Məhkəmə qərarları › İş №2(105)-2681/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2681/2020

23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2681/2020 23.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-157/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-157/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı cavabdeh X2 qarşı qızıl-zinət və cehiz əmlak tələbinə dair iddiası qismən təmin edilib, iddia ərizəsinə əlavədə göstərilən siyahı üzrə 1-15-ə qədər, siyahı üzrə 16-6 xrustal stəkan, siyahı üzrə 17-12 armudu stəkan, siyahı üzrə 18-6 böyük nəlbəki, siyahı üzrə 20- 58-ə qədər, siyahı üzrə 61,62 məişət əşyaları siyahısı üzrə 1-34-ə qədər, siyahı üzrə 36-57-yə qədər, mebel dəsti siyahı üzrə 1-3-ə qədər əşyalar Cavabdeh alınıb İddiaçı qısına verilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-157/2020 saylı qətnaməsinin qismən – iddia ərizəsinin təmin edilməmiş hissəsində ləğv edilib, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, iş materiallarında olan İddiaçı apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən “E-Manat” ödəniş terminalı vasitəsi ilə 30 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı iddia ərizəsinin verilməsi üçün və xidmətin istifadəçisi kimi Qubadlı Rayon Məhkəməsi qeyd edilmişdir. (i/v-87) Göründüyü kimi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun təyinatı apelyasiya şikayətinin verilməsi üçün olsa da ödənişin təyinatı Sumqayıt Apelyasiya Məhkəməsi deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumu hazırki apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmçinin rüsumun hansı məqsəd üçün ödənilməsi, yəni təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apelyasiya şikayəti üçün dövlət rüsumunun təyinatı üzrə ödənib-ödənilmədiyini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı qızıl-zinət və cehiz əmlak tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-157/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, apelyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə şikayət ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar