Məhkəmə qərarları › İş №2(105)-327/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-327/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-327/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümbətova Xəyalə Nəriman qızının, iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının nümayəndəsi Bədirxanov Nemət Firudin oğlunun, Cavabdeh2, onun nümayəndəsi və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsindən iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankın apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, xx xxxx 2014-cü il tarixli, **********43914 nömrəli kredit muqaviləsi uzrə 18529,49 ABŞ dolları məbləğində əsas borc, xx xxxx 2018-ci il tarixədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı kecmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323,87 ABŞ dollarının qətnamənin icra olunan gunə Azərbaycan manatı məzənnəsi ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi uzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının xeyrinə tutulması, tələbin xx xxxx 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka muqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar şəhəri, Babək kuçəsində yerləşən 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nomrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh1 xx xxxx 2014-cü il tarixli, **********43914 nömrəli kredit muqaviləsi uzrə iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının qarşısında 28323,87 ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, xx xxxx 2014cü il tarixli, **********43914/ip nömrəli ipoteka muqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Qusar şəhəri, Babək kuçəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nomrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 198.000 manat müəyyən edilməsi qət edilmiş, iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, açıq səhmdar cəmiyyəti “Xalq” bankı iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının xeyrinə 18529,49 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixinədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3563,55 ABŞ dolları məbləğində penyanın, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 514,71 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 31702,13 ABŞ dollarının və xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manatın və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması, tələbin xx xxxx 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə açıq səhmdar cəmiyyəti “Xalq” bankı qarşısında 31702,13 ABŞ dolları məbləğində borcunun, xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən tutularaq açıq səhmdar cəmiyyəti “Xalq” bankına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ipoteka predmetinin likvid dəyərinin 28800 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, açıq səhmdar cəmiyyəti “Xalq” bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 19% ödəmək şərti ilə 25450 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında sonuncuya məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulması barədə 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair açıq səhmdar cəmiyyəti “Xalq” bankına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Kredit müqaviləsinin əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla, əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit müqaviləsinin bitdiyi tarixə, yəni xx xxxx 2018-ci il tarixə əsas borcun bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alan Cavabdeh1 gecikdirilmiş 18529,49 ABŞ dolları əsas borcu, 9094,38 ABŞ dolları faiz borcu qalmışdır. Bundan əlavə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan faizlərlə yanaşı, illik 15% dərəcəsi ilə penya da ödəməlidir. xx.xx.2018-ci il tarixə bu məbləğ 3563,55 ABŞ dolları təşkil edir. Həmçinin Cavabdeh1 xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 514,71 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzini də banka ödəməlidir. Açıq səhmdar cəmiyyəti “Xalq” bankı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin 1-ci bəndində dəyişiklik edilərək xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankı xeyrinə 18529,49 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixinədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 7979,75 ABŞ dolları məbləğində penyanın, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 7422,09 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 43025,71 ABŞ dollarının və xx.xx.2020ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manatın və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi üzrə çəkilmiş xərclərin tutulmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Məhkəmə bankın iddiasını kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanmış 7422,09 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, həmçinin xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin borc alandan tutulması hissəsində iddianı təmin etməmiş və bu barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Bank tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına uyğun olaraq zərərin (əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması üçün əsas olmuş və müvafiq dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi həmin qərarda yuxarıda göstərilən məsələ ilə bağlı öz hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Daha sonra Konstitusiya Məhkəməsi həmin qərarda açıq şəkildə qeyd edir ki, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində islərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun səkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Göründüyü kimi, zərərin (əldən çıxmış faydanın) ipoteka predmetinin dəyərindən tutulmasına dair tələbini sübut etmək üçün iddiaçı tərəfindən Konstitusiya Məhkəməsinin müvafiq qərarında verilmiş şərhə uyğun olaraq kreditorun (iddiaçının) həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcəsinin müvafiq orta miqdarını özündə əks etdirən statistik arayış məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunmuş yazılı sübuta (statistik arayışa) lazımi hüquqi qiymət verilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında verilmiş şərh Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinə uyğun olaraq məhkəmələr üçün məcburidir və qətnamə çıxarılarkən həmin şərhə məhkəmə tərəfindən mütləq qaydada riayət olunmaqla bankın təqdim etdiyi kifayətedici sübut əsasında iddia tələbi müvafiq hissədə də təmin edilməli idi. İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə faizləri hesablamaq barədə iddia tələbinin irəli sürülməsi isə bilavasitə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarından irəli gəlir. Həmin Qərarda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsinin qətnamədə hər hansı əsas göstərmədən illik 15% dərəcəsi ilə hesablanmış 7979,75 ABŞ dolları məbləğində penyanın azaldılaraq 700 ABŞ dolları məbləğində müəyyən etmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borclu əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 34% faiz dərəcəsi ilə (burada illik 34% faiz dərəcəsinin 19%-ni adi faizlər, 15%-ni isə dəbbə pulu təşkil edir) hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin bank tərəfindən penya kredit müqaviləsində nəzərdə tutulduğu kimi illik 34% dərəcəsi ilə deyil, illik 15% faiz dərəcəsi ilə hesablanmışdır ki, bu da hesablanmış penyanın kredit müqaviləsində razılaşdırılmış dərəcədən də az faiz dərəcəsi ilə hesablandığını sübut edir. Üstəlik bank tərəfindən borc alana güzəşt edilərək xx.xx.2020-ci il tarixindən penyanın hesablanması dayandırılmışdır ki, bütün bunları birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almalı idi. Başqa sözlə, müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2020-ci il tarixinə bu məbləğin 7979,75 ABŞ dolları olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər hansı əsas göstərmədən həmin məbləği azaltmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli, 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarına (Kredit müqaviləsinin bağlandığı tarixdən sonrakı müəyyən dövr ərzində qüvvədə olduğu və müvafiq əməliyyatların onun əsasında aparıldığı üçün bu Qaydalara istinad edilir. Hazırda müvafiq əməliyyatlar ləğv edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palası tərəfindən qəbul edilmiş oxşar münasibətləri tənzimləyən qaydalar ilə tənzimlənir) əsasən bank öz aktivlərini qiymətləndirir və bu aktivlər üzrə müvafiq ehtiyatlar yaradır. Mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar bankın xərclər hesabının debetləşdirilməsi yolu ilə yaradılır. Qeyd edilən Qaydalar banklar tərəfindən aktivlərin təsnifləşdirilməsi və yaradılacaq ehtiyatların miqdarını müəyyən edir. Qaydalara uyğun olaraq aktivlər (o cümlədən kreditlər) qənaətbəxş, nəzarət altında olan, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər kimi təsnifləşdirilməli və həmin aktivlər (o cümlədən kreditlər) üzrə müvafiq olaraq bir, bir-iki, iyirmi beş, əlli və yüz faiz miqdarında ehtiyatlar yaradılmalıdır. Qaydaların 4.3-cü bəndinə uyğun olaraq ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır. Başqa sözlə, müvafiq aktiv (o cümlədən kredit) üzrə yaradılmış ehtiyatlar müvəqqəti olaraq mülki dövriyyədən çıxarılmış olur və bank həmin məbləğlərdən istifadə edərək kreditləri verə bilmədiyi üçün fayda əldə etmək imkanından da məhrum olur. Xüsusilə qeyd etmək istərdik ki, yaradılan ehtiyatların məbləği borc alanın müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini icra intizamından bilavasitə asılıdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit də iddiaçı tərəfindən qaydalara uyğun olaraq təsnifləşdirilmiş və müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, qeyd edilən kredit üzrə xx.xx.2020-ci il tarixinə (qətnamənin tarixi) yaradılmış ehtiyatların cəmi məbləği 12970,64 ABŞ dollarına bərabər olan vəsait təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla bank Cavabdeh1 təqdim olunmuş şərtlərlə, yəni illik 19% dərəcəsi ilə başqa şəxsə kredit versə idi, 6644,80 ABŞ dolları məbləğində gəlir əldə etmiş olardı. Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 700 ABŞ dolları məbləğində cərimə isə bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin birinci instansiya məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. Birinci instansiya məhkəməsi əldən çıxmış fayda ilə bağlı iddia tələblərinin rədd edilməsi ilə bağlı hər hansı sübuta istinad etməmiş, həmçinin penya ilə əlaqədar tənasübün müəyyən edilməsində nəinki mötəbər, heç bir sübutdan istifadə etməmiş, tənasübsüzlük haqqında gəldiyi nəticəyə heç bir şərh verməyərək müəyyən edilmiş 700 ABŞ dolları məbləğində cərimənin necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. Birinci instansiya məhkəməsi “xxxx” Qiymətləndirmə Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AR 22-005/20 nömrəli rəyə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətini 198000 manat məbləğində müəyyən etmişdir. Halbuki, bank tərəfindən digər müstəqil qiymətləndirici şirkətlər olan “xxxx” Konsaltinq Şirkəti və “xxxx” MMCdən əldə edilərək birinci instansiya məhkəməsinə təqdim edilmiş rəylərdə isə müvafiq olaraq evin bazar qiyməti 60000 və 65000 manat, likvid qiyməti isə 55000 və 60000 manat məbləğində müəyyən edilmişdir. Bu isə evin qiymətinin 198000 manat məbləğində, yəni ipoteka müqaviləsində göstərilən qiymətdən təxminən 6,6 dəfə, qeyd edilən müstəqil qiymətləndiricilərin rəyində əks olunmuş qiymətdən isə təxminən 3,3 dəfə artıq olmasını istisna edir. Qeyd edilən uyğunsuzluqlarla bağlı iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı təkrar ekspertiza barədə vəsatət birinci instansiya məhkəməsinə təqdim edilsə də, həmin vəsatət təmin edilməmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının nümayəndəsi Bədirxanov Nemət Firudin oğlu məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2, onun nümayəndəsi və Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə borc məbləğlərinin Cavabdeh2 da tutulmasına dair olan hissədə ləğv edilməli, iddianın təmin edilməmiş qalan hissələrində qətnamə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, açıq səhmdar cəmiyyəti “Xalq” bankının Qusar filialı ilə bağlanmış xx xxxx 2014-cü il tarixli, **********43914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla, 25450 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan açıq səhmdar cəmiyyəti “Xalq” bankının Qusar filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, **********43914/ip saylı ipoteka müqaviləsinin surətindən görünür ki, açıq səhmdar cəmiyyəti “Xalq” bankının Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, **********43914 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, evin bazar dəyəri 30000 manat, likvid dəyəri 28800 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 11 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 11 iyul 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan açıq səhmdar cəmiyyəti “Xalq” bankın maliyyə arayışından görünür ki, xx xxxx 2014-cü il tarixli, **********43914 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 vaxtı keçmiş əsas borcu 18529,49 ABŞ dolları, xx xxxx 2018-ci il tarixə adi faiz borcu 9094,38 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixə cərimə borcu 3563,55 ABŞ dolları, kreditini müddətinin bitməsi xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 20% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 514,71 ABŞ dolları təşkil edir. İş materiallarında olan açıq səhmdar cəmiyyəti “Xalq” bankın xx.xx.2016-cı il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh2 oğluna məxsus ünvan 1 ünvanında 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 34202 saylı rəyindən görünür ki, iş materiallarında olan ödəniş qəbzləri və tərəflər arasında bağlanmış **********43914 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankına 29 avqust 2019-cu il tarixə əsas borcu 18298,10 ABŞ dolları, faiz borcu 9377,27 ABŞ dolları müəyyən edilir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 2752 saylı arayışından görünür ki, Cavabdeh2 məxsus ünvan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi yeni yaşayış massivi adlanan ərazidə yerləşən 1 sot həyətyanı torpaq sahəsinin hazırda açıq bazar qiyməti 4000-6000 manat civarındadır. İş materiallarında olan “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli, ƏEM/M 34-574/19 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin xx xxx 2019-cu il tarixə bazar dəyəri 196300,00 manat təşkil edir. İş materiallarında olan “xxxx qiymətləndirmə mərkəzi” MMC-nin xx xxx 2020-ci il tarixli, AR 22-005/20 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin xx xxx 2020-ci il tarixə bazar dəyəri 198000,00 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 60000 manat, likvid dəyəri 55000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin 07 iyul 2020-ci il tarixli, MB 13/708 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 65000 manat, likvid dəyəri 60000 manat təşkil edir. İş materiallarında əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, AVH/10-007/20 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 199700 manat, likvid dəyəri 190000 manat təşkil edir. İş materiallarında əlavə edilmiş “xxxx” MMC-nin 15 oktyabr 2020-ci il tarixli, MRM 10- 067/2020 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 201000 manat, likvid dəyəri 192000 manat təşkil edir. İş materiallarında əlavə edilmiş “Azərbaycan qiymətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurasının xx xxxxxx 2021-ci il tarixli, AQC 21/007 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 91000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 202000 manat, likvid dəyəri 185000 -190000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, açıq səhmdar cəmiyyəti “Xalq” bankının Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, **********43914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla, 25450 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 34202 saylı rəyindən görünür ki, iş materiallarında olan ödəniş qəbzləri və tərəflər arasında bağlanmış **********43914 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankına 29 avqust 2019-cu il tarixə əsas borcu 18298,10 ABŞ dolları, faiz borcu 9377,27 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilir ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 202000 manat, likvid dəyəri 185000 -190000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişklik edilməli, həmin evin açıq hərracda ilkin satış qiyməti 190000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iş materiallarında olan “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə hesabatını, “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, MB 13-/708 saylı rəyini və “Azərbaycan qiymətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurasının xx xxxxxx 2021-ci il tarixli, AQC 21/007 saylı mütəxəssis rəyini əsaslı hesab etmir. Belə ki, həmin hesabat və rəylər daşınmaz əmlaka baxış keçirmədən tərtib edilmiş və əmlakın real dəyərinə uyğun deyildir. İddiaçının apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə qeyd etdiyi dəlil iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə təkzib edilir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, xx xxxx 2014-cü il tarixli, **********43914 nömrəli kredit muqaviləsi uzrə 18529,49 ABŞ dolları məbləğində əsas borc, xx xxxx 2018-ci il tarixədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı kecmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323,87 ABŞ dollarının qətnamənin icra olunan gunə Azərbaycan manatı məzənnəsi ilə Cavabdeh1, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi uzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının xeyrinə tutulması, tələbin xx xxxx 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka muqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar şəhəri, Babək kuçəsində yerləşən 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nomrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh1 xx xxxx 2014-cü il tarixli, **********43914 nömrəli kredit muqaviləsi uzrə iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının qarşısında 28323,87 ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində qətnaməni kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018ci il tarixdən xx.xx.2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanmış 7422,09 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, həmçinin xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin borc alandan tutulmaması hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçı təşkilat onun pulundan cavabdehin gəlir əldə etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bununla da cavabdehin iddiaçının pul vəsaitindən faydalanması (gəlir əldə etməsi) halı hazırki işdə yoxdur. Belə olan halda da, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından, iddiaçının əldən çıxmış fayda formasında vurduğu maddi zərərin əvəzinin ödənilməsi tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin borc alandan tutulmasına dair hissəsi ilə bağlı həm də aşağıdakıları qeyd edir. “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinin 2019-cu ilin yanvarına qədər olan redaksiyasında müəyyən edilmişdir ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” qanunun 41.1 və 41.2-ci maddələrinin hazırda qüvvədə olan redaksiyasında isə göstərilir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Göründüyü kimi, istər köhnə, istərsə də hazırda qüvvə olan redaksiyada qanunvericilik ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etmiş və qanunda bu prosedurun icra məmuru tərəfindən ixtisaslaşdırılmış təşkilat vasitəsilə həyata keçirilməsi təsbit olunmuşdur. Yəni ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, qətnamənin icrası tələbin ipoteka predmetinə yönəlməsi ilə təmin edilir. Bunun da proseduru Qanunla müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əldən çıxmış fayda qismində zərərin ödənilməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissəsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normasının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından görünür ki, açıq səhmdar cəmiyyəti “Xalq” bankı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizəsində borc məbləğlərinin ancaq Cavabdeh1 tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, belə tələb olmadığı halda, borc məbləğlərini həm də Cavabdeh2 birgə qaydada tutmuşdur. Halbuki Cavabdeh2 ipoteka qoyan olmuş, kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün başqa üsulla məsuliyyət daşımamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 218.3cü maddəsinin tələblərini pozmuş və bu da qeyd edilən hissədə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə borc məbləğlərinin Cavabdeh2 da tutulmasına dair olan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdikləri digər dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə qismən, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə borc məbləğlərinin Cavabdeh2 da tutulmasına dair olan hissədə ləğv edilməli, iddianın təmin edilməmiş qalan hissələrində qətnamə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankın apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190000 (bir yüz doxsan min) manat müəyyən edilsin. Qətnamə borc məbləğlərinin Cavabdeh2 da tutulmasına dair olan hissədə ləğv edilsin. İddianın təmin edilməmiş qalan hissələrində qətnamə iddiaçı açıq səhmdar cəmiyyəti “Xalq” bankının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar