Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-338/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(012)-3744/2019 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim S.M.Quliyeva) 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, OİR000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla çəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcunun, 251.84 manat məbləğində faiz borcunun və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m 2. ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42000 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-162/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.metr yaşayış sahəsi, 25 kv.metr yardımçı sahəsi, 49,2 kv.metr ümumi sahədən ibarət 86 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən İddiaçı QSC və Cavabdeh2 kassasiya şikayətləri vermişlər. AR Ali Məhkəməsinin 2(102)-4171/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-162/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılmış, qətnamə digər mübahisələndirlən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda apellyasiya baxışının predmetini Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsinin zamin Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissələri təşkil edir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla; cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcu, 251,84 manat məbləğində faiz borcu və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənılməsınə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması; Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə zaminə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" qərarı ilə əsaslandırılmışdır. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarı vərəsələrinin kreditorlar qarşısında məsuliyyətindən bəhs edir. Məhkəmə tərəfindən həmin qərara istinad edilməsi aydın deyil. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsi əsasları qeyd edilmişdir. Həmin maddənin 1-ci bəndinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə aşağıdakı hallarda xitam verilir. Qeyd olunan maddənin tələbindən göründüyü kimi, zaminliklə təmin edilmiş öhdəliyə dəyişiklik edildikdə zaminin razılığı tələb olunur. Həmin razılıqlar iş materiallarına əlavə edilmiş sənədlərdə mövcüd olmasına baxmayaraq, məhkəmə həmin sübutları nəzərə almamış və bununla da zaminə münasibətdə iddia tələbini təmin etməməklə yalnış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi, 19.04.2013-cü il tarixli, 02R000026990 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına 14.09.2015-ci il tarixli, 02R000026990SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu, borcun qaytarılma müddəti müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planı imzalayaraq razılığını bildirmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi, 23.05.2014-cü il tarixli, 02R000032935 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 11000 (on bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına 14.09.2015-ci il tarixli, 02R000032935SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planını imzalayaraq razılığını bildirmişdir. Sonuncu-13.01.2015-ci il tarixli, 002R********** kredit razılaşması üzrə Cavabdeh2 30 ay müddətinə, aylıq 1.8333% faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin pul kredit xətti çərçivəsində verilmişdir. Beləliklə də, zaminə münasibətdə tələbin təmin edilməməsi üçün məhkəmə tərəfindən müəyyən edilmiş əsas işin faktiki hallarına uyğun deyil. Cavabdehin ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi hissəsində də məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən və Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.metr yaşayış sahəsi, 25 kv.metr yardımçı sahəsi, 49,2 kv.metr ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əsas öhdəlik yerinə yetirilmədiyindən, yəni kredit borcu ödənilmədiyindən və tutma ipoteka predmetinə yönəldiyindən həmin əmlak boşaldılmalı və ipotesaxlayana təhvil verilməlidir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı bankın apellyasiya şikayətinə etiraz edərək, onun rədd olunmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 02L000009237 saylı, 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən ona 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Yenə iş materiallarında olan 02S000018220 saylı, 17 oktyabr 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin tarixli kredit xətti müqaviləsi çərçivəsində götürülmüş kreditlərin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini təmin etmək məqsədilə Cavabdeh1 öz üzərinə bank qarşısında maddi məsuliyyət götürmüşdür. Yenə də iş materiallarında olan kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 18.04.2013-cü il tarixli, 02M000001470 saylı ipoteka müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24,2 m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilədə ipoteka predmetinin qiyməti 27464 (iyirmi yeddi min dörd yüz altmış dörd) manat müəyyən edilmişdir. Müqavilə notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən və Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahə, 49,2 m2 ümıımi sahədən ibarət 86 saylı fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Yenə işdə olan məktubdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 27.04.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və cavabdeh-ipoteka verən Cavabdeh2 tərəfindən 28.04.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 03.05.2016-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Yenə də işdə olan kredit razılaşmalarından görünür ki, 19.04.2013-cü il tarixli, 02R000026990 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına 14.09.2015-ci il tarixli, 02R000026990SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu, borcun qaytarılma müddəti müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planını imzalayaraq razılığını bildirmişdir. İş materiallarına əlavə edilmiş kredit sənədlərindən görünür ki, 23.05.2014-cü il tarixli, 02R000032935 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 11000 (on bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına 14.09.2015-ci il tarixli, 02R000032935SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planını imzalayaraq razılığını bildirmişdir. Yenə iş materiallarına əlavə edilmiş 13.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 30 ay müddətinə, aylıq 1.8333% faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Yenə də iş materiallarına əlavə edilmiş bildiriş və pretenziyadan görünür ki, Cavabdeh2 banka olan kedit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rəsmi formada xəbərdarlıq edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilmsinə dair bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmeti 27.04.2016-cı il tarixdə qeydə alınmışdır. Yenə iş materiallarında olan, cavabdehin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası “X1” MMC-nin 17.10.2016-cı il tarixli, 59/LBC saylı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 73707 (yetmiş üç min yeddi yüz yeddi) manat təşkil edir. Yenə də iş materiallarında olan, iddiaçının vəsatəti əsasında təyin edilmiş ”Əmlak Bazarları İstehlakçıları” İctimai Birliyi MMC-nin 24.07.2019-cu il tarixli, 38/07-19/-05-S saylı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 42000 (qırx iki min) manat təşkil edir. İşdə olan 25.05.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 13.01.2015-c il tarixli, 002R********** saylı kredit razılaşması üzrə əsas borcu 3322,17 manat, faiz borcu 251,84 manat, cərimə borcu 310,93 manat olmaqla, cəmi 3884,94 manat təşkil edir. Yenə işdə olan 25.05.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 19.04.2013-cü il tarixli, 02R000026990 saylı kredit razılaşması üzrə əsas borcu 7284,03 ABŞ dolları, faiz borcu 721,56 ABŞ dolları, cərimə borcu 878,52 ABŞ dolları olmaqla, cəmi 8884,11 ABŞ dolları təşkil edir. Yenə də işdə olan 25.05.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23.05.2014-cü il tarixli, 02R000032935 saylı kredit razılaşması üzrə əsas borcu 7629,82 ABŞ dolları, faiz borcu 752,81 ABŞ dolları, cərimə borcu 875,12 ABŞ dolları olmaqla, cəmi 9257,75 ABŞ dolları təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisənin kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, hazırda Abşeron Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə yalnız Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissələrində araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini və mübahisə üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(012)-3744/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək kredit borcu Cavabdeh1 da tutulmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğuna əməl etməmiş və nəticədə onun banka 13.01.2015-c il tarixli, 002R********** saylı kredit razılaşması üzrə əsas borcu 3322,17 manat, faiz borcu 251,84 manat, cərimə borcu 310,93 manat olmaqla cəmi 3884,94 manat, 19.04.2013-cü il tarixli, 02R000026990 saylı kredit razılaşması üzrə əsas borcu 7284,03 ABŞ dolları, faiz borcu 721,56 ABŞ dolları, cərimə borcu 878,52 ABŞ dolları olmaqla cəmi 8884,11 ABŞ dolları, 23.05.2014-cü il tarixli, 02R000032935, saylı kredit razılaşması üzrə əsas borcu 7629,82 ABŞ dolları, faiz borcu 752,81 ABŞ dolları, cərimə borcu 875,12 ABŞ dolları olmaqla cəmi 9257,75 ABŞ dolları kredit borcu hazıra kimi ödənilməmişdir. Digər Cavabdeh1 Nurəddın oğlu ilə bağlanmış 02S000018220 saylı, 17 oktyabr 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən iş üzrə əsas borclu və Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İddiaçı tələbində qeyd etmişdir ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə maddi məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ali Məhkəmənin iş üzrə qərarında qeyd edildiyi kimi işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin zaminə aid hissəsini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına istinad etmişdir. Halbuki, həmin qərar borclunun ölümü halında onun vərəsələrinin və zaminin borclunun öhdəliklərinə görə məsuliyyətinin həddinin müəyyən edilməsi barədədir və hazırki mübahisəyə aidiyyəti yoxdur. İşə baxan məhkəmə həmçinin, hesab etmişdir ki, 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20.000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində, 13 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 5.000 (beş min) manat olmaqla Cavabdeh2 ayrılmış, bununla da 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının 1.1-ci və 1.4-cü bəndlərində göstərilən məbləği aşdığından və Cavabdeh1 digər razılaşmalarda razılığı olmadığından iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olmaqla təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, mülki işdə olan 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində verilmiş kreditlərə dair sonuncu razılaşmalar üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir. (iş vərəqi 13 və 19). İşə kassasiya qaydasında baxan Ali Məhkəmənin mülki kollegiyasının göstərişlərinə görə iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 355 və 357-ci maddələrinin tələbləri nəzərə alınmaqla, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı hüquqi mövqelərinə uyğun təhlil edilməklə, zaminə qarşı hissədə iddia araşdırılmalı və gəlinən nəticələr əsaslandırılmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yenə həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Eyni Məcəllənin 355.1-ci maddəsinə görə əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində verilmiş kreditlərə dair sonuncu razılaşmalar üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir. İşin bu halları isə onu deməyə əsas verir ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 bank öhdəliklərinə görə zamin durmuş Cavabdeh1 sonradan kredit razılaşmaları əsasında götürülmüş kredit vəsaitlərinin məbləğini bilmiş və bu barədə də borclunun öhdəliklərinin təminatçısı rolunda çıxış etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhz Cavabdeh1 yaranmış borcla bağlı Cavabdeh2la birlikdə iddiaçı bank qarşısında müştərək məsuliyyət daşıyır və qət edilmiş borc onlardan birlikdə tutulmalıdır. Başqa sözlə, kollegiyanın qənaətinə görə, Cavabdeh1 qarşı qaldırılmış iddianın rədd edilməsi barədə işə baxan məhkəmənin gəldiyi nəticə nə işin faktiki hallarına, nə də yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə uyğun gəlmir. Bundan başqa, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı ipoteka predmetinin istifadə hüququ barədə yüklülükdən azad olunması, Cavabdeh2 oradan çıxarılması və oranın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddianı rədd etmiş, lakin iddiaçı bank bu hissədə də qətnaməni mübahisələndirmişdir. «İpoteka haqqında» Qanunda ipoteka qoyulmuş yaşayış sahəsinə tutma yönəldilən zaman həmin yaşayış sahəsindən ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin istifadə hüquqlarının itirilməsi, həmçinin həmin yaşayış sahəsinin boşaldılaraq ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən şəxslərin istifadə hüquqlarının itirilməsini və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etmək hüququ həmin əmlakın mülkiyyətçisinə məxsusdur. Hazırki halda isə ipoteka predmetinin açıq hərracda kim tərəfindən alınacağı əvvəlcədən bəlli deyildir. Həmin məsələ qətnamə qanuni qüvvəyə mindikdən və ipoteka predmeti satıldıqdan sonra mübahisə doğurduğu halda müstəqil iddia predmeti ola bilər. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi, ipoteka qoyan tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan qanunun 59.4-cü maddəsinə (tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxtda qüvvədə olan məzmunda) görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda iddia tələbinin ipoteka predmeti olan əmlakın satıldıqdan bir ay sonra boşaldılması hissəsində qeyri-müəyyən zaman və şərt altında təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Digər tərəfdən, daha öncə qeyd edildiyi kimi artıq satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipoteka saxlayanla ipoteka qoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimləyir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə bu sahədə heç bir mübahisə olmadığı halda iddia tələbi əmlakın boşaldılması hissəsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə bu hala düzgün qiymət vermiş, hazırkı mərhələdə heç bir əsas olmadan əmlakın boşaldılması barədə iddianın rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətinin əsaslarına dair iddiasını qismən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun 7,70 manat hissəsi İddiaçı QSC-nin özünə aid edilməli, 7,70 manat hissəsi isə Cavabdeh1 tutularaq İddiaçı QSC-yə qaytarılmalı, kassasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları isə onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(012)-3744/2019 saylı qətnaməsi Cavabdeh1 qarşı qaldırılmış iddianın rədd edilməsi hissəində ləğv edilsin. Bu hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi, İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, OİR000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla çəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcunun, 251.84 manat məbləğində faiz borcunun və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması hissəsində Cavabdeh1 aid hissədə də təmin edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 ilə birlikdə ondan da tutulsun. Qətnamə qalan hissədə, yəni tələbin Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42000 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması, həmçinin Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSCyə təhvil verilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun 7,70 manat hissəsi İddiaçı QSC-nin özünə aid edilsin, qalan 7,70 manat hissəsi isə Cavabdeh1 tutularaq İddiaçı QSC-yə qaytarılsın. Kassasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları isə onların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-338/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-338/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver