Məhkəmə qərarları › İş №2(105)-3254/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3254/2020

09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3254/2020 09.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4993/2020 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı ASC qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılmasına və ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh7 MMC-yə məxsus olan 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016838 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993773 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016839 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 993766 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus 'markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016841 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995730 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016842 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995736 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016843 olan, ağ rəngli, ** AD *** qeydiyyat nişanlı, 995740 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı nəqliyyat vasitələri İddiaçı ASC-nin Sumqayıt filialı qarşısında xx.xx.2019-cu il tarixli sm5698/2 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmiş, bundan başqa Cavabdeh3 Həsən oğluna məxsus: 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NNAM0B5LL02016836 olan, ağ rəngli, ** CU *** qeydiyyat nişanlı, 993748 mühərrik nömrəli, İSUZU ECOBUS avtobus markalı; 2012-ci il buraxılışlı, VAQON 22+1 yerli tipli, şassi NSANPR66P9S102574 olan, ağ rəngli, ** HX *** qeydiyyat nişanlı, 737085 mühərrik nömrəli, İSUZU SAZ N037 avtobus markalı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə müvafiq qərar qəbul edilməsi, həmin qərardadın icrasının Azərbaycan Respublikası DİN BDYPİ-nə və müvafiq İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı ASC Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə məsələyə yenidən baxılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini mübahisəli nəqliyyat vasitələrinin ipoteka ilə yüklü edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılmasına dair iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, həmçinin iddianın təmin tədbiri barədə ərizə məhkəməyə təqdim edərək, ərizədə qeyd edilən mübahisəli nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyması, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər (Mülki Prosessual Məcəllənin 158.1.1., 158.1.2. maddələri). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Lakin ərizəni təmin etməyən birinci instansiya məhkəməsi iddianın təmin etmə tədbirinin tətbiq edilməməsi səbəbini kifayət qədər əsaslandırmamış, eləcə də mübahisəli əmlakın ipoteka ilə yüklü olmasının təmin tədbirinin tətbiqinin məhdudlaşdırmadığını nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə məsələyə qeyd olunan hallara diqqət yetirilməklə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbirinə dair məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Telman Quliyev Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar