Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-376/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı2, cavabdeh İddiaçı1, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı2 cavabdeh İddiaçı1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)-1633/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)-1633/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 1 ədəd “Stenka”, 1 ədəd yataq taxtı, 1 dəst divan-kreslo, bir ədəd miz, 6 ədəd stul, bir ədəd trümo mebeli, bir ədəd güzgü, bir ədəd çıl-çıraq, 2 ədəd gecə işığı, 4 ədəd lampa, 5 ədəd xalça, 4 ədəd yorğan, 3 ədəd döşək, 10 ədəd balış, 09 ədəd nalça, 3 ədəd odeyal, 01 dəst yataq üzü, 01 ədəd pərdə (10 x 6 metr), 01 ədəd tül pərdə (6 metr), 10 ədəd “Skater”, 10 ədəd (klyonka), 20 ədəd əl dəsmalı, 20 ədəd çay dəsmalı, 6 dəst yataq üzü dəsti, 8 ədəd döşək üzü, 8 ədəd balış üzü, 2 ədəd balış üzlüyü, 1 dəst nahar servizi, 3 dəst çay servizi, 01 dəst qəhvə servizi, 01 ədəd güldan, 01 dəst bogema, 06 ədəd bogema, 1 dəst mətbəx dəsti, 37 predmetli 01 dəst xrustal mətbəx (naboru), 01 dəst xrustal mətbəx (naboru), 5 ədəd güldan, 4 ədəd vaza (meyvə üçün), 6 ədəd konfet qabı, qənd qabı, 01 ədəd mürəbbə qabı, 12 ədəd stəkan, 12 ədəd stəkan, 6 ədəd rumka - bokal, 12 ədəd rumka, 4 ədəd limon qabı, 6 ədəd duz qabı, 8 ədəd şirli vaza, 2 ədəd salfetka qabı, 10 ədəd vaza, 6 ədəd salat qabı, 2 ədəd konfet qabı, 8 ədəd qənd qabı, 8 ədəd mürəbbə qabi, 1 ədəd külqabı, 2 ədəd dolça, 1 ədəd qrafinka, 18 ədəd stəkan, 18 ədəd rumka, 6 ədəd çaynik, 2 ədəd salfet qabı, 1 dəst dolça, 6 ədəd duz qabı, 12 ədəd rozetka - mürəbbə qabları, 10 ədəd rozetka mürəbbə qabları, 42 ədəd nəlbəkilər, 60 ədəd boşqablar, 2 ədəd bulud (aş qabı), 8 ədəd kasa, 6 ədəd piyalə, 5 ədəd (padnos), 1 ədəd termos, 1 ədəd teşt, 1 ədəd bak, 5 ədəd çüyün şirli, 2 ədəd alüminium çüyün, 5 ədəd çüyün plastik, 6 ədəd tava, 3 ədəd qazan, 12 ədəd şirli (qazan), 2 ədəd (qazan) alüminium, 1 ədəd bidon, 6 ədəd vedrə, 2 ədəd çaynik, 3 ədəd aşsüzən, 1 ədəd samovar elektrik, 1 ədəd elektrik peçi, 1 əd tozsoran, 1 ədəd elektrik ütü, 1 ədəd metal qapaq bağlayan qurğu (zaqatka), 1 ədəd ət çəkən maşın, 1 ədəd sini, 1 dəst mətbəx dəsti, 5 mətbəx dəsti, 3 mətbəx dəsti, 18 (predmetli) bıçaq dəsti, 3 ədəd bıçaq, 1 dəst mətbəx qaşığı, 1 dəst tort aləti, 66 predmet çəngəl-qaşıq dəsti, 2 ədəd qayçı, 3 ədəd (kruşka), 6 ədəd çörək qabı, 4 ədəd sabun qabı, 6 ədəd şiş, 1 ədəd maşa, 2 ədəd (şotka) paltar üçün), 1 ədəd xəkəndaz, 1 ədəd aftafa-ləyən, 1 ədəd su qızdırıcı (kipitilnik), 1 ədəd qənd doğrayan, 1 dəst tərəvəz doğrayan əşyaları İddiaçı1 alınıb İddiaçı2 verilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)-1633/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. İ Ş İ N H A L LA R İ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 ədəd- “Stenka”, bir ədəd yataq taxtı, bir dəst divan-kreslo, bir ədəd miz, altı ədəd stul, bir ədəd trümo mebel, bir ədəd güzgü, bir ədəd çılçıraq, 2 ədəd gecə işığı, 4 ədəd lampa, 5 ədəd xalça, 4 ədəd yorğan, 3 ədəd döşək, 10 ədəd balış, 09 ədəd nalça, 3 ədəd odedyal, 01 dəst yataq üzü, 01 ədəd pərdə (10 x 6 metr), 01 ədəd tül pərdə (6 metr), 10 ədəd “Skater”, 10 ədəd klyonka, 20 ədəd əl dəsmalı, 20 ədəd çay dəsmalı, 6 dəst yataq üzü dəsti, 8 ədəd döşək üzü, 8 ədəd balış üzü, 2ədəd balış üzlüyü, 1 dəst nahar servizi, 3 dəst çay servizi, 01 dəst qəhvə servizi, 01 ədəd güldan, 01 dəst bogema, 06 ədəd bogema, 1 dəst mətbəx dəsti, 37 predmetli 01 dəst xrustal mətbəx naboru, 01 dəst xrustal mətbəx naboru, 5 ədəd güldan, 4 ədəd vaz (meyvə üçün), 6 ədəd konfet qabı, qənd qabı, 01 ədəd mürəbbə qabı, 12 ədəd stəkan, 12 ədəd stəkan, 6 ədəd rumka bokal, 12 ədəd rumka, 4 ədəd limon qabı, 6 ədəd duz qabı, 8 ədəd şirli vaz, 2 ədəd salfetka qabı, şüşə materialdan olan 10 ədəd vaz, 6 ədəd salat qabı, 2 ədəd konfet qabı, 8 ədəd qənd qabı, 8 ədəd mürəbbə qabi, 1 ədəd külqabı, 2 ədəd dolça, 1 ədəd qrafinka, 18 ədəd stəkan, 18 ədəd rumka, 6 ədəd çaynik, 2 ədəd salfet qabı, 1 dəst dolça, 6 ədəd duz qabı, 12 ədəd rozetka mürəbbə qabları, çini materialdan olan 10 ədəd rozetka mürəbbə qabları, 42 ədəd nəlbəkilər, 60 ədəd boşqablar, 2 ədəd bulud (aş qabı), 8 ədəd kasa, 6 ədəd piyalə, 5 ədəd padnos, 1 ədəd termos, 1 ədəd teşt, 1 ədəd bak, 5 əd çüyün şirli, 2 ədəd alüminium çüyün, 5 ədəd çüyün plastik, 6 ədəd tava, 3 ədəd qazan, 12 ədəd şirli qazan, 2 ədəd qazan alüminium, 1 ədəd bidon, 6 ədəd vedrə, 2 ədəd çaynik, 3 ədəd aşsüzən, 1 ədəd samovar elektrik, 1 ədəd elektrik peç, 1 ədəd tozsoran, 1 ədəd elektrik ütü, 1 ədəd metal qapaq bağlayan qurğu (zaqatka), 1 ədəd ətçəkən maşın, 1 ədəd sini, 1 dəst mətbəx dəsti, 5 mətbəx dəsti, 3 mətbəx dəsti, 18 predmetli bıçaq dəsti, 3 ədəd bıçaq, 1 dəst mətbəx qaşıq, 1 dəst tort aləti, 66 predmet vilka-qaşıq dəsti, 2 ədəd qayçı, 3 ədəd kruşka, 6 ədəd çörək qabı, 4 ədəd sabun qabı, 6 ədəd şiş, 1 ədəd maşa, 2 ədəd şotka (Paltar üçün), 1 ədəd xəkəndaz, 1 ədəd aftafa-ləyən, 1 ədəd su qızdırıcı (kipitilnik), 1 ədəd qənd doğrayan, 1 dəst tərəvəz doğrayandan ibarət əmlaklarının cavabdeh İddiaçı1 Gahangir qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınınız əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 19.08.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X3 fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 6/10 hissə, X1 fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissə, X2 fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissə, X7 fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissə və ona fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissə olmaqla mülkiyyət hüququ əsasında məxsusdur. Bildirir ki, valideynləri X4 və X10 25 aprel 1951-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmiş, birgə nikahlarından övladları Yeganə, Mətanət, Könül, Vüqar və o, doğulmuşlar. Atası 17 aprel 1968-ci il tarixdə, anası 13 noyabr 2012-ci tarixdə ölmüşlər. Qeyd olunan yaşayış evində atasının ölümündən sonra o, anası ilə birgə yaşamışdır. Anasının ölümündən əvvəl bacıları Yeganə və Mətanət ailə quraraq Bakıya köçüb getmişlər. X5 Federasiyasına, Vüqar isə 2008-ci ildə daimi yaşamaq üçün arvadı Xuraman və oğlu Cavanşir ilə birlikdə köçüb Bakı şəhərinə getmişdir. X12 03 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Vüqar və ailəsi Bakı şəhərinə köçəndən sonra ümumiyyətlə nə yaşayış evi ilə, nə də özlərinə məxsus əmlakla maraqlanmamışlar. Hətta 09 mart 2011-ci il tarixdə yaşadıqları evin 2-ci mərtəbəsi elektrik naqillərinin alışması, qısaqapanma nəticəsində tamamilə yanmış, evi öz vəsaiti hesabına təmir etdirmişdir. Qardaşı Vüqar və ailəsi yaşayış evi yanarkən hadisədən xəbərdar olmuş, əmlaklarının yerləşdiyi yaşayış otağının vəziyyəti ilə maraqlanmamış, evin bərpasında iştirak etməmişdir. İddia ərizəsində qeyd olunmuş əmlakların bir hissəsi yanğın zamanı yanaraq tamamilə məhv olmuş, evdə qalan əşyaları isə «Stenka» divarboyu mebel, divan, sandıq, stul 4 ədəd, stol 1 ədəd, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd yastıq, 6 ədəd döşəkçə, 2 ədəd qazan, 2 ədəd vedrə, 6 ədəd çuqun, 1 ədəd elektrik samovarı, 1 ədəd açılıb yığılabilən yataq, 1 ədəd çay dəsti, 1 ədəd yemək dəsti, 1 ədəd qəhvə servizi, 6 ədəd çaynik, 10 ədəd boşqab (hər biri müxtəlif rənglərdə), 8 ədəd vaz, 24 ədəd rumka, 10 ədəd dolça, 18 ədəd stəkan, 12 ədəd rozetka, 1 ədəd lampa, 4 ədəd güldan, 8 ədəd qənd qabı, 1 ədəd xəkəndaz, 3 ədəd xalçadan ibarət əmlaklardır. Hazırda evdə mövcud olan əmlakların alınıb İddiaçı2 verilməsinə etiraz etmir. İddiaçının əsassız olaraq qeyd etdiyi digər əmlaklar isə yandığından hazırda mövcud deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)- 1633/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehin də qeyd etdiyi kimi, iddia ərizəsində qeyd olunmuş əmlakların hamısı hazırda mövcud deyil. Yanğında da bəzilərinə ziyan dəyib. İddiaçının əri də ölüb. Bu müddətdə bir dəfə də olsun əmlakları ilə maraqlanmayıblar. Rəsmi sənədləri var. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və yanğına dair aktı mövcuddur. Yanğın zamanı cavabdehin öz əmlakları da yanıb. İddiaçı gəlib mənzilə baxıb qalan əşyalarını apara bilər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)-1633/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 Qafar qızı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)-1633/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)-1633/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş əl yazma ilə tərtib edilmiş akta əsasən məlum olur ki, aktda göstərilən əmlak həm oğlan evinin, həm də qız evinin nümayəndələrinin iştirakı ilə anası tərəfindən İddiaçı2 verilən cehiz əmlakın siyahısı tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Müəyyən olunmüşdur ki, İddiaçı2 işləmək üçün Bakı şəhərinə gedib və işi ilə bağlı uzun müddət Bakıda qalıb. Lakin Bakıya getdiyi vaxt ona məxsus bütün cehiz əmlakı Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evində qalıb və qayıtdığında həmin əmlakın yerində olmadığının şahidi olub. Ba baxımdan ona məxsus əmlakın həmin evdə yaşayan baldızı cavabdeh İddiaçı1 Gahangir qızından alınıb ona verilməsini tələb edir. Cavabdeh isə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə hər hansı bir sübut, dəlil təqdim etməmiş, irad və etirazını bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, əşyaların qaytarılması üçün həmin əşyaların mövcud olması, onların iddiaçıya məxsus olması və ya cavabdehdə olması sübuta yetirilməlidir. Mübahisənin predmeti olan cehiz əşyaların əksər hissəsi, iddiaçıya məxsus digər əşyalar Quba rayonu, 1-ci Nügədi kəndində yeləşən evində saxlanılmışdır. Bu səbəbdən iddia tələbi ilə iddiaçı cehiz əmlakının ona qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin iddianı tam təmin edərkən istinad etdiyi cehiz əmlaklarının siyahısı 13 noyabr 1997-ci il tarixdə, 24 il bundan qabaq tərtib olunmuşdur. Keçən 24 il ərzində həmin əmlakların hamısının saz vəziyyətdə olması inandırıcı gəlmir. İddiaçı da həmin əmlakların saz vəziyyətdə olması, ümumiyyətlə mövcudluğu, onların cavabdehin günahı ucbatından məhv olmasına dair hər hansə bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi Azərbaycan Respublikası FHN-nin Əməliyyat İstintaq İdarəsinin 28 mart 2011-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda görünür ki, 09 mart 2011-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kənd sakini X7 məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş, nəticədə 10000 manat məbləğində maddi ziyan dəymişdir. Yanğın hadisəsinə səbəb isə elektrik naqillərində baş vermiş qısa qapanma olmuşdur. İş materiallarından eləcə də müəyyən olunur ki, iddiaçı 2008-ci ildə mübahisəli evdən çıxaraq Bakı şəhərinə getmiş, nə həmin vaxtdan, nə də ki yanğın baş verəndən sonra əmlak tələbinə dair iddia qaldırmamışdır. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında etiraf etmişdir ki, iddiaçıya məxsus olan «Stenka» divarboyu mebel, divan, sandıq, stul 4 ədəd, stol 1 ədəd, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd yastıq, 6 ədəd döşəkçə, 2 ədəd qazan, 2 ədəd vedrə, 6 ədəd çuqun, 1 ədəd elektrik samovarı, 1 ədəd açılıb yığılabilən yataq, 1 ədəd çay dəsti, 1 ədəd yemək dəsti, 1 ədəd qəhvə servizi, 6 ədəd çaynik, 10 ədəd boşqab (hər biri müxtəlif rənglərdə), 8 ədəd vaz, 24 ədəd rumka, 10 ədəd dolça, 18 ədəd stəkan, 12 ədəd rozetka, 1 ədəd lampa, 4 ədəd güldan, 8 ədəd qənd qabı, 1 ədəd xəkəndaz, 3 ədəd xalçadan ibarət əmlaklar mübahisəli evdədir və iddiaçı istənilən vaxt həmin əmlakları götürə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, həmin əmlaklar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməli, «Stenka» divarboyu mebel, divan, sandıq, stul 4 ədəd, stol 1 ədəd, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd yastıq, 6 ədəd döşəkçə, 2 ədəd qazan, 2 ədəd vedrə, 6 ədəd çuqun, 1 ədəd elektrik samovarı, 1 ədəd açılıb yığılabilən yataq, 1 ədəd çay dəsti, 1 ədəd yemək dəsti, 1 ədəd qəhvə servizi, 6 ədəd çaynik, 10 ədəd boşqab (hər biri müxtəlif rənglərdə), 8 ədəd vaz, 24 ədəd rumka, 10 ədəd dolça, 18 ədəd stəkan, 12 ədəd rozetka, 1 ədəd lampa, 4 ədəd güldan, 8 ədəd qənd qabı, 1 ədəd xəkəndaz, 3 ədəd xalça cavabdeh İddiaçı1 Yafar qızından alınaraq İddiaçı1 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(027)-1633/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. «Stenka» divarboyu mebel, divan, sandıq, stul 4 ədəd, stol 1 ədəd, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd yastıq, 6 ədəd döşəkçə, 2 ədəd qazan, 2 ədəd vedrə, 6 ədəd çuqun, 1 ədəd elektrik samovarı, 1 ədəd açılıb yığılabilən yataq, 1 ədəd çay dəsti, 1 ədəd yemək dəsti, 1 ədəd qəhvə servizi, 6 ədəd çaynik, 10 ədəd boşqab (hər biri müxtəlif rənglərdə), 8 ədəd vaz, 24 ədəd rumka, 10 ədəd dolça, 18 ədəd stəkan, 12 ədəd rozetka, 1 ədəd lampa, 4 ədəd güldan, 8 ədəd qənd qabı, 1 ədəd xəkəndaz, 3 ədəd xalça cavabdeh İddiaçı1 Yafar qızından alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı1 Qafar qızının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-376/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-376/2022
18.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver