Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2938/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(012)-1481/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(012)-1481/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı cehiz əmlakın çıxarılması tələbinə dair iddia qismən təmin edilib, yataq dəsti “prinses” puf, kreslo-künc “Sultan”, prinses TV bar, tumba masa, 6 ədəd stul oymalı cəmi 4200 manat, soyuducu “Talbek”- 900 manat, paltaryuyan “Talbek”- 550 manat, televizor “Talbek” 550 manat, ütü volf – 52 manat, ütü stolu qırmızı rəngdə - 38 manat, ətçəkən “Volf”- 100 manat, tozsovuran boz rəngdə - 120 manat, mikser boz rəngdə - 100 manat, sokçəkən “Kenvod” - 130 manat, qazan dəsti qranit çəhrayı rəngdə 285 manat, qırağı gümüşü rəngdə 70 parça qab – 332 manat, gümüşü rəngli çörək qabı - 20 manat, yaşıl rəhgli plastik qapaqlı xəmir ləyəni – 10 manat, bənövşəyi rəngli ləyən – 8 manat, çay servisi qız şəkilli 22 parça – 147 manat, nerjavik sini dəsti – 120 manat, 2 ədəd çörək qabı ağ üstü çəhrayı güllərdə bəzədilmiş – 13 manat, yumru xallarla bəzədilmiş çaşka dəsti – 25 manat, çəhrayı qızılgüllü ağ çaşka dəsti – 22 manat, ağ rəngli çaydan üstünə qoyulan çayniklə bir yerdə - 31 manat, alminium rəngli düdüklü çaydan 50 manat, qırmızı rəngli 6 parça buçaq dəsti - 72 manat, açıq çəhrayı güllü baharat qabları – 50 manat, iri qırmızı Qobustan şəkilli çaşka və qaşıqlar – 12 manat, çaşka qızlı rəng nəlbəki ilə birlikdə - 20 manat, nerj aş süzən qırmızı qulplu – 27 manat, nerj qazan şüşə qapaqlı – 50 manat, 3 ədəd ağ rəngli qapaqlı saxlama qabı – 20 manat, zibil qabı bənövşəyi rəngli iri – 20 manat, qırmızı plastik ləyən ağ aşsüzən – 9 manat, nəlbəki göy tünd rəng 12 ədəd 15 manat, gümüşü naxışlı iri nəlbəki -23 manat, gümüşü naxışlı kiçik nəlbəki - 18.50 manat, 6 ədəd şüşə duz qabı ağ rəngdə - 8 manat, salfetka qabı, ağ şüşə 2 ədəd – 10 manat, fıstıq qabı ağ şüşə 4 ədəd – 10 manat, iri şüşə su qabı 6 bakallı – 42 manat, şüşə uzun mürəbbə qabı 2 ədəd – 23 manat, limon sıxan qab çəhrayı rəng – 8 manat, iki üzlü qızartma çevirən – 8 manat, dəmir yumurta çırpan qəhvəyi qulplu – 8 manat, üstündə ərzaq kəsmək üçün istifadə olunan qırmızı rəngli plastmas – 7 manat, ləpə qabı dörd qulplu şüşəli- 66 manat, qənd qabı gümüş ayaqlı 2 ədəd – 90 manat, bogema bakal qırmızı 6 ədəd – 17 manat, şokolad qabı bogema göy rəng 2 ədəd -43 manat, qız şəkilli qəhvəyi tort qabı 1 ədəd iri, 6 ədəd kiçik – 51 manat, ağ rəngli şüşəli qızılı dəmir qabda olan yemək qabı 2 ədəd – 99 manat, ağ xrustal külqabı 2 ədəd – 50 manat, xrustal çay qabı 12 ədəd – 65 manat, ağ xrustal qənd qabı 2 ədəd – 70 manat, yaşıl rəngli üzərində qızılı güllər olan bağlama su tökən və 6 ədəd bakal – 58 manat, xrustal sok qabları su tökən və 6 ədəd bakalıyla birlikdə, 6 ədəd çaxır stakanı, 6 ədəd araq stəkanı, 6 ədəd viski stəkanı, 6 ədəd sok stəkanı – 230 manat, xrustal güldan 2 ədəd – 215 manat, ağ fındıq qabı xrustal 50 manat, ağ qoz qabı xrustal – 65 manat, qəhvəyi süd rəngi süfrə - 70 manat, süd rəngi süfrə 6 ədəd əl dəsmalı – 42 manat, İran xalçası 3x4 süd rəngli kiçik güllü – 300 manat, xalça 1 x 1 ağ rəng qırmızı güllü – 150 manat, xalça 1x3 boz rəng qarışıq bəzəkli dəhliz üçün – 150 manat, ağ rəngli pərdə 3x3135 manat, pərdə ağ çəhrayı güllü 3x3 – 105 manat, pərdə ipək qəhvəyi 2 x 32 ədəd – 180 manat, pərdə tutan maqnit 2 ədəd – 13 manat, Quran qabı qızılı – 90 manat, Allah yazılan qızılı suvenir – 80 manat, oxlov və dörd ayaqlı xəmir yayan taxta – 25 manat, tort bişirən qab 3 ədəd – 22 manat, keks qabı qranit qəhvəyi rəngli xallı-25 manat, taxta qaşıq dərin çömçə, qızatma üçün, iri yemək qaşığı – 12 manat, ağ rəngli qızılgüllü meyvə qabı – 115 manat, meyvə qabı göy rəngli qızılı tutacaqlı – 103 manat, plastik ləyən çəhrayı – 17 manat, şampun maçalka qabı çəhrayı – 8 manat, süni qızıl güllər rəngbərəng – 20 manat, ağ rəngli çıraq – 20 manat, yaşıl rəngli qaşıq qabı – 8 manat, çəhrayı rəngli paltar qoyan səbət iri və kiçik – 19 manat, “Picasso Alemania” aliminum çamadanda qaşıq dəsti 75 parça – 200 manat, saat Məkkə şəkilli – 50 manat, düşbərə çıxartan dəmir qab – 12 manat, qırmızı rəngli fırça qabı, maye sabun qabı ləvazimat qabı-16 manat, fen darağı yaşıl rəngdə - 15 manat, qara rəngli diz altı kaşmir palto – 250 manat, bardovu klyoş don – 105 manat, qara don – 47 manat, açıq çəhrayı kostyum 95 manat, qara sifon don – 70 manat, qırmızı yaylıq – 16 manat, mavi rubaşka – 17 manat, göy rubaşka-27 manat, ağ sifon rubaşka – 27 manat, ağ köynək – 25 manat, qırmızı köynək – 18 manat, açıq çəhrayı köynək – 15 manat, narıncı qısaqol kofta – 16 manat, çəhrayı ağ xətli köynək – 26 manat, qara kapşonkalı futbolka yubkalı – 50 manat, yaşıl yaylıq – 19 manat, çəhrayı mayka şortik – 20 manat, yaşıl qısaqol don – 16 manat, boz şalvar – 15 manat, qara laləli sarafan-33 manat, qısaqol sifon yay koftası – 18 manat, narıncı pencək – 70 manat, ayaqqabı babet sarı – 20 manat, ayaqqabı babet çəhrayı – 32 manat, bordovu basanoçka dikdaban – 52 manat, ağ krasovka boz naxışlı – 70 manat, süd rəngli hündür daban ayaqqabı – 50 manat, süd rəngli alçaq daban ayaqqabı – 34 manat, çəhrayı ev başmağı – 32 manat, ağ hündür altlı gümüş qaşlı ipli ayaqqabı – 30 manat, bardovu qısa daban ayaqqabı – 39 manat, qara qısa sapoşki 25 manat, qara ipli sapoşki kabluk – 30 manat, sarı qısaqol kofta – 16 manat, sini rəngli ağ xallı don 14 manat, qəhvəyi don qırmızı güllü – 79 manat, yaşıl ağ çiçəkli don – 30 manat, qızılı yaylıq – 18 manat, süd rəngi x yazılı ipək şərf – 23 manat, çəhrayı geyim hamam dəsti – 100 manat, çəhrayı dəsmal məhraba tüllü 36 manat, çəhrayı qızılı cızıqlı məhraba – 20 manat, mavi qızılı cızıqlı məhraba – 20 manat, qırmızı qızılı çızıqlı dəsmal-12 manat, göy qızılı cizgili dəsmal – 12 manat, çəhrayı dəsmal – 24 manat, narıncı stəkan dəsmalı – 15 manat, ağ çiyələkli stəkan dəsmalı – 15 manat, klyonka süfrə 2 metr – 11 manat, bənövşəyi adyal qüllü – 150 manat, 2 yastıqlı örtük qızu tüllü qoşa çarpayı – 365 manat, qızılı rəng gecə lampası 2 ədəd – 100 manat, 2 yastıq üzü çəhrayı prostina ilə birlikdə - 80 manat, qara yay lasini 2 ədəd – 20 manat, qırmızı qaralı don – 70 manat, 1 cüt bordovu ipək yastıq üzü – 25 manat, 1 cüt yastıq mavi çəhrayı 80 manat, qoşa çarpayı yorğanı bordovı – 125 manat, qoşa çarpayı döşəyi bordovı – 200 manat, süd rəngi qış donu 77 manat, qırmızı uşaq döşəyi – 10 manat, ayı oyuncaq süd rəngi – 22 manat, bənövşəyi çanta-48 manat, dəmir ələk qabı – 10 manat, qoşa çarpayı matrası – 150 manat, uşaq beşiyi matraslı tüllü – 300 manat və qızılı rəngli kolyaska – 250 manat, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh 30 manat dövlət rüsumuna görə pulun tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(012)-1481/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, ev 1 mənzil 40 ünvanında yerləşən evdə siyahıda adları qeyd olunan ona məxsus cehiz əmlakın, qızıl-zinyət əşyalarının və ya onların dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28 fevral 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 10 aprel 2020-ci il tarixdə Qəmbər adlı bir nəfər uşaqları doğulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin şəkildə pisləşmişdir. Ailənin faktiki olaraq dağılması səbəbindən hazırda o, nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Evləndikləri vaxt o, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, ev 1 mənzil 40 ünvanında yerləşən cavabdehin evinə gəlin köçərək siyahıda adları qeyd olunan cehiz əmlakı gətirmiş və həmin əmlaklar hazırda cavabdehin evində qalmışdır. Cavabdeh isə həmin əmlakları qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də həmin əşyalar olmadıqda onların dəyəri cavabdehdən alınaraq ona qaytarılmalıdır. Həmin əmlakların siyahısı - yataq dəsti “prinses” puf, kreslo-künc “Sultan”, “Prinses” TV bar, tumba masa 6 ədəd stul oymalı cəmi 4200 manat, soyuducu “Talbek” 900 manat, paltaryuyan “Talbek” 550 manat, televizor “Talbek” 550 manat, ütü qırmızı “Volf” 52 manat, ütü stolu qırmızı 38 manat, ətçəkən “Volf” 100 manat, tozsovuran boz rəngdə 120 manat, mikser boz rəngdə 100 manat, sokçəkən “Kenvod” 130 manat, qazan dəsti qranit çəhrayı rəng 285 manat, qırağı gümüşü rəngdə 70 parça qab 332 manat, gümüşü rəngli çörək qabı 20 manat, yaşıl rəngli plastik qapaqlı xəmir ləyən 10 manat, bənövşəyi rəngli ləyən 8 manat, çay servisi qız şəkilli 22 parça 147 manat, nerjavik sini dəsti 120 manat, 2 ədəd çörək qabı ağüstü çəhrayı güllərdə bəzədilmiş 13 manat, yumru xallarla bəzədilmiş çaşka dəsti 25 manat, çəhrayı qızılgüllü ağ çaşka dəsti 25 manat, ağ rəngli çaydan üstünə qoyulan çayniklə bir yerdə 31 manat, alminum rəngli düdüklü çaydan 50 manat, qırmızı rəngli 6 parça buçaq dəsti 72 manat, açıq çəhrayı güllü baharat qabları 50 manat, iri qırmızı Qobustan şəkilli çaşka və qaşıqlar 12 manat, çaşka qızlı rəng nəlbəki ilə birlikdə 20 manat, nerj aş süzən qırmızı qulplu 27 manat, şüşə ləyən mavi rəngli 36 manat, nerj qazan şüşə qapaqlı 50 manat, 3 ədəd ağ rəngli qapaqlı saxlama qabı 20 manat, zibil qabı bənövşəyi rəngli iri 20 manat, qırmızı plastik ləyən ağ aşsüzən rəng 9 manat, nəlbəki göy tünd rəng 12 ədəd 15 manat, gümüşü naxışlı iri nəlbəki 23 manat, gümüşü naxışlı kiçik nəlbəki 18.50 manat, 6 ədəd şüşə duz qabı ağ rəng 8 manat, salfetka qabı, ağ şüşə 2 ədəd 10 manat fıstıq qabı, ağ şüşə 4 ədəd 10 manat, iri şüşə su qabı 6 bakallı 42 manat, şüşə uzun mürəbbə qabı 2 ədəd 23 manat, limon sıxan qab çəhrayı rəng 8 manat, çay süzən dəmir 6 manat, dəmir ortası boş dəlikli qızartma çevirən 10 manat, iki üzlü qızartma çevirən 8 manat, dəmir yumurta çırpan qəhvəyi qulplu 8 manat, üstündə ərzaq kəsmək üçün istifadə olunan qırmızı rəngli plastmas 7 manat, ləpə qabı dörd qulplu şüşəli 66 manat, qənd qabı gümüş ayaqlı 2 ədəd 90 manat, bogema bakal qırmızı 6 ədəd 17 manat, şokolad qabı bogema göy rəng 2 ədəd 43 manat, qız şəkilli qəhvəyi tort qabı 1 ədəd iri, 6 ədəd kiçik 51 manat, ağ rəngli şüşəli qızılı dəmir qabda olan yemək qabı 2 ədəd 99 manat, ağ xrustal külqabı 2 ədəd 50 manat, xrustal çay qabı 12 ədəd 65 manat, ağ xrustal qənd qabı 2 ədəd 70 manat, yaşıl rəngli üzərində qızılı güllər olan bağlama su tökən və 6 ədəd bakal 58 manat, xrustal sok qabları su tökən və 6 ədəd bakalıyal birlikdə, 6 ədəd çaxır stakanı, 6 ədəd araq stəkanı, 6 ədəd viski stəkanı, 6 ədəd sok stəkanı 230 manat, xrustal güldan 2 ədəd 215 manat, ağ fındıq qabı xrustal 50 manat, ağ qoz qabı xrustal 65 manat, qəhvəyi süd rəngi süfrə 70 manat, süd rəngi süfrə 6 ədəd əl dəsmalı 42 manat, İran xalçası 3x4 süd rəngli kiçik güllü 300 manat, xalça 1 x 1 ağ rəng qırmızı güllü 150 manat, xalça 1x3 boz rəng qarışıq bəzəkli dəhliz üçün 150 manat, ağ rəngli pərdə 3x3 135 manat, pərdə ağ çəhrayı güllü 3x3 105 manat, pərdə ipək qəhvəyi 2 x 3 2 ədəd 180 manat, pərdə tutan maqnit 2 ədəd 13 manat, Quran qabı qızılı 90 manat, Allah yazılan qızılı suvenir 80 manat, oxlov və dörd ayaqlı xəmir yayan taxta 25 manat, tort bişirən qab 3 ədəd 22 manat, keks qabı qranit qəhvəyi rəngli xallı 25 manat, taxta qaşıq dərin çömçə, qızatma üçün, iri yemək qaşığı 12 manat, ağ rəngli qızıgüllü meyvə qabı 115 manat, meyvə qabı göy rəngli qızılı tutacaqlı 103 manat, meyvə qabı şüşə 26 manat, llastik ləyən çəhrayı 17 manat, şampun maçalka qabı çəhrayı 8 manat, süni qızıl güllər 20 manat, güzgü Allah yazılı şam qabı 2 ədəd 30 manat, ağ rəngli çıraq 20 manat, yaşıl rəngli qaşıq qabı 8 manat, çəhrayı rəngli paltar qoyan səbət iri və kiçik 19 manat “Picasso Alemania” aliminum çamadanda qaşıq dəsti 75 parça 200 manat, saat Məkkə şəkilli 50 manat düşbərə çıxartan dəmir qab 12 manat, qırmızı rəngli fırça qabı, maye sabun qabı ləvazimat qabı 16 manat, fen darağı yaşıl 15 manat, qara rəngli diz altı kaşmir palto 250 manat, boz kapşonkalaı kurtka zara 150 manat, açıq narıncı kapşonka qurtka 84 manat, bardovu klyoş don 105 manat, qara don 47 manat, açıq çəhrayı qış koftası 42 manat, açıq narıncı qış koftası 44 manat, açıq çəhrayı kostyum 95 manat, qara sifon don 70 manat, qırmızı yaylıq 16 manat, mavi rubaşka 17 manat, göy rubaşka 27 manat, ağ sifon rubaşka 27 manat, ağ köynək 25 manat, qırmızı köynək 18 manat, açıq çəhrayı köynək 15 manat, açıq çəhrayı rəngli rubaşka 11 manat, narıncı qısaqol kofta 16 manat, çəhrayı ağ xətli köynək 26 manat, qara kapşonkalı futbolka yubkalı 50 manat, yaşıl yaylıq 19 manat, çəhrayı şərf 16 manat, qara cins şalvar 48 manat, qara qış koftalı boz şalvar 63 manat, açıq çəhrayı muncuqlu kofta qara şalvar 53 manat, qara kapşonkalı şalvarlı 40 manat, çəhrayı mayka şortik 20 manat, açıq çəhrayı futbolka şalvar 32 manat, yaşıl qısaqol don 16 manat, açıq çəhrayı don 23 manat, boz şalvar 15 manat, qara laləli sarafan 33 manat, qısaqol sifon yayp koftası 18 manat, narıncı pencək 70 manat, asılqan qara 10 ədəd 7 manat, dəmir asılqan 5 ədəd 7 manat, asılqan qırmızı 1 ədəd 3 manat, asılqan taxta 3 ədəd 5 manat, ayaqqabı babet sarı 20 manat, ayaqqabı babet çəhrayı 32 manat, bordovu basanoçka dikdaban 52 manat, qəhvəyi ayaqqabı 65 manat, ağ krasovka boz naxışlı 70 manat, süd rəngli hündür daban ayaqqabı 50 manat, süd rəngli alçaq daban 34 manat, çəhrayı ev başmağı 32 manat, qəhvəyi 3 gözlü ayaqqabı polkası 60 manat, ağ hündür altlı gümüş qaşlı ipli ayaqqabı 30 manat, bordovu qısa daban ayaqqabı 39 manat, qara şəpit 22 manat, qara qısa sapoşki 25 manat, qara ipli sapoşki kabluk 30 manat, sarı qısaqol kofta 16 manat, sini rəngli ağ xallı don 14 manat, qəhvəyi don qırmız güllü 79 manat, yaşıl ağ çiçəkli don 30 manat, qızılı yaylıq 18 manat, süd rəngi x yazılı ipək şərf 23 manat, çəhrayı geyim hamam dəsti 100 manat, çəhrayı dəsmal, məhraba tüllü 36 manat, çəhrayı qızılı cızıqlı məhraba 20 manat, mavi qızılı cızıqlı məhraba 20 manat, qırmızı qızılı çızıqlı dəsmal 12 manat, göy qızılı cizgili dəsman 12 manat, çəhrayı dəsmal 24 manat, narıncı stəkan dəsmalı 15 manat, ağ çiyələkli stəkan dəsmalı 15 manat, klyonka süfrə 2 metr 11 manat, bənövşəyi adyal qüllü 150 manat, 2 yastıqlı örtük tüllü qoşa çarpayı 365 manat, qara gümüşü örtük qoşa çarpayı 390 manat, qızılı rəng gecə lampası 2 ədəd 100 manat, 2 yastıq üzü çəhrayl prostınla birlikdə 80 manat, 2 yastıq üzü qəhvəyi buta şəkilli örtük 85 manat, 2 yastıq üzü qara qırmızı güllü örtük 63 manat, qara yay lasini 2 ədəd 20 manat, qırmızı qaralı don 70 manat, 1 cüt çəhrayı qızılgüllü yastıq üzü 16 manat, 1 cüt bordovu ipək yastıq üzü 25 manat, 1 cüt yastıq mavi çəhrayı 80 manat, qoşa çarpayı yorğanı bordovı 125 manat, qoşa çarpayı döşəyi bordovı 200 manat, qoşa çarpayı matrası 150 manat, süd rəngi qış donu 77 manat, qara kəmər 15 manat, uşaq beşiyi matraslı tüllü 300 manat, qırmızı uşaq döşəyi 50 manat, qızılı rəngli kolyaska 250 manat, uşaq adyalı yaşıl 22 manat, uşaq yastığı bənövşəyi 10 manat, uşaq posteli bənövşəyi 15 manat, uşaq odyalı mavi 53 manat, uşaq ortopedik yastığı 14 manat, ayı oyuncaq süd rəngi 22 manat, uşaq çantası göy rəng 20 manat, uşaq kopşonkası qara sarı 18 manat, uşaq vodalazkası çəhrayı 9 manat, uşaq idman şalvarı qırmızı 10 manat, uşaq idman şalvar mavi rəng 11 manat, uşaq kofta sarı şalvarı boz 22 manat, uşaq sarı məhraba 25 manat, uşaq kapşonkalı ağ məhrəba 12 manat, uşaq köynəyi qırmızı 24 manat, uşaq mavi kombinzonu 25 manat, uşaq çəhrayı kombinzon 25 manat, uşaq qəhvəyi kofta şalvar 21 manat, uşaq narıncı kofta 17 manat, uşaq mavi jilet 10 manat, uşaq kalkotkası şəkilli 7 manat, uşaq kalkotkası şəkilli 7 manat, uşaq ağ kofta 7 manat, uşaq ağ futbolka göy şortik 42 manat, uşaq ağ futbolka göy şortik “Armani” 19 manat, uşaq mavi boşqab plastmas 9 manat, uşaq ağ futbolka 13 manat, uşaq koftası toxumalı 21 manat, uşaq boz papaq 12 manat, uşaq corabı 3 manat, uşaq termosu qızrmızı qapaqlı 7 manat, uşaq vedrəsi göy 16 manat, uşaq vannası mavi 15 manat, uşaq vanna toru ağ 9 manat, uşaq kruşkası çəhrayı 5 manat, səbət ağ rəng 2 ədəd 50 manat, qırmızı damal qutu 5 manat, İnformatika kitabı 10 manat, İngilis-Azərbaycan danışıq kitabı 3 manat, İnformatika kitabı Kərimovun 7 manat, İngili dili qramatika 10 manat, İnformatika dərs vəsaiti 10 manat, İnformatika prestij test vəsaiti 12 manat, X6 test vəsaiti 8 manat, İnformatika MHM dərs vəsaiti 10 manat, boz çanta 47 manat, bənövşəyi çanta 48 manat, bənövşəyi çanta 50 manat, qara çanta 26 manat, dəmir ələk qabı 10 manat, qızıl-zinət əşyaları - boyunbağı, sırqalar, üzük bilərzik, dəst: 26 qram, 1.50 karat, 750 əyyar, 3800 manat, nişan üzüyü 3.62 qram, 0.94 karat, 750 əyyar 1200 manat, boyunbağı “Ayətil Kürsü” yazılı ərəb dilində 1.98 qram, 585 əyyar 185 manatdan ibarətdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 04 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(105)-1481/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş, Cavabdeh apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçıya münasibətdə iddianın təmin olunmamış hissəsində araşdırılır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh 28 fevral 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, iddiaçı özünə məxsus cehiz əmlakını cavabdehə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, ev 1 mənzil 40 ünvanında yerləşən evə yerləşdirmişdir. Tərəflərin birgə nikahından 10 aprel 2020-ci il tarixdə Qəmbər adlı bir nəfər uşaqları doğulmuşdur. Ailədaxili münasibətlərin nəticəsi olaraq tərəflər ayrılmışlar, hazırda İddiaçı özünə məxsus cehiz əmlakı tələb edir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(105)-1481/2021 saylı qərardadı ilə İddiaçı iddianın təmini tədbiri ərizəsi təmin edilib, ona məxsus iddia ərizəsində göstərilən əmlak üzərinə həbs qoyulmuşdur. 07 iyun 2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(105)-1481/2021 saylı qərardadı əsasında verilmiş icra sənədi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, ev 1 mənzil 40 ünvanında yerləşən evdə olmuş cehiz əmlak bir qismi və qızılzinət əşyaları yaşayış evində olmadığı üçün üzərinə həbs qoyulması mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X8 İddiaçı ünvanlanmış 11 yanvar 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, cəmiyyətə qəbul olunmuş normalarına riayət etməyərək ailə münasibətlərini düzgün qura bilmədiyinə, məsuliyyətsiz, laqeyd davranışı ilə ölkədaxili, məişətxarakterli münaqişənin daha da kəsminləşməsinə səbəb olduğuna, həyat yoldaşı və azyaşlı övladının qayğısına qalmamaqla cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədiyinə görə polis nəfəri Cavabdeh intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2 maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəlləsinin 34.2 maddəsində göstərilir ki, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(012)-1481/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2938/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2938/2021
03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver