Məhkəmə qərarları › İş №2(105)-2805/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2805/2021

21.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2805/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı əmlak tələbi və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-145/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-145/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1 ədəd 750 əyar tülpan ağ qızıl üzük 1300 manat, 1 dəst 750 əyar ağ qızıldan ibarət dəst (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) 3500 manat, 1 dəst 585 əyar sarı qızıl boyunbağı və onun kulonu 800 manat, ümumilikdə 5600 manat dəyərində qızıl zinət əşyalarının, həmin əşyalar olmadıqda isə dəyərinin Cavabdeh alınıb İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ekspertiza işinin aparılması üçün 300 manat ödənilmiş xidmət haqqının alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.M.Behbudova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-145/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27.05.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Sumqayıt “ASAN” Xidmət mərkəzinin qeydiyyat şöbəsində AZ-İ № 1290 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olmuşdur. 04.06.2019-cu il tarixdə gecə saat 03:00 radələrində uşağın doğulması ilə əlaqədar doğum evinə getmişdir. Aralarında heç bir narazıçılıq olmadığı üçün təbii ki, özü ilə heç bir qiymətli əşya götürməmişdr. 07.06.2019-cu ildə valideynlərinin qarşılıqlı razılaşmasına əsasən körpə uşağa bir müddət qulluq edilməsi məqsədilə doğum evindən birbaşa valideynlərinin yaşadığı evə getmişdir. Məhz həmin müddətdə keçmiş əri və onun ailəsi ilə münasibətləri pozulmağa başlamış və boşanmağa qərar vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-679/2020 saylı, 23.01.2020-ci il tarixli qərarı ilə aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Valideynlərinin evinə gəldikdən sonra boşanma qərarı çıxanadək yeddi ay müddətində keçmiş ərinin evinə getməmişdir. Ata evinə gedərkən ailənin dağılacağını təsəvvür etmədiyi üçün özü ilə heç bir əşya və zinət əşyalarını aparmamışdır. Hazırda ona məxsus ümumvətəndaş pasportu və aşağıda adları sadalanan qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. 25.12.2016-cı il tarixdə keçirilən nişan mərasimində ona hədiyyə edilmiş qiyməti 2000 AZN olan “tülpan” ağ qızıl üzük, 01.07.2018-ci il tarixdə toy mərasimində ona hədiyyə edilmiş qiyməti 7000 AZN olan bir dəst ağ qızıldan ibarət komplekt (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük); 01.07.2018-ci il tarixdə hədiyyə edilmiş qiyməti 300 AZN olan sarı qızıl boyunbağı və onun kulonu. Bu əşyalar ona geri qaytarılmamış və cavabdeh tərəfindən gizlədilərək mənimsənilmişdir. Nəticədə ona 9300 manat zərər dəymişdir. Həmin zinət əşyalarının onun üçün maddi dəyərindən əlavə mənəvi dəyəri də vardır. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq o, qızıl-zinət əşyalarını və ümumvətəndaş pasportunu verməkdən imtina etmişdir. Nəticədə mülkiyyəti olan əşyaların və ya onların maddi dəyərinin ona ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia üzrə adı çəkilən və hədiyyə olaraq ona verilən qızıl-zinət əşyalarının Cavabdeh alınıb ona qaytarılması və ya dəyərinin ödənilməsi, habelə ona məxsus ümumvətəndaş pasportunun qaytarılması və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELL YASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hesab edir ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, hələ nikahın pozulması işinə baxılarkən 2019-cu ilin dekabr ayının 22-də iddiaçının anası İntizar Şirinova, bacısı Mülayim Şirinova və dayısı Nəbi Şirinov özü və atası işdə olarkən onlara gələrək iddiaçının cehiz əşyalarını götürmək istədiklərini bildirmişlər. Onlar özləri ilə mebel əşyalarının sökülüb aparılması üçün əlavə 3 nəfər usta və fəhlə də gətirmişlər. Anası tərəfindən onlar həyətə buraxılmışlar. Sonra isə iddiaçının anası və bacısı birgə yaşadıqları otağa daxil olmaq üçün ikinci mərtəbəyə qalxdılar. Səbəb iddiaçının orada olan əşyalarını götürməkidi. Özü və anası yuxarı qalxaraq onların nə aparmaq istədikləri ilə maraqlandıqda iddiaçının bacısı onu təhqir etməyə, dava dalaş salmağa başladı. Anası bunların qarşısını almaq üçün onu da götürüb aşağı düşdü. Hələ həyətə daxil olanda iddiaçının anası qızıl-zinət əşyalarını da verəcəklərini soruşanda, anasın nəvəmin anasıdır hər şey onundur və gəlin qızılları hara qoyubsa orada da olar deyə cavab vermişdir. İddiaçının əşyaları yığılanda və daşınanda onlar həyətdə dayanıb heç nəyə mane olmamışdır. Özləri də həmin vaxt və 23 yanvar tarixinə qədər keçirilən məhkəmə iclaslarında qızıl-zinət əşyalarının aparılmaması barədə bildirməmişlər. Sadəcə həmin vaxt aparılan əşyaların siyahısını tutmamağından və ya bələdiyyə yaxud sahə polisini dəvət etməməyindən istifadə edən iddiaçı apardığı qızılzinət əşyalarının pulunu, həm də şişirdilmiş məbləğdə tələb edir. Məhkəmə onun təqdim etdiyi etirazda göstərilənləri sadalasa da hesab etmişdir ki, qızıl-zinət əşyaları onlarda qalıbdır. Bunu iddiaçının anasının və onların tanışları olan ustanın sözləri ilə əsaslandırır. Halbuki, həmin hər iki şəxsin maraqlı tərəf olmasına əhəmiyyət verməmişdir. İddiaçı əşyalarını aparan zaman onun qızıl-zinət əşyalarının aparılmaması barədə yazılı bir sənəd tərtib etməmişlər və yuxarıda göstərdiyi kimi nikahın pozulması zamanı məhkəmədə bildirməmişlər. Qətnamədə bir sıra həqiqi olmayan məlumatlar da öz əksini tapıb. Belə ki, məhkəmənin guya müəyyən etməsinə görə iddiaçı əşyaları nikah pozulduqdan, yəni 23.01.2020-ci ildən sonra aparmışdır. Halbuki, həmin əşyalar 22 dekabr 2019-cu il tarixdə qətnamə çıxmasından 1 ay qabaq aparılmışdır. Həmin vaxtdan sonra bir neçə dəfə məhkəmə iclasları olmuşdur.Bundan əlavə iddiaçının bacısının, dayısının və digər ustaların dindirilməsi barədə vəsatəti təmin olunmuş və onlar məhkəmə iclasında iştirak etmişlər. Lakin hakimin mülki prosessual qaydaların pozması nəticəsində həmin şəxslər şahid kimi dindirilmədilər. Çünki işə baxılmasının ortasında məlum oldu ki, həmin şəxslər də iclas zalındadırlar. Hakim vəkilinin onların dindirilməsi barədə xahişinə baxmayaraq artıq gec olduğunu bildirərək bundan imtina etmişdir. Lakin məhkəmə öz kobud səhvini örtbasdır etmək üçün qətnamənin 5-ci səhifəsinin 2-ci abzasında yalan olaraq belə göstərir:”Qeyd olunan şahid ifadələri ilə təsdiq olunmuş, hətta cavabdeh tərəfindən həmin şahidlərin yenidən dindirilməsi barədə vəsatət verilmiş, məhkəmə tərəfindən 16.10.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında şahidlər dindirildikləri üçün təkrar dindirilməsinə zərurət olmamışdır”. Bütün qeyd etdiklərimə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-145/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, xəstəxanaya gedəndə özü ilə qızıl aparmamışdır. Belə ki, doğum evinə qiymətli əşya aparmağa icazə verilmir. Cehizlər iddiaçının və ailəsinin istəyi ilə gətirilib. Anasıgil cehizlərini gətirəndə orada, bacısı, əmisi, bir də iki fəhlə olub. Anasıgil görüblər ki, bütün şkafları boşdur. Anası qızıllarını qaynanasından soruşanda o bildirib ki, gəlin nəvəsinin anasıdır, qızıllarını verəcək. Evdən çıxanda cəmi iki çantası olub. Qızıllar cavabdehin anasında idi, ona vermirdi, səbəb olaraq da onu göstərirdi ki, itirər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-145/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyib göstərdi ki, etiraz ərizəsi qızılların cavabdeh tərəfdə olduğunu sübut edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021ci il tarixli, 2(060)-145/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının, cavabdehin, izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 16 oktyabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid X2 ifadə verərək göstərmişdir ki, Sumayə qızıdır. Digər qızı, fəhlələr və o qızı Sumayənin cehiz əşyalarını götümək üçün cavabdehin yaşadığı mənzilə getmişlər. Əvvəlcə cavabdeh və anası onları içəri buraxmamış, Orxanın xalaları gələnə kimi gözləmələrini bildirmişlər. Elə həmin vaxt Orxan əlində balta ilə onlara tərəf gələrək hədə-qorxu gəlmişdir. Sonra onlar evə daxil olmuşlar. Qızının yataq otağındakı şkafı açanda içərisində heç nə olmamış, şkaf və termolar boş olmuşdur. Fəhlələr şkafı, mebel, yataq dəstini söküb maşına aparmış, sonra mətbəx mebeli sökülmüşdür. Qızılları Orxanın anası Şəkildən soruşanda demişdir ki, “Sumayə nəvəmin anasıdır, qızılları məhkəmədə qaytaracam”. Qızının paltarları da şkafda olmamış, o biri otaqdan Şəkil qızının paltarlarını qucağında gətirib koridora tökmüşdür. Qızı 04 iyun 2019-cu ildə xəstəxanaya getmək üçün onlara gəlmişdir. Əvvəlcədən onlar qızının uşağı ilə birlikdə 40 gün onlarda qalması barədə razılaşmışlar. Həmin ərəfədə qızının Orxanla münasibətləri pozulmuş, ona görə də qızı o evə bir daha qayıtmamışdır. 16 oktyabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid X4 ifadə verərək göstərmişdir ki, o fəhlədir. Sumayənin atası ilə tanışdır. Sumayənin atası Mehdi ona bır gün qızının əşyalarının ər evindən gətirilməsi üçün müraciət etmiş, o da Mehdinin dediyi vaxta Sumayənin ər evinə getmişlər. Həmin vaxt oğlanın əlində balta var idi, o tərəf, bu tərəfə gedərək aqressiv hərəkətlər edirdi. Onlar 1 saat gözləmiş, sonra pilləkəndan qalxıb içəri girən kimi sol otağa keçib, oradan əşyaları daşımağa başlamışlar. Sonra o biri otaqlara keçib yataq dəsti mebelini, mətbəx mebelini söküb maşınlara daşımışlar. Qızıllarla bağlı o heç nə bilmir, amma əşyaları daşıyarkən qadınlardan bır o birindən qızılların harda olduğunu soruşmuş, cavabında qızıllar barəsində məhkəmədə danışılacağı bildirilmişdir. 16 oktyabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid X5 ifadə verərək göstərmişdir ki, Orxan onun oğlu, Sumayə keçmiş gəlinidir. Sumayənin anası onlara gələndə evdə tək o olmuşdur. Səhər saat 11-də Sumayənin anası, bacısı və Sumayənin əmisi cehiz əşyalarını aparmaq üçün onlara gəlmişdir. O da onlara irad bildirərək əvvəlcədən bu barədə xəbərdar etməli olduqlarını demişdir. Sonra oğlunun telefonuna zəng edərək bu barədə məlumat vermiş, oğlu evə gəlmişdir. Sumayənin anasıgil əllərində sumkalar hazır vəziyyətdə gəlmişlər. O da oğlunun mübahisə etməməsi üçün kənara çəkmişdir. Həmin vaxt Sumayənin anasıgil qızılları və cehiz əşylarını maşına yığıb aparmışlar. Qızılları hansı sumkada aparıb bilmir. Sumayənin bütün şəxsi əşyaları öz otağında öz şkafında olmuşdur. Qızılları götürəndə görmüş, qızıllar Sumayənin termosunda olmuş, Sumayənin bacısı qızılları götürmüşdür. Ondan qızılları istəyəndə demişdir ki, onsuz da qızıllar Sumayənindir, verəcəkdir. Dava salmışlar, o da məcbur olub çölə çıxmış, həmin ərəfədə bütün əşyaları, qızılları yığıb aparmışlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-679/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Kərimli (Şirinova) Sumayə Mehdi qızı arasında 27.05.2018-ci il tarixdə Sumqayıt “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış 1290 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 04.06.2019-cu il təvəllüdlü X3 boşanmadan sonra İddiaçı yanında qalmış, Cavabdeh İddiaçı xeyrinə 04.06.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 28.11.2019-cu il tarixdən başlayaraq hər ay 170 manat və 04.06.2019-cu il təvəllüdlü X1 03 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş foto şəkillərdən müəyyən olunur ki, nişanda və toyda mübahisəli qızıllar iddiaçının üzərində olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin daşınar əmlakın qiymətləndirilməsi barədə 10.03.2021-ci il tarixli hesabatından görünür ki, iş materiallarına əlavə edilmiş foto şəkillər və siyahı üzrə 1 ədəd 750 əyar tülpan ağ qızıl üzük 1300 manat, 1 dəst 750 əyar ağ qızıldan ibarət dəst (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) 3500 manat, 1 dəst 585 əyar sarı qızıl boyunbağı və onun klonu 800 manat, ümumilikdə tələb olunan qızılzinət əşyalarının 10.03.2021-ci il tarixə bazar qiyməti 5600 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 10.03.2021-ci il tarixli məktubundan görünür ki, ekspertiza işinin aparılması üçün 300 manat xidmət haqqı İddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 27.05.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 04.06.2019-cu il tarixdə gecə saat 03:00 radələrində uşağın doğulması ilə əlaqədar doğum evinə getmiş, oradan isə əvvəlcədən aralarında olan razılaşmaya əsasən İddiaçı uşağı ilə birlikdə 40 gün qalması üçün valideynlərinin evinə getmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan Sumqayır Şəhər Məhkəməsinin 2(060)-679/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçının anası X2 mebel ustaları, qızı Mülayim və qaynı Nəbi Şirinovla cavabdehin yaşadığı ünvana gedərək İddiaçı qızına məxsus cehiz əmlakları götürmüş, lakin tələb edilən qızıl zinət əşyalarını olmadığı üçün götürə bilməmişlər. Həmçinin iddiaçıya məxsus ümumvətəndaş pasportunun cavabdehdə qalması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddia tələbini yuxarıda göstərilmiş qaydada qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı 04.06.2019-cu il tarixdə gecə saat 03:00 radələrində uşağın doğulması ilə əlaqədar doğum evinə getmiş, oradan isə əvvəlcədən aralarında olan razılaşmaya əsasən valideynlərinin evinə getmişdir. Daha sonra iddiaçının anası X2 mebel ustaları, qızı Mülayim və qaynı Nəbi Şirinovla cavabdehin yaşadığı ünvana gedərək iddiaçıya məxsus cehiz əmlakları götürmüş, lakin tələb edilən qızıl zinət əşyalarını iddiaçıya məxsus şkaflarda olmadığı üçün götürə bilməmişlər. Qeyd edilən hal şahid ifadələri ilə də təsdiqini tapmışdır. Həmçinin cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, iddiaçının iddia tələbindəki qeyd etdiyi qızıl-zinət əşyalarının qiyməti 9300 manat məbləğində deyil, 3200 manat məbləğindədir. Bir ədəd nişan üzüyünün dəyəri 1700 manat və bir ədəd komplektin dəyəri 1500 manat olan qızıl əşyaları iddiaçıya məxsus olmuş, qalan qızıllar isə cavabdehin ata-anasına məxsus olmuş, sadəcə taxmaq üçün gəlinə verilmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsinə etiraz ərizəsindən isə qızılların iddiaçının anası və bacısı tərəfindən aparılması qeyd edilsə də, qeyd edilən qızılların hansının iddiaçıya aid olması, hansının aid olmaması göstərilməmişdir. Bu ziddiyyət də iddiaçıya məxsus qızıl əşyalarının cavabdehdə qalmasını bir daha təsdiq edir və əmlakların geri qaytarılmaması üçün məqsədi daşıyır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus qızıl əşyalarının cavabdehdə qalması iş materialları ilə təsdiq edilir. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad eərək ödənilmiş dövlət rüsumunun və ekspert xərcinin cavabdehdən tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. HəminMəcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehi napelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv olunmasını, idianın təmin olunmamasın xahiş etsə də buna dair sübut təqdim edə bilməmiş, dəlillərini əsaslandıra bilməmişdir, onun dəlilləri isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərholunanlaraəsasənvə Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-145/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar