Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-376/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) X74 Süleymanovanın sədrliyi və məruzəsi, X80 Məmmədov və X15 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası miras qoyan X11 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası Ağasiyev Kamran Qəzənfər oğluna düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qoyan X11 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və nənəsi miras qoyan X28 qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka (miras qoyanlar X11 və X28 qalmış miras əmlaka) tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Ağasiyev Kamran Qəzənfər oğlu 18 oktyabr 1973-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində, anası Nümayəndə xx xxxxxxxx 1978-cu il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. Atası Ağasiyev Kamran Qəzənfər oğlunun atası X29, anası X48r. Nənə ilə babasının atasıdan başqa Mafızə və Esmira adlı qızları, Vüqar və Elman adlı oğlanları olmuşdur. Ağasiyev Kamran Qəzənfər oğlu və X55 nikahlarını 23 noyabr 2001-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından İddiaçı xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. Anası atası ilə ailə quraraq babası və nənəsinə məxsus Quba rayonu Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evinə gəlin köçərək yaşamış, o, orada doğulmuşdur. Atası ilə anasının nikahı 02 mart 2009-cu ildə Quba Rayon Məhkəməsinin 2(027)-224/2009-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların nikahları pozulana kimi orada yaşamışdır. Sonradan atası ilə anasının nikahı pozulduğu üçün o, anası ilə birlikdə Xaçmaz rayonu Arzu kəndinə qayıtmış, lakin atası babası və nənəsi ilə birlikdə Quba rayonu Zərdabi kəndində JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən həmin evdə yaşamışlar. X76 02 iyul 2014-cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra atası ilə nənəsi evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mirası qəbul etmişlər. Atası Kamran Ağasiyev 10 avqust 2018ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ondan qalmış miras əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat Kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X109 Xidmət Mərkəzində Notariat Ofisinin 07 avqust 2020-ci il tarixli 83 nömrəli məktubuna əsasən o, 10 avqust 2018-ci il tarixdə vəfat etmiş atası Kamran Ağasiyevin vərəsəsi sırasına daxildir. X82 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən 3 ay sonra qanunla altı aylıq müddəti ötürmədən nənəsindən və babasından qalmış nənəsinin qəbul etdiyi miras əmlakdan atası Kamran Ağasiyevə düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat Kontoruna ərizə vermiş və ərizəsi 07 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. X109 Xidmət Mərkəzində Notariat Ofisinin 05 mart 2021-ci il tarixli 640 nömrəli məktubuna əsasən o, 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X12 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X40 qanun üzrə vərəsələri sırasında daxildir. Beləliklə, miras qoyan babası X41 02 iyul 2014-cü il tarixdə vəfat etdiyindən, onun vəfatından sonra qalan miras əmlakı miras qoyan atası Kamran Ağasiyev və miras qoyan nənəsi Sədiqə Aqasiyeva idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasından qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi notariat kontoruna qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmədən ərizə verdiyindən dolayısı ilə miras qoyan X53 qalmış miras əmlakı da qəbul etmişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasiyev Kamran Qəzənfər oğluna düşən hissəsinə miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. O isə yuxarıda qeyd etdiyi kimi babası 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın qəbul edilməsi üçün müddəti ötürməmişdir. Nənəsi və babasından qalmış miras əmlak olan Quba rayonu Zərdabi kəndində JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində paylar ümumi birgə olduğundan və həmin torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evində onun ölümündən sonra nənəsinin və atasının yaşaması ümumi bilinən inkar edilməz fakt olduğundan, o, nənəsi və atasıdan qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verərək onların vərəsəsi kimi tanındığından dolayısı ilə babasından qalmış miras əmlakı da qəbul etmişdir. Bundan başqa o, X109 Xidmət Mərkəzinin Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ilə ərizəsinin təmin edilməsi qət edilmişdir. Bundan sonra qətnamə üzrə maraqlarına toxunan şəxs bibisi Cavabdeh2 Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(105)- 3701/2021 saylı qərardadına əsasən hüquq haqqında mübahisə olduğu üçün Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)- 1634/2020 qətnaməsi ləğv edilmiş, ona iddia qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
3. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X56 cavabdehlər Cavabdeh2, X30, X31 və Quba Regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə etiraz edir, hesab edir ki, qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçının atası X42 18 oktyabr 1973-cü ildə Quba rayonu Zərdabi qəsəbəsində, anası Nümayəndə isə xx xxxxxxxx 1978-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. Onun valideynləri 23 noyabr 2001-ci il tarixdə ailə qurmuşlar. Onların nikahından xx xxx 2002-ci il tarixdə X56 doğulmuşdur. Valideynlərinin nikahı 02 mart 2009-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının anası nikahın pozulması barədə mülki işə baxılarkən məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o 2001-ci ildə iddiaçının atası X42 ilə rəsmi nikaha daxil olsa da birgə nikahdan xx xxx 2002-ci ildə doğulmuş azyaşlı oğlu Əlibəylə 09 fevral 2002ci ildən hal-hazıra qədər Xaçmaz rayonu Arzu kəndində pensiyaçı olan atası Tofiqin himayəsində yaşayırlar. İddiaçının atası X42 10 avqust 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X84 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün imtina məktubu verilmişdir. İddiaçı qeyd edir ki, guya atası X42 babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X90 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babanın vəfatından sonra nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. Lakin 27 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, X42 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində xx.xx.2014-cü ildə vəfat etmiş atası X16 məxsus evdə yaşamamış və həmin evə gəlib getməmişdir. (akt əlavə edilir) Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair JN181AKOD30316018 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə Quba rayonu Zərdabi kəndində X32, X64, X31 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Bu sənədlərdə iddiaçının atası X17 adı qeyd edilməmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə xx.xx.2018-ci ildə vəfat etmiş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı X33 məhrum atası Ağasıyev Kamran sağlığında babası X8 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X32 02 iyul 2014-cü ildə vəfat etsə də oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Guya atası babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X79 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra atası nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. X99 isə 10 avqust 2018- ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X84 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də həmin Mərkəzdən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, ona sahiblik etmək barədə sübutlar təqdim etmədiyindən onun vərəsəsi olan X43 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün 07 avqust 2020-ci il tarixli imtina məktubu verilmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə xx.xx.2018-ci ildə vəfat etmiş atası X4 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı X33 atası Ağasıyev Kamran sağlığında babası X8 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X32 02 iyul 2014-cü ildə vəfat etsə də oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçının atası X42 da 10 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçının atası vəfat etdiyi tarixə qədər (4 ildən artıq müddət) Əlibəyin babasından qalmış miras əmlakı faktiki qəbul etmədiyindən və notariat orqanına ərizə vermədiyindən üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Belə olan halda ərizəçinin dəlilləri tamamilə əsassız olmaqla mötəbər sübutları yoxdur. Mülki qanunvericiliyə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməklə, yaxud da vərəsəlik açılan gündən 6 ay müddətində notariat kontoruna ərizə verməklə qəbul etməlidir. İddiaçının X99 10 avqust 2018-ci ildə vəfat etmiş, lakin o 2014- cü ilin iyul ayında vəfat etmiş atasından miras qalmış evin hissəsini faktiki idarə etməklə, yaxud da notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Kamran Ağasıyev atasından miras qalmış əmlakı qəbul etmədiyindən, ərizəçi Əlibəy Ağasıyev isə miras evə və torpaq sahəsinə vərəsə hesab oluna bilməz, bu barədəki tələbi əsassızdır. Bundan başqa iddiaçı X56 10 avqust 2018-ci il tarixdə atası X17 vəfatından sonra da mirası faktiki qəbul etməmiş və yaxud vərəsə kimi notariat orqanına ərizə verməmişdir. Müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır, məsələn, üzürlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyədə olma, miras qoyanın ölümündən xəbərsiz olma və s ola bilər. İddiaçı isə gecikdirmənin səbəbləri, onun uzadılması üçün əaslar və s. barədə ümumiyyətlə heç bir sübut təqdim edə bilməmişdir. Mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların təqdim edilməsi zəruridir: əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər) Cavabdehlərdən olan Cavabdeh2 X8 miras qalmış JN 181AKOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməinə dair şəhadətnaməyə əsaən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X32 və anası X44 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir.
5. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X57 bildirdi ki, X41 ilə X45 Kamran, Vüqar, Elman, Esmira və Mafizə adlı uşaqları olmuşdur. Qəzənfər 6-7 ildir ki, vəfat edib. Qəzənfər və Sədiqə vəfat edənə qədər bütün ailə üzvləri evdə olub. Kamranın arvadı Xatirə 2 ay həmin evdə yaşamış, daha sonra evdən getmişdir. Kamran səfil həyat keçirib. Bir gün evdə olub, 1 ay olmayıb. Kamran içki aludəçisi idi. Kamran məhkumluq həyatı yaşayıb. Həmin evdə Elman yaşayıb, hazırda həbsdədir. Hazırda həmin evdə Esmira yaşayır. Kamranın atası Qəzənfərin ölümündən sonra valideynlərinə məxsus evə gəldiyini görməmişəm. Qəzənfər vəfat etməmişdən qabaq da Kamran 15 gündən bir evə gəlib. Kamran həbsdən çıxdıqdan sonra səfil həyatı yaşayıb. Kamranın Xatirə ilə birgə nikahından uşağı anadan olandan sonra Xatirə Qəzənfərə məxsus evə gəlməyib.
6. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, X41 ilə X45 5 uşağı olub. Qəzənfəri və Kamranı tanıyıb. Kamran alkoqol aludəçisi olub, küçədə yaşayırdı. Qəzənfər öləndə Kamran yas mərasimində iştirak etməyib. Kamranın həyat yoldaşını görüb. Kamranı atasının yanına gəlib gedən görməyib. Kamranın yas mərasimi də ata evində olub. 27 dekabr 2021-ci il tarixli aktı oxuyub və imzalayıb.
7. Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, İddiaçı atası Ağasiyev Kamran Qəzənfər oğlundan və nənəsi X34 miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsini qəbul edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X19 adına Quba rayonu, Zərdabi qəsəbəsində (xx.xx.1993-cü il tarixli, 294 nömrəli qeydiyyat vəsiqəsi) fərdi yaşayış evi, X19 və X40 adına Quba rayonu, Zərdabi qəsəbəsində ümumi birgə 0.06 torpaq sahəsinə verilmiş JN-181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" aşkar edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ağasiyev Kamran Qəzənfər oğlunun adına, Quba rayonu, Zərdabi qəsəbəsində 0,25 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə verilmiş JN 400 KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı X19 adına Zərdabi qəsəbəsində fərdi yaşayış evi və ümumbirgə JN 181A KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmışdır. Əlavə olaraq X21 və X49 0,78 ha torpaq sahəsinə JN 398 KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmiş, lakin həmin torpaq sahəsi 15 mart 2002-ci il tarixdə 4ə/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba Notariat X1 adına ozgəninkiləşdirilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X46 mülkiyyətindədir.
11. JN 398 KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, X29, X65 və X35 Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 115 nömrəli qərarı ilə 0,78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir.
12. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1634/2020 saylı qətnaməsindən görünür ki, X11 qalmış mirasın Ağasiyev Kamran Qəzənfər oğluna düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılmış; X9 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən Ağasiyev Kamran'Qəzənfər oğluna düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilmişdir.
13. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-3701/2021 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1634/2020 saylı qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır.
14. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1554/2021 saylı qətnaməsindən görünür ki, X29 və X49 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
15. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-401/2022 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(027)- 1554/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
16. Quba rayonu Zərdabi Bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışından və 23 avqust 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 X8 miras qalmış JN 181AKOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsaən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X32 və anası X44 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir.
17. Quba rayonu Zərdabi Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 27 dekabr 2021-ci il tarixli, Zərdabi bələdiyyəsinin sədri X58, Zərdabi bələdiyyəsinin üzvləri X59, X81, Zərdabi qəsəbə sakinləri X6, X60 və X47 iştirakı ilə tərtib olunmuş Aktdan görünür ki, mərhum Ağasiyev Kamran Qəzənfər oğlu 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində mərhum atası X21 məxsus evdə yaşamamışdır və ümumiyyətlə həmin evə gəlib getməsi müəyyən olunmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
18. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, X36 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272 və 1273-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1, 216-220, 227-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
20. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1023/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə razılaşmır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi miras qoyanlar onun nənəsi Sədiqə Aqasiyeva və X76dir. Qeyd edilən miras qoyanların oğlu olan atası Kamran Ağasiyev nənəsi Sədiqə Aqasiyeva vəfat edərkən sağ olmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən nənəsi Sədiqə Aqasiyevadan miras qalmış əmlakın atası Kamran Ağasiyevə düşən hissəsinə o vərəsədir. Bununla bağlı nənəsi Sədiqə Aqasiyevanın ölümündən 3 ay müddət keçməmiş notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Nənəsi miras qoyan Sədiqə Ağasiyevadan (vəfat edib xx.xx.2020-ci il tarixdə) isə o mirası notariusa ərizə verərək (ərizə verib 07 avqust 2020-ci il tarixdə, 339 nömrəli vərəsəlik işi) və heç bir müddəti ötürmədən onsuz da qəbul edib. Çünki mövcud qanunvericiliyin tələbinə əsasən vərəsə tərəfindən miras əmlak iki yolla qəbul edilə bilər ki, bunlardan birincisi faktiki qəbul, digəri isə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməkdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsi). Eyni zamanda atası Kamran Ağasiyevdən qalan miras əmlakı da notariat ofisinə ərizə ilə müraciət edərək qəbul edib. X53 miras qalmış əmlakı isə həm atası Kamran Ağasiyev, həm də nənəsi Sədiqə Aqasiyeva faktiki olaraq eyni təsərrüfatı idarə edərək və Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evində yaşayaraq qəbul etmiş və həmin şəxslərdən miras qalan əmlakı isə o qəbul etdiyindən dolayısı ilə babası miras qoyan Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı da qəbul etmiş sayılmalıdır. Halhazırda mübahisə edilən miras kütləsinə daxil olan əmlak JN 181A KOD 30316018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X29 və X40 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin miras qoyanlara aid hissəsi və X62 Aqasiyevanın birgə nikah dövründə əldə etdiyi fərdi yaşayış evindən ibarətdir. Eyni zamanda məhkəmə prosesində miras kütləsinə daxil olan fərdi yaşayış evinin X62 Aqasiyevanın birgə nikah dövründə satın alındığı, ona görə də həmin evin yarısının Sədiqə Aqasiyevaya məxsus olması, Sədiqə Aqasiyeva vəfat etdikdən sonra isə mirası qəbul etməyi ilə bağlı ərizə verdiyi üçün həmin əmlakda da onun payının olması əsaslarına, o cümlədən Qəzənfər Ağasiyevin vəfatından sonra Sədiqə Aqasiyevanın qeyd edilən fərdi yaşayış evində və torpaq sahəsində yaşayaraq öz mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etdiyi və Sədiqə Aqasiyeva vəfat edərkən ondan qalan miras kütləsinə eyni zamanda birgə nikah dövründə əldə etdiyi əmlaklardakı payı və mərhum əri Qəzənfər Ağasiyevdən faktiki olaraq qəbul etdiyi paylarının da daxil olması hallarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələri). Bundan əlavə atası Kamran Ağasiyev vəfat etdiyi günə kimi Quba rayonu, Zərdabi kəndində yerləşən valideynlərinə məxsus olmuş fərdi yaşayış evində yaşamış, atası Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı faktiki qəbul etmişdir. Əgər belə olmasaydı, məhkəmə araşdırması zamanı cavabdehlər və onlar tərəfindən məhkəmədə şahid qismində ifadə vermiş şəxslər özləri də də etiraf edirlər ki, miras qoyanlar Qəzənfər və Sədiqə Ağasiyevlərin vəfat edənə qədər bütün ailə üzvlərinin evdə olmasını, atasının dəfni və yas mərasiminin də qeyd edilən evdə həyata keçirilmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)-530/2023 saylı qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272 və 1273-cü maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4 və 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(102)-3164/2023 nömrəli Qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)-530/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
28. Azərbaycan Respublikasının Ali Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1243.3, 1246 və 1252-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2, 416.1, 417 və 419-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
29. İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
30. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
31. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır.
37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır.
38. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, miras qoyan X53 miras qalmış JN:181 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası Kamran Ağasiyevə düşən hissəsinə ölümündən sonra onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsini, həmin 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən, habelə miras qoyan nənəsi Sədiqə Aqasiyevadan miras qalmış JN:181 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka (miras qoyanlar Qəzənfər Ağasiyev və Sədiqə Aqasiyevadan qalmış miras əmlaka) tam payının müəyyən edilməsini iddia edir.
39. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir.
40. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, X41 02 iyul 2014-cü il tarixdə vəfat etmiş, vəfatından sonra miras qoyan X11 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi oğlu Ağasiyev Kamran Qəzənfər oğlu tərəfindən nə faktiki, nə də rəsmi qəbul edilməmişdir. İddiaçı tərəf də iddia predmeti olan miras torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin atası Ağasiyev Kamran Qəzənfər oğlundan miras qalması və həmin torpaq sahəsi və üzərində yerləşən evə vərəsəlik hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. İddiaçı, həmçinin, nənəsi miras qoyan X28 qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka tam payının müəyyən edilməsini xahiş etmişdir. X14 atasının vəfatından sonra mirası vərəsə kimi notariat orqanına ərizə verməklə, nə də faktiki qəbul etməmişdir. İddiaçının atası 10 avqust 2018-ci il tarixdə vəfat etmiş, iddiaçı isə 07 avqust 2020-ci il tarixdə notariat orqanına müracət etmişdir. Mirasın qəbul edilməsi üçün müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır. İddiaçı mirasın qəbul etmə müddətinin gecikdirməsinin səbəbləri, müddətin uzadılması üçün əsaslar təqdim edə bilməmişdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Hesab edir ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
43. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.”
44. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”.
45. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
46. Kollegiya hesab edir ki, hazırkı iş üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, qətnamə ləğv edilməli, mübahisəyə Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında irəli sürülmüş mövqe əsas götürülməklə yenidən qiymət verilməlidir.
47. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi miras kütləsinə X21 xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evi, X21 və X50 məxsus birgə mülkiyyətdə olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsinin 2/3 hissəsi daxildir.
48. Mülki iş materiallarında olan (i/v 26-27) sənədlərdən görünür ki, Azərbaycan Respublikasında «Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən EİƏ-nə məxsus mənzildə yaşayan X19 mənzilinin özəlləşdirilməsi qərara alınmışdır.
49. Kollegiya qeyd edir ki, göründüyü kimi həmin fərdi yaşayış evi X41 tərəfindən əvəzsiz qaydada əldə edilməklə birgə nikah dövründə əldə edilmiş əmlak rejiminə aid deyildir, birgə nikah döründə əldə edilmiş ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi ilə bağlı hallar müəyyən edilməmişdir.
50. Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi X19, X51 və X22 birgə mülkiyyətinə ayrılmışdır.
51. Miras qoyanlar X41 02 iyul 2014-cü ildə, X66 29 iyun 2020-ci ildə vəfat etmişlər.
52. Mübahisə predmeti olan əmlakla bağlı vərəsəlik hüquq münasibətləri müvafiq olaraq miras qoyanın ölümü anından başlamışdır.
53. İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyanlar X41 və X40 birgə nikahlarından beş övladları – Cavabdeh3, Ağasiyeva Esmira, Ağasiyev Vüqar, Ağasiyev Kamran və Cavabdeh4 olmuşdur.
54. Ağasiyev Kamran Qəzənfər oğlu 10 avqust 2018-ci ildə, X52 isə 2019-cu ildə vəfat etmişdir.
55. Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli arayışından görünür ki, X23 nikah qeydi və övladları barədə məlumat aşkar olunmamışdır.
56. Həmçinin işdə olan sənədlərdən görünür ki, Ağasiyev X25 Xatirə Tofiq qızı ilə xx.xx.2001-ci ildə nikah bağlamış, tərəflər arasında olan nikah məhkəmə qətnaməsinə əsasən 02 mart 2009-cu ildə pozulmuşdur. Birgə nikahdan X56 (araşdırılan iddia üzrə iddiaçı) anadan olmşdur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan X19 öldüyü məqamda sağ olmuş arvadı və övladları qanun üzrə birinci növbə vərəsələridir. Qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədiklərindən vərəsə hesab olunurlar və payları müəyyən edilməlidir.
58. Kollegiya hesab edir ki, mərhum X11 miras qalmış əmlak - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evi və Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsi olmaqla, mərhum X19 öldüyü məqamda sağ olan vərəsələri – arvadı Sədiqə Ağasiyeva, övladları - Cavabdeh3, Ağasiyeva Esmira, Ağasiyev Vüqar, Ağasiyev Kamran və Cavabdeh4 oğlu qanunla nəzərdə tutulmuş müddətdə və qaydada mirasdan imtina etmədiklərindən miras əmlak - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hər birinin 1/6 hissədə, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 1/3 hissəsi üzərində hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir.
59. Eyni zamanda kollegiya qeyd edir ki, Kamran Ağasıyev vəfat etdiyindən miras əmlakda ona çatası pay irsi transmissiya qaydasında araşdırılan mübahisə üzrə iddiaçıya (birinci növbə qanuni vərəsə) keçmişdir.
60. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, Kamran X2 ilə 02 mart 2009-cu ildə nikahları pozulduğundan sonuncu Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən mərhum Kamran Ağasıyevin vərəsəsi hesab olunmur.
62. Göründüyü kimi X52 2019-cu ildə vəfat etmişdir, sonuncuya məxsus miras əmlaka (Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 1/3 hissəsinin 1/6 hissəsi) Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən vərəsəsi- anası Sədiqə Ağasıyeva olmaqla, sonuncu mirasdan imtina etmədiyindən miras əmlakı vərəsəlik qaydasında qəbul etmiş hesab olunur. Bu halda X40 vərəsəlik qaydasında qəbul etdiyi miras kütləsi - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evindəki payı 2/6 hissə, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 1/3 hissəsindəki payı 2/18 hissədə olmuşdur.
63. Kollegiya hesab edir ki, mərhum X37 miras qalmış əmlak - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsi və X11 və X20 miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsininin 1/3 hissəsinin 2/18 hissəsi olmaqla, mərhum X40 öldüyü məqamda sağ olan vərəsələri –övladları - Cavabdeh3, Ağasiyeva Esmira, İddiaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh4 qanunla nəzərdə tutulmuş müddətdə və qaydada mirasdan imtina etmədiklərindən miras əmlak - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi üzərində hər birinin ¼ hissədə, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 1/3 hissəsi üzərində hər birinin 1/4 hissədə və X11 və X20 Sədiqə Ağasıyeva miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsinin 2/18 hissəsi üzərində hər birinin ¼ hissədə payları müəyyən edilməlidir.
64. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində hər brinin 6/24 hissədə Cavabdeh3 Qəzənəfər qızının, X10, İddiaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh4 payları müəyyən edilməlidir. Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 2/3 hissəsi vərəsələr Cavabdeh3 Qəzənəfər qızı, X24, İddiaçı və Cavabdeh4 arasında bərabər paylara bölünməlidir.
65. İddia mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissədə təmin edilməməlidir. Belə ki, kollegiya hesab edir ki, Konstitutsiya Məhkəməsinin yuxarıda adı çəkilən Plenum qərarı ilə qeyd olunan məsələyə qiymət verilməsi zərurəti aradan qalxmışdır və həmin məsələ əhəmiyyətini itirmişdir.
66. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(027)-1023/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində Cavabdeh3, X13, İddiaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh4 hər brinin 6/24 hissədə payları müəyyən edilsin. Miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 2/3 hissəsi vərəsələr Cavabdeh3, X38, İddiaçı və Cavabdeh4 arasında bərabər paylara bölünsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.