Məhkəmə qərarları › İş №2(105)-346/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-346/2022

26.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-346/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, e-2(060)-3734/2021-012 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi dəyəri 10930 manat olan 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd türmo, 1 ədəd amazon dəmir krovat, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd servant, 1 ədəd bar, 1 ədəd kamod, 1 ədəd televizor seti, 1 ədəd-310 manat İnci soyuducu, 1 ədəd-45 manat elektrik sobası Kumtel, 1 ədəd-70 manat elektrik çaynik çaydan dəsti, 1 ədəd-100 manat tozsoran, 1 ədəd-70 manat ət çəkən maşın, 1 ədəd-30 manat mikser, 1 ədəd-20 manat elektrik çaynik, 1 ədəd-30 manat ütü Tefal, 3 ədəd-50 manat gecə lampası, 2 ədəd-170 manat çil-çıraq, 1 ədəd-40 manat divar saatı, 2 ədəd 300 manat (2 x 3 metr)-xalça, 2 ədəd-400 manat yataq və qonaq pərdə dəsti, 1 ədəd 50 manat taxt üçün döşək, 1 ədəd-50 manat taxt üçün-yorğan, 5 ədəd-150 manat tək adamlıq yorğan, 2 ədəd-100 manat tək adamlıq döşək, 6 ədəd-100 manat yastıq, 1 ədəd 250 manat yataq örtüyü dəsti, 3 ədəd-140 manat odeyal, 8 ədəd-70 manat nalça, 4 ədəd 150 manat süfrə, 7 ədəd-350 manat yataq dəsti, 6 ədəd-100 manat qətvə, 12 ədəd 60 manat əl-üz dəsmalı, 12 ədəd-30 manat çay dəsmalı, 6+6+6 düzüm-500 manat nahar çay və qəhvə dəsti, 6 ədəd-100 manat böyük ölçü büllur qədəh, 6 ədəd-60 manat orta ölçü büllur qədəh, 2 ədəd 6 qədəhlə-250 manat büllur abxor dəsti, 8 ədəd-300 manat büllur mürəbbə qabı, 2 ədəd-60 manat büllur şamdan, 250 manat bəzək (meyvəqabı, qənd qabı 2 ədəd, ləpə qabı, kül qabı, güldan) üçün dəst, 12 ədəd-20 manat böyük ölçü stəkan dəsti, 12 ədəd-30 manat armudu stəkan, 12 ədəd-12 manat böyük ölçülü nəlbəki, 12 ədəd-10 manat kiçik ölçülü nəlbəki, 3 ədəd-60 manat fincan nəlbəki dəsti, 6 ədəd-40 manat su stəkan dəsti, 14 ədəd-20 manat mürəbbə qabı, 4 ədəd-20 manat şirniyyat boşqabı, 3 ədəd-12+12-30 manat nahar boşqab dəsti, 22 ədəd-20 manat kasa, 4 ədəd 15 manat qənd qabı, 12 ədəd-10 manat duz qabı, 1 ədəd-8 manat qəhvədan, 2 ədəd-200 manat qazan dəsti, 150 manat (çəngəl, qaşıq, bıçaq dəsti)- çemodan, 5 ədəd-60 manat bıçaq dəsti, 6 ədəd-25 manat böyük ölçülü qaşıq dəsti, 2 ədəd-10 manat çörək qabı, 10 manat yuxa üçün oxlov, 3 ədəd-20 manat podnos, 3 ədəd-25 manat ləyən dəsti, 60 manat divan kreslo örtüyü, 1 ədəd-30 manat ütü altlığı, 1 ədəd-5 manat tava və 1 ədəd- 25 manat iri güldan alınaraq İddiaçı qızına verilməsi, adları qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Abuləhəd oğlunun və Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən ona məxsus iddia ərizəsində qeyd etdiyi 10930 manat dəyərində cehiz əşylarının ona qaytarılması və ya cehiz əşyaları olmadıqda dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 13.10.2014-cü ildə el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını 10.04.2015-ci ildə rəsmiləşdirmişlər. Həmin nikahdan 20.07.2015-ci il təvəllüdlü X1 adlı övladları vardır. 01.09.2020-ci ildə Cavabdeh1 onu döydüyü üçün atasının evinə qayıtmışdır və həmin tarixdən atası ilə yaşayır. Övladı onun yanındadır. Ona məxsus cehiz əşyaları gəlin köçən zamanı ünvan 1 ünvanına aparmışdır. Qeyd olunanlara əsasən 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd türmo, 1 ədəd amazon dəmir krovat, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd servant, 1 ədəd bar, 1 ədəd kamod, 1 ədəd televizor seti, 1 ədəd-310 manat İnci soyuducu, 1 ədəd-45 manat elektrik sobası Kumtel, 1 ədəd-70 manat elektrik çaynik çaydan dəsti, 1 ədəd-100 manat tozsoran, 1 ədəd-70 manat ət çəkən maşın, 1 ədəd-30 manat mikser, 1 ədəd-20 manat elektrik çaynik, 1 ədəd-30 manat ütü Tefal, 3 ədəd-50 manat gecə lampası, 2 ədəd-170 manat çil-çıraq, 1 ədəd-40 manat divar saatı, 2 ədəd300 manat (2 x 3 metr)-xalça, 2 ədəd-400 manat yataq və qonaq pərdə dəsti, 1 ədəd-50 manat taxt üçün döşək, 1 ədəd-50 manat taxt üçün-yorğan, 5 ədəd-150 manat tək adamlıq yorğan, 2 ədəd-100 manat tək adamlıq döşək, 6 ədəd-100 manat yastıq, 1 ədəd250 manat yataq örtüyü dəsti, 3 ədəd-140 manat odeyal, 8 ədəd-70 manat nalça, 4 ədəd 150 manat süfrə, 7 ədəd-350 manat yataq dəsti, 6 ədəd-100 manat qətvə, 12 ədəd-60 manat əl-üz dəsmalı, 12 ədəd-30 manat çay dəsmalı, 6+6+6 düzüm-500 manat nahar çay və qəhvə dəsti, 6 ədəd-100 manat böyük ölçü büllur qədəh, 6 ədəd-60 manat orta ölçü büllur qədəh, 2 ədəd 6 qədəhlə-250 manat büllur abxor dəsti, 8 ədəd-300 manat büllur mürəbbə qabı, 2 ədəd-60 manat büllur şamdan, 250 manat bəzək (meyvəqabı, qənd qabı-2 ədəd, ləpə qabı, kül qabı, güldan) üçün dəst, 12 ədəd-20 manat böyük ölçü stəkan dəsti, 12 ədəd-30 manat armudu stəkan, 12 ədəd-12 manat böyük ölçülü nəlbəki, 12 ədəd-10 manat kiçik ölçülü nəlbəki, 3 ədəd-60 manat fincan nəlbəki dəsti, 6 ədəd-40 manat su stəkan dəsti, 14 ədəd-20 manat mürəbbə qabı, 4 ədəd-20 manat şirniyyat boşqabı, 3 ədəd-12+12-30 manat nahar boşqab dəsti, 22 ədəd-20 manat kasa, 4 ədəd15 manat qənd qabı, 12 ədəd-10 manat duz qabı, 1 ədəd-8 manat qəhvədan, 2 ədəd-200 manat qazan dəsti, 150 manat (çəngəl, qaşıq, bıçaq dəsti)- çemodan, 5 ədəd-60 manat bıçaq dəsti, 6 ədəd-25 manat böyük ölçülü qaşıq dəsti, 2 ədəd-10 manat çörək qabı, 10 manat yuxa üçün oxlov, 3 ədəd-20 manat podnos, 3 ədəd-25 manat ləyən dəsti, 60 manat divan kreslo örtüyü, 1 ədəd-30 manat ütü altlığı, 1 ədəd-5 manat tava və 1 ədəd- 25 manat iri güldanın, cəmi 10930 manat dəyərində cehiz əşyalarının Cavabdeh2 və Cavabdeh1 yaşadığı ünvan 2 ünvanından ona qaytarılması, əşyalar olmadıqda dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 1 ədəd Kumtel markalı sobanın, 1 ədəd çaynik çaydan dəstinin, 1 ədəd tozsoranın, 1 ədəd ətçəkən maşının, 1 ədəd mikserin, 1 ədəd elektrik çaydanın, 1 ədəd Tefal markalı ütünün, 3 ədəd gecə lampasının, 2 ədəd çııçırağın, 2 ədəd xalçanın, yataq və qonaq pərdə dəstinin, 1 ədəd taxt döşəyinin, 1 ədəd taxt yorğanının, 3 ədəd tək adamlıq yorğanın, 2 ədəd tək adamlıq döşəyin, 6 ədəd yastığın, 1 ədəd yorğan örtüyü dəstinin, 2 ədəd odeyalın, 6 ədəd nalçanın, 2 ədəd süfrənin, 3 ədəd pastel dəstinin, 4 ədəd qətvənin, 5 ədəd əl-üz dəsmalının, 5 ədəd çay dəsmalının, 6 ədəd böyük ölçülü büllür qədəhin, 6 ədəd orta ölçülü büllur qədəhin, 2 ədəd büllur abxor dəstinin, 8 ədəd büllur mürəbbə qabının, 2 ədəd büllur şamdanın, 2 ədəd bəzək üçün dəstinin, 12 ədəd böyük ölçülü stəkan dəstinin, 6 ədəd armudu stəkanın, 6 ədəd böyük ölçülü nəlbəkinin, 8 ədəd kiçik ölçülü nəlbəkinin, 3 ədəd fincan nəlbəki dəstinin, 6 ədəd su stəkan dəstinin, 4 ədəd mürəbbə qabının, 4 ədəd şirniyyat boşqabının, 3 ədəd nahar boşqab dəstinin, 16 ədəd kasanın, 4 ədəd qənd qabının, 6 ədəd duz qabının, 1 ədəd qəhvədanın, 2 ədəd qazan dəstinin, 1 ədəd çəngəl, bıçaq və qaşıq dəsti olan çemodanın, 5 ədəd bıçaq dəstinin, 2 ədəd çörək qabının, 1 ədəd yuxa oxlovunun, 3 ədəd podnosun, 2 ədəd ləyən dəstinin, 1 ədəd ütü altlığının, 1 ədəd tavanın, 1 ədəd güldanın alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin olunması, qalan hissədə iddiaçının iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin əmlakların mövcudluğu məhz həmin əmlakların iddiaçıya məxsus olduğunu sübut etmir. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsində qeyd edilən əmlakların ona məxsusluğuna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində qeyd etdiyi həmin əmlakların bir qismi ona məxsus evdədir. İddia ərizəsində göstərilən digər əmlaklar onun ailəsinə məxsus şəxsi əmlakıdır. İddiaçı iddia ərizəsində onun ailəsinə məxsus əmlakları da cehiz əmlakı kimi göstərmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbinin təmin edilməsi nəticəsinə gələn birinci instansiya məhkəməsi bunu iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh nəticəni iddianı təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Hazırkı iş üzrə iddia tələbi cehiz əşyalarının qaytarılması barədədir. İşin mübahisə olunmayan halı odur ki, iddiaçı Cavabdeh1la 2015-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, bir müddət sonra tərəflər arasında münasibətlər pozulmuş, iddiaçı münasibətləri pozulduğundan evdən getmiş və gedərkən cehiz əşyalarını götürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçının iddia tələbində göstərdiyi cehiz əşyalarının cavabdehdə olduğunu, cavabdeh isə həmin əşyalardan yalnız şikayətində sadalanan əşyaların ona məxsus evdə olduğunu, iddia tələbində göstərilən digər əşyalarının ona məxsus olduğunu bildirmişdir. Lakin müvəqqəti təminat tədbiri kimi üzərinə həbs qoyulmuş mübahisəli əmlakların saxlanılmaq məqsədilə Cavabdeh2 verilmiş və onların özgəninkiləşdirilməsi, dəyərinin azaldılması, itirilməsi kimi hallara yol verilərsə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsi barədə akta imza atarkən həmin əmlakların bir qisminin, yəni şikayətində göstərilən əmlakların ona məxsus olması barədə qeyd verməmişdir. Əksinə həmin əmlakların mövcudluğunu və ona məxsus mənzildə olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi sübut etmə yükü daşıyan iddiaçı həmin əmlakın mövcudluğu və həmin əmlakların cavabdehə məxsus mənzildə olduğunu sübut etdiyi halda, Cavabdeh2 bunu təkzib edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (Ailə Məcəlləsinin 34.1. 34.2. maddələri). Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti təmin etdilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1., 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar