Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3636/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-2938/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-2938/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 11.09.2013-cü il tarixli, 17-A-1-4562-13 saylı kredit müqaviləsi üzrə 4143,05 manat əsas, 1708,32 manat faiz, 200 manat dəbbə pulu olmaqla cəmi 6051,37 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək iddiaçı “Nikoyl” X1 (İddiaçı açıq səhmdar cəmiyyəti) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 11.09.2013-cü il tarixli, 17-A-1-4562-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4143,05 manat əsas, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 11.09.2017-ci il tarixə ödənilməmiş 1708,32 manat faiz və iddia qaldırılan günə hesablanmış 4773,15 manat dəbbə pulu, cəmi 10624,52 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus olan 2013-cü il buraxılışlı, “Renault Tondar-90” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1197374 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti 21/4605 saylı, 16.11.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məhkəmə prosesi dövründə güzəştli şərtlərlə banka olan borcunu ödədiyindən iddia tələbindən imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-2938/2021 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyətinin 21/4605 saylı, 16.11.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh məhkəmə prosesi dövründə güzəştli şərtlərlə banka olan borcunu ödədiyindən iddia tələbindən imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-2938/2021 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365 və 370-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-2938/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3636/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3636/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver