Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2870/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh4, Cavabdeh6 və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tanrıverdi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tanrıverdi oğlunun vəkili və nümayəndəsi Vəkil Babalı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində 02 ha torpaq sahəsində qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Həmçinin İddiaçı Tanrıverdi oğlunun vəkili və nümayəndəsi Vəkil Babalı oğlu iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində 02 ha torpaq sahəsində qanunsuz tikililərə cavabdehlər tərəfindən giriş-çıxışın və hər hansı bir işlərin aparılmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3330/2020 saylı qərardadı iləi İddiaçı Tanrıverdi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikilinin sökülməsi və torpağın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı Tanrıverdi oğlunun vəkili və nümayəndəsi Vəkil Babalı oğlunun iddianın təmini tədbiri haqqında ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Məmmədli kəndində İddiaçı Tanrıverdi oğlunun mülkiyyətində olan 02 ha torpaq sahəsində qanunsuz tikililərə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən giriş-çıxışın və hər hansı bir işlərin aparılmasının qadağan edilməsi qərara alınmışdır. (hakim Elman Məmmədov) Hazırda həmin qərardaddan narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 şikayət verərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3330/2020 saylı qərardadınının ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini, əks təqdirdə şikayətin baxılması üçün 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3330/2020 saylı qərardadı ilə verilmiş şikayət əsassız hesab edilərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 nümayəndəsi X2 şikayəti müdafiə edərək göstərdi ki, qərardad tamamilə əsassızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı Tanrıverdi oğlunun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ilə onlara məxsus torpaq sahəsinin heç bir əlaqəsi yoxdur. Çünki, iddiaçının iddia etdiyi torpaq sahəsi Abşeron rayonu, Məmmədli kəndində yerləşirsə, onlara məxsus torpaq sahəsi isə inzibati ərazi vahidi kimi Abşeron rayonuna aid edilsə də Kürdəxanı qəsəbəsinin qərb hissəsində yerləşir. İş materiallarına əlavə edilmiş sənədlərlə də onlara məxsus torpaq sahəsinin Məmmədli kəndində yerləşmədiyi öz təsdiqi tapır. Məhkəmə tərəfindən tətbiq edilən iddianın təmin tədbiri qeyri-müəyyən və mücərrəd olmaqla iddia tələbinin məqsədinə və mahiyyətinə uyğun gəlmir. Qərardadda qeyd olunan iddiaçıya məxsus torpaq sahəsinin harada yerləşməsinin, həqiqətən cavabdehlər tərəfindən orada tikililər inşa edilməsi məhkəmə tərəfindən araşdırdmalı idi. Ona görə də, bu qaydada və tələsik məhkəmə tərəfindən iddianın təmin tədbirinin tətbiqi qanuni və ədalətli sayıla bilməz. Məhkəmə işi araşdıraraq iddiaçının tələb etdiyi torpaq sahəsinin ona məxsus çıxarışlara əsasən harada yerləşməsi, torpaq sahəsinə cavabdehlərin aidiyyatının olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə tərəfindən bu məsələlər aydınlaşdırılmasa, əsassız yerə cavabdehlərə qarşı iddia qaldırmış İddiaçı Tanrıverdi oğlu sözügedən qərardadı əldə rəhbər tutaraq iddiaçıya aidiyyatı olmayan və onlara məxsus torpaq sahələrindən istifadəyə imkan verməyəcək. Belə olacağı təqdirdə isə onların hüquqları pozulacaq. Qanunun mənasına görə iddianın təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianın təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Buna görə, iddianın təmin tədbirinə dair ərizələr o halda təmin edilə bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu baxımdan tətbiq edilən tədbirlər başqa şəxslərin mülkiyyət hüququnun qeyrimütənasib məhdudlaşdırılması ilə nəticələnməməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3330/2020 saylı qərardadınının ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 nümayəndənin izahatı ilə razı olduğunu, şikayətin təmin edilməsini, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3330/2020 saylı qərardadınının ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 şikayətin təmin edilməsini, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3330/2020 saylı qərardadınının ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışdan görünür ki,Abşeron rayonu,Məmmədli kəndi ərazisində 0.1 hektar torpaq sahəsi İddiaçı Tanrıverdi oğlunun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışdan görünür ki,Abşeron rayonu,Məmmədli kəndi ərazisində 0.1 hektar torpaq sahəsi İddiaçı Tanrıverdi oğlunun mülkiyyətindədir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestrindənxx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışlara əsasən mübahisəli torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına istinad edərək iddianın təmini bərədə ərizə təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Həmin məcəllənin 158.1.3-cü maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin istifadəsində olan torpaq sahəsinin iddia tələbində mübahisələndirilən torpaq sahəsi ilə eyni torpaq sahəsinin olub-olmamasını araşdırmadan, yalnız iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışlara istinadən ərizəni təmin etmişdir. Halbuki, iddia ərizəsində xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışlara əsasən iddiaçıya məxsus torpaq sahəsinin həqiqətən cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə eyni olub-olmaması araşdırılmalı idi. Belə ki, cavabehlər şikayətində iddiaçıya məxsus torpaq sahəsinin Abşeron rayonu, Məmmədli kəndində yerləşdiyini, özlərinin istifadəsində olan torpaq sahəsinin isə Kürdəxanı qəsəbəsinin qərb hissəsində yerləşməsini bildirmiş, onlara məxsus torpaq sahəsinin Məmmədli kəndində yerləşməməsini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən halları araşdırılmadan cavabdehlərin istifadəsində olan torpaq sahəsinə dair hər hansı iddianın təmin tədbiri barədə hərəkət edilməsi yolverilməzdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün saymır və hesab edir ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə yuxarıda qeyd edilən çıxarışlara əsasən iddiaçıya məxsus torpaq sahələrinin eyni torpaq sahələri olub-olmaması aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddianın təmin tədbiri barədə iddiaçının ərizəsi yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: . Abşeron Rayon Məhkəməsinin 2(012)-3330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixliqərardadı ləğv edilsin. Şikayət qismən təmin edilsin İddianın təmin tədbiri barədə iddiaçının ərizəsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2870/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2870/2020
27.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver