Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2673/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı nümayəndəsi X1, onun nümayəndəsi və vəkili X3, Cavabdeh2 iştirakı ilə Quba Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(027)-376/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(027)-376/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilib, yataq dəsti, qonaq dəsti, divan-kreslo, uşaq üçün tək çarpayı, 1ədəd stol və 6 ədəd stul 3500 manat, 5 ədəd yorğan, 3 ədəd döşək, 4 ədəd yastıq, cəmi 1500 manat, 1 ədəd ədyal-80 manat, güpür pokrıval-70 manat, 5 ədəd taxt üçün yataq ağı-280 manat, 1 ədəd uşaq yataq ağı-40 manat, 4 ədəd hamam dəsmalı-100 manat, 10 ədəd çay dəsmalı-16 manat, 3 ədəd süfrə-150 manat, 3 ədəd padnos-40 manat, meyvə qabları-20 manat, çərəz qabları-100 manat, blender-5 manat, ədviyyat qabları-35 manat, 2 ədəd bıçaq dəsti-35 manat, 5 ədəd qazan və 1 ədəd tava 170 manat, 1 ədəd qəfədan-23 manat, 2 ədəd xrustal güldan-220 manat, kül qabı-70 manat, 18 ədəd xrustal stəkan-90 manat, 12 ədəd bakal-60 manat, tozsoran-70 manat, 3 ədəd xalça-1200 manat, 18 ədəd sadə stəkan-90 manat, 10 ədəd sadə qəndqabı-13 manat,12 ədəd bakal-8 manat, 24 ədəd nəlbəki- 46 manat, 24 ədəd razetka-30 manat, limon qabı-12 manat, 1 ədəd yemək servizi 200 manat, 1 ədəd güldan-40 manat, 4 ədəd dolça -27 manat, 45.3 ədəd dolça-20 manat, 18 ədəd qaşıqçəngəl-35 manat, 2 ədəd şirniyyat qabı-100 manat, uşaq yazı stolu-50 manat və 3 cüt ayaqqabı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(027)-376/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin köçərkən apardığı yataq dəsti, qonaq dəsti, divan-kreslo, uşaq üçün tək çarpayı, ədəd stol və 6 ədəd stul-3500 manat, 6 ədəd yorğan, 4 ədəd döşək, 12 ədəd nalça, 6 ədəd yastıq, yastıq-cəmi 1500 manat, 3 ədəd ədyal-160 manat, 1 ədəd qırmızı güllü ədyal-120 manat, Güpür pokrıval-70 manat, Uşaq ədyalı-25 manat, 4 ədəd taxt üçün yataq ağı-280 manat, 6 ədəd uşaq yataq ağı-240 manat, 4 ədəd tək yorğan üçün yataq ağı-150 manat, 4 ədəd hamam dəsmalı-100 manat, 18 ədəd çay dəsmalı-30 manat, 5 ədəd süfrə-250 manat, 4 ədəd padnos-50 manat, Meyvə qabları-20 manat, Cərəz qabları-100 manat, Mikser-25 manat, Ət çəkən-70 manat, Blendr-5 manat, Ədviyyat qabları-35 manat, 2 ədəd bıçaq dəsti-35 manat, 3 ədəd qazan və 3 ədəd tava 170 manat, 2 ədəd qəfədan-45 manat, Balıq formalı tava-120 manat, Şirli qazan dəsti-70 manat, 2 ədəd xrustal güldan-220 manat, ədəd xrustal vaza-240 manat, Kül qabı-70 manat, 6 ədəd xrustal qənd qabı-240 manat, 18 ədəd xrustal stəkan-90 manat, 12 ədəd bakal-60 manat, 31.Tozsoran-70 manat, 3 ədəd xalça-1200 manat, 18 ədəd sadə stəkan-90 manat, 18 ədəd sadə qəndqabı-20 manat, 50 ədəd bakal-30 manat, 24 ədəd nəlbəki-46 manat, 24 ədəd razetka-30 manat, Limon qabı-12 manat, 4 ədəd yemək servizi-800 manat, 2 ədəd aq qaşlı vaz-80 manat, 1 ədəd güldan- 40 manat, 43.4 ədəd dolma qabı-240 manat, 44.6 ədədaş qabı-90 manat, 3 ədəd dolça -20 manat, 45.3 ədəd dolça-20 manat, 46.Qaşıqdəsti çamadan- 70 manat, 47.18 ədəd qaşıq-çəngəl-35 manat, 48.2 ədəd şirniyyat qabı-100 manat, Ütü stolu- 50 manat, uşaq yazı stolu-50 manat olmaqla cəmi 50 adda, 11.283 manat dəyərində cehiz əmlakımın,1 ədəd 80 manat dəyərində dəri gödəkçə, 1 ədəd 150 manat dəyərində palto, 550 manat dəyərində 8 ədəd ayaqqabılar, 50 manat dəyərində 2 ədəd çanta, 240 manat dəyərində ətirlər, 55 manat dəyərində büjeteriya və gümüş dəst və 30 manat dəyərində gümüş saatdan ibarət 7 adda, 1155 manat dəyərində geyim və digər əşyalarımın, toy və nişan mərasimində cavabdehlər tərəfindən mənə hədiyyə verilmiş 1 ədəd 12 qr çəkidə 850 manat dəyərində qızıl sırğa və üzükdən ibarət dəst, 3000 manat dəyərində 1 ədəd kolye və qolbaqdan ibarət dəstin kolyesi, 1 ədəd 6 qr çəkidə 350 manat dəyərində yaşıl qaşlı (fantaziya) üzük, 1 ədəd 550 manat dəyərində brilliant qaşlı nişan üzüyü və 1 ədəd 5 qr çəkidə 200 manat dəyərində sadə ağ qaşlı üzükdən ibarət cəmi 5 adda, 4950 manat dəyərində qızıl-zinət əşyalarımın özünün və ya dəyərlərinin; eləcə də birgə nikah dövründə əldə etdiyimiz 1 ədəd 800 manat dəyərində Samsung markalı paltaryuyanmaşın, 1 ədəd 1300 manat dəyərində Samsung markalı soyuducu və 1 ədəd 3200 manat dəyərində Samsung markalı televizordan ibarət cəmi 3 adda 5300 manat dəyərində məişət avadanlıqlarının dəyərinin yarısı 2650 manatın Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 20 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstiusiyasının 13, 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 4.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh2 onu və uşaqlarını qonaq aparmaq adı ilə anasının evinə aparıb qoymuş və bu səbəbdən də, o, və uşaqları evdən çıxarkən üzərində yalnız ev geyimləri olmuşdur. Həmin vaxt onun üzərində qızıl-zinət əşyalarından daima biləyinə taxdığı, yəni kolye və qolbaqdan ibarət dəstin yalnız qolbağı qolunda olmuş və hazırda da ondadır. Lakin digər qızılzinət əşyaları tələb etdiyi geyim və cehiz əmlakları ilə birlikdə qayınatasına məxsus evdə qalmış və hazırda da əmlaklarından cavabdehlər istifadə edirlər. Bundan başqa Cavabdeh2 ilə birgə nikah dövründə 2017-2018-ci illərdə “Baku Elektroniks”in Quba filialından əldə etdikləri “Samsung” markalı paltaryuyanmaşın, soyuducu və televizoru onların birlikdə inşa etdikləri yaşayış evinə aparmış və istifadə edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X1, onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnamədinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Ş.Ə.Şirinovun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh2 və İddiaçı 15 noyabr 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ilə ailə qurmuş və İddiaçı qaynatası Cavabdeh1 məxsus evə gəlin köçmüşdür. Sonradan ailə münasibətlərində problemlər yaranmış, Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsi ilə nikah qeydi pozulduqdan sonra İddiaçı qaynatası Cavabdeh1 məxsus evdən çıxmış, lakin özünə məxsus əşyaları gəlin köçdüyü, cavabdehlərə məxsus evdə saxlamışdır. Cavabdeh1 İddiaçı məxsus əmlakı evdən çıxarılması barədə iddia ərizəsilə müraciət etmiş və bu barədə iş materiallarında olan qətnamələrlə İddiaçı məxsus əmlakın Cavabdeh1 aid evdən çıxarılması qət edilmişdir. Lakin İddiaçı həmin qətnamədən apellyasiya şkayəti verən zaman hazırki iddia tələbində əlavə olaraq göstərdiyi əmlakları apellyasiya şikayətində göstərməmişdir. Quba Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(027)2021/2019 saylı qətnaməsi ilə Cavabdeh1 məxsus olan evdən cavabdeh İddiaçı məxsus yataq otağı: taxt - 1 ədəd, şifoner- 1 ədəd, servant - 1 ədəd, termo - 1 ədəd, sandıq - 1 ədəd, xalça - 3 ədəd, uşaq kravatı - 1 ədəd, beşik - 1 ədəd, ə d y a l , 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, pastellər, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü; mətbəx: tol çayniki - 1 ədəd, xörək servizi - 1 ədəd, qrafinka, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa; padnoslar, süzəklər, meyvə qabları, su qabları, stullar- 6 ədəd, nahar stulu, süfrələr; əşyalar: uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlaklarının çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-2090/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı əmlakın evdən çıxarılmasına dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli 2(027)2021/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli 2(027)- 2021/2019 saylı qətnaməsi ləğv edilərək, Quba rayon Aqrar İslahat Komissiyasının 09.02.1998-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən cavabdeh İddiaçı məxsus : taxt - 1 ədəd, şifoner- 1 ədəd, servant - 1 ədəd, termo - 1 ədəd, sandıq - 1 ədəd, xalça - 3 ədəd, uşaq yatağı-1 ədəd, beşik - 1 ədəd, ə d y a l - ' 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, yataq örtükləri, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü; elektrik çayniki – 1 ədəd, xörək servizi - 1 ədəd, qrafinka, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa; padnoslar, sinilər, süzgəclər meyvə qabları, su qabları, stullar - 6 ədəd, nahar stolu, süfrələr; uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlaklarının çıxarılması qət edilmişdir. 17.12.2020-ci il tarixli aktın surətindən məlum olur ki, iddianın təmin etmə tədbiri barədə Quba Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli 2(027)-2152/2020-ci il saylı qərardadına əsasən Quba rayon İcra şöbəsinin icra məmurları tərəfindən yerində baxış keçirilmiş və aşkar edilmiş əşyalarla bağlı akt tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İddiaçı 1 ədəd “Samsung” markalı paltaryuyanmaşının 800 manat, 1 ədəd “Samsung” markalı soyuducunun 1300 manat, 1 ədəd “Samsung” markalı televizorun 3200 manat və 1 ədəd brilliant qaşlı nişan üzüyün 550 manat dəyərində olmasına istinad etsə də, bu barədə təsdiqedici hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh1 isə həmin əşyaların mövcudluğunu qəbul edərək etiraf etsə də, 1 ədəd brilliant qaşlı nişan üzük istisna olmaqla, digər əşyaların onlara aid olmayıb, başqa şəxs tərəfindən onun adına alınmasını göstərmiş, əşyaların qeyd olunan dəyərdə olmasına etiraz etmiş və 1 ədəd “Samsung” markalı paltaryuyanmaşının 400 manat, 1 ədəd “Samsung” markalı soyuducunun 700 manat, 1 ədəd “Samsung” markalı televizorun 500 manat və 1 ədəd brilliant qaşlı nişan üzüyün 350 manat məbləğində olmasını bildirmişdir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, 1 ədəd brilliant qaşlı nişan üzüyü iddiaciya verilmiş hədiyyə, 1 ədəd “Samsung” markalı paltaryuyanmaşın, 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizorun birgə nikah dövründə alınmış əmlaklar olmaqla cavabdeh tərəfdə qalmış və qeyd olunan 1 ədəd brilliant qaşlı nişan üzüyün onda qalmaması, birgə nikah dövründə alınmış əmlakların onlara aid olmayıb, başqa şəxs tərəfindən onun adına alınması barədə cavabdeh tərəfin irəli sürdüyü dəlillər isə əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə, həmin hissədə cavabdehin izahatına tənqidi yanaşılmalıdır. İddiaçı tərəf apelyasiya şikayətinin dəlillərini qismən sübuta yetirə bilmiş və iddia tələbinin tam təmin olunmasını təsdiq edən başqa sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunub, 1 ədəd brilliant qaşlı nişan üzüyü və ya onun dəyəri, 1 ədəd “Samsung” markalı paltaryuyanmaşın, 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizorun dəyərinin ½ hissəsi miqdarında pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 qeyd olunan mübahisəli əmlakların qiyməti barədə etirafını əsas kimi qəbul edib, əmlakların həmin məbləğdə qiymətləndirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(027)-376/2021 saylı qətnaməsi qismən - «İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1 ədəd “Samsung” markalı paltaryuyanmaşın 800 manat dəyərində, 1 ədəd “Samsung” markalı soyuducu 1300 manat dəyərində, 1 ədəd “Samsung” markalı televizor 3200 manat dəyərində və 1 ədəd brilliant qaşlı nişan üzük 550 manat dəyərində alınıb İddiaçı verilməsi barədə iddia tələbi təmin edilməsin» hissəsində ləğv edilib, iddia həmin hissədə qismən təmin edilərək 1 ədəd 350 manat brilliant qaşlı nişan üzüyün özü və ya onun dəyəri,1 ədəd 400 manat dəyərində “Samsung” markalı paltaryuyanmaşın, 1 ədəd 700 manat dəyərində “Samsung” markalı soyuducu, 1 ədəd 500 manat dəyərində “Samsung” markalı televizor dəyərinin ½ hissəsi miqdarında pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(027)-376/2021 saylı qətnaməsi qismən - «İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1 ədəd “Samsung” markalı paltaryuyanmaşın 800 manat, 1 ədəd “Samsung” markalı soyuducu 1300 manat, 1 ədəd “Samsung” markalı televizor 3200 manat dəyərində və 1 ədəd brilliant qaşlı nişan üzük 550 manat dəyərində alınıb İddiaçı verilməsi barədə iddia tələbi təmin edilməsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə qismən təmin edilsin. 1 ədəd 350 manat məbləğində brilliant qaşlı nişan üzüyünün özü və ya onun dəyəri,1 ədəd 400 manat məbləğində “Samsung” markalı paltaryuyanmaşın, 1 ədəd 700 manat məbləğində “Samsung” markalı soyuducu, 1 ədəd 500 manat məbləğində “Samsung” markalı televizorun dəyərinin ½ hissəsi miqdarında pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Qətnamə - «yataq dəsti, qonaq dəsti, divan-kreslo, uşaq üçün tək çarpayı, 1ədəd stol və 6 ədəd stul3500 manat, 5 ədəd yorğan, 3 ədəd döşək, 4 ədəd yastıq, cəmi 1500 manat, 1 ədəd ədyal-80 manat, güpür pokrıval-70 manat, 5 ədəd taxt üçün yataq ağı-280 manat, 1 ədəd uşaq yataq ağı-40 manat, 4 ədəd hamam dəsmalı-100 manat, 10 ədəd çay dəsmalı-16 manat, 3 ədəd süfrə-150 manat, 3 ədəd padnos-40 manat, meyvə qabları-20 manat, çərəz qabları-100 manat, blender-5 manat, ədviyyat qabları-35 manat, 2 ədəd bıçaq dəsti-35 manat, 5 ədəd qazan və 1 ədəd tava 170 manat, 1 ədəd qəfədan-23 manat, 2 ədəd xrustal güldan- 220 manat, kül qabı-70 manat, 18 ədəd xrustal stəkan-90 manat, 12 ədəd bakal-60 manat, tozsoran-70 manat, 3 ədəd xalça-1200 manat, 18 ədəd sadə stəkan-90 manat, 10 ədəd sadə qəndqabı-13 manat,12 ədəd bakal-8 manat, 24 ədəd nəlbəki-46 manat, 24 ədəd razetka-30 manat, limon qabı-12 manat, 1 ədəd yemək servizi 200 manat, 1 ədəd güldan-40 manat, 4 ədəd dolça -27 manat, 45.3 ədəd dolça-20 manat, 18 ədəd qaşıq-çəngəl-35 manat, 2 ədəd şirniyyat qabı-100 manat, uşaq yazı stolu-50 manat və 3 cüt ayaqqabı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin və iddia qalan hissədə təmin edilməsin» hissəsində mübahiləndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2673/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2673/2021
13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver