Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-422/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı “avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xidirov X1 Vadim İsmayıl oğluna və üçüncü şəxs X2 qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Qusar Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsilə iddia təmin edilmiş, 2012-ci il buraxılışlı, VAZ-21154 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb İddiaçı qaytarılması qət edilmişdir. (hakim A.Vəliyev) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, mübahisə həll edilərkən məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, bununla da məhkəmə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apellyasiya şikayəti icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh 11.01.2022-ci il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Qusar Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, imtinasının qəbul edilməsini xahiş etmişdir. Ərizə həm cavabdeh, həm də onun vəkili tərəfindən imzalanmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Qusar Rayon Məhkəməsinin 21.10.2021ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369,400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Qusar Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-422/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-422/2022
25.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver