Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3515/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və Vəkil1, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cəlil oğluna, Cavabdeh2, X4, Cavabdeh4 Hacıbaba oğluna və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-3547/2021 saylı qərardadından Cavabdeh4 Hacıbaba oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 Cəlil oğluna, Cavabdeh2, X4, Cavabdeh4 Hacıbaba oğluna və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km-lik məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında qanunsuz fəaliyyət göstərən cavabdehlərin həmin daş yatağından çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə baxılıb qurtarana qədər Abşeron rayonu Güzdək qəsəbəsinin 1,5 km-lik məsafəsinin cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km. məsafədə yerləşən “Ağburun” əhəng daşı yatağında cavabdehlər və hər hansı üçüncü şəxslər tərəfindən tikinti, qazıntı işlərinin aparılmasının, istifadə edilməsinin və s. bu kimi digər hərəkətlərin aparılmasının həmin şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini İddiaçı belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X2 rayonu, Güzdək qəsəbəsinin 1,5 km-lik məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daşı yatağında sahibkarlıq fəaliyyəti həyat keçirmişdir. Göstərilən sahədə fəaliyyət göstərmək üçün 29 iyul 2005-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən Akif Qurbanovun adına daş karxanasının 2005-ci il üçün dağ işlərinin inkişafı planı təsdiq olunmuşdur. X11 vəfat edənə qədər həmin daş karxanasında fəaliyyət göstərmişdir. Mərhumun vəfatından sonra, o, ərinin birinci növbəli vərəsəsidir və həmin karxananı miras əmlak kimi qəbul etmişdir. O, həyat yoldaşından miras qalmış yaşayış evini də miras kimi qəbul etmişdir. İddiaçı karxananı işlətməsə də, oğlu ilə daima oraya gedib əmlaka sahiblik etmişlər. Yaxın günlərdə karxanaya gedərkən iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2, X6, Cavabdeh4 Hacıbaba oğlu, Cavabdeh1 Cəlil oğlu və Cavabdeh5 daş karxanasını qanunsuz zəbt edərək oranı işlədirlər. Onların qanunsuz fəaliyyətləri nəticəsində karxananın xammalı da satılır. O, dəfələrlə cavabdehlərə müraciət edərək qazıntı işlərinin dayındırılmalarını və daş karxanasından çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Onların daş karxanasında qanunsuz fəaliyyətləri və xammalın qanunsuz istehsalı gələcəkdə məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edə bilər. Buna görə də ərizə təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-3547/2021 saylı qərardadı ilə (hakim E.Kazımov) ərizə təmin olunmuşdur. Bu qərardadla razılaşmayan Cavabdeh4 Hacıbaba oğlu ondan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-3547/2021 saylı qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(012)-3547/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh4 Hacıbaba oğlu şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən iddianı təmini tədbiri barədə ərizənin təmin edilməsi üçün müvafiq hal olmalı, o cümlədən, həmin halın mövcud olduğunu təsdiq edən sübutlar olmalıdır. İddiaçının istinad etdiyi mübahisəli torpaqların hal-hazırda onun icarə müqaviləsinə əsasən istifadəsində olan torpaqlarla heç bir əlaqəsi yoxdur, artıq bir ildən çoxdur ki, o, həmin torpaqlardan istifadə edərək gəlir əldə edir. İşdə olan sənədlərdən göründüyü kimi, iddiaçıya məxsus icarə müqavilələrinin müddəti artıq bitmişdir, çünki onun müqaviləsinin müddəti 5 il qeyd edilmişdir. Bundan başqa, işin hallarından da göründüyü kimi, torpaqdan istifadə cavabdehlərin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan Abşeron Rayon Məhkəməsi işin hallarını araşdırmadan, işin həmin məhkəməyə aiddiyatı olubolmadığını yoxlamadan qərəzli olaraq 16 sentyabr 2021-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmə iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmaması barədə araşdırma aparmamışdır. Onun istinad etdiyi mübahisəli torpağın kordinatları müəyyən edilməmişdir. Yüzlərlə hektar ərazisi olan mövcüd ərazidə iddiaçının hansı ərazini nəzərdə tutması müəyyən etmək mümkünsüzdür. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(012)-3547/2021 saylı qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad çıxarılmaldır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 Telman Hacıbaba oğlu tərəfindən verilmiş şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, Cavabdeh4 COVİD xəstəliyinə tutulduğu üçün məhkəmə iclasında iştirak etmir. O, qeyd etdi ki, karxananı hazırda Cavabdeh1 idarə edir. Mişar daşı istehsalı üçün lisenziyaları var və bu barədə vergi ödəyirlər. İcarə müqaviləsini isə 2020-ci ildə bağlamışlar və onun müddəti hələ birməmişdir. İddiaçının tələb etdiyi sahə ilə onların istifadə etdikləri sahə tamamilə başqa ərazilərdə yerləşir və bir-birilərinə aidiyyəti yoxdur. İddiaçının iddia etdiyi torpaq sahəsi 1,0 ha, onların istifadəsinə verilmiş torpaq sahəsi 5,0 ha-dır. İddiaçı nümayəndəsi və Vəkil1 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlər Cavabdeh1 Cəlil oğlu, Cavabdeh2, Cavabdeh4 Hacıbaba oğlu və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Güzdək Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 27 saylı qərarından görünür ki, Güzdək Bələdiyyəsinin ərazisində mişar daşı istehsal etmək üçün X8 15 il müddətinə 1,5 ha torpaq sahəsi ayrılmışdır. Eyni tarixdə Bələdiyyə və həmin şəxs arasında torpaq icarəsi müqaviləsi imzalanmışdır. Yenə işə əlavə edilmiş dağ-mədən ayırması barədə 00326 saylı, 30 may 2008-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu X9 1,5 ha torpaq sahəsi ayrılaraq 5 il müddətinə mişar daşı istehsal etmək üçün X8 verilmişdir. Yenə də işə əlavə edilmiş ölüm haqqında AZ-İ 426921 saylı şəhadətnamənin surətindən görünür ki, X11 22 noyabr 2010-cu il tarixdə ölmüşdür. İşdə olan İN/L-646/2017 saylı, 14 iyul 2017-ci il tarixli lisenziyanın surətindən görünür ki, Cavabdeh4 Hacıbaba oğluna dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması barədə fəaliyyət göstərməyə icazə verilmişdir. Yenə işdə olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Hacıbaba oğlu sahibkarlıq fəaliyyətilə məşğuldur və ********** saylı VÖEN-i vardır. Yenə də işdə olan 01 sentyabr 2020-ci il tarixli, 03 saylı torpaq sahəsinin subicarəyə verilməsi barədə müqavilədən görünür ki, “Karxana” icarə sahəsinin icraçı direktoru Cavabdeh1 Abşeron rayonu Güzdək qəsəbəsindəki 5 ha torpaq sahəsini 3 il müddətinə Cavabdeh4 Hacıbaba oğluna əvəzsiz sub-icarəyə verir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-3547/2021 saylı qərardadı ləğv olunmalı, iddianın təmini tədbiri barədə İddiaçı ərizəsi təmin edilməməlidir. İşdən görünür ki, İddiaçı iddianın təmin etmə tədbiri barəsində ərizəsi onun mərhum ərinin əvvəllər icarəsində olan torpaq sahəsilə bağlıdır. İcarə müqaviləsinin həm müddəti bitmiş, həm də icarəyə götürən 2010-cu ildə vəfat etmişdir. İddiaçının mərhum ərinin icarəyə götürdüyü torpaq sahəsinin dəqiq koordinatları məlum deyildir. İşdən həmçinin görünür ki, cavabdehlərdən Cavabdeh4 Hacıbaba oğlu sahibkar kimi lisenziya ilə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması barədə fəaliyyət göstərir və vergi ödəyicisidir. O, 01 sentyabr 2020-ci il tarixli, 03 saylı müqavilə ilə Abşeron rayonu Güzdək qəsəbəsindəki “Karxana” icarə sahəsində Cavabdeh1 5 ha torpaq sahəsini 3 il müddətinə əvəzsiz sub-icarəyə götürmüşdür. İddianın əsasını cavabdehlərin iddiaçının mərhum ərinin icarəyə götürdüyü 1,5 ha torpaq sahəsindən çıxarılmaları təşkil edir. Birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni təmin edərkən heç bir əsaslandırma aparmamış, Mülki Prosessual Məcəllənin 157.1, 157.2 və 158.1.1-ci maddələrinin tələblərini sadalamaqla qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan hüquq normasının mənasına görə iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. AR MPM-nin 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Bu normaların tələblərinə görə işdə iştirak edən maraqlı şəxsin ərizəsi əsasında daşınmaz və daşınar əmlakla bağlı cavabdeh va digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması, onların özgəninkiləşdirilməsi və əmlakla bağlı digər hərəkətlərin görülməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmək barədə tədbirlər görülə bilər. Hazırki halda iddianın predmetini Abşeron rayonu Güzdək Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 27 saylı qərarı ilə Güzdək Bələdiyyəsinin ərazisində mişar daşı istehsal etmək üçün X8 15 il müddətinə verilmiş 1,5 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları təşkil edir. İş materiallarındakı mötəbər sənədlərdən görünür ki, cavabdehlərdən Cavabdeh4 Hacıbaba oğlu qanuni əsaslarla sahibkarlıq fəaliyyətilə məşğul olur. Digər tərəfdən iş materialları ilə iddiaçının mərhum ərinə bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsinin dəqiq koordinatları, o cümlədən iddiaçının ərindən qalmış miras əmlakı qəbul edib-etməməsi məlum olmadığından cavabdehlərə, o cümlədən Cavabdeh4 icraəyə götürdüyü torpaq sahəsində sahibkarlıq fəaliyyətinin qadağan edilməsi yolverilməzdir. Bundan başqa, işdən görünür ki, tərəflərin icarəsində olan torpaq sahələrinin kəsişməsi halında da bu cür tədbirin görülməsinə əsas yoxdur. Belə ki, iddiaçı tərəfin icarəsində 1,5 ha, cavabdeh tərəfin icarəsində isə 5 ha torpaq sahəsi vardır. 1,5 ha-lıq torpaq sahəsi barədə tələb üzrə 5 ha-lıq torpaq sahəsində hər hansı şəxsin fəaliyyətinə qadağa qoyulması məntiqsizdir. Digər tərəfdən, ərizədə göstərilən qadağaların tətbiq edilməməsi belə, hazırkı mübahisə üzrə çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsinə heç bir maneçilik törətməsinə səbəb deyildir. Halbuki, daha öncə istinad olunan normanın tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mübahisə predmeti olan 1,5 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları onların icarəsində olan qalan ərazidə fəaliyyət göstərmələrinə maneə ola bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırki iddianı təmin tədbiri barədə ərizə kifayət qədər əsaslandırılmamışdır və ərizədə göstərilən bu cür tədbirlərə hazırda heç bir zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddianın təmini tədbiri barədə ərizəsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-3547/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3515/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3515/2021
21.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver