Məhkəmə qərarları › İş №2(105)-2973/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2973/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2973/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun cavabdehlər Cavabdeh1, X4 və «X9 Azərbaijan» MMC-ə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim R.T.Həsənov) Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)-858/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu» cavabdehlər Cavabdeh1, X1 birgə qaydada iddiaçının xeyrinə 492.317,21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz, 4.159,59 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 539.494,58 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın «X9 Azərbaijan» MMC-ə məxsus 06 noyabr 2015-ci il tarixli 1988/15 saylı girov müqaviləsinə əlavə 1-də qeyd edilən girov predmeti olan mallara yönəldilməsi, həmin malların satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və Bankın kredit tələbi satılmış malların hesabına ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)-858/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun xeyrinə 492.317, 21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz və 20 dolları məbləgində cərimə olmaqla, cəmi 535,335,19 ABŞ dolları məbləğingə borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə, cavabdeh C.Y.Quliyevə və «X9 Azərbaijan» MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Hazırda Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)-858/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)-858/2020 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, o, məhkəmənin qətnaməsini rəsmi qaydada poçt vasitəsilə almamış, yalnız məhkəməyə ərizə ilə müraciət etdikdən sonra qətnamə ona rəsmi qaydada verilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün müddəti ötürməmiş və bu səbəbdən müddətin ötürülməsinin üzürlü sayılması üçün ərizə də verməli deyildir. Məhkəmənin gəldiyi nəticə əsassızdır və qərardad ləğv edilməlidir. Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)-858/2020 saylı qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi H.N.Əfəndizadə şikayətin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)-858/2020 saylı qətnaməsi Cavabdeh1 poçt vasitəsilə 17 noyabr 2020-ci il tarixində göndərilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə 02 iyun 2021-ci il tarixdə verilmişdir. Cavabdeh1 iş üzrə apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim edilməməsini və bu səbəbdən də şikayətin geri qaytarılması barədə gəldiyi nəticəni düzgün hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh1 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 30 iyun 2021-ci il tarixli 2(027)-858/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar