Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2738/2020 19.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-21/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-21/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 bədən xəsarəti nəticəsində səhhətinin pozulması ilə əlaqədar müayinə və müalicəsi üçün iddiaçıların çəkdiyi 500 manat xərc və avtomobilin zədələnməsi ilə əlaqədar iddiaçılara dəymiş 2356 manat ziyan, avtomobilin dayanacaqda saxlanılması üçün çəkilən 50 manat xərc, avtomobilin evakuasiyası üçün çəkilən 25 manat xərc, iddia ərizəsinə əlavə olunan sənədlərin notarial təsdiqi üçün çəkilən 35 manat və 11 manat xərc, vəkilin xidmətindən istifadə olunması üçün çəkilən 110 manat xərc və 1500 manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 4587 manat məbləğində pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı2 bədən xəsarəti alaraq səhhətinin pozulması ilə əlaqədar müayinə və müalicə üçün onların çəkdiyi 1500 manat xərc və avtomobilin zədələnməsi ilə əlaqədar onlara dəymiş 5530 manat ziyanın ödənilməmiş 2893 manat hissəsi, avtomobilin dayanacaqda saxlanılması üçün çəkilən 50 manat xərc, avtomobilin evakuasiyası üçün çəkilən 25 manat xərc, iddia ərizəsinə əlavə olunan sənədlərin notarial təsdiqi üçün çəkilən 35 manat və 11 manat xərc, vəkilin xidmətindən istifadə olunması üçün çəkilən 110 manat xərc də daxil olmaqla 4624 manat məbləğində maddi ziyanın və iddiaçılara dəymiş 5000 manat məbləğində mənəvi ziyanla birlikdə 9624 manat məbləğində pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 həm öz adından, həm də nümayəndəsi olduğu İddiaçı2 adından iddiadan imtina etdiyini bildirdi və hazırki mülki işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaçıların iddiadan imtinasının qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən səxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iddiaçıların iddiadan imtina barədə ərizəsini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-21/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 iddiadan imtina barədə xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Cavabdeh 1000 manat pulu qəbul etdiyini, 2020-ci ilin dekabr ayının axırından başlayaraq 10 ay müddətində hər ay cavabdehin ona 200 manat ödəyəcəyi barədə qarşılıqlı razılığa gəldiyindən iddiadan imtina etdiyini bildirmiş və hazırki mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-21/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-21/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2738/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2738/2020
19.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver