Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-33/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X18 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmmədova Rəxşəndə Elşad qızının katibliyi, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Güzdək Bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(012)-3547/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında qanunsuz fəaliyyət göstərən cavabdehlər Cavabdeh4, X4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin daş yatağından çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X3 rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsəfəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında sahibkarlıq fəaliyyəti həyat keçirmişdir. Göstərilən sahədə fəaliyyət göstərmək üçün 29 iyul 2005-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Qurbanov Akif” fiziki şəxsin Daş Karxanasının 2005-ci il üçün dağ işlərinin inkişafı planı təsdiq olunmuşdur. Mərhum həyat yoldaşı X15 vəfat edənə qədər həmin daş karxanasında fəaliyyət göstərmişdir. Həyat yoldaşının vəfatından sonra iddiaçı onun birinci növbəli vərəsəsidir. Həmin daş karxanasını miras kimi qəbul etmişdir. Həmçinin həyat yoldaşından miras qalmış digər əmlakı - yaşayış evini də miras kimi qəbul etmişdir. Karxananı işlətməyə başlamasa da, oğlu və iddiaçı daima oraya gedib karxanaya sahiblik etmişlər. Bu yaxınlarda karxanaya gedəndə iddiaçıya Cavabdeh4, X4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq daş karaxanasını zəbt etdikləri və bu karxananı işlətdikləri məlum olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşına müddətsiz istifadəyə verilmişdir. Yəni onun torpaqdan istifadəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaqdan daimi istifadə hesab olunur. Bu baxımdan da həmin Məcəllənin 51-ci maddəsinin tələbinə əsasən həyat yoldaşının vəfatı ilə icarə hüququ birinci növbəli vərəsə kimi iddiaçıya keçmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X10 birinci növbəli vərəsəsi olmaqla, daş karxanasını miras kimi faktiki olaraq qəbul etmiş, ora daimi olaraq gedərək sahiblik etmişdir. Bununla yanaşı mirasdan kiminsə xeyrinə imtina etməmişdir. Məhz qanunvericinin qeyd olunan normasından da göründüyü kimi əmlaka sahiblik və onun idarə olunmasına faktiki olaraq başlanıldıqda, miras vərəsə tərəfindən qəbul edilmiş sayılmalıdır. Məhkəmə öz qətnaməsində məhz onun subyektiv hüquqlarıının olmaması qənaətinə gəlmişdir. Məhkəmənin bu mövqeyi razılaşmayaraq bildirir ki, bu barədə Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, “Məhkəmələr tərəfindən torpaq sahələri üzərində hüquqların vərəsələrə keçməsi məsələsi həll olunarkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları nəzərə alınmalıdır. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. Lakin məhkəmə tərəfindən sübutlara obyektiv qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəf məhkəmə iclasında həmin sahəni qanuni yolla zəbt etdiklərini, o cümlədən həmin sahəyə 01 sentyabr 2020-ci il tarixli müqavilə bağladıqlarını bildirmişlər, lakin həmin müqavilənin bağlanmasına əsas olmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. Həmin sahəyə müqavilənin bağlanması cavabdeh tərəfin oradan istifadə və ya oranı zəbt etmək hüququnu vermir. Cavabdeh tərəf həmin sahəni qanunverciliyin tələblərinə uyğun əldə etməmiş və qanunsuz olaraq zəbt etmişdir. Buna görə də məhkəmə qarşısında vəsatət qaldırılaraq həmin sənədlərin “X12 İcarə Sahəsi” MMC-dən alınaraq məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Çünki vəkil sorğusuna MMC tərəfindən cavab verilməmişdir. Məhkəmə isə vəsatəti təmin etməyərək sübutları birtərəfli qaydada qiymətləndirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Güzdək Bələdiyyəsinin nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh3 nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmış, bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Abşeron rayon Güzdək X1 mişar daşı istehsal etmək üçün icarə müqaviləsi yolu ilə torpaq sahəsi ayrılması haqqında 23 mart 2006-cı il tarixli 27 nömrəli qərarı ilə Güzdək bələdiyyəsinin ərazisində dövlət fondunda qalmış, örüş sahə kimi uçota alınmış torpaq sahəsindən mişar daşı istehsal etmək üçün 15 (on beş) il müddətinə 1,5 hektar torpaq sahəsinin ayrılması, Akif Qurbanovun 22 noyabr 2010-cu ildə vəfat etməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Məlum olduğu kimi Mülki Məcəllənin 157.2. maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehlərin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Tərəflərin ədalət məhkəmə araşdırılması hüququnun təmin etmək məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 214 nömrəli 14 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daşı yatağı ilə Cavabdeh3 əvəzsiz olaraq subicarəyə verilmiş “Karxana” təsərrüfat hesablı torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə Ekspertiza Mərkəzinin 10/426 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1122 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağının yerləşdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən X8 əvəzsiz olaraq subicarəyə verilmiş “Karxana” təsərrüfat hesablı torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən emək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 04 sentyabr 2023-cü il tarixli 32/332/2-10448 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağının yerləşdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən Cavabdeh3 əvəzsiz olaraq subicarəyə verilmiş “Karxana” təsərrüfat hesablı torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən emək mümkün olmamışdır. İddiaçının nümayəndəsi Vəkil1 vəsatətlə müraciət edərək, mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki eskpertizasının keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/6642 nömrəli 24 yanvar 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. İddiaçı vəsatətlə müraciət edərək, mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmiş, yenidən mülki iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/2129 nömrəli 20 may 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin zəbt edilməsini Mülki Məcəllənin 157.2. və Mülki Prosessual Məcəllənin 77.1. maddələrinə əsasən sübut etməli olduğu halda, bu halı təsdiq edən tutarlı sübutlar təqdim etməmişdir. Mövcud vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud tələblə məhkəməyə müraciət etmək hüququ olsa da, iddia ərizəsində qeyd etdiyi hal iş materialları ilə təsdiq olunmadığından, eləcə də torpaq sahəsinin cavabdehlərin istifadəsində olması və bu istifadənin qanunsuz olduğu öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-33/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-33/2024
25.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver