Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3021/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələbi, özəlləşdirmənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-3519/2020 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələbi, özəlləşdirmənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin zəbt etdikləri torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilərək 12.08. 2014-cü il tarixli, RX ******* serialı , ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh2 zəbt etdiyi torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilərək 16.06. 2011-ci il tarixli, MA ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsində aparılmış tikintilərin cavabdehlərin vəsaitləri hesabına sökülməsi və mülkiyyətində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad etməklə iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-3519/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələbi, özəlləşdirmənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələblərinə dair iddiası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmışdır. İddaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2(012)- 3519/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3519/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq mübahisəni kifayət qədər araşdırmadan qanunsuz nəticəyə gəlmişdir. İddiaçıya 1990-cı ildə dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin dövrdə maddi vəziyyəti pis olduğundan torpaq sahəsini hasarlamamışdır. Ona verilən torpaq sahəsinə xx.xx.2014-cü ildə 0,040097 ha sahəsinə, xx.xx.2019-cu il tarixdə 0,0269 ha torpaq sahəsinə çıxarış almışdır. Təxminən 3-4 il əvvəl həmin torpaq sahələrinə baş çəkərkən torpaq sahələrinin başqa şəxslər tərəfindən hasara alındığını görmüşdür. Sonradan məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin bir hissəsiundə Cavabdeh1 qeyri-qanunu zəbt edərək çıxarış almış, bir hissəsini isə Cavabdeh2 zəbt edərək çıxarış almışdır. Hazırda öz əmlakını geri tələb edir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-3519/2020 saylı qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia ərizəsinin əsashissəsinincavabdehlərə məxsustorpaqsahələrinin özəlləşdirilməsininvə bununla bağlı onlaraverilən çıxarışlarınetibarsızhesabedilməsiolmasını, digərtələblərinisə əsastələbdəntörənənməsələ olmasını, iddiaçınınilkintorpaqayırmasənədlərinimübahisələndirmədən, vətəndaşlarınmülkiyyətinin dövlətqeydiyyatını mübahisələndirilə bilməməsinimüəyyənedərəkhazırkı tələbə baxmaqmümkünolmadığındaniddiaərizəsigeriqaytarmış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəsi hazırki iddia ərizəsini hazırki iddiaçının cavabdehlərə məxsus torpaq sahələrinə dair ilkin torpaqayırma sənədlərini mübahisələndirmədən, vətəndaşların mülkiyyətinin dövlət qeydiyyatını mübahisələndirilə bilməməsini müəyyən edərək hazırkı tələbə baxmaq mümkün olmaması barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hazırki ərizədən görünür ki, iddiaçı dövlət reyestrdən çıxarışla özünə məxsus torpaq sahələrinin cavabdehlərin qanunsüuz sahibliyindən geri tələb edilməsi, eləcə də cavabdehlərin adına verilmiş çıxarışların etibarsız hesab edilməsini və torpaq sahələrindəki aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsini cavabdehlərə məxsus torpaq sahələrinin özəlləşdirilməsinin və bununla bağlı onlara verilən çıxarışların etibarsız hesab edilmə ilə bağlı olması, vətəndaşların mülkiyyətinin dövlət qeydiyyatının mübahisələndirilə bilməməsini əsası ilə tələbə baxmaq mümkün olmaması kimi hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, tələbin cavabdehlərə məxsus torpaq sahələrinin özəlləşdirilməsinin və bununla bağlı onlara verilən çıxarışların etibarsız hesab edilmə ilə bağlı olması, vətəndaşların mülkiyyətinin dövlət qeydiyyatının mübahisələndirilə bilməməsini əsası iddia ərizəsinin geri qaytarılması üçün deyil, mahiyyəti üzrə baxılması üçün əsas sayıla bilər. Birinci instansiya məhkəməsi isə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, o cümlədən iddiaçının istinad etdiyi dövlət reyestrdən çıxarışlarda qeyd edilən torpaq sahələrinin cavabdehlərə aid torpaq sahələri ilə eyniyyət təşkil etməsini aydınlaşdırmaq üçün mütəxəssis və ya ekspertin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinic instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.1-ci maddəsinə istinad etsə də, hazırki gündə qüvvədə olan Azərbaycna Respublikası Mülki Prosessual Məcəlləsində belə bir norma mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-3519/2020 saylı qərardadı ləğv edilsin Mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-3021/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3021/2020
16.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver