Məhkəmə qərarları › İş №2(105)-3430/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3430/2021

23.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3430/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında Şuşa Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(077)-38/2021 saylı qətnaməsindən iddiaçı-Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şuşa Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(077)-38/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiası təmin edilmiş, İddiaçı məxsus 2012-ci il buraxılışlı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli, Ban WP1ZZZ92ZCLA83204) “X14 minik” markalı avtomobilin Cavabdeh alınaraq İddiaçı qaytarılması, Cavabdeh İddiaçı qarşı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, cavabdeh-iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 2012-ci il buraxılışlı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli, Ban WP1ZZZ92ZCLA83204) “X14 minik” markalı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il buraxılışlı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X14 minik” markalı avtomobil onun mülkiyyətindədir və bu barədə adına 25.06.2020-ci il tarixli, AD 823084 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Təxminən 2020-ci ilin avqust ayının əvvəllərində həmin avtomobili o, kredit yolu ilə Cavabdeh satmışdır. Aralarında etibar olduğundan avtomobilin alqı-satqısına dair kredit sənədləşdirilməsi aparılmamış, razılaşdıqları qiyməti Cavabdeh hər ay ona ödəməli idi. O, Cavabdeh avtomobili yalnız idarə etmək üçün etibarnamə vermiş,cavabdeh avtomobilin pulunu tam ödəyib qurtardıqdan sonra isə alqı-satqı müqaviləsi bağlanmalı idi. Cavabdeh hazırki vaxtadək heç bir ödəniş etməmiş, nə də avtomobili qaytarmamışdır. O, avtomobilin idarə edilməsi üçün vermiş olduğu etibarnaməni 14.10.2020-ci il tarixdə ləğv etdirmişdir. Cavabdeh 2012-ci il buraxılışlı, qara rəngli, **- SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X14 minik” markalı avtomobili qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ilə məhkəməyə müraciət edərək ** SO *** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı, universal tipli, 2012-ci il buraxılışlı, qara rəngli, BAN WP1ZZZ92ZCLA83204 avtomobilə dair onunla cavabdeh İddiaçı arasında bağlanmış 25.06.2020-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il buraxılışlı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X14 minik” markalı avtomobil ona məxsusdur. O, İddiaçı lombardın işçisi kimi tanıyır. İddiaçı hüquqi ünvanı ünvan 1” (VÖEN:**********) lombardın işçisidir, özünə dost bildiyi X4 isə 16 sentyabr 2018-ci il tarixdən tanıyır. Bir müddət sonra Aydın Cavadov ilə dostluq münasibətləri ciddiləşmişdir. X6 10 gün müddətinə əmisi üçün borca 3000 manat pul istəmiş və borcunu dediyi vaxtdan tez qaytarmışdır. Bu səbəbdən də aralarında etibarlı münasibət yaranmışdır. 2020-ci ildə dostu Aydın Cavadov ona bildirmişdir ki, əmisi X7 ciddi problemləri vardır və əmisinə təcili pul lazımdır. Aydın Cavadov ona bildirmişdir ki, ”LOTTO” lombardın sahibi X8 onun tanışıdır, əgər ona inanırsa, “X14 minik” markalı avtomobili girov kimi göstərərək 1 aylığına borca pul alsın,1 ay tamam olanda isə borcu əmisinin köməkliyi ilə qaytaracaqlar. Aydın Cavadova inandığından və darda qoymamaq üçün dostuna köməklik etmək məqsədi ilə səhəri gün Aydın Cavadovla görüşmüş, lakin Aydın Cavadov ona avtomobili 1 aylıq ”LOTTO” lombardın sahibi Sadiq Rəhimovun adına keçirsələr borca pul götürə biləcəyini demişdir. Ona məlum olmayan sənədləşməni Aydın Cavadov və əmisi Azər Cavadov aparmışlar. Yekunda onlar dövlət yol polisinə gedərək həmin avtomobili ”LOTTO” lombardın sahibi Sadiq Rəhimovun adına yox, İddiaçı adına keçirmişdir. Avtomobilini İddiaçı satmaq niyyəti olmamışdır. İddiaçı ona avtomobili almaq üçün pul verməmişdir. Lakin sonradan məlum olmuşdur ki, İddiaçı ”LOTTO” lombardın sahibi deyildir. O, dostu Aydın və əmisi Azərlə ”LOTTO” lombarda getmiş, lombardın sahibi Sadiq Rəhimovdan 39000 manat pul almış, lakin götürülən məbləğdən ona pul verməmişlər. İddiaçı ilə onun arasında bağlanılmış 25.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi uydurma və pərdələnmiş əqddir. Avtomobilin alqı-satqı müqaviləsi İddiaçıla, kredit müqaviləsi isə ”LOTTO” lombardın sahibi Sadiq Rəhimovla bağlanmışdır. Avtomobilin sənədləri saxta müqavilə əsasında İddiaçı adına keçsə də, avtomobil onundur. Həmin avtomobil İddiaçı istifadəsində olmamışdır. 1 ay tamam olanda ona məlum olmuşdur ki, özünə dost bildiyi Aydın Cavadov və əmisi Azər Cavadov onun etibarından sui-istifadə edərək, İddiaçıla birlikdə ona qarşı dələduzluq etmiş və ona külli miqdarda maddi ziyan vurmuşlar. Onunla İddiaçı arasında bağlanmış saxta alqı-satqı müqaviləsi formal xarakter daşıyır. Şuşa Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(077)-38/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş Cavabdeh İddiaçı qarşı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair 2(005)-1662/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı-Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində qeyd olunmuşdur ki, təxminən 2020-ci ilin avqust ayının əvvəllərində avtomobili kredit yolu ilə ona satmış, aralarında etibar olduğundan avtomobilin alqı-satqısına dair kredit sənədləşdirilməsi aparılmamışdır və razılaşdıqları qiyməti o, hər ay İddiaçı ödəməli idi. Göründüyü kimi, iddia ərizəsindən sanki belə məlum olur ki, İddiaçıla uzun müddətdir bir-birlərini tanıdıqlarından aralarında etibar olmuşdur, əks təqdirdə, tanımadığı bir insana heç bir rəsmiləşdirmə aparılmadan dəyəri 50000 manatdan yuxarı olan avtomobilin satılması ağlasığmazdır. İddiaçının nümayəndəsi isə birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, İddiaçıla əvvəllər bir-birlərini tanımamışlar, mübahisəli avtomobil əvvəllər onun mülkiyyətində olduğundan, İddiaçı tapmış, onunla kredit müqaviləsi bağlamışdır. Göründüyü kimi, iddiaçının nümayəndəsinin izahatı ilə iddia ərizəsi uzlaşmamışdır. Belə ki, əvvəla, iş materialalrından görünür ki, mübahisəli avtomobilin girovuna dair “Lotto Lombard”la müqavilə 2020-ci ilin avqust ayında yox, 25 iyun 2020-ci il tarixdə, yəni avtomobilin İddiaçı mülkiyyətinə keçdiyi tarixdə bağlanmışdır. Tarixlərin üst-üstə düşməməsi ilə bir daha təsdiq olunur ki, mübahisəli avtomobilin İddiaçı mülkiyyətinə keçməsinə dair sənədləşmə etibarsızdır. Onun mübahisəli avtomobili İddiaçı satmaq niyyəti olmamışdır, ümumiyyətlə, o, İddiaçı tanımamışdır. Qarşılıqlı iddia üzrə tələbi ona görə “alqı-satqı müqaviləsinin ləğvi” kimi qoyulmuşdur ki, o, “Lotto Lombard”dan dostu X9 və əmisi X13 üçün Aydın Cavadova etibar edib öz əmlakını girov qoymaqla müqavilə bağlamış, müqavilə nəticəsində pul isə Aydın Cavadova çatmışdır. O, həmin puldan faydalanmamışdır. Aydın Cavadovun xahişi ilə öz əmlakını girov qoymuş, 1 aya pulu lombarda qaytaracağına dair vədinə inanmışdır. Lombarddan ona bildirmişlər ki, avtomobili girov qoymaqla yox, lombardın sahibi Sadiq Rəhimovun adına keçirməklə borc müqaviləsinin bağlanması mümkündür. Avtomobil, borc və kreditlə bağlı bütün sənədləşmələrlə Aydın Cavadov məşğul olmuş, o, sonda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə getməklə imza etmiş, lakin avtomobilin İddiaçı satılmasından məlumatı olmamışdır. Əgər avtomobili həqiqətən satmışdırsa, bu zaman alqı-satqı üçün ödənilməli olan pul vəsaitinə dair qəbz məhkəməyə təqdim olunmalı idi. Halbuki ona heç bir məbləğ ödənilməmişdir və elə zənn etmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsində aparılan sənədləşdirmələr “Lotto Lombard’la bağlanılan borc müqaviləsi ilə əlaqədar olmuşdur. Sonradan ona elə gəlmişdir ki, onu aldadaraq, İddiaçıla alqı-satqı müqaviləsi bağlatmışlar. Lakin məhkəməyə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən təqdim olunan sənədlərdən belə müəyyən olunmuşdur ki, onunla İddiaçı arasında, ümumiyyətlə, alqı-satqı müqaviləsi mövcud olmamışdır. Digər tərəfdən, avtomobil kimin xeyrinəsə özgəninkiləşdirmişdirsə, nəyə görə avtomobilin dəyərinoin ona ödənilməməsi sual doğurur. İddiaçı mübahisəli avtomobili hansı əsasla və kimdən əldə etdiyi məlum olmur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunan məlumatda qeyd olunur ki, avtomobilin İddiaçı adına qeydiyyat üçün əsas hesab-arayışdır. Bu hesab-arayışın nə demək olduğu, avtomobilin kim tərəfindən İddiaçı satıldığı barədə isə heç bir məlumat yoxdur. Mübahisəli avtomobilin İddiaçı mülkiyyətinə keçməsinə dair sənəd isə tamamilə saxtadır və uydurma əqdlərin nəticəsidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Aydın Cavadov polisə yazdığı izahatında mübahisəli avtomobilin “Lotto Lombard”dan kredit götürülməsi üçün girov qoyulduğunu, Cavabdeh həmin avtomobili İddiaçı satmadığını bildirmişdir. Lakin qeyd olunan sübut məhkəmə tərəfindən nəzərə alınmamışdır. Lombardla bağlanmış kredit və girov müqaviləsinin, həmçinin, avtomobilin İddiaçı adına qeydiyyata alınmasının həqiqətə uyğun olmaması bir daha onunla təsdiq edilir ki, “Lotto Lombard”la bağlanmış 25 iyun 2020-ci il və 19 avqust 2020-ci il tarixli müqavilələrin “Borc öhdəliyinin təminatı” adlanan 3-cü bəndində qeyd olunur ki,öhdəliyin təminatı 25.06.2020-ci il tarixli avto qiymətləndirməyə əsasən təsdiq edilmiş, **-SO-*** dövlət qeydiyyat nişanlı, AD 823084 nömrəli “X16 minik” markalı, Universal tipli, 2012-ci il buraxılışlı, qara rəngli, Ban WP1ZZZ92ZCLA83204) 50.000 AZN qiymətləndirilmiş İddiaçı mülkiyyətindəki avtomobildir. Avtomobilin borcu tam ödənildikdən sonra Cavabdeh hesabından adına keçirilsin. Əvvəla, müqavilə bağlanılan tarixdə avtomobil formal da olsa İddiaçı mülkiyyətində olsa da, müvafiq girov müqaviləsi bağlanılarkən İddiaçı yazılı razılığı alınmalı idi. Təkcə bu əsasla demək olar ki, müvafiq kredit və girov müqaviləsi etibarsızdır. Çünki Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin müqaviləni yalnız o və lombardın işçisi imzalamışlar. Bundan əlavə, borc tam ödənildikdən sonra avtomobilin onun adına keçirilməsi şərti özü təsdiq edir ki, o, əslində avtomobili girov qoymuş, özgəninkiləşdirməmişdir. Bu səbəbdən həmin tarixdə, yəni, kredit və girov müqaviləsinin bağlandığı 25.06.2020-ci il tarixdə **-SO-*** dövlət qeydiyyat nişanlı, “X16 minik” markalı avtomobilin İddiaçı adına keçirilməsi ilə nəticələnən əqd saxta əqd olmaqla, etibarsızdır. Həmçinin iş materiallarından görünür ki, avtomobil mülkiyyətinə keçdikdən dərhal sonra avtomobili idarə etmək üçün ona etibarnamə vermiş, həmin etibarnaməni 2020-ci ilin oktyabr ayında ləğv etdirmişdir. Bundan əlavə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş məlumatdan belə görünür ki, **-SO-*** dövlət qeydiyyat nişanlı, “X16 minik” markalı avtomobil 17.06.2020-ci il tarixdə onun adından çıxmış, 25.06.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Qeydiyyat üçün əsas hesab-arayış olmuşdur. Lakin, həmin məlumatlardan **-SO-*** dövlət qeydiyyat nişanlı, “X16 minik” markalı avtomobilin hansı əqd əsasında kimin xeyrinə özgəninkiləşdirilməsi, alqı-satqının dəyəri olan pul vəsaitinin ona ödənilməsi, avtomobilin İddiaçı xeyrinə hansı əsasla özgəninkiləşdirilməsi, İddiaçı avtomobili əldə etməsinin müqabilində pul vəsaiti ödəyib-ödəməməsi, hansı hesaba, kimin xeyrinə ödəməsi barədə məlumat yoxdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh-iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 28.11.2019-cu il tarixli, AD seriyalı, 670692 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-LG-*** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı avtomobilin sahibi Cavabdehdır. İş materiallarında olan 25.06.2020-ci il tarixli, AD seriyalı 823084 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-SO-*** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı özünə məxsus 2012-ci il buraxılışlı, qara rəngli, 99-SO- 538 dövlət qeydiyyat nişanlı “X14 minik” markalı avtomobili idarə etməyə dair 13.08.2020-ci il tarixdə Cavabdeh etibarnamə vermiş, etibarnamə 08.10.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 29.06.2021-ci il tarixli, 016-75177-1221 saylı məktubundan və ona əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Cavabdeh mülkiyyətində olmuş **-SO-*** dövlət qeydiyyat nişanlı “X14 minik” markalı avtomobil hesab- arayış əsasında 17.06.2020-ci il tarixdə Cavabdeh qeydiyyatından çıxaraq “KOM” mağazasının qeydiyyatına düşmüş, 25.06.2020-ci il tarixdə avtomobil İddiaçı adına qeydiyyatından keçmişdir. İş materiallarında olan AD seriyalı 248032 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-LG-*** dövlət qeydiyyat nişanlı “X14 minik” markalı avtomobilin sahibi X2r. İş materiallarında olan 28.11.2019-cu il tarixli, AD seriyalı, 670692 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-LG-*** dövlət qeydiyyat nişanlı “X14 minik” markalı avtomobilin sahibi Cavabdehdır. İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısının 12.03.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh ərizəsi ilə bağlı cinatət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “LOTTO” lombardın sahibi X5 tərəfindən işə götürülmüş X3 ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2020-ci il tarixli, 25/06/20/15 saylı kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh “LOTTO” lombardan 24 ay müddətinə 20000 manat məbləğində borc pul götürmüş, borc öhdəliyinin təminatı olaraq İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X14 minik” markalı avtomobil 50000 manat qiymətləndirilmiş və “LOTTO” lombarda girov qoyulmuşdur. İş materiallarında olan “LOTTO” lombardın sahibi X5 tərəfindən işə götürülmüş X3 ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2020-ci il tarixli, 19/08/20/16 saylı kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh “LOTTO” lombardan 24 ay müddətinə 39000 manat məbləğində borc pul götürmüş, borc öhdəliyinin təminatı olaraq İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X14 minik” markalı avtomobil 50000 manat qiymətləndirilmiş və “LOTTO” lombarda girov qoyulmuşdur. İş materiallarında olan 19.08.2020-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “LOTTO” lombard ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2020-ci il tarixli, 19/08/2020/16 saylı kredit və girov müqaviləsinə əsasən Cavabdeh 39000 manat ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, **-SO-*** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, **-SO-*** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı avtomobil İddiaçı mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, onun mülkiyyət hüquqları hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və mülkiyyətindən sərbəst istifadə başqa şəxslərin hüquqlarını pozmadığından, avtomobil qanuni əsas olmadan Cavabdeh sahibliyində olduğundan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasının təmin edilməsi hissəsində qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Cavabdeh iddia ərizəsindən görünür ki, ** SO *** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı avtomobilə dair onunla cavabdeh İddiaçı arasında bağlanmış 25.06.2020ci il tarixli avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, **-SO-*** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı avtomobil 17.06.2020-ci il tarixdə Cavabdeh qeydiyyatından çıxaraq “KOM” mağazasının qeydiyyatına düşmüş, 25.06.2020-ci il tarixdə həmin mağazanın hesab-arayışı əsasında avtomobil İddiaçı adına qeydiyyatına keçmişdir. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında **-SO-*** dövlət qeydiyyat nişanlı, “X14 minik” markalı avtomobilin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Cavabdeh avtomobilin “KOM” mağazasının qeydiyyatına düşməsini də mübahisələndirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdeh-iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şuşa Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(077)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar