Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-381/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Vəkilova Sədinə Adresi qızına qarşı zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)- 72/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Vəkilova Sədinə Adresi qızına qarşı zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri ərazisində 14 oktyabr 2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0.036 ha hissəsinin 0,001 ha torpaq sahəsinin Cavabdeh alınıb aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-72/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar şəhəri ünvanında yerləşən 0.036 ha həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən 0.00019 ha (1.9 kv.metr) hissəsinin (eni 0.4 metr, uzunluğu 8.8 metr olmaqla üçbucaq şəklində) Cavabdeh alınıb İddiaçı qaytarılması, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərclərinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edlmişdir (hakim Adil Vəliyev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-72/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəmə kollegiyasına mraciət edərək bildirdi ki, cavabdehlə razılığa gəlib, bu səbbədən iddiadan imtina edir. İddiadan imtinanın hüquqi nəticələri ona aydındır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Qusar Rayon Məhkəməsinin 2(029)-72/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbləri üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-72/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-72/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və üçüncü şəxs Vəkilova Sədinə Adresi qızına qarşı zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-381/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-381/2023
10.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver