Məhkəmə qərarları › İş №2(105)-3174/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3174/2021

15.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3174/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsində aparılmış tikilinin sökülməsi və digər tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(027)-1705/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim V.Seyidov) mülki işə mahiyyəti üzrə baxılana kimi Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə İddiaçı verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinin üzərinə həbs qoyulması; həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi, həmin torpaq sahəsi üzərində tikinti aparılması və tikililərin tikilməsi qadağan edilməsi qərara alınmışdır. Cavabdeh1 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, Quba RİHB-nin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin Cavabdeh1 hesabına sökülməsi barədə qətnamə və Cavabdeh2 sədri Cavabdeh3nın qanunsuz əməllərinin cəzalandırılaraq onun barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi, həmin torpaq sahəsi üzərində tikinti aparılması və tikililərin tikilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsindən Cavabdeh1 mıxarılması, Quba RİHB-nin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin Cavabdeh1 hesabına sökülməsi barədə qətnamə və Cavabdeh2 sədri Cavabdeh3nın qanunsuz əməllərinin cəzalandırılaraq onun barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Halhazırda mübahisə predmetini təşkil edən Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən ona məxsus 0,05 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz tikili inşa edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Quba Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan tikinti işləri aparılan torpaq sahəsinə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və 24.06.2021-ci il tarixli №********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan qərardad mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli və onunla bağlı 16 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Quba rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini iddiaçının xahişinin əsaslı olması ilə əsaslandırmış və Azərbaycan Respublikası MPM-nin 157.1, 157.2 və 158.1.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı Quba RİHB-nin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, Quba RİHB-nin Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin Cavabdeh1 hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin iddianın təmin tədbiri barədə ərizə məhkəməyə təqdim edərək, Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi, həmin torpaq sahəsi üzərində tikinti aparılması və tikililərin tikilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (Mülki Prosessual Məcəllənin 158.1.1. maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. İşdən göründüyü kimi Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 24.06.2021-ci il tarixli №********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İddianın təmin tədbiri kimi mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması mülkiyyətçi kimi Cavabdeh1 hüquqlarını məhdudlaşdırır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin edərkən bu halları nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 nümayəndəsi Vəkil şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli və onunla bağlı 16 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, yuxarıda qeyd olunan halları nəzərə almaqla iddianı təmin etmə tədbiri barədə ərizəyə tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması üçün mülki iş Quba rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli və onunla bağlı 16 avqust 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbirinə dair ərizəyə tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması üçün mülki iş Quba rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar