Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-305/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X6 cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu 1 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı Qubad İbad oğlu Adıgözəlovun hüquqi varisi X7, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı hüquqi varisi X6 cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu 1 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)- 1529/2023 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi, 100 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərcinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum anası Balaca Məmməd qızının mülkiyyətində olub və onun adına 042 nömrəli Texniki Pasport verilmişdir. Anası 1977-ci ilin yanvar ayında vəfat edib. O, vəfat edəndən sonra iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi ərizə ilə müraciət etmədiyi halda həmin evə dair iddiaçının adına Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi verilmişdir. Bundan sonra iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda kimsə qanunsuz olaraq həmin Vərəsəlik Şəhadətnaməsini və saxta ərizəni üçüncü şəxs İdarənin hüquqi varisi odluğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək həmin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli Qeydiyyat Vəsiqəsi alınıb. O, bu qanunsuz Ərizənin və Vərəsəlik Şəhadətnaməsinin üçüncü şəxs İdarəyə Cavabdeh1 tərəfindən verildiyini və onun tərəfindən həmin Qeydiyyat Vəsiqəsinin alındığını hesab edir. Belə ki, Cavabdeh1 həmin Vərəsəlik Şəhadətnaməsi əsasında Qeydiyyat Vəsiqəsi əldə edib, sonra da həmin Qeydiyyat Vəsiqəsi əsasında etibarından sui-istifadə edərək həmin evin ona bağışladığına dair Abşeron rayon 1 Saylı Dövlət Notariat Kontorunda qeyriqanuni olaraq xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli Bağışlama Müqaviləsi bağlamış və həmin evə dair dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. Bundan sonra da Cavabdeh1 cavabdeh İdarəyə 19 may 2021-ci il tarixində müraciət edərək həmin Bağışlama Müqaviləsini əsas göstərək həmin evin yerləşdiyi 0.05045 ha torpaq sahəsinə 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. Hesab edir ki, həmin Çıxarışların alınmasına əsası cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında üçüncü şəxs İdarə tərəfindən həmin evə dair qeyri-qanuni olaraq verilmiş Qeydiyyat Vəsiqəsi, həmin Qeydiyyat Vəsiqəsi də əsasında qanunsuz olaraq bağlanmış Bağışlama Müqaviləsi olmuşdur. Bu səbəblə cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsinin, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında alınmış 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli Qeydiyyat Vəsiqəsi əsasında iddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli Bağışlama Müqaviləsinin etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, birincisi həmin Qeydiyyat Vəsiqəsinin alınması üçün 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsi və müvafiq ərizə, cavabdeh İdarəyə iddiaçı tərəfindən verilməyib. Çünki həmin Ərizəyə baxılanda və notariatda tutulan reyestr kitabına baxılanda məlum olacaq ki, onları iddiaçı imzalamayıb. Həmin ərizə və reyestr kitabındakı imzanın iddiaçıya məxsus olmadığı da məhkəmə qaydasında ekspertiza yolu ilə məlum olacaqdır. Hesab edir ki, həmin əqd (ərizə) iddiaçının iradəsinə aid deyil. Əqdin bağlanması üçün isə Mülki Məcəllənin 324.1-ci maddəsinin tələbinə görə, iradə ifadəsinin mövcud olması məcburi ünsürdür. Məlum olduğu kimi, 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsinin alınması üçün onun cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoruna ünvanlandığı iradə ifadəsi, yəni ərizəsi (əqd) olmayıb. Lakin bu əqddən mənfəət əldə etmək istəyən digər cavabdeh A.İbad, Abşeron rayon Dövlət Notariat Kontoruna müraciət edərək həmin Vərəsəlik Şəhadətnaməsinin alınmasına nail olub. Bu onun göstərir ki, Abşeron rayon Dövlət Notariat Kontoru Vərəsəlik Şəhadətnaməsini əsassız olaraq verib. Ona görə də həmin Vərəsəlik Şəhadətnaməsi etibarsız sayılmalıdır. Abşeron rayon Dövlət Notariat Kontoru 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsinin Mülki Məcəllənin 1321-ci maddəsinin və Notariat haqqında qanunun 57-ci, 58-ci və 59-cu maddələrinin imperativ tələblərini pozaraq verib. Belə ki, vərəsə iddiaçının ərizəsi olmadan, tamamilə başa şəxsin ərizəsi əsasında həmin Şəhadətnaməni verib. Mülki Məcəllənin tələblərinə görə, qanunvericiliyin imperativ normaları pozularaq verilmiş əqd (Vərəsəlik Şəhadətnaməsinin də əqd olması şübhəsizdir) etibarsızıdır. İkincisi, 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi əsasında tərtib olunmuş Qeydiyyat Vəsiqəsinin tarixi 1989-cu il olsaydı onun məzmunu latın əlifbası ilə yox, kiril əlifbası ilə yazılardı. Bu durum həmin Qeydiyyat Vəsiqəsinin 1989-cu ildə deyil, Bağışlama müqaviləsinin bağlandığı 2013-cü ilə yaxın bir tarixdə tərtib edilmişdir. Bu da onun saxta olduğunu təsdiq edir. Belə ki, o, həmin 2013-cü ildə bütün bunların A.İbad tərəfindən qeyriqanuni, saxta yollar ilə təşkil edildiyini hesab edir. Hesab edir ki, saxta Vərəsəlik Şəhadətnaməsi əsasında əldə edilmiş saxta Qeydiyyat Vəsiqəsi əsasında bağlanmış Bağışlama Müqaviləsi də etibarsızdır. Belə ki, iddiaçının mülkiyyətində olmayan bir əmlakı kiməsə bağışlaması mümkün deyildir. Həmin evə dair verilmiş Qeydiyyat Vəsiqəsində olan naxışların 1989-cu il tarixlərində verilmiş Qeydiyyat Vəsiqələri ilə müqayisə ediləndə onların kəskin şəkildə fərqli olduğunu görmək olur. Yenə həmin Qeydiyyat Vəsiqəsində imzası olan Rəisin imzasını onun imzaladığı digər Qeydiyyat Vəsiqələrində olan imzalar ilə müqayisə etdikdə həmin imzanın fərqli və saxta olduğunu rahatlıqla görmək olur. Bundan başqa əgər iddiaçının adına hüquqa uyğun yəni saxta olmayan Qeydiyyat Vəsiqəsi verilmiş olsaydı bu mütləq anası Balaca Məmməd qızının adına verilmiş 042 nömrəli Texniki Pasportda göstərilərdi. Eyni zamanda Cavabdeh1 adına Çıxarış verilmiş olsaydı bu da həmin Texniki Pasportda göstərilərdi. Lakin belə bir göstərişlər həmin texniki pasportda yoxdur. Əldə etdiyi məlumatlara görə anası Balaca Məmməd qızının adına verilmiş texniki pasport, iddiaçının adına verilmiş Qeydiyyat Vəsiqəsi, Vərəsəlik Şəhadətnaməsinə aid Elektron Skan reyestr idarəsində silinmişdir. Belə ki, iddiaçının nümayəndəsinin təkidinə əsasən həmin elektron skanın olub-olmamasının yoxlanılması zamanı bu fakt məlum olmuşdur. Hesab edir ki, bu da təsadüfi olmamış və cavabdeh İdarənin hansısa işçisi tərəfindən bilərəkdən edilmişdir. Bütün bunlar əsasında hesab edir ki, cavabdeh A.İbad əlbir olduğu bəzi dövlət məmurları və notariat işçiləri ilə saxta Vərəsəlik Şəhadətnaməsini, saxta Qeydiyyat vəsiqəsinin əldə etməyə, daha sonrada həmin saxta sənədlər əsasında yenə iddiaçını yanıldaraq Bağışlama Müqaviləsinin bağlanmasına nail olub. Bununla iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnu onun əlindən alıblar. Hesab edir ki, həmin Vərəsəlik Şəhadətnaməsi və Bağışlama Müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməli və cavabdeh A.İbadın adına verilmiş çıxarış və plan ölçü sənədi ləğv olunmalıdır.
3. Cavabdeh1 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, artıq 5 ildən artıqdır ki, 2013-cü ildə qanuni yolla atası İddiaçı tərəfindən bağışlanan mülk llə bağlı məhkəmələrdədir. 2018-ci ildən bu günə qərəd qardaşı Xanlar Adıgözəlov atasını məcbur etmişdir ki, ona bağışlanan mülkü geri alsın. Əvvəllər onun təkidi ilə atası heç bir əsas və sübut olmadan məhkəməyə vermiş, indi də atasının adından nə yollasa, “etibarnamə” alıb öz çirkin əməlindən əl çəkmir. İndiyə qədər rayon məhkəməsindən Ali Məhkəməyə qədər qarşı tərəfin heç bir iddiası təmin edilməyib. İlk məhkəmə mülk ilə bağlı başlamış, sonra isə güya qardaşının xəbəri olmadan o, Notariat Kontorunda onun razılığı olmadan imzasını saxtalaşdırmışdır. Məhkəmə iclasında onun xahişi ilə imza ekspertizaya göndərilmiş və müəyyən edilmişdir ki, imza və qeydiyyat jurnalındakı yazılan yazı ona məxsusdur. Aradan bir müddət keçəndən sonra ona məxsus olan torpaqla bağlı iddia qaldırdı. Bu iddiada bağışlanma ilə bağlı sənədlər araşdırıldıqdan sonra yenə də onun xeyrinə 2023-cü ilin yanvarın 17-də Ali Məhkəmə qarşı tərəfin iddiasını təmin etməmiş və onun xeyrinə Qərar qəbul etmişdir. Guya 1989-cu ildə atasının adına verilmiş vərəsəlik şəhadətnaməsi saxtadır və atasının bu şəhadətnamədən xəbəri olmayıb. 5 ildir ki, iddia ərizələrində atası qeyd edir ki, “anam Balaca Məhəmməd qızı rəhmətə gedəndən sona vərəsəlik şəhadətnaməsi ilə mülk də, torpaq da onun mülkiyyətində olub.” Qeydiyyat vəsiqəsi ilə bağlı qeyd edir ki, onu da o yazmışdır. Vəsiqənin kənarlarındakı naxışlar və vəsiqədəki hansısa x hərfi mənim xəttimə oxşayır. Qeydiyyat vəsiqəsinin verilmə tarixi 2005-ci ildir. 2 ildən artıqdır ki, atası gəzə bilmir, özünü idarə edə bilmir, anlaqlı vəziyyətdə deyil, yataqdan qalxmır, yeməyini də özü yeyə bilmir. Belə olan vəziyyətdə xəstə atası necə olur ki, Xırdalanda 2 saylı Notariat Kontoru olduğu halda Bakı şəhəri 26 saylı Notariat Ofisinə gedərək qardaşına 2050-ci ilə kimi etibarnamə verir? (Reyestr nömrəsi 9184) məsələ burasındadır ki, rayon Məhkəməsinə bu növbəti iddia Ali Məhkəmənin 17 yanvar 2023-cü il tarixdə çıxardığı son Qərardan 10 gün sonra atasının yadına düşdü ki, vərəsəlik şəhadətnaməsi və mülkün qeydiyyat vəsiqəsi saxtadır. 2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində qarşı tərəfin iddiasının yalan olduğunu sübut etmək üçün hakimdən yerində baxış keçirilməsini xahiş etmiş və xahişi təmin olunaraq yerində baxış keçirilərək, hakim özü hər şeyi görmüş və haqq ədalət öz yerini taparaq Ali Məhkəmədə qarşı tərəfin kassasiya şikayəti təmin edilməmişdir. İddiaçının əsassız iddialar verməkdə məqsədi öz şəxsi mülkiyyətində icazəsini aldığı evin tikintisinin qarşısını almaqdır. İddianın rədd olunmasını xahiş edir.
5. Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixli, 1-2-592 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 14 yanvar 1977-ci il tarixdə vəfat etmiş Balaca Məmməd qızının vərəsəsi: İddiaçıdur. Miras əmlak: Abşeron rayonu, Xırdalan şəhəri,B.Sərdarov küçəsi,döngə bir,ev 2-də, 504,5kv metr olan torpaq sahəsində 1938-ci ildə but daşdan tikilmiş yaşayış sahəsi 22,5 kv olan 2 otaqdan ibarət olan evdir.
6. Abşeron Rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır.
7. X4 07 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, A-4 formalı vərəqdə Dövlət Notariat kontoruna yazılmış 170 saylı ərizənin yazıları və imzası İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən yazılmışdır. Tədqiqata təqdim edilmiş 1989-cu il 365 saylı Reyestrin 29-cu kserosurətli səhifəsinin imza qrafasında, İddiaçı adından icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir.
8. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində vəfat etmişdir.
9. Abşeron rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadına əsasən iş üzrə icraat İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır.
10. 10 iyul 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını övladı X8 vəsiyyət etmişdir.
11. Abşeron rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə 10 iyul 2021-ci il tarixli vəsiyyətnaməyə əsasən İddiaçı ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını övladı X8 vəsiyyət etməsi əsası ilə iş üzrə icraat təzələnmiş, X9 hüquqi varis olaraq işə baxılmasında iştirak etmişdir.
12. Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2689/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 22/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 avqust 2019cu il tarixli, 2(105)-2689/19 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Abşeron Rayon Məhkəməsinin 2(012)-634/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1, İddiaçı və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)- 634/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
17. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)- 1529/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı hüquqi varisi X6 cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi, 100 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərcinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat hüquqi xidmət xərcinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 527, 528, 552-ci maddələri, xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 217.2, 4.1, 14.2, 77.1, 88, 106.1, 119.1, 217.3, 217.4, 218.3, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
19. İddiaçının hüquqi varisi X9 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)-1529/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi, məhkəmə işi təfsilatlı araşdırmadığı üçün iddia ərizəsinə düzgün qiymət verə bilməmiş tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş, əksinə tətbiq etməli olmadığı maddi hüququ tətbiq etmişdir. Belə ki, hələ mərhum İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində deyilir ki, “mənim adımdan kimsə saxta Ərizə ilə Abşeron rayon Dövlət Notariat Kontoruna müraciət edilərək qanuna zidd olaraq 22 mart 1989-cu il tarixində 1-2- 592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alıb”. Bu faktı Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli X4 verdiyi Mütəxəssis Rəyi də sübut edir. Məhz həmin Rəydə deyilir ki, “A4 formatlı vərəqədə Abşeron rayon Dövlət Notariat Kontoruna yazılmış həmin 170 saylı Ərizənin yazıları (mətni) və imza, İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən yazılmışdır, o cümlədən Abşeron rayon Dövlət Notariat Kontorunda tutulan 1989-cu il tarixli 365 saylı notariatda tutulan Reyestr Kitabına 29-cü kserosurətli səhifəsinin imza qrafasında, İddiaçı adına icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunub”. Həm də etibarnamədəki və reyestr kitabındakı imzalar bir-birindən kəskin şəkildə fərlidir. Bu Rəydən açıq aydın məlum olduğu kimi, 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alınması üçün Notariat kontoruna verilmiş ərizə İddiaçı tərəfindən deyil, tamamilə başqa şəxs tərəfindən verilib və Şəhadətnamə əldə olunub. Nədənsə məhkəmə sübutlar sırasına daxil etsə də qətnamədə həmin rəydən heç bir formada bəhs etməyib, onu məhkəmə sübutlar sırasına daxil etsə də qətnamədə həmin rəydən heç bir formada bəhs etməyib, onun sübut olub olmadığına belə qiymət verməyib. Bu durum da nəticəyə birbaşa təsir göstərən, düzgün olmayan maddi hüquq normalarının tətbiq edilməsinə səbəb olan mühüm prosessual pozuntudur. Buradan məlum olduğu kimi, 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsinin alınması üçün verilmiş ərizə (əqd) iddiaçının iradəsinə aid deyil. Yəni, iddiaçı belə bir Vərəsəlik Şəhadətnaməsi almaq istəməyib. Əqdin bağlanması üçün isə Mülki Məcəllənin 324.1-ci maddəsinin tələbinə görə, əqdin bağlanması üçün iradə ifadəsinin mövcud olması məcburi ünsürdür. Məlum olduğu kimi, 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsinin alınması üçün iddiaçının cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoruna ünvanlandığı iradə ifadəsi, yəni ərizəsi (əqd) olmayıb. Bütün bunlardan göründüyü kimi, Məhkəmə qeyd edilən normaları, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-ci, 390.2-ci, 337.1-ci, 337.3-cü, 337.4-cü, 1321.1-ci və digər maddələrini və Notariat haqqında qanunun 57-ci, 58-ci və 59cu maddələrini və ya Azərbaycan SSR-nin qanunvericiliyinin analoji normalarını tətbiq etməli olduğu halda səhvə yol verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243cü, 1272-ci, o cümlədən Azərbaycan SSR-nin Mülki Məcəlləsinin analoji normaları olan 527-ci, 528-ci, 552-ci maddələrini tətbiq etmişdir. Məhz Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə görə, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Göründüyü kimi, Məhkəmə qətnaməni qəbul edərkən bu iş üzrə mirasın qəbulu və imtinası ilə bağlı normalarını tətbiq edib. Amma iddiaçının tələb etdiyi məsələ tamamilə fərqli bir məsələ olub, vərəsəlik şəhadətnaməsinin (əqdin) etibrasız sayılması ilə bağlıdır. Belə ki, iddiaçı mirası faktiki olaraq qəbul etdiyini inkar eləmir, sadəcə olaraq bildirir ki, onun yerinə kim isə, Notariat Kontoruna saxta Ərizə verərək saxta 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alıb və daha sonra digər sənədlər tərtib olunaraq torpaq və evi əlindən alınıb. Məhz bütün bu sənədlər, saxta ərizə əsasında alınmış Vərəsəlik Şəhadətnaməsinə istinad edir. İddiaçı həmin saxta ərizə əsasında verilmiş Vərəsəlik Şəhadətnamənin etibarsız sayılmasını tələb edib. Yəni iddia peredmeti əqdin etibarsızlığı ilə bağlı bir məsələ olduğu halda, məhkəmə səhvən mirasın qəbul və ya ondan imtina olunması ilə bağlı normaları tətbiq edib. Hesab edir ki, bu qəbul edilməzdir. Ona görə də həmin qətnamə ləğv olunmalıdır. Bunlardan başqa məhkəmə qətnamədə iddiaçının Vərəsəlik Şəhadətnaməsinin etibarsız sayılması tələbi üzrə iddia müddətinin keçdiyini bildirir. Belə ki, qətnamədə deyilir ki, “Mirasın qəbul edilməsi və ya mirasın qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı iddia müddəti deyil, kəsici müddətdir. Qanunverciliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirası qəbulu və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququ itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakin yuxarıda qeyd olunduğu kimi, tərəflər vərəsəlik şəhadətnməsindən xəbərdar olduğu halda bağışlama müqaviləsi bağlananadək 24 il ərizində mübahisələndirilməmişdir”. Hesab edir ki, məhkəmənin bu yanaşması da qəbul edilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021ci il tarixli Qərarında açıq aydın deyilir ki, əhəmiyyətsiz əqdin məhkəmə qaydasında etibarsız sayılması mümkündür və bu tələb üzrə iddia müddəti şamil olunmur. Məhz həmin qərarın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə (müddətə tabe olmadan istənilən vaxt) iddia qaldırıla bilər”. Yəni əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün hüquqları pozulan şəxs iddia müdddətinə tabe olmadan istənilən vaxt məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Hesab edir ki, həmin Çıxarışların alınmasına əsas cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında üçüncü şəxs İdarə tərəfindən həmin evə dair qeyri-qanuni olaraq verilmiş Qeydiyyat Vəsiqəsi, həmin Qeydiyyat Vəsiqəsi əsasında qanunsuz olaraq bağlanmış Bağışlama Müqaviləsi olmuşdur. Bu səbəblə Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən saxta Ərizə əsasında qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsinin, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında alınmış 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli “(saxta) Qeydiyyat Vəsiqəsi” əsasında iddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli Bağışlama Müqaviləsinin etibarsız sayılmasını iddiaçı məhkəmədən xahiş edib. Yəni iddia tələbinin xx.xx.2013-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birbaşa 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəlidir. Həmin 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi xx.xx.2013-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə səbəb olacaqdır. Bütün bunlar onu göstərir ki, Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və digər maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-ci, 390.2-ci, 337.1ci, 337.3-cü, 337.4-cü, 1243-cü, 1272-ci, 1321.1-ci və digər maddələrini, Notariat haqqında qanunun 57-ci, 58-ci və 59-cu maddələrini, Azərbaycan SSR-nin Mülki Məcəlləsinin analoji normaları olan 527-ci, 528-ci, 552-ci və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdir. Bunlardan başqa məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri ilə qorunan iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Belə ki, iddiaçı, mübahisəli saxta Ərizədəki və Abşeron Rayon Dövlət notariat kontorunda tutulan Reyestr Kitabında olan imzanın ona aid olmadığına dair xx.xx.2023-cü il tarixli X4 verdiyi Mütəxəssis Rəyini Məhkəməyə təqdim etsə də, Məhkəmə həmin sübuta qiymət verməmiş, heç bir əsaslandırma olmadan həmin sübutu sübutlar sırasına daxil etməmişdir. Hesab edir ki, bu durum MPM-in 88-ci maddəsinin tələbini pozduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Göründüyü kimi, Məhkəmə heç bir əsaslandırma olmadan həmin Rəyə qiymət verməmiş, hətta onun Məhkəməyə təqdim edildiyini belə qətnamədə yazmamışdır. Hətta qətnamə qəbul ediləndən sonra iddiaçı özü hakimlə olan telefon danışığında nə üçün təqdim edilmiş Rəyi sübut kimi qətnamədə göstərmədiyini soruşduğu zaman, hakim heç bir əsaslandrma gətirmədən “mən onu qətnaməyə yaza bilməzdim” deməklə kifayyətlənmişdir. Hesab edir ki, bu qəbul edilməzdir. Bundan başqa Məhkəmə iddiaçı tərəfin Şəhadətnamənin alınması üçün verilmiş Saxta Ərizədəki imzanın və məzmunun, Abşeron Rayon Dövlət notariat kontorunda tutulan Reyestr Kitabında olan imzanın ona aid olub olmadığının müəyyən edilməsi üçün xəttşünaslıq ekspertizasının təyin olunması üçün verdiyi Vəsatəti də təmin etməmişdir. Hesab edir ki, bu da qəbul edilməzdir və bu iş üzrə xəttşünaslıq ekspertizası təyin olunmalıdır. Bundan başqa təbii ki, məhkəmə prosesləri zamanı ədalətli məhkəmə araşdırmasının təmin olunması, məhkəmələr tərəfindən milli qanunvericiliyin maddi və prosessual normalarının düzgün tətbiq edilməsi, onların pozulmaması, sübutlara düzgün qiymət verilməsi, onların təhrif edilməməsi, tərəflərin haqlı vəsatətlərinin təmin olunması, maddi həqiqətin tapılması üçün ekspertizanın təyin olunması, mütəxəssisin işə cəlb olunması, obyektiv, qərəzsiz işə baxması, prosessual müddətlər ərzində apellyasiya və kasasiya şikayətinin verilməsi və sairə “ədalətli məhkəmə araşdırması” hüququnun digər aspektlərini təşkil edir. Məhz Məhkəmənin, işi təfsilatlı araşdırmadan, işdə olan Rəyə qiymət vermədən, Xəttşünaslıq ekspertizası təyin etmədən, izahatlarına düzgün qiymət verilmədən qətnamə qəbul etmiş olması iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnun pozulmasıdır. Əlavə olaraq iddiaçı hesab etmişdir ki, aşağıdakı faktlar da Məhkəmənin işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyini sübut edir. Belə ki, birincisi cavabdehlərdən olan Abşeron rayon Dövlət Notariat Kontoru bütün qanun pozuntularını törədən şəxs olsa da bir dəfə də olsa Məhkəmə iclasında iştirak etməyib. Məhkəmə də buna göz yumaraq qətnaməni qəbul edib; İkincisi, 19 may 2021-ci il tarixində cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edib. Yəni qətnamə o qədər tələsik yazılıb ki, bunu belə səhv yazıblar. Üçüncüsü, cavabdeh bildirir ki, guya Abşeron rayonu Xırdalan şəhəri Adıgözəlov küçəsi ev 1/2 onun tərəfindən tikilib. Lakin qardaşının verdiyi məlumatdan məlum olur ki, həmin evin tikildiyi bildirilən 1995-ci il tarixlərdə cavabdeh cinayət törətdiyi üçün təqsirli bilindiyi üçün məhkəmə hökmü ilə həbsdə olub. Dördüncüsü, cavabdeh bildirir ki, 2021-ci ildə iddiaçılar bağışlama müqaviləsinin etibarsız sayılmasını məhkəmədən tələb edib, lakin məhkəmə iddianı rədd edib. Əslində isə həmin tarixlərdə iddiaçılar məhkəmədən bağışlama müqaviləsinin ləğv edilməsini tələb edib, etibarsız sayılmasını deyil. Məhkəmə buna da məhəl vermədən qətnamə qəbul edib. Bütün bunlar məhkəməni işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyini sübut edir. Beşincisi, qətnamə elan ediləndən sonra cavabdeh bəzi sənədləri hakimə verib, hakim də bunları işə daxil edib. Altıncısı, məhkəmə prosesi başlanan ilk gündən hakim heç nəyə baxmadan öz fikrini bildirmiş və demişdir ki, bu iş üzrə iddia müddəti keçib. Hakim heç bir araşdırma aparmadan bu fikir üzərinə qətnamə qəbul edib. Yeddincisi, məhkəmə qətnaməsinin mətni gec yazıldığı üçün iddiaçı Adıgözəlov Xanlar, hakimə müraciət edərək bunun səbəbini soruşmuş və şikayət edəcəyini bildirmişdir. Hakim də ona geri telefonla zəng edərək ondan şikayət verməməsini, qətnamədən şikayət verməsini istəyib. Bundan başqa o, həmin danışıqda iddiaçı tərəfin verdiyi Rəy də daxil olmaqla bəzi sübutları işə daxil edə bilməyəcəyini də bildirib. Belə ki, iddiaçı mirası faktiki olaraq qəbul etdiyini inkar eləmir, sadəcə olaraq bildirir ki, onun yerinə kim isə, Notariat Kontoruna saxta Ərizə verərək saxta 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alıb və daha sonra digər sənədlər tərtib olunaraq torpaq və evi əlindən alınıb. Məhz bütün bu sənədlər, saxta Ərizə əsasında alınmış Vərəsəlik Şəhadətnaməsinə istinad edir. İddiaçı həmin saxta Ərizə əsasında verilmiş Vərəsəlik Şəhadətnamənin etibarsız sayılmasını tələb edib. Yəni iddia peredmeti əqdin etibarsızlığı ilə bağlı bir məsələ olduğu halda, Məhkəmə səhvən mirasın qəbul və ya ondan imtina olunması ilə bağlı normaları tətbiq edib. Hesab edir ki, bu qəbul edilməzdir. Ona görə də həmin qətnamə ləğv olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
22. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)- 1529/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Mulki Məcəllənin 527 və 528-ci maddələrinə uyğun olaraq Abşeron Notariat kontoru tərəfindən vərəsəlik şəhadətnaməsi verilmiş, lakin iddiaçı və onun huquqi varisi həmin vərəsəlik şəhadətnaməsinin qanunazidd verilməsini iddia etsələr də bununla bağlı izahatlardan başqa məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı miras əmlakın qanunla müəyyən edilmiş qaydaya uyğun qəbul edilməməsi faktını təsdiq edən mötəbər subutlar müəyyən edilməmişdir. Bundan əlavə, həmçinin işın faktiki hallarından müəyyən edilir ki, miras qoyan Balaca Məmməd qızı, 1977-ci ildə vəlat etdikdən sonra İddiaçı vərəsə olaraq miras əmlakı formal və qeyri-formal usulla qəbul etməklə, bağışlanma müqaviləsi bağlanana qədər miras əmlaka faktiki olaraq sahiblik etmiş və vəfat etdiyi 18 mart 2023-cü il tarixədək həmin əmlakda yaşamışdır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində göstərilmişdir ki, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Eyni hüquqi mövqe hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsində də öz əksini tapmışdır. Həmçinin miras qəbul edildiyi gündən bağışlama müqaviləsi bağlananadək 24 il ərzində vərəsəlik şəhadətnaməsinin qanunsuz olması mübahisələndirilməmişdir. Hazırkı iddia tələbinə qüvvədə olan Mülki Məcəllənin 1272-ci maddəsinin tələbi baxımından da hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Bu barədə eyni hüquqi mövqeni A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Plenum qərarında əks olunmuşdur. Plenum vərəsəlik hüuququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya mirasın qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı iddia müddəti deyil, kəsici müddətdir. Qanunverciliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirası qəbulu və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququ itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakin yuxarıda qeyd olunduğu kimi, tərəflər vərəsəlik şəhadətnaməsindən xəbərdar olduğu halda bağışlama müqaviləsi bağlananadək 24 il ərizində mübahisələndirilməmişdir. İddia tələbinin xx.xx.2023-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birbaşa 22 mart 1989cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəli olduğundan, məhkəmə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin rədd edilməsi qənaətinə və nəticəsinə gəldiyindən, həmçinin sözügedən bağışlama müqaviləsinin ləğvi ilə bağlı İddiaçı və Xanlar Adıgözəlovun iddia tələblərinə baxılaraq rədd edilərək qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə işin fakitki hallarına hüquqi qiymət verildiyindən, hal-hazırda bağışlama müqaviləsinin etibarsız, sayılmasına dair əsaslar müəyyən edilmədiyindən iddia tələbi onsuz da həmin hissədə də rədd edilməli idi. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri AR MPM-nin 185ci maddəsində təsbit edilmişdir. Abşeron rayon Dövlət Notariat Kontorunun məhkəmə iclasında iştirak etməməsi işə baxılmasım istisna etmir. Notariat Kontoru tərəfindən hər hansı qanun pozuntusu varsa, bunu sübut etmək vəzifəsi iddia tərəfinin üzərinə düşür. Məhkəmə prosesi başlanan ilk gündən hakim heç nəyə baxmadan öz fikrini bildirmişdisə, və bu iş üzrə iddia müddəti keçib deyə fikir ifadə etmişdisə nəyə görə AR MPM-də nəzərdə tutulmuş əsaslarla hakimə etiraz daxil olmamışdır? Əlavə olaraq nəzərə alınmalıdır ki, mülki iş üzrə tətbiq olunan müddət iddia müddəti deyil, kəsici müddətdir. Apellyasiya şikayətinin əsaslandırılma hissəsinə diqqət yetirdikdə, şahidi oluruq ki, hazırkı mülki iş üzrə iddiaçı şikayətdə qeyd etdiklərini yalnız hesab edir. Sübut təqdim etməyə gəldikdə isə bu barədə hər hansı hərəkət müşahidə olunmur. Buradan belə nəticəyə gəlmək olur ki, hal-hazırkı mülki iş üzrə apellyasiya şikayəti iddia ərizəsi kimi formal və əsassız mülahizələrdən ibarətdir, ona görə də rədd edilməlidir. İddiaçı, saxta olduğunu iddia etdiyi Ərizədəki və Abşeron Rayon Dövlət notariat kontorunda tutulan Reyestr Kitabında olan imzanın ona aid olmadığına dair xx.xx.2023-cü il tarixli X4 verdiyi Mütəxəssis Rəyinə münasibət bildirərək qeyd olunmalıdır ki, ərizə iddiaçının özü tərəfindən tərtib edilməklə, Notariat X1 imza da ona məxsusdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Vurğulanmalıdır ki, mərhum atalarını cavabdeh qismində qoymaqla məhkəməyə müraciət edən iddiaçını mərhum atasının hansı qaydada hüquqi varis elan edib ona vəsiyyətnamə verməsi də şübhəli məqamdır. İddiaçı artıq 6 ildir ki, özünün və mərhumun adından əsassız iddialar qaldırmaqla cavabdehin və məhkəmələrin vaxtını almaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1529/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
23. İddiaçının hüquqi varisi X9 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
24. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
25. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
26. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
27. İş üzrə üçüncü şəxs Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının hüquqi varisi X9 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: (xx.xx.2000-ci ilədək qüvvədə olan) Maddə 73. Ümumi iddia müddətləri Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (16). Maddə 76. İddia müddətinin keçməsindən asılı olmayaraq iddiaya baxılması İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Maddə 77. İddia müddətinin tətbiq edilməsinin məcburiliyi İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (yeni məcəllə) Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
33. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. İddianı rədd edərkən birinci instansiya məhkəməsi həm 01.09. 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəlləyə, eyni zamanda xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etmişdir.
34. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Balaca Məmməd qızına məxsus olmuş, Balaca Məmməd qızı 14 yanvar 1977-ci il tarixdə vəfat etdiyindən, həmin əmlak 22 mart 1989-cu il tarixdə Abşeron dövlət notariat kontorunda 1-2-592 nömrəli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın oğlu İddiaçı adına sənədləşdirilərək qeydiyyat vəsiqəsi əldə edilmiş, daha sonra isə İddiaçı Abşeron Rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsi əsasında özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini, hazırki iddia ərizəsində cavabdeh olan oğlu Cavabdeh1 bağışlamış və Cavabdeh1 həmin evə dair dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir.
35. İddiaçı vəfatından sonra isə onun hüquqi varisi X9 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsini və xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsini mübahisələndirərək, İddiaçı və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda, kimsə qanunsuz olaraq həmin vərəsəlik şəhadətnaməsini və saxta ərizəni üçüncü şəxs İdarənin hüquqi varisi olduğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək həmin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi alınmış, sonra da həmin qeydiyyat vəsiqəsi əsasında İddiaçı etibarından sui-istifadə olunaraq həmin evin Cavabdeh1 bağışlanmasına dair Abşeron rayon 1 saylı notariat kontorunda qeyri-qanuni olaraq xx.xx.2023-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsi bağlanmış və həmin evə dair dövlət reyestrindən sonuncunun adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir və iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 389 və 1321-ci maddələrinə istinad etmişdir.
36. Məhkəmə kollegiyiası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi birinci istansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni iddia tələbinin xx.xx.2023-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birbaşa 22 mart 1989cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəli olduğundan, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin rədd edilməsi qənaətinə və nəticəsinə gəldiyindən, həmçinin sözügedən bağışlama müqaviləsinin ləğvi ilə bağlı İddiaçı və Xanlar Adıgözəlovun iddia tələblərinə baxılaraq rədd edilərək qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə işin fakitki hallarına hüquqi qiymət verildiyindən, hal-hazırda bağışlama müqaviləsinin etibarsız sayılmasına dair əsaslar müəyyən edilmədiyindən iddia tələbinin həmin hissədə rədd edilməsi, həmçinin tələbin əsassız olduğundan iddiaçının cavabdehin törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi hissəsində də tələbin rədd edilməsi ilə əsaslandırmışdır.
38. İddiaçının hüquqi varisi X9 məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq vermiş olduğu apellyasiya şikayətinin dəlili olaraq məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsi, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmaması, işin təfsilatlı araşdırmadığı üçün iddia ərizəsinə düzgün qiymət verə bilməməsi, tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməməsi, əksinə tətbiq etməli olmadığı maddi hüququ tətbiq etməsini göstərmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qismən əsaslı olması qənaətinə gələrək, birinci istansiya məhkəməsinin bu qiymətləndirilməsini əsassız hesab edir və aşağıdakıları qeyd edir:
40. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. İşin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi iddia peredmeti Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır, lakin məhkəmə səhvən mirasın qəbul və ya ondan imtina olunması ilə bağlı normaları tətbiq edib.
42. Kollegiya hesab edir ki, ilk olaraq iddia tələbinin Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirilməlidir.
43. Kollegiya hesab edir ki, iddiaçı Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürərkən iddia müddətini ötürmüşdür.
44. Kollegiya hesab edir ki, araşdırılan hissə üzrə münasibətin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin müvafiq maddələri tətbiq edilməklə qiymətləndirilmə aparılmalıdır.
45. Mülki Məcəllənin: Maddə 73. Ümumi iddia müddətləri Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (16). Maddə 76. İddia müddətinin keçməsindən asılı olmayaraq iddiaya baxılması İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Maddə 77. İddia müddətinin tətbiq edilməsinin məcburiliyi İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
46. İş də olan Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
47. Kollegiyanın qənatəinə görə iddiaçı tərəf ən azından 2019-ci il tarixdən hüququnun pozulduğundan xəbərdar olmuşdur, lakin qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir.
48. Göründüyü kimi iddiaçı tərəf məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddətini ötürmüşdür.
49. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsə belə məhkəmə kollegiyasının qənaətinə görə müddətin tətbiq edilməsi barədə ərizənin verilməməsi hazırkı işə iddia müddətinin tətbiq edilməsini istisna etmir. Belə ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 77-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsinin məcburiliyi tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
50. Göründüyü kimi qanunverici iddia müddətinin tətbiq edilməsini cavabdeh tərəfin ərizə verməsi ilə şərtləndirməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır.
51. Kollegiya qeyd edilən hissədə iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim edlimiş ekspert rəyi və rəyin birinci instansiya məhkəməsi tərəfindən sübut növü olaraq qiymətləndirilməməsi ilə bağlı şikayətin dəlillinə də münasibət bildirir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Araşdırılan mübahisə üzrə iddia müddətinin ötürülməsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasının əsası olaraq çıxış etdiyindən sözüdegən ekspert rəyi iddianın həmin hissədə təmin edilməsi əsası olaraq qəbul edilə bilməz.
52. Kollegiya iddia tələbinin İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi və apelyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli 43- 560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bilavasitə 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəli olduğundan, məhkəmə kollegiyası vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin rədd edilməsi qənaətinə və nəticəsinə gəldiyindən, eyni zamanda bağışlama müqaviləsinin etibarsız sayılmasına dair əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir.
54. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:
55. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
56. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir.
57. Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
58. Qeyd edildiyi kimi qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, əqdlərin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutlumş əsaslar olmalıdır.
59. Mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər.
60. Kollegyia hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi üçün sadalanan ünsürlərin mövcudluğu müəyyən edilmədi. Tərəflər iradə ifadələrinə uyğun olaraq qanunla nəzərdə tutulmuş qaydada mübahisələndirilən əqdləri bağlamışlar.
61. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apelyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.
62. Eyni zamanda kollegiya qeyd edir ki, tələb əsassız olduğundan iddiaçının cavabdehin törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi hissəsində də tələbi rədd edilməlidir.
63. Belə ki, Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı cinayət əlamətləri aşkar edilməmişdir. Odur ki, iddiaçının hüquqi varisi X6 Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılması barədə tələbi təmin edilməməlidir.
64. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)-1529/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçının hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qimən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)-1529/2023 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı hüquqi varisi X6 cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu 1 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və törədilən cinayət əməlinin araşdırılması üçün xüsusi qərardadın qəbul edilməsi” barədə iddia tələbi rədd olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.