Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3201/2020 22.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Mövsümov Nazim Rasim oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər qarşı X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddiası və X3 İddiaçı QSC-yə qarşı “kredit müqaviləsi şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9648,20 ABŞ dolları məbləğində kredit borcu, 1696,35 ABŞ dolları məbləğində faiz borcu və 2447,05 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13791,60 ABŞ dolları (on üç min yeddi yüz doxsan bir ABŞ dolları, altmış sent) məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və 13791,60 ABŞ dolları (on üç min yeddi yüz doxsan bir ABŞ dolları, altmış sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X2 və Cavabdeh2 ümumi qaydada tutulması, Abşeron rayonu İH Xırdalan şəhər 2 saylı MTİİİTSnin xx.xx.2014-cü il tarixli, 1065 saylı arayışı üzrə ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və ev satıldıqdan 1 ay sonra X5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə illik kredit faizinin 50 faiz azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 Azərbaycan manatı kursu ilə Azərbaycan manatına konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin iddiası qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdehlər X5, Cavabdeh2 müştərək qaydada 6407,31 ABŞ dolları əsas borc, 1696,35 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8203,66 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqının tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ilkin iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, X4 məxsus, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 33.200 (otuz üç min iki yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərin borcuna yönəldilməsi, ilkin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir (hakim Sevinc Quliyeva). Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 apelyasiya şikayəti vermişdir. X8 Məhkəməsində baxılarkən məhkəməyə daxil olmuş Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)1648/2020 saylı məktubunda İddiaçı QSC tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsidən apelyasiya şikayəti verildiyini, bu səbəbdən mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)1648/2020 saylı məktubunu nəzərə alaraq, hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan, məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsidən iddiaçı İddiaçı QSC tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı QSC-nin cavabdehlər qarşı X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddiası və X3 İddiaçı QSC-yə qarşı “kredit müqaviləsi şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1648/2020 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Nazim Mövsümov
Məhkəmə qərarları › İş №2(105)-3201/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3201/2020
22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver