Məhkəmə qərarları › İş №2(105)-343/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-343/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-343/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın boşaldılması, əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi və artıq qalan vəsaitin cavabdehə qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-133/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-133/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 15000 ABŞ dolları əsas kredit borcu, 5499,83 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) olmaqla, cəmi 20509,83 ABŞ dollarının kredit borcunun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 22,95 manat dövlət rüsumunun alınaraq, İddiaçı-nin xeyrinə ödənilməsi, İddiaçı-nin tələbinin ipotekaya qoyulmuş RX ******* saylı, xx.xx.2015-ci tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1 mülkiyyətində olan, Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsi, 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan cəmi 20509,83 ABŞ dolları borcunun və 22,95 manat məbləğində dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim Z.Tahirov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-133/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ipoteka predmetinin qiymətləndirilməsinə dair hissədə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 15000 ABŞ dolları əsas kredit borcu, 8015,83 ABŞ dolları faiz borcu və 3797,50 ABŞ dolları gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) olmaqla, cəmi 26813,33 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı-nin xeyrinə ödənilməsi, İddiaçı-nin tələbinin ipotekaya qoyulmuş RX ******* saylı, xx.xx.2015-ci tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1 mülkiyyətində olan, Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 160,06 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 28000 ABŞ dolları məbləğində müəyyən edilməsi, həmin yaşayış sahəsində yaşayan şəxslərin evdən çıxarılması, 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-nə olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı tələbin məbləğinin dəqiqləşdirilməsi barədə ərizə verərək,İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 15000 ABŞ dolları əsas kredit borcu, 5499,83 ABŞ dolları faiz borcu, vaxtı keçmiş kreditə görə ikiqat hesablanmış 2516 ABŞ dolları cərimə məbləği və 3797,50 ABŞ dolları gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) olmaqla, cəmi 26813,33 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh xx xxxxxx 2015ci il tarixli, 427/1 saylı kredit müqaviləsinə əsasən fərdi ev təmiri məqsədilə 36 ay müddətinə illik 23% hesablanmaqla 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan, Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 160,06 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə şərtləri pozaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə banka 8015,83 ABŞ dolları faiz borcu və 3797,50 ABŞ dolları gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) olmaqla, cəmi 26813,33 ABŞ dolları borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən bir sıra pozuntular törədilmişdir. O, bankdan kredit götürdükdən bir müddət sonra ABŞ dollarının manata olan məzənnəsi qalxmış, buna görə də borcunu ödəyə bilməmişdir. Ölkə başçısının məlum Fərmanına əsasən onun problemli kreditinə görə 2080,05 manat kompensasiya ödənilmiş və iddiaçıya cəmi 23149,95 manat borcu qalmışdır. Lakin qətnaməyə əsasən onun iddiaçıya 20509,83 ABŞ dolları borc müəyyən edilmişdir, bu məbləğ isə manatla təxminən 35000 manat təşkil edir. Borcun daha dəqiq müəyyən edilməsi üçün iş üzrə mühasibatlıq ekspertizası keçirilməlidir. Bundan başqa, ipoteka predmeti qətnamə ilə 45000 manata dəyərləndirilmişdir, halbuki yaşayış evinin hazırkı real qiyməti ən azı 100000 manat təşkil edir. Məhkəmə mübahisəni araşdırarkən işin bu hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Buna görə də qətnamə ipoteka predmetinin qiymətləndirilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin nümayəndəsi X4 cavabdehin şikayətinə etiraz etdi və bildirdi ki, ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsinə heç bir hüquqi əsas yoxdur və buna görə də apelyasiya şikayəti təmin edilməməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh bildiriş göndərilmiş, cavabdeh məhkəməyə teleqram göndərərək hava şəraitinin pis olması səbəilə iştirak edə bilməyəcəyini, ipoteka predmetinin 57000 manata dəyərləndirilməsilə razı olduğunu, mübahisə üzrə bankla razılaşdığını, 23419 manat ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh fərdi ev təmiri məqsədilə 36 ay müddətinə illik 23% hesablanmaqla 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə işdə olan xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yenə də işdə olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsindəki 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2015-ci il tarixdə fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məxsus Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2015-ci ildən kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilənədək İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi rəsmi reyestrdə qeydə alınmışdır. Yenə iş materiallarında olan bildirişlərdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur. Yenə işdə olan xx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 15000 ABŞ dolları məbləğində vəsait təqdim edilmiş və borclu tərəfindən qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı-yə həmin tarixəxx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı kredit müqaviləsi üzrə 15000 ABŞ dolları əsas kredit borcu, 8015,83 ABŞ dolları faiz borcu və 3797,50 ABŞ dolları gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) olmaqla, cəmi 26813,33 ABŞ dolları məbləğində borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, 14 saylı hesabatından görünür ki, Cavabdeh məxsus Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 45000 (15000+30000) manat təşkil edir. Yenə işə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı-yə xx xxxxxxx 2017-ci il tarixə 15000 ABŞ dolları əsas kredit borcu, 5499,83 ABŞ dolları faiz borcu, vaxtı keçmiş kreditə görə ikiqat hesablanmış 2516 ABŞ dolları cərimə məbləği və 3797,50 ABŞ dolları gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) olmaqla, cəmi 26813,33 ABŞ dolları məbləğində borcu vardır. Mülki iş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh məxsus Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin orta bazar qiyməti 57000 manat, likvid dəyəri isə 50000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin qətnamədən apelyasiya şikayətini şikayət həddində, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlayır. İddiaçı iddianın təmin edilməmiş hissəsində qətnamədən şikayət verməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırda qətnamə tərəflər arasındakı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəvzinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi hissələrində MPM-nin 372.6-cı maddəsinin tələbinə əsasən apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin olunmalı, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-133/2019 saylı qətnaməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı kredit müqaviləsinə əsasən, cavabdehə fərdi ev təmiri məqsədilə illik 23 % olmaqla, 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı qismində borcluya məxsus yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh iddiaçıdan götürdüyü krediti vaxtında (qrafik üzrə, xx xxxxxx 2018-ci ilədək) qaytarmamış, bununla da bank qarşısında borc öhdəliyi yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qaydada qətnamə qəbul etmişdir. Bu qətnaməni yalnız cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirib həmin hissədə müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, 14 saylı hesabatına əsasən 45000 manat müəyyən etmiş, lakin əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Hazırda cavabdeh həmin məbləği mübahisələndirir, ipoteka predmetinin ilkin satış qiymətinin bundan yuxarı olduğunu bildirir. İşdə olan “xxxx” MMC-nin tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin orta bazar qiyməti 57000 manat, likvid dəyəri isə 50000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış sahəsi açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 50000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, bu qiymət məlum hesabatdakı daşınmaz əmlakın likvid dəyərinə əsasən müəyyən edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)- 133/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh məxsus Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdakı ilkin satış qiyməti 50000 manat müəyyən edilsin. Qətnamə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 427/1 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15000 ABŞ dolları əsas kredit borcu, 5499,83 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) olmaqla, cəmi 20509,83 ABŞ dollarının kredit borcu tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 22,95 manat dövlət rüsumunun alınaraq, İddiaçı-nin xeyrinə ödənilməsi, İddiaçı-nin tələbinin ipotekaya qoyulmuş RX ******* saylı, xx.xx.2015-ci tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan, Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,0595 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 160,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, 0,0595 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan, cəmi 20509,83 ABŞ dolları borcunun və 22,95 manat məbləğində dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi, iddianın qalan təmin edilməmiş hissəsində, eləcə də iş üzrə məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 200 manatdan 100 manatının cavabdeh Cavabdeh, 100 manatının isə İddiaçı-dən tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı-dən tutularaq Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar