Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-391/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-852/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın təmin edilməsi, JN-212 seriyalı 30213038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən cavabdehlər X7, X3 və Hacəliyeva (Hacəliyeva) Samirə Almas qızına məxsus Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlərlə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X8, X5 və Cavabdeh3 ilə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yerləşən 0.99 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehləri Çinartala kənd sakinləri kimi tanıyır. Onlar özlərinə məxsus Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsini 2000-ci ilin may ayında ******* köhnə Azərbaycan manatına ona satmışlar. Bu barədə Cavabdeh2 ona iltizam da yazıb vermişdir. Torpaq sahəsi 2000-ci ildən onun istifadəsindədir. O, cavabdehlərə torpağın pulunu ödəyib torpaqdan istifadə etməyə başlamışdır. Lakin cavabdehlər sənədlərdə uyğunsuzluq olduğuna görə alqı-satqını rəsmiləşdirə bilmədiklərini, torpağın sənədlərini düzəltdikdən onun adına rəsmiləşdirəcəklərinə söz vermiş və ondan bunun üçün vaxt istəmişdir. O da onlara inandığı üçün etiraz etməmiş və torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə etməyə başlamışdır, lakin sonradan cavabdehlər vədlərinə əməl etməmişlər. Hazırda da onlar torpaq sahəsini adına rəsmiləşdirməkdən yayınırlar. O, hər dəfə cavabdehlərə alqı-satqını rəsmiləşdirmək üçün notariat orqanına gəlmələrini xahiş etdikdə, onlar müxtəlif bəhanələrlə notariat ofisinə gəlməkdən yayınırlar, ona görə də bu vaxta qədər alqı-satqını rəsmiləşdirə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsinin Cavabdeh2 münasibətdə ləğv edilməsi, İddiaçı Cavabdeh2 münasibətdə iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, **********86 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsi X6, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. Bundan əlavə iş materiallarında olan Xaçmaz rayonu, Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsini 2000-ci ilin may ayında ******* köhnə Azərbaycan manatına İddiaçı satıb, pulunun alınmasına dair imzalanmış qəbzdən görünür ki, həmin torpaq sahəsi X6, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olduğu halda həmin qəbz, X8 və X5 tərəfindən imza edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmədiyi və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayıldığı haıda məhkəmə, iddia tələbini əsaslı hesab edib, JN-212 seriyalı 30213038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında xx.xx.2000-ci il tarixdə baş tutmuş əqd etibarlı hesab etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya, digər Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının cavabdehlərin özlərinə məxsus torpaq sahəsini satın almaq barədə sonuncularla razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, cavabdehlər isə əqdi notarial qaydada təsdiq etmədiklərindən, həmin əqd də iddiaçının tələbinin əsaslı olması ilə əsaslandırmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalaraq, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Baxılan iş üzrə iddia tələbi əqdin etibarlı hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsi təşkil edir. İşdən görünür ki, Xaçmaz rayon Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,99 ha torpaq sahəsinin JN-212 KOD 30213038 saylı dövlət aktı və daha sonra xx.xx.2014-cü il tarixli çıxarışa əsasən cavabdehlərin, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən isə Səxavət Əlisultanovun mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı qəbzə istinadən əqdin etibarlı hesab edilməsini torpaq sahəsinə dair cavabdehlərin adına olan aktın ona təqdim edilməsini və torpaq sahəsini əkilməklə onun istifadəsində olduğunu iddia etmiş, cavabdehin nümayəndəsi vəkil Nümayəndə isə torpaq sahəsinin iddiaçıya heç vaxt satılmadığını, yalnız şifahi razılaşmaya əsasən gəlir əldə etmək məqsədilə müvəqqəti icarəsinə verildiyini, iddiaçının təqdim etdiyi qəbzdəki imzaların cavabdehlərə məxsus olmadığını, torpaq sahəsinə 22 may 2014-cü ildən akt əsasında cavabdehlərin çıxarış aldıqlarını və torpaq sahəsinin onların istifadəsində olduğunu bildirərək iddiaya etiraz etmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərt, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər (İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Bu məqsədilə mülki işin 9-cu səhifəsinə əlavə edilmiş qəbzdəki imzaların cavabdehlər Almas və Cavabdeh1 tərəfindən icra edilməsinin yoxlanılması üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2024-cü il tarixli 4/425 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 9-cu vərəqində Cavabdeh2 və Cavabdeh1 adlarından olan “Qəbzin” aşağı hissəsində “Имза” qrafasında “Начыйев.А” yazılarının qarşısında olan imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 9-cu vərəqində Cavabdeh2 və Cavabdeh1 adlarından olan “Qəbzin” aşağı hissəsində “Имза” qrafasında “Начыйев.B” yazılarının qarşısında olan imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəzərə alınmalıdır ki, iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Lakin hazırki işdə də mübahisə predmeti təşkil edən torpaq sahəsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə cavab verən sübutlar, o cümlədən iş üzrə bu hallardan ikisi, yəni əqdin özünün qanuna zidd olmaması və cavabdehlərin əqdin notariat qaydasında təsdiqindən yayınması mövcud deyil. Yuxarıda qeyd edildiyi kimi, sadə yazılı əqddəki (i.v.9) imzalar cavabdehlər Almaz Hacıyev və Cavabdeh1 tərəfindən imzalanmamışdır. Əqdə adı gedən tərəflərin imzalamaması əqdin baş tutmaması deməkdir. Eyni zamanda, əmlakın digər mülkiyyətçisi Cavabdeh3 ümumiyyətlə əqdin bağlanmasında iştirakı olmamışdır. Məlum olduğu kimi, Mülki Məcəllənin 331.1-ci maddəsinə görə isə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bununla yanaşı iddianı təmin edən birinci instansiya məhkəməsi Cavabdeh2 11 oktyabr 2018-ci ildə vəfat etməsinə baxmayaraq onun adından xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanlanmış (iddianı qəbul ilə bağlı) teleqrama belə münasibət bildirilməmişdir. Halbuki, həmin vaxt cavabdeh yəni əqdin tərəfi kimi göstərilən Cavabdeh2 vəfat etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, sonuncunun mübahisəyə münasibətini öyrənmək məqsədilə işə cəlb edilmiş, lakin ididaçılar tərəfindən ona qarşı hər hansı bir iddia irəli sürmədiklərindən, məhkəmə kollegiyası onunla bağlanmış müqaviləyə və onun əsasında mülkiyyətinə keçirdiyi çıxarışa qiymət verməsinə zərurət görmür. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə aparılmış xətşünaslıq ekspertizasının dəyəri olaraq 124 (yüz iyirmi dörd) manat pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi rədd edilsin. İddiaçı məhkəmə xətşünaslıq ekspertizasının dəyəri 124 (yüz iyirmi dörd) manat pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-391/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-391/2024
04.06.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver