Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3517/2021 08.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh6 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(012)- 674/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(012)-674/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cəlilov (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2, Cavabdeh1 qarşı borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22.01.2015-ci il tarixli, 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 4022,19 manat məbləğində kredit borcu, 833,91 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4956,10 manat məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X5, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(012)-674/2021 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cəlilov (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2, Cavabdeh1 qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair 2(012)-674/2021 saylı mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(012)-674/2021 saylı qətnaməsinin təsviri və qət etdi hissəsində “833,91 manat məbləğində faiz borcu” “883,91 manat məbləğində faiz borcu” kimi olaraq, “ümumilikdə cəmi borc 4956,10 manat” rəqəmi “ümumilikdə cəmi borcu 5006,1 manat” kimi oxunması qərara alınmışdır. Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 birgə qaydada apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(012)- 674/2021 saylı qətnaməsinin ləğv edilərək əsas borc məbləğinə hesablanmış faiz və cərimələrin ləğv edilməsi, borc tələbinin borcluların əmək haqqına yönəldilərək hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22.01.2015-ci il tarixli, 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 4022,19 manat məbləğində kredit borcu, 883,91 manat məbləğində faiz borcu və 2408 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7314,10 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsinə və üzərindəki 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 7314,10 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6 və Cavabdeh7 ümumi müştərək qaydada tutulması, Cavabdeh6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsinə və üzərindəki 19 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X5, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsinə və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 16.01.2015-ci il tarixli, 009L**********73 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 22.01.2015-ci il tarixli, 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22.09.2015-ci il tarixli, 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh6 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 30.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh6 götürdüyü kredit borcundan 3977,81 manat ödəmiş, onun 4022,19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh6 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 04.09.2020-ci il tarixə 304 gün üçün hesablanmış faiz borcu 883,91 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. 04.09.2020-ci il tarixə 304 gün üçün hesablanmış cərimə 2408 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh7 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh6 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh6 ilə Bank arasında bağlanmış 16.01.2015- ci il tarixli, 009M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində mülkiyyətində olan 0,0296 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 74.8 kv.m yaşayış, 35.3 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 9 №-li reyestr kitabının 67 №-li vərəqində qeydiyyata alınmış RX0583529.Nb-li çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində mülkiyyətində olan 0,0296 ha torpaq sahəsinin və üzərindəki 19 nömrəli fərdi yaşayış evinin Cavabdeh6 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh5, X5, Cavabdeh4, Cəlilova (Hacıyevə) Səadət Ağateyub qızı, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayon, Xırdalan şəhəri, X6, Koroğlu küçəsi, ev 19 İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdür. Lakin cavabdehlər üzərlərinə düşən öhdəliyi icra etməmişdirlər. İpoteka müqaviləsində mübahisə predmeti olan evin qiyməti 33000 ABŞ dollarıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 30 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh6 kreditlə pulu götürən zaman müxtəlif evlərdə divar kağızları vurmaqla, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, o, götürdüyü 8000 manat kredit puldan hər ay 416 manat vaxtında ödəniş etməklə, ümumilikdə 3977 manat pulu gecikməyə yol vermədən ödəmişdir. Sonradan iş olmadığından gecikmələrə yol vermiş, ödəniş etməsinə baxmayaraq kreditin üstünə faiz və cərimələr gəlmişdir. Cavabdehin İddiaçı QSC-yə 4022,19 manat məbləğində kredit borcu qalmışdır və iddianın həmin hissəsini qəbul edirlər. Kredit borcuna hesablanmış 833,91 manat məbləğində faiz borcunu və cərimə borcunu isə əsassız hesab edirlər. 2019-cu ilin may ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən “Problemli kreditlərin restrukturizasiyasi” ilə bağlı Sərəncam imzalanmışdır. Həmin Sərəncama görə 2019-cu ilin dekabr ayının 30-na qədər olan müddətdə, kredit borclarına hesabalanmış faiz və cərimələrin silinməlidir. Ona görə də, iddiaçı bank tərəfin tələb etdiyi və məhkəmənin təmin etdiyi 833,91 manat məbləğində faiz borcu və cərimə borcu ləğv olunmalıdır. Bundan başqa, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı, 10 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti məhkəmə tərəfindən 45.000 manat məbləğində müəyyən edilmişdir. Banka olan borc ümumilikdə 4022,9 manat təşkil edir. Kreditlə götürülən pulun yarısı qaytarılmışdır. Buna baxmayaraq, iddiaçı – İddiaçı QSC ümumilikdə 4022,19 manat borca görə onları və ailə üzvlərinin hamısını evdən çıxarılmasını, evin satış qiymətini aşağı salmaqla evlərini ələ keçirib onları küçədə qalmaqlarını tələb edir. İddiaçı qalıq borca görə iddia tələbini 4000 manat dəyərində olan ev əşyalarına da yönəldə bilərdi. Sözügedən evdən başqa yaşamağa yerləri və əmlakları yoxdur. Hesab edirlər ki, borc tələbini onların əmək haqlarına yönəltməklə, borcun hissə-hissə tutulması barədə məhkəmənin qətnamə qəbul etmək imkanı vardır. Bundan başqa kredit borcunu qaytarmaqdan imtina etmir və borcu hissə-hissə qaytarmaq imkanları var. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı QSC-yə, cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cəlilov (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2, Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 16.01.2015-ci il tarixli, 009L**********73 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh6 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır. 22.01.2015-ci il tarixli, 009R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh6 (kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən bank məbləği 8000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla, 24 ay müddətinə kredit alana vermişdir. DƏDRX-nin MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi üzərindəki 10 nömrəli fərdi yaşayış evi 08.02.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh6 adına qeydiyyata alınmışdır. 22.01.2015-ci il tarixli, 009S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh7 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh6 arasında 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. 16.01.2015-ci il tarixli, 009M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində mülkiyyətində olan 0,0296 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 74.8 kv.m yaşayış, 35.3 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh6 22.01.2015-ci il tarixli 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 30.03.2017-ci il tarixə olan borcu 4022,19 manat məbləğində kredit borcu, 833,91 manat məbləğində faiz borcu və 2408 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7314,10 manat məbləğində təşkil edir. "xxxx" MMC-nin 25.05.2021-ci il tarixli, 263/E №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri Abşeron rayonu, Xırdalan şəhəri X6, Koroğlu küçəsində yerləşən Cavabdeh6 mülkiyyətində olan fərdi yaşayış evinin likvid dəyəri 45000 (qırx beş min) manat məbləğ təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı QSC və Cavabdeh6 arsında bağlanmış 16.01.2015-ci il tarixli, 009L**********73 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 22.01.2015-ci il tarixli, 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC və Cavabdeh6 arasında kredit razılaşması bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit razılaması ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit razılaşması üzrə hesablanmış əsas və faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd edilmişdir ki, banklara bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktrizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. İş materialları ilə müəyyən olur ki, hazırki kredit müqaviləsi Bank tərəfindən cavabdehə kredit borcu qeyd olunan Fərmanın təsiri altına düşmədiyindən ona kredit müqaviləsinin restruktrizasiya olunmasına dair yazılı xəbərdarlıq göndərilmişdir. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 2408 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 100 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X5, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 34.1.1 və 59.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarından göründüyü kimi iş üzrə tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmiş, ipoteka predmeti olan əmlakın orta bazar qiyməti müəyyən edilmişdir. Cavabdehlər verdiyi apellyasiya şikayətində ipoteka predmeti olan yaşayış evinin yeganə yaşayış evi olmasını göstərsələr də, nəzərə alınmalıdır ki, cavabdehlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, X4, Cavabdeh2 və Cavabdeh1 hər bir ayrı-ayrılıqda 17 yanvar 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda verdikləri ərizəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməmiş, İpotekaya qoyulmuş əmlaka tutma yönəldikdə və o satıldıqda daşınmaz əmlakı qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X5, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evə olan istifadə hüququ itirilmiş hesab edilməklə onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması nəticəsinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticəsi işin hallarına uyğun olmuşdur. Həmçinin müəyyən olunur ki, birinci instansiyası məhkəməsi ipoteka predmeti olan yuxarıda qeyd olunan ipoteka predmetinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsini qət etmişdir. Lakin “İpoteka haqqında” Qanunla hərracdan satılmış ipoteka predmetinin məhz ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin satılmasına dair hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilməli və həmin hərracda istənilən şəxsin iştirak etmək hüququ vardır. O cümlədən hərracın qalibi kimi yalnız ipoteka saxlayan deyil, hərracda iştirak etmiş başqa şəxs də ola bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, ipoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinin banka təhvil verilməsi hissəsində iddianı təmin etməklə düzgün nəticəsinə gəlməmiş, bu da qətnamənin qeyd olunan hissədə ləğv edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(012)- 674/2021 saylı qətnaməsi qismən – «İpoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evi boşaldılsın və banka təhvil verilsin» hissəsi qətnamədən ləğv edilərək iddia həmin hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(012)- 674/2021 saylı qətnaməsi qismən – «İpoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evi boşaldıldıqdan sonra banka təhvil verilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin olunmasın. Qətnamə - «сavabdehlər Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 4022,19 manat məbləğində kredit borcu, 833,91 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4956,10 manat məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı tutulsun, iddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilsin, Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X1, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızının, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, X6, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evə olan istifadə hüququ itirilmiş hesab edilsin və onlar həmin fərdi yaşayış evindən çıxarılsın, həmin əmlakın boşaldılsın, iddia tələbi digər şəxslərin sözügedən fərdi aşayış evindən çıxarılmaları və satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissələrdə rədd edilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3517/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3517/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver