Məhkəmə qərarları › İş №2(105)-39/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-39/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-39/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 firması və X2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə və s. tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsindən İddiaçı1 ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 firması tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli “baş kredit razılaşması” və 117836-1-9130/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 İddiaçı1 ASCnin xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 1.497.791,64 ABŞ dolları, faiz borcu üzrə 138.011,49 ABŞ dolları, ümumilikdə 1.635.803,13 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 manatın tutulması, tələbin Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 5.833.000 manat müəyyən edilməsi, qeyriyaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1.635.803,13 ABŞ dolları pul və dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh3 firmasına qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 tutularaq X1 (Müxbir hesab: AZ341NABZ**********000003944, kod: 210005, VÖEN:**********) ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. (hakim C.Məmmədov) Qətnamədən İddiaçı1 ASC apellyasiya şikayəti verərək, qətnamənin faiz borcuna dair hissədə dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılması hissəsində ləğv edilməsi, həmin hissələrdə iddianın tam təmin edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunmasını xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh3 firması apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsinin ona dair hissədə ləğv, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və sair tələblərə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 117836-1-9130/1 saylı xx.xx.2013-cü il tarixli Kommersiya krediti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka borclu olduğu 1.497.791,64 ABŞ dolları məbləğində əsas borcun və 143.080,64 ABŞ dolları məbləğində faizin, cəmi 1.640.872,28 ABŞ dolları pul məbləğinin həmçinin məhkəməyə müraciət etmək üçün və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı1 ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi 2159,01 kv.m. əsas , 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 3.257.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “Bank VTB ( Azərbaycan)” ASC-ə ödənilməsi, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması və 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli Baş kredit razılaşmasının və 117836-1-9130/1 saylı, xx.xx.2013-cü il tarixli Kommersiya krediti müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “baş kredit razılaşması”na əsasən həmin razılaşma ilə müəyyən edilmiş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün Bank kredit alana xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü ilədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bundan sonra Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 yenidən maliyyələşmə və obyektin təmiri məqsədi ilə 60 ay müddətinə illik 12 faizlə 1.910.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175.1 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmçinin öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh6 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmədiyindən onun banka borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq, müvafiq borc banka ödənilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı1 ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə mahiyyət etibarı ilə düzgün olsa da, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, habelə iş üçün bütün zəruri əhəmiyyətli hallar araşdırılmadığından məhkəmə yekun olaraq qismən əsassız qətnamə qəbul etmişdir. Belə ki, qətnamə ilə qət edilən faiz borcu məbləğində məhkəmə xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir ki, həmin rəy faiz borcunu düzgün hesablamamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə ekspert rəyi arasında mövcud faiz borcunun məbləğləri arasında ziddiyət vardır. Məhkəmə də, ekspertin əsassız rəyinə istinad etmiş, nəticədə banka olan real borc məbləğindən daha az məbləğdə faiz borcunun tutulması qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə öz qətnaməsində ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına istinad etmişdir ki, bu barədə məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Çünki həmin rəylə mübahisəli əmlakın qiymətləndirildiyi məbləğ əmlakın real dəyərindən kifayət qədər yüksək qiymətləndirilmişdir. Bununla yanaşı qətnamənin ipoteka predmetinə tutma yönəldikdən sonra əmlakın boşaldılması hissəsində rədd edilməsi əsası tamamilə qanunsuz və əsassızdır. Məhkəmə bu barədə öz mövqeyini düzgün və hüquqauyğun şəkildə əsaslandırmamışdır. Məhkəmənin bu qənaətə gələrkən ipoteka hüququnun məhdud əşya hüququ olması nəzərə almamışdır. Sadalanan hallar əsasında apellyasiya şikayəti təmin edilməlidir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iş üzrə bütün zəruri hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbində qeyd olunan faiz borcunun hansı əsaslarla hesablanması məlum deyildir. Bundan əlavə iddia ərizəsi məhkəməyə daxil olan vaxtdan banka müəyyən ödənişlər edilmişdir. Bu ödənişlərin nəzərə alınması və mövcud borcun real məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Qeyd olunanlara əsasən qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Cavabdeh3 Firması apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iş üzrə bütün zəruri hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə ödəniş cədvəli bir neçə dəfə dəyişdirilib və öhdəliyin həcmi də artmışdır. Lakin zamin və ipoteka qoyanın bununla bağlı razılığı alınmamışdır. Mövcud qanunvericilik isə zaminlik instituna xüsusi önəm verərək, zaminlik müqaviləsində əsas öhdəliyin yəni borclunun kreditor qarşısında öhdəliyinin həddi barədə göstərişin mütləq qeyd olunmasına önəm vermişdir. Başqa sözlə kredit xətti müqaviləsində qeyd olunan zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi valyuta) ipoteka müqaviləsində də göstərilməlidir. Hazırkı halda isə zaminin komersiya krediti müqaviləsi üzrə öhdəliyi üzərinə götürməsinə dair hər hansı razılığı alınmadığından, başqa sözlə zaminin bank qarşısında belə bir öhdəliyinin yarannmadığından, bu öhdəliyə görə ondan borc tələb edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, onlara aid hissədə ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddiaçının apellyasiya şikayətini müdafiə etdi, cavabdehlərin apellyasiya şikayətlərini qəbul etmədi, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə artıq kifayət qədər məhkəmə araşdırması həyata keçirilmişdir. Sonuncu ekspert rəyi obyektiv hesab edilir, bu səbəbdən ekspert rəyi ilə razıdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi Nümayəndə1 Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Həmin şikayətin dəlillərini nəzərə alaraq şikayətin təmin edilməsi, bankın iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər Cavabdeh3 firması və X4 məhkəmə iclasında gəlməmiş, nümayəndələrini göndərməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 117836-1- 9130 saylı, xx.xx.2013-cü il tarixli “baş kredit razılaşmasına” əsasən cavabdehə müəyyən edilmiş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün Bank kredit alana xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü ilədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Yenə işdə olan İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 yenidən maliyyələşmə və obyektin təmiri məqsədi üçün 60 ay müddətinə illik 12 faizlə 1.910.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı1 ASC ilə Cavabdeh6 arasında bağlanmış 117870-7-5519 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 borclu Cavabdeh1 imzaladığı “Baş kredit sazişi” və onun ayrılmaz tərkib hissəsi olan “Kredit müqaviləsi” üzrə icra etməli olan öhdəlikləri üzrə zamin durmuşdur. Mülki işə əlavə edilmiş İddiaçı1 ASC ilə Cavabdeh3 firması arasında bağlanmış 117869- G_RAN-109 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 firması borclu Cavabdeh1 imzaladığı “Baş kredit sazişi” və onun ayrılmaz tərkib hissəsi; öİän “Kredit müqaviləsi” üzrə icra etməli olan öhdəlikləri üzrə zamin durmuşdur. İşdə olan İddiaçı1 ASC ilə Cavabdeh1 və “Kənan" firması arasında bağlanmış xx.xx.2013cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 firmasına məxsus Sumqayıt Şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175,92 kv.m ümumi. 2159,01 kv.m. əsasən, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir və həmin müqavilənin 3.5-ci bəndinə əsasən qeyri yaşayış sahəsinin bazar qiyməti 4.915.000 manat, likvid dəyəri 2.850.000 manat müəyyən edilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 1 nömrəli reyester kitabının 170 nömrəli vərəqində qeydə alınmış Çıxarışdan görünür ki, Sumqayıt şəhəri 53-cü məhəllədə xüsusi mülkiyyətdə olan ümumi sahəsi 4175,92 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi Cavabdeh3 firmasına məxsusdur. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 1.497.791,64 ABŞ dolları məbləğində əsas borcu, 1.430.80,64 ABŞ dolları məbləğində faiz, ümumiikdə 1.640.872,28 ABŞ dolları borcu var. Yenə işə əlavə edilmiş "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi rəyindən məlum olur ki, ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsasə, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin 15 iyul 2019-cu il tarixinə olan real bazar dəyəri 5.833.000 manat təşkil edir. Yenə də iş materiallarına əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 21312 saylı, 30 aprel 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 04 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 21 iyun 2016-cı il tarixə əsas borca görə 1.500.124,84 ABŞ dolları, faiz borcuna görə 138.011, 49 ABŞ dolları borcu mövcuddur. Mülki işin materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-774/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 Firmasının cavabdeh "xxxx" ASC –yə qarşı zaminliyə və ipotekaya xitam verilməsi tələbinə dair iddiası rədd edilmiş və qətnamə bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatından görünür ki, ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar qiyməti 5 833 000 (beş milyon səkkiz yüz otuz üç min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatından görünür ki, ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 2 950 000 (iki milyon doqquz yüz əlli min) manat, likvid dəyəri 2 360 000 (iki milyon üç yüz altmış min) manat məbləğində müəyyən edilmişdir. Yenə işdə olan "xxxx" MMC-nin 20 aprel 2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli ipoteka predmetinin orta bazar qiyməti 3 048 000 manat müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC-nin 11 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, mübahisəli ipoteka predmetinin bazar dəyəri 5 900 000 manat, likvid dəyəri isə 5 400 000 manat müəyyən edilmişdir. Yenə iş materiallarına əlavə edilmiş “X7 və Ekspertiza Mərkəzi” MMC-nin 21 fevral 2022-ci il tarixli rəyindən görünür ki, mübahisəli ipoteka predmetinin bazar dəyəri 5.545.000 manat, likvid dəyəri isə 5.270.000 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə təyin etdiyi təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 10/3036 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən ******* milyon manat, likvid dəyəri isə ******* milyon manat təşkil edir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə İddiaçı1 ASC-nin şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)- 35/2019 saylı qətnaməsi tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdən sonra, əmlakın məcburi qaydada boşaldılmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə tələbin ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 5.833.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ******* milyon manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 firmasının apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “baş kredit razılaşması”na əsasən həmin razılaşma ilə müəyyən edilmiş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün Bank kredit alana xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü ilədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bundan sonra Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 yenidən maliyyələşmə və obyektin təmiri məqsədi ilə 60 ay müddətinə illik 12 faizlə 1.910.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175.; 1 kv.m ümumi, 2159,01 kv.m. əsasə, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmçinin öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh6 və Cavabdeh3 firması ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit vəsaitini əldə etsə də, müqavilə üzrə öhdəliklərini tam və lazımi qaydada icra etmədiyi üçün iddiaçı bank qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Firması apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ətrafında məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit xətti və zaminlik müqavilələrinə əsasən, cavabdeh borclu Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair zaminlərlə birlikdə vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdehlər kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişlər AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yenə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası iddiaçının və Cavabdeh1 apellyasiya şikayətlərinin faiz borcu ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, iş üzrə məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspert rəyində faiz borcu əsas borca mütənasibdir. Habelə, faiz borcunun məbləğinin ekspert rəyində qeyd olunan məbləğdən aşağı olması barədə Cavabdeh1 tərəfindən, yaxud əksinə faiz borcunun rəydə qeyd olunan məbləğdən yuxarı olması barədə mötəbər sübut iddiaçı bank tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki işin materillarından göründüyü kimi hazırkı iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi barədə bir sıra müstəqil qiymətləndiricilərin fərqli rəyləri mövcuddur. Məhkəmə öz qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkıən həmin müstəqil qiymətləndiricilərdən birinin ( "xxxx" MMC) rəyinə istinad etmişdir. Bu rəy isə hazırda İddiaçı1 ASC tərəfindən apellyasiya şikayətində mübahisələndirilir. Məhkəmə kollegiyası iddiaçının şikayətinin ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi barədə dəlilini nəzərə alaraq mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Yuxarıda qeyd olunduğu kimi iş üzrə sonuncu əmtəəşünaslıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 10/3036 nömrəli ekspert rəyində Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5 000 000 manat, likvid dəyəri isə 4 000 000 manat məbləğdə qiymətləndirilmişdir. Kollegiya prosessual qənaət prinsipini, iş üzrə bu istiqamətdə kifayət qədər araşdırma aparılmasını nəzərə alaraq, daha uyğun və obyektiv rəy kimi məhz həmin rəyə istinad edilməsini zəruri hesab edir. Qeyd olunanların davamı olaraq apellyasiya kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 4 000 000 manat müəyyən edilməlidir. Başqa sözlə, hazırkı halda ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini birinci instansiya məhkəməsi düzgün müəyyən etməmişdir. Həmçinin İddiaçı1 ASC-nin apellyasiya şikayətinin, tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdən sonra, əmlakın məcburi qaydada boşaldılmasının rədd edilməsi hissəsində dəlilini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu barədə mövqeyi əsaslı hesab edilə bilməz və iddia bu hissədə təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” qanunun 59-cu maddəsi yalnız yaşayış sahələri ilə bağlı müəyyən məhdudiyyətlər müəyyən etmişdir. Həmin məhdudiyyət tədbirləri qeyriyaşayış sahələrinə şamil oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 ASC apellyasiya şikayətinin dəlillərini qismən sübut edə bilmişdir. Habelə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və qətnamənin qismən dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Firmasının apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və hesab edir ki, bu dəlillər mahiyyət etibarı ilə qanuni və əsaslı qətnamənin tələb edilən qaydada ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 nömrəli qətnaməsi tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdən sonra, əmlakın məcburi qaydada boşaldılmasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi tutma yönəldikdən sonra boşaldılsın. Qətnamə, ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 5.833.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 4 000 000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli “baş kredit razılaşması” və 117836- 1-9130/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 İddiaçı1 ASC-nin xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 1.497.791,64 ABŞ dolları, faiz borcu üzrə 138.011,49 ABŞ dolları, ümumilikdə 1.635.803,13 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 manatın tutulması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 tutularaq X1 (Müxbir hesab: AZ341NABZ**********000003944, kod: 210005, VÖEN:**********) ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 10/3036 №-li rəyə görə 100 manat ekspertiza xərci İddiaçı1 ASC-dən və Cavabdeh3 firmasından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı- X3, kod210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ**********0000003944; SWİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 firmasının apellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar