Məhkəmə qərarları › İş №2(105)-2934/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2934/2021

01.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2934/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X6, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı Məmmədova (Rzayeva) Şəlalə Namiz qızının Cavabdeh qarşı qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Masazır şossesinin cənubu ünvanında yerləşən tələb edilən əşyaların və ya onların dəyərinin alınıb İddiaçı verilməsi, iddia tələbinin nişan üzüyü (aburçalnı, çəkisi 7.6 qr, 0.6 k-t briliyant qaşlı, Ə-750)-750 manat, uşaq sırğası-100 manat, komplekt (sırğa-üzük, çəkisi 30 qr, 1,80 k-t briliyant qaşlı, Ə-750)-2500 manat, gümüş sırğalar-30 manat, qızıl üzük tək qaş -200 manat və “Gree” markalı kondisionerin yarı dəyərini (300 manat) cavabdehə ödəməklə Cavabdeh alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilməsi, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, nişan üzüyü (aburçalnı, çəkisi 7.6 qr, 0.6 k-t briliyant qaşlı, Ə-750)-750 manat, uşaq sırğası-100 manat, komplekt (sırğaüzük, çəkisi 30 qr, 1,80 k-t briliyant qaşlı, Ə-750)-2500 manat, gümüş sırğalar-30 manat, qızıl üzük tək qaş -200 manat, paltaryuyan (Samsung)-600 manat, soyuducu (LG)-1200 manat, televizor (LG) -1200 manat, ütü (panasonik) -120 manat, tozsoran (panasonik) - 170 manat, kondisioner (Gree) -600 manat, divan -550 manat, yataq mebeli (şkaf, çarpayı, kamot, 2 tumba) 2000 manat, qonaq mebeli (stol, 8 stul, qorka, kamot) -1850 manat, jurnalni stol (1 ədəd)- 100 manat. çilçıraq (1 ədəd) - 200 manat. Döşək (2 nəfərlik 1 ədəd)- 130 manat, döşək (1 nəfərlik 1 ədəd) - 80 manat, yorğan (2nəfərlik lədəd)- 80 manat, yorğan (1 nəfərlik 1 ədəd) - 50 manat, yastıq (3 ədəd quş tükü) - 60 manat, yastıq (2 ədəd sintifon) - 20 manat, yay yorğanı (2 nəfərlik lədəd) -50 manat, yay yorğanı (sintifon)-25 manat, yorğan ( 2 nəfərlik) - 50 manat, balış dəsti siti fondan 50 manat, qırmızı adyal (1 cüt) -60 manat, pakrıval (2ədəd yaşıl, qəhvəyi) - 340 manat, pastel (6 dəst ) - 360 manat, prostina (1 ədəd tək) -20 manat, uzun (jilet) -60 manat, tərəvəz doğramaq üçün taxtalar - 25 manat, rəngli şüşə qablar - 245 manat, ayaqqabılar (ketlər, batinkalar, sapaşkilər)-800 manat, qadın ətirləri - 400 manat, qadın makiyaj dəsti - 200 manat, qadın çantaları (mavi, qara, yaşıl)- 200 manat, kaşilyoklar (pul qabları, çəhrayı, qəhvəyi)-100 manat, qış və yay geyimləri - 800 manat, ev geyimləri -300 manat, güzgü-50 manat, şamdanlar- 40 manat, lampa-12 manat, pərdələr (tül və dekorasiya) - 200 manat, paltar qurudan setka-20 manat, uşaq Geyimləri və oyuncağları -300 manat, əl-üz dəsmalı (4 cüt)-60 manat, bədən dəsmalı (4 cüt) - 90 manat, süfrə (4 dəst) -200 manat, stəkan dəsmalları (12 dəst) - 56 manat, ətçəkən maşın (Kankood) -150 manat, çaydan-65 manat, çaynik-5 manat, qazan dəsti-200 manat, şirəli qazan ( 3 ədəd)-40 manat, aliminum qazan dəsti-30 manat, şirəli ləyən dəstləri-50 manat, tava dəstləri-60 manat, bıçaq dəsti40 manat, padnos dəstləri-50 manat, aşsüzən- 8 manat, sürtgəc- 2 manat, mis kəfkir-20 manat, mətbəxt baltası-20 manat, cam dəst-30 manat, çörək qabı-15 manat, şpilka qabı-5 manat, rəngli keramik qablar-150 manat, kasalar-20 manat, servis (3 dəst Yaşıl rəngli)-1600 manat, yemek servisi göy rəngli (2 dəst)-60 manat, xrustal meyvə qabları-100 manat, xrustal gül qabları-500 manat, böyük xrustal stəkan (12 ədəd)-100 manatrustal armudu stəkan (6 ədəd)-50 manat, sadə stəkanlar (12 ədəd)-14 manat, nəlbəki dəsti-15 manat, xrustal limon qabları-50 manat, sadə limon qabları-20 manat, xrustal duz qabları-30 manat, konfet qabları-20 manat, çamadan çəngəl-bıçaq dəsti-200 manat, çəngəl-bıçaq dəsti - 50 manat, mürəbbə qabı-25 manat, taxta qaşıq dəstləri-15 manat, tərəvəz soyan-2 manat, xrustal kompot stakanları- 100 manat, kapot, bakal dəstləri-100 manat, qrafınka-70 manat, qadın geyimləri (plaş, palto, gödəkçə, tüklü jlet)-315 manat, uşaq yemek stolu-150 manat, uşaq velosipedi-200 manat, uşaq ədyalı-30 manat, hamam dəsti-50 manat, hamam xalatı -100 manat, saç qurudan fen -20 manat, qoz qıran -2 manat qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının Cavabdeh qanunsuz istifadəsindən alınaraq natura şəklində və yaxud pul ilə 22651 manat məbləğində xeyrinə tutulması, həmçinin dövlət rüsumu qaydasında ödədiyi 30 manatın cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, nişan üzüyü (aburçalnı, çəkisi 7.6 qr, 0.6 k-t briliyant qaşlı, Ə-750)-750 manat, uşaq sırğası-100 manat, komplekt (sırğa-üzük, çəkisi 30 qr, 1,80 k-t briliyant qaşlı, Ə-750)-2500 manat, gümüş sırğalar-30 manat, qızıl üzük tək qaş -200 manat, paltaryuyan (Samsung)-600 manat, soyuducu (LG)-1200 manat, televizor (LG) -1200 manat, ütü (panasonik) -120 manat, tozsoran (panasonik) -170 manat, divan -550 manat, yataq mebeli (şkaf, çarpayı, kamot, 2 tumba) 2000 manat, qonaq mebeli (stol, 8 stul, qorka, kamot) -1850 manat, jurnalni stol (1 ədəd)- 100 manat. çilçıraq (1 ədəd) - 200 manat. Döşək (2 nəfərlik 1 ədəd)- 130 manat, döşək (1 nəfərlik 1 ədəd) - 80 manat, yorğan (2nəfərlik lədəd)- 80 manat, yorğan (1 nəfərlik 1 ədəd) - 50 manat, yastıq (3 ədəd quş tükü) - 60 manat, yastıq (2 ədəd sintifon) - 20 manat, yay yorğanı (2 nəfərlik lədəd) -50 manat, yay yorğanı (sintifon)-25 manat, yorğan (2 nəfərlik) - 50 manat, balış dəsti siti fondan 50 manat, qırmızı adyal (1 cüt) -60 manat, pakrıval (2 ədəd yaşıl, qəhvəyi) - 340 manat, pastel (6 dəst) - 360 manat, prostiniya (1 ədəd tək) -20 manat, uzun (jilet) -60 manat, tərəvəz doğramaq üçün taxtalar - 25 manat, rəngli şüşə qablar - 245 manat, ayaqqabılar (ketlər, batinkalar, sapaşkilər)-800 manat, qadın ətirləri - 400 manat, qadın makiyaj dəsti - 200 manat, qadın çantaları (mavi, qara, yaşıl)- 200 manat, kaşilyoklar (pul qabları, çəhrayı, qəhvəyi) -100 manat, qış və yay geyimləri - 800 manat, ev geyimləri -300 manat, güzgü-50 manat, şamdanlar- 40 manat, lampa-12 manat, pərdələr (tül və dekorasiya) - 200 manat, paltar qurudan setka-20 manat, uşaq Geyimləri və oyuncağları -300 manat, əl-üz dəsmalı (4 cüt)-60 manat, bədən dəsmalı (4 cüt) - 90 manat, süfrə (4 dəst) -200 manat, stəkan dəsmalları (12 dəst) - 56 manat, ətçəkən maşın (Kankood) -150 manat, çaydan-65 manat, çaynik-5 manat, qazan dəsti-200 manat, şirəli qazan ( 3 ədəd)-40 manat, aliminum qazan dəsti-30 manat, şirəli ləyən dəstləri-50 manat, tava dəstləri-60 manat, bıçaq dəsti40 manat, padnos dəstləri-50 manat, aşsüzən- 8 manat, sürtgəc- 2 manat, mis kəfkir-20 manat, mətbəxt baltası-20 manat, cam dəst-30 manat, çörək qabı-15 manat, şpilka qabı-5 manat, rəngli keramik qablar-150 manat, kasalar-20 manat, servis (3 dəst Yaşıl rəngli)-1600 manat, yemek servisi göy rəngli (2 dəst)-60 manat, xrustal meyvə qabları-100 manat, xrustal gül qabları-500 manat, böyük xrustal stəkan (12 ədəd)-100 manatrustal armudu stəkan (6 ədəd)-50 manat, sadə stəkanlar (12 ədəd)-14 manat, nəlbəki dəsti-15 manat, xrustal limon qabları-50 manat, sadə limon qabları-20 manat, xrustal duz qabları-30 manat, konfet qabları-20 manat, çamadan çəngəl-bıçaq dəsti-200 manat, çəngəl-bıçaq dəsti - 50 manat, mürəbbə qabı-25 manat, taxta qaşıq dəstləri-15 manat, tərəvəz soyan-2 manat, xrustal kompot stakanları- 100 manat, kapot, bakal dəstləri-100 manat, qrafınka-70 manat, qadın geyimləri (plaş, palto, gödəkçə, tüklü jlet)-315 manat, uşaq yemek stolu-150 manat, uşaq velosipedi-200 manat, uşaq ədyalı-30 manat, hamam dəsti-50 manat, hamam xalatı -100 manat, saç qurudan fen -20 manat, qoz qıran -2 manat qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının, həmçinin birgə nikah zamanı əldə olunmuş vəsait hesabına alınmış “Gree” markalı kondisionerin yarı dəyərini (300 manat) cavabdehə ödəməklə Cavabdeh alınaraq natura şəklində ona qaytarılması, bu mümkün olmadıqda əşyaların pul ilə dəyərinin 22351 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması və dövlət rüsumu qaydasında ödədiyi 30 manatın cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ilə Cavabdeh arasında olan nikah 22.12.2016-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 6066 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından 27.09.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh qurduğu ailəyə biganə yanaşmış, ona və uşağa baxımsızlıq göstərmiş və sonda o məcbur olub nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhər Xətai Rayon Məhkəməsi 13 noyabr 2020-ci il tarixli 2(011)-3727/2020 saylı qətnamə ilə iddia tələbini təmin etmişdir. Cavabdeh və cavabdehin ailə üzvləri nişan və toy mərasimində ona hədiyyə olaraq qızıl-zinət və fərdi istifadə əşyaları hədiyyə etmişdir. Həmçinin o gəlin köçəndə valideynləri ona qızıl-zinət, cehiz və fərdi istifadə əşyaları hədiyyə etmişlər. O, bir-neçə ay bundan öncə huşsuz vəziyyətdə valideynlərinin evinə qayıdarkən ona məxsus qızıl-zinət, cehiz və fərdi istifadə əşyaları cavabdehlə birgə yaşadıqları Abşeron rayonu, Masazır şossesinin cənubu ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır. Keçən müddət ərzində ona məxsus qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının qaytarılmasına cəhd göstərsə də, mümkün olmamış, sonda məhkəmədən kənar şəkildə götürə bilmədiyinə əmin olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun etiraz etməyinə məhəl qoymayaraq cavabdeh 20.03.2019-cu ildə dostları ilə Quba rayonuna getdiyi gün, ona hədiyyə edilmiş 750 manat məbləğində olan nişan üzüyü (sıra sayı 1), uşağın doğulması ilə əlaqədar cavabdehin iş yoldaşları tərəfindən hədiyyə edilmiş 100 manat dəyərində (öz deyiminə görə) olan uşaq sırğası (sıra sayı 2), 30 manat civarında olan gümüş sırğalar (sıra sayı 4) və 200 manat məbləğinə alınmış tək qaş üzük (sıra sayı 5) yaşadığımız evdə qalmışdır. Bundan sonra o, bir daha həmin evə qayıtmamışdır. Cavabdehin ümumiyyətlə, qızıl-zinət əşyalarının yaşadıqları evdə saxlanmaması fikiri qərəzlidir, həqiqəti əks etdirmir. İddia ərizəsində, 3-cü sırada göstərilən komplekti isə cavabdeh 2017-ci ilin dekabr ayında, nikaha girənədək Kapital bankın 1 kart ödənişi üzrə yaranmış borcunu ödəmək üçün sonradan alacağı vədi ilə ona bildirmiş, “Laçın” Ticarət mərkəzində satmışdır. Onun körpə uşağın xatirinə ailənin qorunub-saxlanılması üçün cavabdehin verdiyi vədlə razılaşsa da, nikah pozulan günədək hədiyyə edilmiş həmin komplekt ona alınmamışdır. O, cavabdeh tərəfindən aldadılmışdır. Həmçinin, iddia tələbinin 11-ci sırasında qeyd olunan kondisioner isə tərəflərin birgə nikah zamanı 600 manat məbləğində, 500 manatı onun,100 manatı isə cavabdehin vəsaiti hesabına alınmışdır. Kondisioner birgə nikah zamanı əldə edildiyindən, alınma dəyəri bərabər şəkildə bölünməli, həmin əşyanın digər əşyalarla bərabər yarı qiyməti cavabdehə ödəməklə ona qaytarılmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı (Rzayeva) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh və onun ailə üzvləri nişan və toy mərasimində ona hədiyyə olaraq qızıl-zinət və fərd istifadə əşyaları hədiyyə etmişdir. Həmçinin, o, gəlin köçəndə valideynlərin ona qızıl-zinət, cehiz və fərdi istifadə əşyaları hədiyyət etmişlər. O, bir neçə ay bundan öncə huşsuz vəziyyətdə valideynlərinin evinə qayıdarkən ona məxsus qızıl-zinət, cehiz və fərdi istifadə əşyaları cavabdehlə birdə yaşadıqları evində qalmışdır. Məhkəmə iddianı qismən təmin etdikdə düzgün qərara gəlməmişdir. Qızıl-zinət əşyalarının mövcudluğu mülki iş materiallarına əlavə edilmiş foto şəkillərlə təstiqini tapsa da, məhkəmə cavabdehin səmimi olmayan izahatına əsaslanaraq həmin hissədə də, tələbi rədd etməklə, təkrar olaraq işin həqiqi və faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(012)-2035/2021 saylı qətnaməsini qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edib, iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı (Rzayeva) nümayəndəsi və vəkili A.V.Bağırov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyalarının cavabdehdə qalmasına və kondisionerin birgə nikah dövründə əldə edilməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qızıl-zinət əşyaları hissəsində gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin kondisioner hissəsində işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3727/2020 saylı, 13.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22.12.2016-cı il tarixdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 6066 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 27.09.2017-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi və Cavabdeh birgə nikahdan anadan olmuş 27.09.2017-cı il təvəllüdlü Z.R.Məmmədlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyaları və “Gree” markalı kondisioner cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayət qədər olmadığından hesab etmişdir ki, qızıl-zinət əşyaları və “Gree” markalı kondisionerə nisbətdə iddia tələbi rədd edilməlidir. İş materialları ilə, Cavabdeh etirafı ilə, məhkəmə araşdırma zamanı müəyyən edildi ki, tərəflər birgə nikah dövründə “Gree” markalı kondisioneri 600 manata əldə etmişlər və həmin əşya cavabdeh tərəfindən alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddianı rədd edərkən birinci instansiya məhkəməsi haqlı olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Qızıl-zinət əşyaları cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayərt qədər olmadığından məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarına nisbətdə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddiaçının qızıl-zinət əşyaları hissəsində izahatında göstərdiyi məlumatları MPM-nin 76-cı maddənin tələbləri baxımından qiymətləndirərək sübut növü kimi qəbul edir. Məhkəmə kollegiyası iddiaçının iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qızılzinət əşyaları hissəsində təmin edilməyən hissədə qətnamənin düzgün qəbul olunmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kondisioner hissəsində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 31 may 2021-ci il tarixli 2(012)-2035/2021 saylı qətnaməsi qismən “Gree” markalı kondisioneri bölünməsi hissəsində ləğv edilsin. “Gree” markalı kondisionerin yarı dəyəri (300 manat) iddiaçı tərəfindən cavabdehə ödənilməklə, həmin kondisioner Cavabdeh alınaraq natura şəklində İddiaçı qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar