manata olmaqla iki uşaq çarpayısı, 500 manat lotoreya puluna onun tərəfindən nağd ödəniş edilməklə alınmışdır. “HP” markalı kompyuter 600 manatlotoreya oynayıb nağd ödəniş etməklə uşaqların onlayn kitabxanadan istifadə etməsi üçün zəruri elektron vəsait kimi almışdır və mənzili tərk edərkən, cavabdehdə qalmışdır. “Kontakt Home” mağazasından “Samsung” markalı planşeti, 530 manat kredit xətti ilə öz adına almışdır və bu günə qədər ödəniş edir, qızı Fatimənin rəssamlıq işinə görə alınmışdır. Eyni zamanda aşağıda adları qeyd olunan qızıl-zinət əşyaları birgə nikah dövründə ona nişan-toy mərasimində hədiyyə edilmiş və yaşadığı mənzil alınarkən satılmış qızıl-zinət əşyalarının əvəzində əri tərəfindən ona hədiyyə edilmişdir: İtalyan istehsalı qızıl sırğa-üzük, əyarı 750, qiyməti 900 manat, qızıl qolbağ “Qrazella” əyarı 750, qiyməti 1100 manat, qızıl zəncir və kulon “Qrazella” əyarı 750, qiyməti 1000 manat, bir cüt qızıl sırğa, əyarı 583, qiyməti 170 manat və bir ədəd qızıl nişan üzüyü 250 manat dəyərində nişan toy mərasimində hədiyyə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuzdur. Cavabdeh2 xx xxxxxx 2019-cu ildə onu evdən çıxmağa məcbur etdikdən sonra, əmlak üzərində hüququnu pozmaq məqsədilə və uşaqların mənafeyinə zidd olaraq birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilini, tələm-tələsik 8 gün ərzində notariat kontorunda atasına bağışlamış, xx xxxx 2019-cu ildə öz adına çıxarış almışdır. Bu fakt ona sonradan-xx xxxx 2019-cu ildə məlum olmuşdur. Həmin mənzilin Yaşıldərədəki evin satışından əldə edilən pul ilə alınması barədə dəlili məhkəməyə dəvət edilən şahidlər də tədiq etmişlər. Mənzilin satılması ilə razılaşmadığı üçün elə işlərdə mahir olan qaynatası plan qurub ərinin adından mənzili çıxarmışdır. Cavabdeh ilə atası arasında mənzilə dair bağlanmış alqısatqı müqaviləsi uydurma əqddir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, daşınmaz əmlakın dövlət reyedtrində xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzili 36.000 manata alınmışdır. Həmin mənzilin alınmasında atasının sənədsiz evinin satışından əldə olunan 30.000 manat puldan istifadə olunmuşdur. O, həmin evə gəlin köçüüb 10 il yaşadıqdan sonra o, ev satılmışdır. Həmin vaxt evin dəyəri 30.000 manata olmuşdur. O, özü də işləyir və yetərincə pul qazanır. Bu əmlakın alınmasına vəsait xərcləməyə maddi imkanı olmuşdur. Ancaq keçmiş qaynatası təqaüdçüdür, təqaüdlə isə bu cür ev alınması mümkün deyildir. Məhkəmə Saleh Məmişovun adına reyestrdən çıxarışın verilməsinə qədər tərəflərin hansı hüquq münasibətlərində olmasını, həyət evlərinin satılması və mənzillərin alınması vaxtını, tərəflərin mülkiyyətində olan əmlakların sayı və dəyərini, onların yaşını, bu əmlakları almaq imkanına malik olmalarını, əmlaklara ödənilmiş vəsaitin mənbələrini, tələbin əsaslarını təsdiq edən şahid ifadələrini, cavabdehlərin etirazlarını təsdiq edən sübutları təqdim etməməsini nəzərə almadan, həmçinin işin faktiki hallarına qiymət və təqdim etdiyi sübutları təkzib etmədən, məhkəmə sübutetməsini həyata keçirmədən yalnız mənzilin hüquq müəyyən edici sənədinə uyğun hüquq norması seçmiş və mübahisəni səhv həll etmişdir. X37 adına incəsənət məktəbində oxuyur. Onun rəssamlıq işinə görə müəlliminin məsləhəti ilə “Kontakt Home” mağazasından 530 manat dəyərində kreditlə öz adına “Samsung” markalı planşet almışdır və bu günə qədər kredit ödənişi edir. Mənzili tərk etdiyi günə kimi bu planşet qızının istifadəsində olmuşdur, həmin planşet mübahisəli mənzildə qalmışdır. 600 manat dəyərində heç istifadə olunmayan “HP” markalı kompüteri də iş yoldaşlarıyla lotoreya oynayıb nağd ödəniş etməklə uşaqların onlayn kitabxanadan istifadə etməsi üçün almışdır və bu əmlak da mənzili tərk edərkən evdə qalmışdır. 530 manat dəyərində planşet və 600 manat dəyərində “HP” markalı kompyuter uşaqların tələbatını ödəmək məqsədilə alındığı üçün tərəflər arasında bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Uşaqların istifadəsi üçün alınan əşyaların qaytarılması barədə iddianı məhkəmənin təmin etməməsi anlaşılan deyildir. Cavabdehlə 2016-cı ilin sentyabr ayında, zirzəmili, divarı çat verən evi satdıqdan sonra toyda alınmış nişan üzüyündən başqa ona alınmış bütün qızıl əşyalarını 5100 manata satıb Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilini almışlar. Bundan sonra, cavabdeh ona iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarını almışdır. Məhkəməyə təqdim etdiyi fotoşəkillərə baxarkən toy zamanı və sonradan alınmış qızıl əşyalarının bir-birindən kəskin fərqləndiyi aydın görünür. 2019-cu ilin fevral ayının 26-da əri və qayınatası birgə nikah dövründə alınaraq yaşadıqları mənzilin satılmasına razılıq verməyini tələb etdilər. Onun satılmasına razı olmadığını bildirmişdir və mübahisə yaranmış, evi uşaqlarla birlikdə tərk etmişdir. Bu, əvvəlcədən düşünülmədiyindən evdən çıxarkən heç bir əmlak apara bilməmiçdir. Dava-dalaş düşdüyünə görə uşaqlarıyla birlikdə mənzildən çıxıb bir mərtəbədə yerləşən valideynlərinin mənzilinə keçmişlər. Cavabdehin ona qızıl əşyaları alması və həmin əşyaların onda qalması barədə məhkəmədə verdiyi izahatı məhkəmə iclasında dindirilmiş şahidlər də təsdiq etmişlər. Göründüyü kimi, cavabdeh qızıl-zinət əşyalarını ona hədiyyə kimi almış və həmin əşyalar mübahisədən sonra onda qalmışdır. Ona görə də qızıl-zinət əşyalarının onda olmaması barədə əsaslı dəlil təqdim etməməyi barədə məhkəmənin iş üzrə gəldiyi nəticəsi düzgün deyil, heç bir sübutla öz təsdiqini tapmır, əksinə məhkəmənin subyektiv mülahizəsinə əsaslanır. Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinin alınması üçün cavabdehlə birlikdə zirzəmili olan sənədsiz evi, birgə nikah dövründə cavabdehin adına alınmış avtomobili, toy zamanı ona hədiyyə verilmiş qızıl-zinət əşyalarını satıb atasından borc aldığı 2500 manat və yığdıqları digər pulu onun üstünə qoyub bu mənzili almışlar. Ona görə də cavabdehin adına alınmış mənzilin onun atasının vəsaiti ilə alınması barədə dəlil doğru deyildir və işdəki sənədlərlə, habelə işin faktiki halları ilə təkzib olunur. Məhkəmə bütün bu halları kifayət qədər araşdırmamış, mübahisəni həll edərkən bir sıra qanun pozuntusu törətmişdir. Buna görə də qətnamə ləğv olunmalı, iddia tamamilə təmin edilməlidir. Cavabdeh2 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə mənzilə dair hissədə əsassızdır. ünvan 1 ünvanda yerləşən 31 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil birgə nikah dövründə alınsa da, ümumi birgə gəlirlər hesabına alınmamışdır. Belə ki, sözügedən mənzil onun adına rəsmişləşdirilsə də, atasının maliyyə vəsaiti hesabına alınmışdır. Atası özünə məxsus Sumqayıt şəhəri, 48ci məhəllə, 1 saylı evin 14 saylı mənzilini iddiaçının iddia ərizəsində göstərdiyi 30000 manata satmış, atasına məxsus sənədsiz fərdi yaşayış evinin satışından əldə etdiyi vəsait hesabına və qardaşından aldığı 10000 manat borc hesabına həmin mənzil alınmışdır. Sonradan qardaşından aldığı borcu da atası özünə məxsus başqa sənədsiz fərdi yaşayış evini satdıqdan sonra qardaşına qaytarmışdır. Göründüyü kimi mənzilin alınması üçün sərf olunan vəsait iddiaçının iddia etdiyi kimi onların birgə gəlirləri ilə deyil, atasının vəsaiti ilə əldə edilmişdir. İddiaçı özü də iddia ərizəsində atasının öz evini 30 min manata satmasını və guya həmin məbləğdən 20 min manatını hazırki mübahisəli evin alınmasına sərf etdiyini, 10 min manatını isə, guya qardaşına verdiyini qeyd etmişdir. Əslində isə, həqiqət ondan ibarətdir ki, atasının evi 30 min manata satılıb və həmin mənzilin alınmasına sərf olunub. Qardaşının borc olaraq verdiyi 10 mini isə, atası başqa bir sənədsiz evini satdıqda ona qaytarıbdır. İddiaçı mənzilin alınması üçün atasının verdiyi pulun üstünü düzəltdiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə heç bir sübut tələb etmədən, tamamilə qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmış, belə hesab etmişdir ki, mənzil birgə nikah dövründə birgə vəsait hesabına alınmışdır, halbuki, MPM-nin 77-ci maddəsinin tələblərinə görə sübut etmə yükü birinci növbədə iddiaçının üzərinə düşür. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinə dair hissədə ləğv edilməsi və bu hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı2, onun nümayəndəsi X5 və iddiaçının nümayəndəsi və vəkili X20 iddiaçının apelyasiya şikayətində yazılanları təsdiq edərək onun təmin edilməsini xahiş etdilər. Onlar qarşı tərəfin apelyasiya şikayəti ilə razılaşmadılar. Cavabdeh2 nümayəndəsi və vəkili X24, cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi X19 cavabdehin apelyasiya şikayətini müdafiə etdilər və onun təmin olunmasını xahiş etdilər. Onlar qarşı tərəfin apelyasiya şikayətinə etiraz etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 saylı X25 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə mübahisə predeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İ 529369 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı2 xx xxxxxxxx 2009-cu il tarixdə nikaha girmişlər. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə X14 və xx.xx.2009-cu ildə X18 adlı övladları doğulmuşdur. Yenə işdə olan İddiaçı2 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 126GTQM153270001 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC İddiaçı2 12 ay müddətinə, 1500 manat məbləğində pul vəsaitini illik 27,02 % ödəmək şərtilə vermiş, borclu faizi ilə birlikdə vaxtında qaytarmaqla öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı2 ilə X21 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, S18K ******* saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ümumi dəyəri 560 manat olan TV “Beko” ** LB ***3 markalı televizor almışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, xx xxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 3 saylı mənzilinin mülkiyyətçisi X11r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə işdə olan AN-İ 0590853saylı, 17 noyabr2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X17 şəhəri, 48-ci məhəllədə yerləşən 2 saylı evin 31 saylı mənzilini Cavabdeh2 40.000 manata satmışdır. Yenə də işdə olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, xx xxxxxx 2016-cı il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 2 saylı evin 31 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2dur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş X8 əlyazmasından görünür ki, o, özünə məxsus olan torpaq sahəsini və onun işindəki 2 mərtəbəli evi 30.000 manata X1. Yenə işə əlavə olunmuş Sumqayır Şəhər Məhkəməsinin 2(060)-7318/2019 saylı, xx xxxxxx 2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh2 və İddiaçı2 müştərək qaydada 20015 manat pulun tutularaq X12 verilməsi qət olunmuşdur. İşdə olan DSMF-nin Sumqayıt şəhər Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X19 yaşa görə xx.xx.1995-ci il tarixdən 217,63 manat pensiya alır. Yenə işdə olan DƏDRX-nin 2 saylı X13 xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerəşən 3 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 6/3M-870 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X6 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. X6 İdarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-882 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil X8 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-1876 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-333 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında mənzil X8 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İşə əlavə edilmiş Sumqayıt Bələdiyyəsinin vergi gəbzlərinin surətlərindən görünür ki, X16 istifadəsində olan torpaq sahəsi üçün mütamadi olaraq vergi ödəmələri etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər xx xxxx 2005-ci ildə faktiki, xx xxxxxxxx 2009-cu il tarixdə isə rəsmi nikah daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx xxx 2007-ci ildə Fatimə və xx xxxxxx 2009-cu ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Tərəflər birgə nikahları dövründə hazırda mübahisə predmetinə çevilmiş daha öncə qeyd olunan bir sıra əmlaklar əldə etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir. Bu Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Qeyd edilən Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yenə həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır Eyni məna yükü daşıyan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, əmlakın birgə mülkiyyət sayılması üçün onun nikah zamanı birgə gəlirlər hesabına əldə olunması mütləqdir. İş materiallarından görünür ki, ünvan 1-də yerləşən 31 nömrəli mənzili tərəflərin birgə nikahı zamanı, onların birgə vəsaiti hesabına əldə edilmişdir və bu əmlak üzərində tərəflərin bərabər payları müəyyən edilməlidir. Digər mənzilə gəldikdə isə, işdə olan hüquq müəyyənedici sənədlərdən görünür ki, Sumqayıt şəhəri 42-ci məhəllə 13 saylı evin 3 saylı mənzili xx xxx 2018-ci il tarixdə X19 tərəfindən 39000 manata X3 alınmışdır. Bu vəsaitin İddiaçı2 ilə Cavabdeh2 birgə gəlirlər hesabına əldə edilmiş olması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Əksinə, iş materiallarından, habelə tərəflərin izahatlarından görünür ki, bu vəsaitin əksər hissəsini S.Məmişova məxsus torpaq sahəsi və orada yerləşən tikilinin satılmasından əldə edilmiş vəsait təşkil etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Qeyd olunduğu kimi, ünvan 1-də yerləşən 31 nömrəli mənzili tərəflərin birgə nikahda olduqları zaman əldə edilmiş hesab edildiyindən onun yarı hissəsi iddiaçının mülkiyyəti hesab edilir. İddiaçının öz uşaqları ilə bu mənzildən öz mülkiyyəti kimi istifadə etmək hüququ mövcuddur və belə olan halda, onun azyaşlı uşaqları ilə bu mənzilə köçürülmələri barədə iddiası tamamilə əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni Məcəllənin 152.7-ci maddəsinə görə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. AR Mülki Məcəlləsinin 152.9-cu maddəsinə görə əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Yenə həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda azyaşlılar Fatimə və Hüseynin yaşayış yeri onların valideyinlərindən hansı ilə qalması, yəni həmin valideyinin yaşayış yeri ilə müəyyən edildiyindən onlar da anaları ilə birlikdə birgə nikah zamanı əldə edilmiş mübahisəli mənzilə köçülüməlidirlər. İddia tələbinin qızıl zinət əşyaları tələbi ilə bağlı hissəsini araşdıraraq, məhkəmə kollegiyası da hesab edir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının onda olmaması, həmin əmlakların Cavabdeh2 qalması ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etmədiyinə görə iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa, işdən görünür ki, İddiaçı2 cavabdehdən bir sıra məişət əşyasını da tələb etmiş, lakin bununla bağlı da məhkəməyə hər hansı tutarlı sübut təqdim etməmişir. Bununla belə, məhkəmə iclasında Cavabdeh2 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşının, 1199 manat dəyərində “BOSCH” markalı soyuducunun, 560 manat dəyərində “Beko” markalı televizorun, biri 250 manat olmaqla iki ədəd uşaq çarpayısının onda olduğunu etiraf etmiş, bu əmlakların iddiaçıya qaytarılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edildiyi kimi, adları çəkilən məişət əşyalarının mövcud olması və özündə qalmasını məhkəmə iclasında Cavabdeh2 etiraf etmişdir və məhkəmə kollegiyası hesab edir ki, iddianın bu hissədə əsaslı olması və təmin edilməsi barədə məhkəmənin mövqeyi qanunidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzili üzərində birgə əmlak payının (1/2 hissə Cavabdeh2, 1/2 hissə İddiaçı2) müəyyən edilməsi, İddiaçı2 övladları xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X18 ilə birlikdə həmin mənzilə köçürülmələri, Cavabdeh2 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSCH” markalı soyuducu, 560 manat dəyərində “Beko” markalı televizor və birinin dəyəri 250 manat olan 2 ədəd çarapayının alınaraq İddiaçı2 verilməsi, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq İddiaçı2 ödənilməsi barədə birinci instansiya məhkəməsinin gldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tamamilə uyğundur. Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin 3 saylı mənzilinin tərəflərin birgə nikahı zamanı əldə olunması, bu mənzilə dair bağışlama müqaviləsinin və reyestrdən çıxarışın qeyri-qanuni olması, HP markalı kompyuterin və planşetin, habelə qızıl-zinət əşyalarının cavabdehdə qalmasını İddiaçı2, eyni zamanda Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinin birgə nikah zamanı tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehlərdən S.H.Məmişovun və onun digər oğlunun vəsaiti hesabına əldə edilməsini Cavabdeh2 MPM-in tələblərinə uyğun sübut edə bilməmişlər, halbuki bu şərtin mövcudluğunu sübut etmək AR MPM-nin 77.1-ci maddəsinə əsasən onların vəzifəsidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X26 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X27rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-5682/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Tərəflərin apelyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)- 5682/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-267/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-267/2020
13.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver