Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4100/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, 2(034)-894/2016 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, 2(034)-894/2016 saylı qətnaməsi ilə (hakim S.X.Əhmədova) iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi «X1 Company» MMC-nin cavabdeh X5 qarşı tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia təmin edilib, Zəngilan Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(034)-14 saylı qətnaməsi ilə cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 95755 manat 55 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla tutmanın Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Aşıq Ələsgər küçəsində istifadədə olan 0,0207 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı 207.9 kv.m yaşayış, 262.9 kv.m köməkçi sahədən ibarət 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, əldə olunan pulun banka olan borcu qaytarıldıqdan sonra qalan hissəsinin mülkiyyətçiyə qaytarılması qət edilmişdir. Cavabdeh X6 apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, 2(034)-894/2016 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.1 -ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh X4 apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin Ləğvedicisi «X1 Company» MMC-nin cavabdeh X5 qarşı tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, 2(034)-894/2016 saylı qətnaməsindən cavabdeh X4 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-4100/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4100/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver