Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3469/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli, 2(027)-394/2008 saylı qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətinin 5 saylı Xaçmaz Ərazı̇ İ̇darəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli, 2(027)-394/2008 saylı qətnaməsi ilə (hakim F.N.Pənahov) iddiaçılar İddiaçı1 Ramı̇ z oğlu, Paşayeva Rəfı̇ qə Ramı̇ z qızı və Hüseynova Bı̇ bı̇ xanım Ramı̇ z qızının Cavabdeh Ramı̇ z oğluna qarşı şəhadətnamənin qismən ləğv edilməsi və əmlakdan pay tələbinə dair ərizə təmin edilib, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 150,0 kv. metr olan 57 saylı mağaza binasının mülkiyyət hüququna dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 21 fevral 2007-ci il tarixdə cavabdehin adına verilmiş 000189 nömrə ilə qeydə alınmış şəhadətnamə qismən ləğv edilərək həmin mağazadan İddiaçı1 10 kv.metr, İddiaçı3 10 kv.metr, İddiaçı2 18 kv.metr pay verilməklə həmin paylara onların mülkiyyət hüquqları tanınmış, göstərilən 10 kv.metr sahəyə İddiaçı1, 10 kv.metr sahəyə İddiaçı3 və 18 kv.metr sahəyə İddiaçı2 mülkiyyət hüquqlarını təsdiq edən dövlət qeydiyyatından çıxarışın verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətinin 5 saylı Xaçmaz Ərazı̇ İ̇darəsi apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli, 2(027)-394/2008 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 Ramı̇ z oğlu, Paşayeva Rəfı̇ qə Ramı̇ z qızı və Hüseynova Bı̇ bı̇ xanım Ramı̇ z qızı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 150,0 kv. metr olan 57 saylı mağaza binasının mülkiyyət hüququna dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 21 fevral 2007-ci il tarixdə cavabdehin adına verilmiş 000189 nömrə ilə qeydə alınmış şəhadətnamə qismən ləğv edilərək həmin mağazadan İddiaçı1 10 kv.metr, İddiaçı3 10 kv.metr, İddiaçı2 18 kv.metr pay verilməsi və həmin payların adlarına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 21 may 2008-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 139.1, 146.2, 178.1-ci madələrinin və Azərbaycan Respublikası Mülki Prosessul Məcəllənin 24.2, 31.1, 32.2, 150.0.7, 152.1.6, 152.2-ci madələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçılar Paşayeva Rəfı̇ qə Ramı̇ z qızı və Hüseynova Bı̇ bı̇ xanım Ramı̇ z qızı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. İddiaçı1 Ramı̇ z oğlu 04.05.2017-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh Ramı̇ z oğluna və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətinin 5 saylı Xaçmaz Ərazı̇ İdarəsinə məlumat verilməsinə baxmasyaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh Ramı̇ z oğlunun və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətinin 5 saylı Xaçmaz Ərazı̇ İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli, 2(027)-394/2008 saylı qətnaməsi ləğv edilərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Ediılməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 21 fevral 2007-ci il tarixli, 000189 qeydiyyat nömrəli şəhadətnamədən və texniki pasportdan görünür ki, Cavabdeh Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanda yerləşən ümumi sahəsi 150 kv.metr olan 57 saylı mağaza üzərində hüquqlar əldə etmişdir. Bu şəhadətnamə okyekt üzərində hüquqların qanunverciliklə müəyyən edilmiş qaydada daşınmaz əmılakın dövlət reyesterində qeydiyyata alınması məqsədi ilə verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 21 fevral 2007-ci il tarixli, 000189 nömrə ilə qeydə alınmış şəhadətnamədə göstərilən daşınmaz əmlak üzərində Cavabdeh mülkiyyət hüququna malik deyildir. Lakin buna baxmayaraq iş üzrə birinci instansiya məhkəməsi ilə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 21 fevral 2007-ci il tarixdə cavabdehin adına verilmiş 000189 nömrə ilə qeydə alınmış şəhadətnamə qismən ləğv edilərək, Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanda yerləşən ümumi sahəsi 150 kv.metr olan 57 saylı mağazadan İddiaçı1 10 kv.metr, İddiaçı3 10 kv.metr, İddiaçı2 18 kv.metr pay verilməklə həmin paylara onların mülkiyyət hüquqları tanınmış, mülkiyyət hüquqlarını təsdiq edən dövlət qeydiyyatından çıxarışın verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçılar İddiaçı1 Ramı̇ z oğlu, Paşayeva Rəfı̇ qə Ramı̇ z qızı və Hüseynova Bı̇ bı̇ xanım Ramı̇ z qızının daşınmaz əmlak üzərində hüquqların qanunverciliklə müəyyən edilmiş qaydada daşınmaz əmılakın dövlət reyesterində qeydiyyata alınması məqsədi ilə müraciət etməsi və inzibati orqan tərəfindən müraciətin icrasından imtina edilməsini sübut edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs Azərbaycan Respublı̇ kası Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətinin 5 saylı Xaçmaz Ərazı̇ İ̇darəsinin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli, 2(027)-394/2008 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 Ramı̇ z oğlu, Paşayeva Rəfı̇ qə Ramı̇ z qızı və Hüseynova Bı̇ bı̇ xanım Ramı̇ z qızının Cavabdeh Ramı̇ z oğluna qarşı əmlak hüququnun müəyyən edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3469/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3469/2021
28.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver