Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3079/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(077)-22/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Şuşa Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilmişdir. İlkin iddia üzrə Cavabdeh qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şuşa Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadına əsasən Şuşa Rayon Məhkəməsinin 2(077)-22/2021 saylı mülki iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qərardaddan şikayət vermişdir. Şuşa Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-22/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Şuşa Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır (Mülki Prosessual Məcəllənin 268.1., 268.2. maddələri) Göründüyü kimi qanunverici qərardaddan şikayət verilməsi üçün müddət 10 gün müəyyən etsə də, lakin şikayət vermə qaydasını isə fərqləndirmişdir. Bunlar birinci halda qərardad rəsmi qaydada verildiyi vaxtdan, ikinci halda isə şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi andan hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş xəbərnaməyə əsasən Şuşa Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı Cavabdeh tərəfindən 05 iyul 2021-ci il tarixdə qəbul edilmiş, məhkəmə aktından şikayət isə 03 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsinə əhəmiyyət verməmiş, prosessual müddətin ötürülməsi məsələsini müzakirə etmək əvəzinə şikayətə baxaraq məhkəmə aktı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Şuşa Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, MPM-nin 268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şuşa Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Şuşa Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət Azərbaycan Respublikası MPM-nin 268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3079/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3079/2021
01.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver