Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4066/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qaynanası Cavabdeh ona məxsus olan cehiz əmlaklarının 2 ədəd çılçıraq 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat +120 manat +25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən - 87 manat, limon sıxan -10 manat, portağal sıxan - 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser - 28 manat, tefal çayniklə - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat, 1 ədəd maşinka - 43 manat, 1 ədəd Samsung telefon - 350 manat, 1 dəst pakrıval İSTİKBAL 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı - 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan 25 manat, 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat +34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varenya qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab + 2 dəst qənnadı qab - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə - 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat , 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik- 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət- 40 manat, 1 dəst aşsüzən-12 manat, iynə dəsti – 7 manat, şpilka qabı -12 manat, tyorka - 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən - 10 manat , 2 ədəd kauçuk qab - 10 manat, İtimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus- 27 manat, saat- 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal -11 manat, aşsüzən -10 manat, sarımsaqəzən- 5 manat, çörək qabı- 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü-70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgə xəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşə - 1700 manat , plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarı - 13 manat naturada və ya onların dəyəri olan 14257 manat pulun, qızıl – zinyət əşyalarının, Kale sep 1200 manat, Komplekt - üzük, sırğa, bilərzik - 2000 manat, qızılı sep klonla birlikdə - 300 manat, gümüşü sep klonla birlikdə - 47 manat 2 ədəd, qızıl üzük -100 manat, qol saatı - 35 manat, qızıl sep - 2500 manat, qızıl üzük - 700 manat və ya ümumi dəyəri 6882 manat və eləcə dövlət rüsumuna görə ödənilmiş pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2 ədəd çil-çıraq - 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat + 120 manat + 25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən - 87 manat, limon sıxan -10 manat, portağal sıxan 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser - 28 manat, tefal çayniklə - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat ,1 ədəd maşinka - 43 manat, 1 ədəd samsung telefon - 350 manat, 1 dəst pakrıval İSTİKBAL - 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı - 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan - 25 manat, 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat + 34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varena qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab + 2 dəst qənnadı qab - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat, 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik - 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət - 40 manat, 1 dəst aşsüzən - 12 manat, iynə dəsti - 7 manat, şpilka qabı -12 manat, tyorka - 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən -10 manat , 2 ədəd kauçuk qab - 10 manat, İtimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus - 27 manat, saat - 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal - 11 manat, aşsüzən 10 manat, sarımsaqəzən - 5 manat, çörək qabı - 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü - 70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgə - xəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşe - 1700 manat, plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, Samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarından (13 manat) ibarət cehiz əmlakları naturada, olmadığı təqdirdə isə onların dəyəri olan 14257 (on dörd min iki yüz əlli yeddi) manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh Kale sep 1200 manat, Komplekt -üzük, sırğa, bilərzik - 2000 manat, qızılı sep klonla birlikdə - 300 manat, gümüşü sep klonla birlikdə - 47 manat 2 ədəd, qızıl üzük -100 manat, qol saatı - 35 manat, qızıl sep - 2500 manat, qızıl üzükdən (700 manat) ibarət qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri 6882 manat pulun alınıb İddiaçı verilməsi hissəsində təmin edilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən iddiaçı Paşayeva Ülviyyə Hümbət qızı 10.11.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Qətnamədən Cavabdeh 02.12.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətlərini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə İddiaçı apellyasiya şikayəti üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, Cavabdeh apellyasiya şikayətini müəyyən edilmiş formada tərtib etmiş və 02.12.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti versə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-4066/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4066/2021
24.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver