Məhkəmə qərarları › İş №2(105)-365/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-365/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-365/2023 21.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-244/2020 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 3500 manat borcun və 5000 manat mənəvi ziyanın, 1300 manat maddi zərərin ödənilmiş və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 9830 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehdən onun xeyrinə 3500 manat borcun və 5000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2017-ci il fevral ayında torpaq satmaq adı ilə ümumilikdə 6000 AZN pul vermişdir. Lakin həmin şəxs ona qarşı dələduzluq edərək, pulunu ələ keçirdiyi üçün bu barədə şikayət ərizəsi ilə X3 müraciət etmişdir. 2017-ci il fevral mart ayları ona torpaq sahəsini göstərən Məmmədov Azaddan (Cavabdeh iş ortağı) nə vaxt alqısatqı olacağını soruşmuş və sənəd tələb etmişdir. Onlar isə bunun müqabilində torpaq adı ilə ondan alınan 6000 manat pulu alğı-satqı olana qədər qəbz yazaraq təsdiq etmişlər. Bütün bu dəlilləri və tarixləri sübut edən Whatsapp və səs yazıları İstintaq orqanında materiala əlavə olunmuşdur. 2017-ci il noyabr ayında Cavabdeh tərəfindən aldadıldığını görüb uzun boş vədlərdən yorularaq 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona vəd edilən torpaq sahəsi Sabunçu rayon ərazisində yerləşdiyi üçün 102 xidməti onun şikayətini Sabunçu RPİ-nin 15-ci PB-nə yönəltmişdir. 15-ci PB-nin tədqiqatçısı işi araşdırarkən cavabdeh tərəf dəvət olunmuşdur. Cavabdeh polis bölməsində onu təhqir etmiş, qeyri - etik ifadələr və söyüş işlətmiş və pulu tam qaytardığını , ona heç bir borcu olmadığını bildirmişdir. O öz kobud ifadəsi ilə "Başımı kəssələr də , bu arvada bir qəpik də verməyəcəm" demişdir. Polis Bölməsindən çıxdıqdan sonra isə ondan şikayət etdiyinə görə ölsə də bir qəpik verməyəcək deyə and içib. Bu günə qədər onun ictimaiyyət və onu tanıyanlar arasında yaydığı şər və böhtanlar onu intihar dərəcəsinə çatdırmışdır. Üç ildir Sabunçu və X4 və Prokrorluğu, Bakı şəhər Prokurorluğu arasında nəticəsi olmayan araşdırmalar və bir-birini təkrar edən qərarlar onun bir vətəndaş kimi hüquqlarımı tapdalayır və qane etmir. Bütün bunlara son qoymaq üçün 2019-cu il 10 iyun tarixində Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmə istintaqın qərarını ləğv edərək, ədalətli qərar çıxartmaq və yenidən araşdırmaq haqqında qərar qəbul etmişdir. Onun yenidən DİN və Prokrorluq orqanlarına müraciət etməyinə baxmayaraq cavabdeh tərəf nə pulu qaytarmış, nə də vəd etdiyi torpaq sahəsini vermişdir. Qarşı tərəf izahatında pulu maşının təmiri üçün aldığını və sair bəhanələr gətirmişdir.T ədqiqat və istintaq zamanı işin sübut və dəlilləri onun fırıldaqçı və dələduz olduğunu sübut edir. Sabunçu rayon İstintaq şöbəsinə təqdim etdiyi səs və Vhatsapp yazılarından sonra atdığı böhtanları sübut edə bilməyən Cavabdeh torpağa verilən puldan ona 5500 AZN borcu qaldığını etiraf etmişdir. 6000 AZN puldan 500 manat 2017-ci il 5 mayda qaytarmışdır. 2018-ci il fevral ayı onun iş ortağı Azad Məmmədov 2000 manat pulu istintaq zamanı yazılı şəkildə müstəntiq Elşən Həsənova vermişdir.3 gün bölmədə saxlanılan cavabdeh 3-4 ay ərzində yerdə qalan 3500 manat pulu hissə-hissə olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh ondan torpaq üçün aldığı 3500 manat pulu Rafiq adlı maklerə verdiyini iddia edir. O, Rafiq ilə əlaqə saxlayaraq, heç bir alqı-satqı olmadığı təqdirdə pulu qaytarmağını istəmişdir. Rafiq isə ilk gündən heç bir pul görmədiyini həmin torpaq sahəsini satmadığını, daha doğrusu satılıb qurtardığını demişdir.Cavabdeh bütün yalanlarının boşa çıxdığını görüb torpağın həqiqi sahibi Yura adlı şəxsin etibarnaməni ləğv etdiyini bildirmişdir. Belə olan təqdirdə pulu Rafiqə verməyibsə və Yura adlı şəxs etibarnaməni ləğv edibsə pulunu qaytarmağı tələb etmişdir. O isə onun pulundan öz məqsədləri üçün istifadə etmişdir. Ona ana-bacı deyərək onun inamını qazanmış və bundan sui-istifadə edərək, əvvələcədən planlaşdırdığı mövcud olmayan ucuz torpaq adı ilə aldatmış, 6000 AZN pulunu ələ keçirmişdir. Bu günə qədər öz etdiyi əməldən utanmayan cavabdeh onunla heç bir əlaqə saxlamayıb, ancaq İstintaq və Prokurorluq orqanlarında pulu hissə-hissə ödəyəcəyi barədə izahat vermişdir. O məhkəmədən xahiş edir ki, Cavabdeh üç il ərzində ona vurduğu ziyanı nəzərə alınsın. Bank uçot dərəcəsi ilə 3500 AZN pulun 3 il müddətinə faiz dərəcəsi 1300 manat təşkil edir. Ona dəyən mənəvi zərərin məbləği 5000 AZN təşkil edir.Buna sübut üç il fasiləsiz olaraq İstintaq və Prokrorluq orqanlarında cavabdehin əməli üzündən süründürməçiliyə məruz qalmasıdır. Dəfələrlə istintaq və tədqiqat zamanı təhqir olunmuş ( Tədqiqat müstəntiqi buna heç bir reaksiya verməmişdir) və cavabdeh tərəfindən həqiqətə uyğun olmayan şərəf və ləyaqətini alçaldan şər və böhtanlar yayılmışdır. Cavabdehin ona torpağa beh kimi aldığı 3500 manat məbləğində borcu vardır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-244/2020 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3500 manat borc, 5000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 8530 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Birinci instansiya məhkməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh 2017-ci il fevral ayında torpaq satmaq adı ilə ümumilikdə 6000 manat pul vermişdir. Lakin həmin şəxs ona qarşı dələduzluq edərək, pulunu ələ keçirdiyi üçün bu barədə şikayət ərizəsi ilə X3 müraciət etmiş, 2017-ci il fevral mart ayları ona torpaq sahəsini göstərən Məmmədov Azaddan (Cavabdeh iş ortağı) nə vaxt alqı-satqı olacağını soruşmuş və sənəd tələb etmişdir. Onlar isə bunun müqabilində torpaq adı ilə ondan alınan 6000 manat pulu alqısatqı olana qədər qəbz yazaraq təsdiq etmişlər. Bütün bu dəlilləri və tarixləri sübut edən Whatsapp və səs yazıları İstintaq orqanında materiala əlavə olunmuşdur. xx.xx.2017-ci il tarixdə cavabdeh aldığı 6000 manat puldan 500 manatını qaytarmışdır. Sonradan da Polis idarəsində araşdırma aparıldığı zaman 2000 manat pulunu qaytarmışdır. Cavabdehin iddiaçıya torpağa beh kimi aldığı puldan 3500 manat məbləğində borcu qalmışdır. 3 ildir Sabunçu və X4 və Prokrorluğu, Bakı şəhər Prokurorluğu arasında nəticəsi olmayan araşdırmalar və bir-birini təkrar edən qərarlar onun bir vətəndaş kimi hüquqlarını tapdalanmasına, əzab, istirablar keçirməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425.1, 385.1, 442, 448.1-ci maddələrinə istinad edərək iddianı еэьшт etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-244/2020 nömrəli qiyabi qətnaməsinin qismən ləğv edilməsi, 1000 manat hissədə təmin edilməsi, qalan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: 2017-ci ildə əvvəllərdə tanıdığım İddiaçı 2500 (iki min beş yüz) manat borc götürüb əvəzində isə qısa müddətdə həmin məbləğin əvəzi olaraq 3500 (üç min beş yüz) manat qaytaracağını bildirmişdir. Razılığa gəldikdən sonra həmin məbləğin alınmasına dair yazılı şəkildə öhdəlik götürüb. Sonradan həmin məbləğin 2500 (iki min beş yüz) manatı iddiaçıya qaytarılmışdır. Məhkəmə tərəfindən qətnamədə istinad etdiyi 6000 (altı min manat) manatın onun tərəfindən alınmasına dair dəlil tam əsasızdır. Çünki əlyazma ilə və imzaları ilə 6000 (altı min manat) manatın alınmasına dair sənəd olmamışdır. İddia ərizəsində iddiaçının məsələ ilə bağlı mənəvi iztirab keçirməsi göstərilsə də, bu faktla bağlı məhkəməyə hər hansı sübut, yaxud xəstəliyi təsdiq edən sənədlər təqdim edilməmişdir. Odur ki, hesab edir ki, iddiaçı tərəfindən 5000 (beş min) manat mənəvi ziyanın tələb edilməsi tam əsassızdır. Tərəfindən iddiaçı qarışısında götürdüyü öhdəlik qismən yerinə yetirilmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçıdan borc olaraq aldığı 3500 (üç min beş yüz) manat məbləğin 2500 (iki min beş yüz) manatı tərəfindən iddiaçıya ödənilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məhkəmə cavabdehə dəfələrlə məlumat versə də, prosesə gəlməyib. Qətnamə iki ildən artıq müddətdir ki icra mərhələsindədir. Apellyasiya şikayəti də icradan yayınmaq məqsədilə verilib. Cavabdeh onu dəfələrlə təhqir edib. Mənəvi ziyan tələbi buna görədir. əlavə olaraq bildirir ki, cavabdeh təhqiqat zamanı borcunu inkar edirdi, valideynini təhqir edirdi. İstintaqın gedişində borcu 1000 manat hissələrlə ödəməyə başladı. 3500 manat borcu qaldı. Bu barədə səs yazıları var. Cavabdehə 6000 manat pul verib. Gedib torpağa baxıblar. 3500 manat torpağa, 500 manat kadastr işlərinə verib, 2000 manat da əlavə pul ödəyib. 6000 manat ödənişi qalmışdı. Sonra zəng etdikdə cavabdeh telefonlarına cavab vermədi. İndi həmin torpağın qiyməti kəskin artıb. Mənəvi ziyanın əvəzini tələb etməyinin səbəbi budur ki, məsələ üzrə istintaqın gedişində, müxtəlif orqanlara gedişində çox iztirab çəkib. Cavabdeh onu və atasını təhqir edib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini,Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-244/2020 nömrəli qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun və dəymiş zərərin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2.. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-244/2020 nömrəli qiyabi qətnaməsi Cavabdeh 5000 manat mənəvi ziyanın tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır Belə ki işdə olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl 6(010)16/2019 saylı qərarına əsasən İddiaçı müraciəti əsasında cinayət işinin rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarı qanunsuz olduğundan ləğv olunmuş və qərarın surəti araşdırılması üçün Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. İşdə olan əlyazmanın surətindən məlum olur ki, Cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixdə 6000 manat pul almış və həmin pulu bir ay ərzində qaytaracığını bildirmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh 2017-ci il fevral ayında torpaq satmaq adı ilə ümumilikdə 6000 manat pul vermişdir. Lakin həmin şəxs ona qarşı dələduzluq edərək, pulunu ələ keçirdiyi üçün bu barədə şikayət ərizəsi ilə X3 müraciət etmiş, 2017-ci il fevral mart ayları ona torpaq sahəsini göstərən Məmmədov Azaddan (Cavabdeh iş ortağı) nə vaxt alqı-satqı olacağını soruşmuş və sənəd tələb etmişdir. Onlar isə bunun müqabilində torpaq adı ilə ondan alınan 6000 manat pulu alqısatqı olana qədər qəbz yazaraq təsdiq etmişlər. Bütün bu dəlilləri və tarixləri sübut edən Whatsapp və səs yazıları İstintaq orqanında materiala əlavə olunmuşdur. xx.xx.2017-ci il tarixdə cavabdeh aldığı 6000 manat puldan 500 manatını qaytarmışdır. Sonradan da Polis idarəsində araşdırma aparıldığı zaman 2000 manat pulunu qaytarmışdır. Cavabdehin iddiaçıya torpağa beh kimi aldığı puldan 3500 manat məbləğində borcu qalmışdır. 3 ildir Sabunçu və X4 və Prokrorluğu, Bakı şəhər Prokurorluğu arasında nəticəsi olmayan araşdırmalar və bir-birini təkrar edən qərarlar onun bir vətəndaş kimi hüquqlarımı tapdalanmasına, əzab, istirablar keçirməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 3500 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində gəldiyi nəticədə əsaslı olmuşdur. Belə ki,iş materiallarında olan əlyazmanın surətindən məlum olur ki, Cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixdə 6000 manat pul almış, həmin puldan 500 və 2000 manat olmaqla cəmi 2500 manat qaytarmış, 3500 manatı qaytarmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan əlyazma ilə sübuta yetirsə də, cavabdeh iddiaçıdan cəmi 3500 manat almasını sübuta yetirə bilməmiş, iddiaçının təqdim etdiyi əlyazmanı təkzib edəcək sübutlar təqdim etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğu üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmalıdır Bunula da məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Bu səbəbdən qətnamə qeyd edilən hissələrdə əsaslıdı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh şikayətdə göstərdiyi dəlilləri təsdiq edəcək sübutlar təqdim etməmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavadbehdən 5000 manat mənəvi ziyanın tutulması barədə gəldiyi nəticədə əsaslı olmamışdır. Belə ki,«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Qanunvericliyin tələbinə görə iddiaçı ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Bu baxımdan iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsiin qətnaməsi qeyd edilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)- 244/2020 nömrəli qiyabi qətnaməsi Cavabdeh 5000 manat mənəvi ziyanın tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-244/2020 nömrəli qiyabi qətnaməsi Cavabdeh 5000 manat mənəvi ziyanın tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar