Məhkəmə qərarları › İş №2(105)-307/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-307/2020

08.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-307/2020 08.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(060)-1246/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(060)-1246/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim İlkin Xəlilov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(060)-1246/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən Xaçmaz rayonunun Qoçaqqazma kəndində xüsusi mülkiyyətindəki 0,9 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,3 ha hissəsinin Cavabdeh geri tələb etməklə onun həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin onun üzərinə qoyulması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilmiş ölçü və cizgilər daxilində 0,9 ha torpaq sahəsinin naturada bərpa olunmaqla ona təhkim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini onunla əsaslandırdı ki, məhkəmənin qətnaməsi ilə razı deyil. Belə ki, həmin qətnamə qanuni və əsaslı deyildir. O, iddia qaldırsa da iddia ərizəsinə düzgün hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə bu qətnamə cavabdehin maraqlarına uyğun olaraq çıxarılmış qətnamədir. O, mülkiyyətçidir və onun mülkiyyət hüququ toxunulmazdır. Ona görə də məcburiyyət qarşısında qalaraq apelyasiya şikayəti vermişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(060)-1246/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, RX seriyalı ******* kodlu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Xaçmaz rayonunun Qoçaqqazma kəndində yerləşən 1,013 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən istifadə edir və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir. Ona görə iddiaçının iddiasını əsassız hesab edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun, Qoçaqqazma kəndi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi İddiaçı və X1 ümumi birgə paylı mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu, Qoçaqqazma kəndi ərazisində yerləşən 1.013 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 12365 saylı məktubundan müəyyən olunur ki, iddiaçının və cavabdehin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə onlara verilmiş çıxarışın koordinatları arasında uyğunsuzluq olduğuna görə xx.xx.2019-cu il tarixli məhkəmə qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına istinadən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, cavabdehin isə qanuni istifadəsində olmasını, iddiaçının özünə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə dair sübut təqdim etməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etməmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin ona məxsus torpağı zəbt etməsini göstərsə də, iş materiallarında iddiaçının tələbi sübuta yetirilmir Belə iş materiallarından müəyyən edilir ki, RX seriyalı ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa və xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Xaçmaz rayonunun Qoçaqqazma kəndi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi İddiaçı və X1 ümumi birgə paylı mülkiyyətindədir. Eyni zamanda RX seriyalı ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Xaçmaz rayonu, Qoçaqqazma kəndi ərazisində yerləşən 1.013 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. İş materialalarından görünür ki, işin araşdırılması üçün birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etsə də, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyasının qərardadı əsasında iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, iddiaçıya məxsus torpaq sahəsinin 0,30 ha hissəsindən Cavabdeh istifadə edib-etməməsi, əgər istifadə edilirsə hansı ölçüdə istifadə edilməsi barədə sual qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/255 saylı ekspert rəyindən görünür ki, İddiaçı və Cavabdeh naturadakı faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə DƏDRX tərəfindən İddiaçı verilmiş **********53 reyestr nömrəli çıxarışın və Cavabdeh verilmiş çıxarışın koordinatları ilə uyğunsuzluq olduğundan qərardadda qoyulmuş suaların cavablandırılması mümkün olmamışdır, Göründüyü kimi həm birinci, həm də apelyasiya instansiyasında ekspertiza keçirilmiş, hər iki rəydə tərəflərin naturadakı faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə DƏDRX tərəfindən İddiaçı verilmiş **********53 reyestr nömrəli çıxarışın və Cavabdeh verilmiş çıxarışın koordinatları ilə uyğunsuzluq aşkar edildiyindən qərardadda qoyulmuş sualar cavablandırılmamışdır. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə etməsi ekspert rəyləri ilə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157.2.-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki işdə isə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilmədiyi və əksinə, bu hal ekspert rəyilə təkzib edildiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 100 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsini qət edərkən də düzgün nəticəyə gəlmişdir. Çünki Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilənlərə istinadən əsassız sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119 və 124-cü maddələrinə əsasən məhkəmə kollegiyasının qəraradı əsasında iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat iddiaçıdan alınaraq dövlət büdcəsinə aşağıdakı hesaba: Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ013601**********3944, SWFT BİK CTREAZ 22 və mütəxəssisin çəkdiyi xərcin əvəzi olaraq 60 (altımış) manat iddiaçıdan alınaraq aşağıdakı: “xxxx”ASC-nin Xətai filalı, kod 200071, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ013501**********1944, benefisiar KADASTR və YERQUR LAYİHA TADQ MAR, AZ23AİİB********************, VÖEN ********** hesaba keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(060)-1246/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(060)-1246/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat İddiaçı alınaraq dövlət büdcəsinə aşağıdakı hesaba: Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ013601**********3944, SWFT BİK CTREAZ 22 və mütəxəssisin çəkdiyi xərcin əvəzi olaraq 60 (altımış) manat İddiaçı alınaraq aşağıdakı: “xxxx”ASC-nin Xətai filalı, kod 200071, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ013501**********1944, benefisiar KADASTR və YERQUR LAYİHA TADQ MAR, AZ23AİİB********************, VÖEN ********** hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar