Məhkəmə qərarları › İş №2(105)-2695/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2695/2021

03.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2695/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və AR Ədliyyə Nazirliyi Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınması və vərəsələrin siyahısına daxil edilmə tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(060)-3934/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) iddiaçının nümayəndəsi Vəkil tərəfindən iddianı təmin etmə tədbiri barədə verilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Vəkil qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınma və vərəsələrin siyahısına daxil edilmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3934/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏN Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınma və vərəsələrin siyahısına daxil edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin və 07.06.2019-cu il tarixli 25 saylı müqavilə əsasında "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində 3 otaqlı 145 kv.m sahəsi olan mənzilin üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi Vəkil Sumqayıt şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qərardad əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini iddiaçı ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmaması, belə tədbirlərin görülməsi üçün əsasların mövcudluğunu sübut edən dəlilləri təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçının vəkili Vəkil tərəfindən mübahisələndirilmişdir. İşdən görünür ki, iddiaçının nümayəndəsi iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin və 07.06.2019-cu il tarixli 25 saylı müqavilə əsasında "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində 3 otaqlı 145 kv.m sahəsi olan mənzilin üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin etmə tədbiri barədə ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 25 iyun 2021-ci il tarixli və onunla bağlı 07 iyul 2021ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar