Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3414/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2569/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2569/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, icraçı "xxxx" MMC ilə payçı Cavabdeh1 arasında bağlanmış Kooperativ binada mənzil tikintisi haqqında 26.11.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, Cavabdeh1rnın ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli, yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzildən çıxarılaraq mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən "xxxx" MMC apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2569/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və «Abşeron LTD 2013 MMC»yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, «Abşeron LTD 2013 MMC» ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə və Cavabdeh1 və həmin mənzildə onunla birlikdə yaşayan şəxslərin əmlakları ilə birlikdə ünvan 2 ünvanında inşa olunan yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Cavabdeh2 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməyib. Cavabdehin məhkəmə baxışında iştirak edə bilməməsi səbəbindən öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə məlumat vermək, Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə əsasən iddia ərizəsinə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutları təqdim etmək imkanı olmayıb. Cavabdeh2 MMC-nin iş materialları ilə tanış olması və iş materiallarında olan sənədlərin surətinin ona verilməsi təmin edilməyib və buna şərait yaradılmayıb. Birinci instansiya məhkəməsi tək iddiaçı tərəfin iştirakı ilə işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipini pozub. Məhkəmə nəzərə almayıb ki, məhkəmə aktlarının olması o demək deyil ki, iddiaçı mənzilə mülkiyyət hüquqları əldə edib. Belə ki, İddiaçı Cavabdeh2 MMC-nin payçısı və üzvü olmayıb, deyil, bu barədə ümumi yığıncağının qərarı və üzvlük kitabçası mövcud olmayıb. Cavabdeh2 MMC "xxxx" MMC-nin hüquqi varisi olmayıb və hazırda da deyil. İddiaçı Cavabdeh2 MMC-nə pul ödəməyib, ümumiyyətlə MMC-dən heç kimlə əlaqədə olmayıb. Bundan başqa məhkəmə nəzərə almayıb ki, İddiaçı adına tərtib edilmiş 20 may 2009-cu il tarixli müqavilə Kooperativ tərəfindən deyil, qanunsuz olaraq "xxxx" MMC adından tərtib edilib. Məhkəmə nəzərə almayıb ki, iddiaçı tərəfindən mübahisəli əmlakı əldə etməsi barədə notariat qaydasında təsdiq olunmuş əqdi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim etməyib. Buna görə də onun həmin əmlaklar üzərində mülkiyyət hüququ mövcud deyil. Mövcud olmayan mülkiyyət hüququ üzrə guya iddiaçının həmin mənzil üzərində həmin əmlaka sahiblik və istifadə hüquqlarını əldə etməsi və iddiaçının haqlı olması, cavabdehin mənzili təhvil verməkdən imtina etməsini qeyd etməsinə dair gəldiyi nəticə əsassız və qanunsuzdur. İddiaçı mənzil tikintisi üçün ödədiyi vəsait mənzil tikintisinə deyil, “Fuad-LTD" MMC-nin keçmiş rəhbərliyi tərəfindən mənimsənildiyi üçün məhkəmənin iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları əldə etməsini qeyd etməsi absurddur. Bununla məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci və 146.2-ci maddələrinin tələblərini pozub. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Məhkəmə qətnamədə göstərib ki, məhkəmə qərarı olmasına baxmayaraq icraçı müqavilə üzrə öhdəliyini icra etməyərək mənzili payçıya verməmiş, iddiaçı ilə bağladığı müqavilədən sonra yenidən Cavabdeh1 ilə eyni ev və mənzilə dair müqavilə bağlayaraq iddiaçıya məxsus mənzili ikinci dəfə Cavabdeh1 satmışdır. Məhkəmə nəzərə almayıb ki, İddiaçı adına 20 May 2009cu il tarixli müqavilə və mənzil üzrə pay haqqının ödənilməsinə dair kassa mədaxil qəbzi və maliyyə arayışı olsa da o, məhkəməni aldadaraq bu iddianı məhkəməyə verməklə əsassız varlanmaq niyətində olub. Məhkəmə nəzərə almayıb ki, İddiaçı “ümumi sahəsi 47,0 kv.metr olan mənzilə görə 1 kv.m üçün 285 manat olmaqla cəmi 13.395 manat məbləğindəki pul vəsaitini Cavabdeh2 MMC-yə ödəməyib. Ümumiyyətlə İddiaçı Cavabdeh2 MMC-yə pul ödəməyib və həmin mənziln iddiaçıya satılması barədə 20 may 2009-cu il tarixli müqavilə və digər sənədləri "xxxx" MMC-nin keçmiş rəhbəri Qasım Məmmədov tərəfindən imzalanmaqla verilib. Lakin məhkəmə nəzərə almayıb ki, 28 dekabr 2009-cu il tarixdə Bakı şəhəri, 19 saylı Dövlət Notariat kontorunda "xxxx" MMC Qasım Məmmədov tərəfindən satılıb və alğı-satqı müqaviləsi imzalanıb. Alğı-satqı müqaviləsində qeyd olunub ki, müqavilə imzalanan tarixə olan bütün öhdəliklər satıcıya aiddir, yəni Qasım Məmmədova, müqavilə imzalanan tarixdən sonra yaranmış öhdəliklər alıcıya aiddir. Bundan başqa məhkəmə nəzərə almayıb ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi tərəfindən təqdim edilən məktubda İddiaçı Cəmiyyətdən mənzil alması öz əksini tapmayıb və o zərərçəkmiş qismində tanınmayıb. Məhkəmə belə bir mötəbər sübutun olduğu halda əsassız və qanunsuz olaraq nəzərə almayıb ki, Cəmiyyət tərəfindən Cavabdeh1 mənzilin satılması qanuni və əsalı olub. Cəmiyyətin heç vaxt mübahisəli mənzili ikinci dəfə kiməsə satmaq niyəti olmayıb. Məhkəmə Cavabdeh1 mənzil hüquqlarını pozaraq onun mənzildən çıxarılaraq mənzili boşaldması nəticəsinə gələməsi qanunsuz və əsassızdır. Məhkəmə nəzərə almayıb ki, məhz "xxxx" MMC-nin keçmiş rəhbərliyi tərəfindən hazırki iddiaçı və başqa şəxslərə tərtib etdiyi saxta müqavilələr, maliyyə arayışları ilə bağlı onun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 31 May 2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb, Cəmiyyətin direktoru həbs olunub, binanın tikintisi dayandırılaraq yarımçıq qalıb. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron LTD-2013” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunaraq 2013-cü ildən yeni Cəmiyyətin təsisçilərinin və payçılarının vəsaiti hesabına binada tikinti işləri davam etdirilib. Bundan başqa məhkəmə nəzərə almayıb ki, Cavabdeh2 tərəfindən ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47kv.m olan bir otaqlı mənzil mövcud deyil. Bundan başqa birinci instansiya məhkəməsi Cavabdeh2 hüquqi ünvanı ünvan 5zaraq işə baxmaqla qanunsuz qətnamə qəbul etmiş və həmin məsələyə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Şərh edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2569/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Cavabdeh1 ümumiyyətlə tanımır. O, evi Cavabdeh2 MMC-dən almışdı. Alğısatqı 2009-cu ildə olmuşdu. Sonra o, uzun müddət Azərbaycanda olmamış, ölkəyə qayıdanda evində başqasının yaşadığının şahidi oldu. Cavabdeh1 mənzilimi təmir edib və orada yaşayır, mülkiyyəti olan mənzil hazırda onun iradəsinə zidd olaraq başqasının sahiblik və istifadəsindədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2569/2021 saylı qətnaməsin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən sədri X1 ilə İddiaçı arasında bağlanmış 20.05.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin surətindən görünür ki, icraçı ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən qiymət üzrə ödəməklə son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 285 manat olmaqla, mənzilin ümumi dəyəri 13.395 manat təşkil edir. Müqaviləyə edilmiş qeyddən görünür ki, payçı tərəfindən 13395 manat 20.05.2009-cu il tarixdə ödənilmişdir. "xxxx" MMC-nin maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən də 20.05.2009-cu il tarixdə "xxxx" MMC-dən ümumi sahəsi 47 kv.m olan bir otaqlı mənzili almış və 13395 manat pul ödəmişdir. Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(012)-2126/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 may 2009-cu il tarixli Kooperativ binada mənzil tikintisi müqaviləsində nəzərdə tutulan ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı, 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmuş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17.01.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnaməsinin cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Müdlki Kollegiyasının 04.08.2020-ci il tarixli, 2(102)3141/2020 saylı qərarından görünür ki, cavabdeh «Abşeron LTD 2013 «MMC-nin kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(012)-2126/2019 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(012)- 2126/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi 20.08.2019-cu il tarixdə icraya yönəldilmişdir. "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru X2 ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2013-cü il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 52 kv.m olan bir otaqlı 64 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən üzrə ödəməklə son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 423 manat olmaqla, mənzilin ümumi dəyəri 22.000 manat təşkil edir. Müqaviləyə edilmiş qeyddən görünür ki, payçı tərəfindən 22.000 manat 26.11.2013-cü il tarixdə ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(102)-2569/2021 saylı sorğu məktubuna əsasən Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 08.03.2021-ci il tarixli, 61 saylı arayışından müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 2/15 saylı evin 74 saylı mənzilində qeydiyyatda olsa da bu ünvanda yaşamır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ M.Müşfiq küçəsi, 31A saylı ev, VÖEN ********** olmaqla 26.11.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı 20.05.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən, ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzili almışdır. Həmin müqaviləyə əsasən icraçı mənzili payçıya təhvil verməyi öhdəsinə götürsə də öhdəliyini icra etməmiş, bu səbəbdən də iddiaçı öhdəliyin məcburi icrası tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 16.07.2019-cu il tarixli, 2(012)- 2126/2019 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək mənzilin tikintisinin başa çatdırılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin icraçı "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək yuxarı instansiya məhkəmə aktları ilə Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(012)-2126/2019 saylı qətnaməsi qüvvədə saxlanılmış, qətnamə qanuni qüvvəsini alaraq 20.08.2019-cu il tarixdə icraya yönəldilmişdir. Lakin cavabdeh MMC tərəfindən öhdəlik icra edilməyərək 26.11.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan mənzil sonradan Cavabdeh1 satılmaqla iddiaçının mənzilə dair mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə, Cavabdeh1 və həmin mənzildə onunla birlikdə yaşayan şəxslərin əmlakları ilə birlikdə ünvan 2 ünvanında inşa olunan yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı, 64 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. "xxxx" MMC ilə İddiaçı arasında hüquq münasibətlərinin yarandığı dövrdə (mənzilə dair müqavilə 20.05.2009-cu il tarixdə bağlanmışdır) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsində mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak hüquqları və beləliklə, mülkiyyət kimi qiymətləndirilə bilər. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin mülkiyyətidirmi? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mülkiyyət anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. Gözlənti mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı (Payçı) qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ünvan 10 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok 13cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan 1 otaqlı mənzilin dəyərini ödəməklə həmin mənzilə mülkiyyət hüquqları əldə etmiş və onun bu hüquqları məhkəmə aktlarına əsasən təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından görünür ki, məhkəmə qərarı olmasına baxmayaraq icraçı müqavilə üzrə öhdəliyini icra etməyərək mənzili payçıya verməmiş, iddiaçı ilə bağladığı müqavilədən sonra yenidən Cavabdeh1 ilə eyni mənzilə dair müqavilə bağlayaraq iddiaçıya məxsus mənzili ikinci dəfə Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1. maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. İddiaçı "xxxx" MMC ilə bağladığı 20.05.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən hər iki tərəf arasında mülki hüquq və vəzifələr yaranmış, həmin müqavilə qüvvədə olduğu zaman cavabdeh digər şəxslə eyni mənzilə müqavilə bağlamışdır. Bir müqavilə üzrə hüquq və vəzifələrin yarandığı zaman başqa bir şəxslə eyni mənzilə dair hüquq və vəzifələrin yaranması qanunvericiliyə ziddir və bu müqavilə mülki hüquq münasibətləri yaratmır, mübahisə edilən əqd olduğundan etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələblərinin Cavabdeh1 ilə icraçı "xxxx" MMC arasında bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair tələblərini əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmi Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Müəyyən edilmişdir ki, iddiaçıya məxsus mübahisə predmeti olan mənzildə cavabdehin yaşadığı məlum olmuş, Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzildə heç bir hüquqi əsası olmadan yaşaması müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə iddia tələblərini cavabdehin iddiaçıya məxsus olan mənzildən çıxarılaraq mənzilin boşaldılması tələblərini də əsaslı hesab edib təmin etmişdir. Bundan başqa iddiaçı tərəfindən ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildə Cavabdeh1 və onun ailə üzvlərinin yaşadığı bildirilsə də həmin şəxslərin kimliyi qeyrimüəyyən olduğundan və həmin mənzildə həqiqətən də yaşayıb-yaşamadıqları barədə sübutlar təqdim olunmadığından məhkəmə iddia tələblərinin bu hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin iş üzrə iddia tələbinin qismən təmin olunmasına dair gəlmiş olduğu nəticə ilə razılaşılr. Müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən sədri X1 ilə İddiaçı arasında bağlanmış 20.05.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin surətindən görünür ki, icraçı ünvan 6 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən qiymət üzrə ödəməklə son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 285 manat olmaqla, mənzilin ümumi dəyəri 13.395 manat təşkil edir. Müqaviləyə edilmiş qeyddən görünür ki, payçı tərəfindən 13395 manat 20.05.2009-cu il tarixdə ödənilmişdir. "xxxx" MMC-nin maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən də 20.05.2009-cu il tarixdə "xxxx" MMC-dən ümumi sahəsi 47 kv.m olan bir otaqlı mənzili almış və 13395 manat pul ödəmişdir. Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(012)- 2126/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 may 2009-cu il tarixli Kooperativ binada mənzil tikintisi müqaviləsində nəzərdə tutulan ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı, 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmuş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17.01.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnaməsinin cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.08.2020-ci il tarixli, 2(102)3141/2020 saylı qərarından görünür ki, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onların arasında hər hansı bir müqavilə bağlanmamışdır və buna görə də iddiaçının qarşısında hər hansı bir öhdəlik daşımır. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında mübahisəli mənzilə dair alğısatqı müqaviləsi bağlanılmış, sonra "xxxx" MMC Qasım Məmmədov tərəfindən Azər Tağıyevə satılmışdır. Hazırda adı "xxxx" MMC-dir. Bundan sonra hazırda qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 may 2009-cu il tarixli Kooperativ binada mənzil tikintisi müqaviləsində nəzərdə tutulan ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı, 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmuş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan başqa iddiaçı ilə bağlanılmış alğı-satqı müqaviləsi hazırda qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. AR Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2569/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3414/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3414/2021
14.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver