Məhkəmə qərarları › İş №2(105)-412/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-412/2021

16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-412/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, üçüncü şəxs X7 iştirakı ilə,İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması" tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-197/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-197/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "X15 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə Cavabdeh ilə mərhum X8 adından X10 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsində bağlanmış xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə, həmin avtomobilin Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi, tələb üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-197/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi" iddia tələbi ilə məhkəməyə müraciət edərək, "X15 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı, WDF**********5800 ban nömrəli avtomobilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qalan hissədə müdafiə etməklə, yanaşı, mübahisəli "X15 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomaşına münasibətdə xx xxxxxx 2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qətnamədə istinad etdiyi əsaslara görə, mərhum tərəfindən ona verilmiş etibarnamə xx xxxxxx 2020-ci il tarixdə etibar edənin ölümü ilə qüvvədən düşüb. Məhkəmə etibar edənin ölüm faktının rəsmi qeydə alındığı tarixin xx xxxxxx 2020-ci il tarix olduğunu qətnamədə bildirsə də, əsassız nəticəyə gəlmişdir. Belə ki, AR NK-nin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın '8.1-ci bəndinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının rəsmi qeydə alınması xx xxxxxx 2020-ci il tarixdə baş vermişdir. AR Mülki Məcəlləsinin 365-ci maddəsində etibarnaməyə xitam verilmə hallarından biri də fiziki şəxsin ölməsi göstərilir. Bu 365.1.7-ci maddəyə görə fiziki şəxsin ölməsi dedikdə ölüm faktının rəsmi qeydə alındığı tarixin nəzərdə tutulduğu aydın görünür. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 016-62173-1220 saylı məktubundan görünür ki, alqı-satqı əməliyyatı xx.xx.2020-ci il tarixdə baş tutmuşdur. Bu fakt bir daha təsdiq edir ki, Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələbi gözlənilməklə müqavilə bağlanmışdır. Mərhum qardaşı mübahisəli avtomobilin mülkiyyətçi olan X1 avtomobil müqabilində şahidlərin iştirakı ilə 25000 (iyirmi beş min) manat pul vermişdir. Onun dəfnini və yas mərasimini təşkil etmişdir Qardaşı olduğu üçün bunu rəsmiləşdirməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-1987/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı .İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edib, iddia ərizəinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-1987/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X10 izahatında göstərdi ki, Cavabdeh bacanağıdır. Cavabdehin qardaşı Mirələsgər Əzizov öldükdən 4 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə bacanağı Cavabdeh mübahisəli "X15 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun adına etibarnamə vermiş və həmin etibarnamə əsasında bu avtomobili yenidən xx xxxxxx 2020-ci il tarixli alqı-satqısı müqaviləsi ilə Cavabdeh satmışdır. Həmin vaxt cavabdehin qardaşı Mirələsgərin ölməsindən onun da məlumatı olmuş, habelə mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Alqı-satqı müqaviləsinə əsasən sözügedən avtomobili 27 000 manata satılmışdır. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, keçmiş Dəvəçi rayonu Dağquşçu kənd XDS İcraiyyə Komitəsi tərəfindən xx xxx 1985-ci il tarixdə verilmiş İİİ-ЖГseriyalı, 408612 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 xx xxx 1985-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Əzizova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 028704 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2020-ci il tarixdə Siyəzən rayonu, Dağquşçu kəndində bədxassəli yenitörəmədən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020ci il tarixdə 11 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş X16i İdarəsinin xx xxxx 2020-ci il tarixli, 016-62173-1220 saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından, eləcə də nəqliyyat vasitəsinin alqı-satqısı barədə xx xxxxxx 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, "X15 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı, WDF**********5800 ban nömrəli avtomaşın xx xxxx 2016-cı il tarixdə X3 adına qeydiyyata alınmış, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək X6, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək X9 etibar edilmiş, xx xxxxxx 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 27000 manat pulun müqabilində mərhum X8 adından X10 tərəfindən qeydiyyatdan çıxarılaraq, Cavabdeh adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi mübahisəli nəqliyyat vasitəsinin iddiaçının və onun mərhum əri Mirələsgər Əzizovun birgə nikah dövründə qazandıqları əmlak olmasını, avtomaşının ümumi birgə mülkiyyət hesab olunmasını, iddiaçının mərhum əri Mirələsgər Əzizovun mülkiyyətində olmuş "X15 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomaşını xx xxxxxx 2019-cu il tarixdə qardaşı, Cavabdeh etibarnaməli idarəçiliyinə verməsini, Mirələsgər Əzizovun xx xxxxxx 2020-ci il tarixdə öldüyünü, bununla da, ona mübahisəli avtomaşına görə verilmiş etibarnaməyə xitam verildiyini bildiyi, o cümlədən etibar edilmiş mərhumun hüquqi varisinə, iddiaçıya qaytarmalı, onların mənafeyi naminə hərəkət etməli olduğu halda, hüquqlarından sui-istifadə etməklə, qardaşının adına olan əmlakı onun ölümündən 4 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə üçüncü şəxs X9 etibar etməsini, bundan sonra, X13 Əzizovun adından onun öldüyünü bilməsinə baxmayaraq, mübahisəli avtomobili elə həmin tarixdə alqı-satqı müqaviləsi əsasında 27000 manat pulun müqabilində Cavabdeh satmasını, cavabdehin əsl həqiqəti təhrif edərək, özü üçün əlverişli olan müqavilənin bağlanmasına nail olmaqla, bu yolla arzuladığı və öz iradəsinə müvafiq olan, lakin iddiaçı tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 32, 36.1, Mülki Məcəllənin 225.1, 359, 362, 365, 366, 152, 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəllsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu məcəllənin 36.3-cü maddəsinə görə isə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinin İ hissəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362-ci maddəsinin İ hissəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365-ci maddəsinin İ hissəsinin Vİİ bəndinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. Həmin Məcəllənin 366-cı maddəsinin İİ, İİİ və İV hissələrinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. İş materiallarından göründüyü kimi mübahisəli avtomobil iddiaçı və mərhum ərinin birgə mülkiyyətindədir. İddiaçın əri xx.xx.2020-ci il tarixdə vəfat etmiş, avtomobilin idarə edilməsi üçün xx.xx.2020-ci il tarixdə Şahin Ağayevə etibarnamə verilərkən Cavabdeh avtomobilə dair sərəncam vermək hüququ olmamışdır. Belə ki, avtomobilə dair sərəncam vermək hüququnu verən xx xxxxxx 2019-cu il etibarnamə xitam olunmuş, belə olan halda Cavabdeh səlahiyyətlərinə də xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mübahisəli avtomobil İddiaçı Məhəmməq qızı ilə Əzizov Mirələsgər Əfsər oğlunun birgə nikah dövründə alındığı üçün iddiaçının həmin avtomobil üzərində mülkiyyət hüququ vardır. Avtomobil satılarkən qanunvericiliyn tələbləri pozulmuş, avtomobilin mülkiyyətiçisi öldüyü və bu səbəbdən onun verdiyi etibarnaməyə xitam verildiyi halda etibar edilən şəxs Cavabdeh xitam edilmiş etibarnamə əsasında avtomobili satmışdır. Həmçinin Cavabdeh etibarnamə verən şəxsin qardaşı olduğu üçün onun qardaşının ölümündən xəbəri olmuşdur. Bu faktı öz izahatında da təsdiq etmişdir. Bundan sonra avtomobil etibarnamə verilən Şahin Ağayev tərəfindən yenidən Cavabdeh satılsa da işin qeyd edilən halları avtomobilin alqı-satqısı ilə bağlı müqavilələrinin qanunsuz olmasına dəlalət edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə də bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, avtomobilin alqı-satqısına dair müqavilələr etibarsız sayılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə abtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. İş materiallarından müəyyən edildiyi kimi, mübahisəli avtomobil iddiaçının mülkiyyəti sayıldığından, eləcə də avtomobilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı haqlı olaraq mülkiyyətindəki əmlakı geri tələb etmişdir və onun tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 152.8-ci maddələrinə görə əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli avtomobilə görə mərhum qardaşı olan iddiaçı ərizəsində 25000 manat pul verməsini bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vact əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv olunmasını qeyd etsə də bunu əsaslandıra bilməmiş, hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Apelyasiya şikayətində qeyd olunan dəlillərə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-197/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-197/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar