Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2706/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li X1 İstismarı MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-618/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li X1 İstismarı MMC-yə qarşı “işə bərpaya dair” iddia qaldıraraq, işdən azad edilməsi barədə olan, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “19 №-li X1 İstismarı” MMC-nin xx xxx 2020-ci il tarixli 26 saylı əmrinin ləğv edilməsi və əvvəlki xadimə işinə bərpa edilməsi, xx xxx 2020-ci ildən hazırki iş üzrə qəbul olunacaq yekun məhkəmə qərarı icra olunan günədək məcburi iş buraxmağa görə hər ay üçün 260 manat aylıq əmək haqqının hesablanaraq cavabdehdən xeyrinə tutulması və vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-618/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Etibar Hümbətov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək öz işinə bərpa edildiyini, heç bir şikayətinin olmadığını, apelyasiya şikayətinin nəzərə alınmaması və şikayətinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış teleqram-ərizəni apelyasiya şikayətindən imtina kimi qəbul edərək hesab edir ki, apelyasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apelyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Şamaxı Rayon Məhkəməsinin 2(074)-618/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apelyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı qızının apelyasiya şikayətindən imtinası qəbul edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-618/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2706/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2706/2020
24.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver