Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-433/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X23 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5153/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, “Xəzər” bağlarında ona məxsus olan 12 sot torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 1975-ci ildən 2008-ci ilə kimi Daxili işlər orqanında xidmət etmişdir. 1992-ci ildə Sumqayıt şəhər Mühafizə şöbəsində baş inspektor vəzifəsində işləmişdir. İş yoldaşı X5 “Xəzər” bağlarında ona məxsus 12 sot torpaq sahəsini almışdır. Bu zaman eyni vəzifədə onunla işləyən X3 və İbrahimov Nihadın həyat yoldaşı X7 iştirakı ilə bağçılığın sədri Həsən adlı şəxs lazım olan sənədləri yazmışdır. O, İbrahimov Nihadın bağçılıq kitabçasını almışdır. Ona 792 saylı bağçılıq kitabçası verilmişdir. Bu torpaq sahəsinin daxilində 10 kv/m kərpicdən ev, 5 tonluq maşın su çəni, su hovuzu və cürbəcür ağac növləri var idi. Həmin zaman bu torpaq sahəsini İbrahimova Nihaddan 6 min rubla almışdır. Ailəliklə daimi olaraq həmin bağa gəlir və qulluq edirdilər. Lakin dəniz suyu qalxaraq bağı su basmışdır. 2007-ci ildə bağın 10 sotunu Cavabdeh3 və Cavabdeh4 zəbt edib. Sol tərəfdə isə 2 sot boş sulu ərazi qalmışdı. Bundan sonra o, bir neçə dəfə bağı zəbt edən Cavabdeh4 evinə getmişdir. O isə Laçın şəhərindən qaçqın olduğunu, ailəsi ilə burada boş sahə görərək qaldığını demişdir. Həmin ailəyə acıdığı üçün onların burada yaşamalarına icazə vermişdir. Bundan sonra sol tərəfdə qalan 2 sot torpaq sahəsini də dolduraraq su hövzəsini məhv etmiş və ora gətirmişdir. Lakin 2016-cı ilədək də ona məxsus torpaq sahəsindən çıxmamışlar. Sonra isə onların Laçın şəhərinin qaçqını olmadıqlarını, İsmayıllı şəhərindən gəldiklərini öyrənmişdir. Onun bu müddətdən bağa gəlmədiyindən sui-istifadə edərək sol tərəfdə qalan 2 sot torpaq sahəsini də zəbt etdilər. Bunları öyrəndikdən sonra həmin evə gələrək Cavabdeh4 ilə görüşmüşdür. Ona bu torpaq sahəsini sahibsiz olduğuna görə tutduğunu demişdir. Lakin bu torpaq sahəsi onun istifadəsi və mülkiyyətində idi. Buna görə bu tamamilə qanunsuz bir əməldir. Bundan sonra “Xəzər” bağçılığının sədri Cavabdeh3in yanına gedərək bunu bildirmişdir. Ona 2018-ci ildə bağçılıq kitabçasını göstərsə də ona sənədlərdə yanlışlıq olduğunu və başqa torpaq sahəsinin ona veriləcəyini bildirmişdir. Həmçinin güya ki sənədinin kötüyünün olmadığını və buranı o alsa da buranın ona məxsus olmadığını demişdir. Lakin onun torpaq sahəsi ondan xəbərsiz başqa şəxslərə satılmışdı. Nəticədə isə ona maddi ziyan dəymişdir. Həmin gün Hüseyn ona 3-cü cərgədən 12 sot yer göstərmiş, birinci cərgədə 5 yer hasara alınmışdı. Hüseyn demişdir ki, o yerləri İcra hakimiyyəti şəhid ailələrinə verib. xx.xx.2019cu ildə Hüseyn ona demişdir ki, torpağın 5 sotu Cavabdeh2du. O, Moskvada başından əməliyyat olunmalıdır. Həyat yoldaşı və oğlu torpağı alan adam tapıb gətiriblər. Siz bir arayış verin ki, torpağın satılmasına icazə veririr. O torpaqla bağlı satılmasına icazə verməyinə dair arayış yazmağını ondan istəmişdir. O, bunu eşitdikdə bu günə qədər ona həmin torpağın onun olmadığını dediyini ona bildirdi. Əgər belə idisə onun olmayan torpağı o necə arayış yazaraq satmağa icazə verəcəkdir. Bunu ona dedikdə o onu bir daha yalan vədləri ilə inandıraraq məsələni həll edəcəyini ona dedi. O yalan vədləri ilə onu aldadaraq onu buna razı saldı. Sonra özü də 3 nəfərin adından aktı yazdı və ona verdi ki, bunu kompüterdə yazdırıb aparsın. Hüseyn ona bu sənədlə bağçılıq kitabçasını sonrakı gün gətirməsini istədi. O bunları həmin adamlara imzaladacağını dedi. O belə də etdi. Bağçılıq kitabçası ilə aktı verdi. Hüseyn zəng edib 2 nəfəri çağırdı ki, gəlin akta imza edin. Bu zaman onun torpaq sahəsini zəbt edən Əhman gəldi. 2-ci adam dedi ki, Rəşid müəllimi tanıyır. Onun yeri o tərəfdə idi. Hüseyn isə ona dedi ki, onların yeri kanalizasiya xəttinə düşüb, o da imzaladı. 3-cü adama zəng etdi, o dedi ki, sonra gələcək boş vaxtı yoxdur. Hüseyn ona dedi ki, siz gedin, sabah gəlin aktı götürün. Bundan sonra Hüseynin dediyinə görə guya ona akt yazaraq verdiyi yerə 3 dəmir dirək qoydurdu. Bundan sonra 2020-ci ilin ortalarında hasara alınan yerə getdi. Görmüşdür ki, hasarlar sökülüb, onun qoydurduğu dəmir dirəklər də sökülüb. Bundan şonra ona zəng edərək bunu dedikdə o dedi ki, o yerləri polislər tutmuşdu. İcra Hakimiyyəti sökdürdü, onlara yalan danışmışdır. Ona yalan danışdığını etiraf edərək torpağın şəhid ailələrinə məxsus olmadığını bildirdi. Lakin o yenə də yalanları ilə aldatmağa çalışdı və indi ona verilə biləcək torpaq sahəsi olmadığını bildirdi. Ona torpaq sahəsi ayrıldıqda ona da torpaq sahəsi verəcəyini dedi. Lakin burada onun yalan danışdığının etirafını da görə bilər. Hüseyn ona yalan danışaraq 5 il onun torpağındakı çəni axtardığını, torpaq verilməsinin həll olacağını dedi. O həmçinin 17 nəfərin torpağının kanalizasiya xəttinə düşdüyünü, səbrli olmağını və torpaq verildikdə ona veriləcəyini bildirdi. Lakin artıq bunların hamısının yalan olduğunu və həmin şəxsin dələduz olduğunu anladığı üçün bütün bu yalan vədlərə inanmadı. Sonradan isə onun heç telefon zənglərinə də cavab verməməyə başladı. O, bu məsələdə dələduzluq əməlinin olduğunu hesab etdiyi üçün hüquq-mühafizə orqanlarına müraciət etsə də bu iş üzrə cinayət işi başladılmadı. Dəfələrlə olan şikayətləri də heç bir fayda vermədi. Sonda isə ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Hüseyn 10 sot isə Əhmanın, 7 sot isə həyat yoldaşının adına torpağın olduğunu desə də sonradan məlum oldu ki, Əhmanın adına cəmi 5 sot torpaq sahəsi olmuşdur. O bu məsələdə də yalan danışmışdır. Bundan başqa 2 dəfə - 2019 və 2021-ci illərdə Sumqayıt Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin sədri Fikrət Orucovun qəbulunda olmuşdur. O da Hüseynə tapşırmışdır ki, onun torpaqla təmin olunmağına nəzarət etsin. Hüseyn bundan sonra ona demişdir ki, tez bir zamanda torpaqla təmin olunacaqdır. Buna görə sənədləri də Fikrət Orucova göndərdiyini desə də sonradan öyrənmişdir ki, Hüseyn heç bir sənədi göndərməmişdir. Bu da ona maddi ziyan vurduğunu və ondan pul aldığı halda torpaq sahəsini vermədiyini təsdiq edir. Bütün bu məsələlər isə onun konstitision hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxarmışdır. Belə ki, pul ödəyərək torpaq sahəsi aldığı təqdirdə bu torpaq ondan başqa şəxslərə də satılmışdır. Bu şəxslər isə iş üzrə cavabdeh olan Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2dur. Azərbaycan Respublikası Konstitusiyanın bir sıra maddələrində də bu məsələ öz əksini tapmışdır.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5153/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı məhkəmə iclasında sözügedən bağ sahəsinin ona bağçının üzvlük kitabçası əsasında məxsus olduğunu bildirmiş, lakin onun tərəfindən məhkəməyə bağçının üzvlük kitabçası, eyni zamanda adının kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə sözügedən torpaq sahəsinin ona ayrılmasına, habelə onun qanuni istifadəsində, sahibliyində, mülkiyyətində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Bundan başqa iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı İmda oğlunun iddia etdiyi Sumqayıt şəhər Xəzər bağları massivində 12 sotdan ibarət torpaq sahəsinin ona məxsus olması iş materialları ilə sübuta yetirilmədiyindən və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158.1, 158.2, 158.4, 166.3, 238.1, 241.2, Torpaq Məcəlləsinin 68,111ci maddələrinə, 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(060)-5153/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Sumqayıt şəhər Mühafizə şöbəsində baş inspektor vəzifəsində işləyib, iş yoldaşı X5 “Xəzər” bağlarında ona məxsus 12 (on iki) sot torpaq sahəsini almışdır. Bu zaman eyni vəzifədə onunla işləyən X3 və İbrahimov Nihadın həyat yoldaşı X7 iştirakı ilə bağçılığın sədri Həsən adlı şəxs lazım olan sənədləri yazdı. O İbrahimov Nihadın bağçılıq kitabçasını aldı və ona 792 saylı bağçılıq kitabçasını verdi. Bu torpaq sahəsinin daxilində 10 kv/m kərpicdən ev, 5 tonluq maşın su çəni, su hovuzu və cürbəcür ağac növləri var idi. Həmin zaman bu torpaq sahəsini İbrahimova Nihaddan 6 min rubla almışdı. Ailəliklə daimi olaraq bu bağa gəlir və bura qulluq edirdilər. Lakin dəniz suyu qalxaraq bağı su basdı. 2007-ci ildə iş yoldaşları buraya gedib gördü ki, bağın 10 sotunu X2 və Cavabdeh4 zəbt edib. Sol tərəfdə isə 2 sot boş sulu ərazi qalmışdı. Bundan sonra bir neçə dəfə bağı zəbt edən Cavabdeh4 evinə gedib. Həmin şəxs ona Laçın şəhərindən qaçqın olduğunu, ailəsi ilə burada boş sahə görərək qaldığını dedi. Həmin ailəyə acıdığı üçün onların burada yaşamalarına icazə verib. Bundan sonra sol tərəfdə qalan 2 sot torpaq sahəsini də dolduraraq su hövzəsini məhv edib və oranı da istifadəyə yararlı hala gətirib. Lakin 2016-cı ilədək də onlar ona məxsus torpaq sahəsindən çıxmadılar. Sonra isə onların Laçın şəhərinin qaçqını olmadıqlarını, İsmayıllı şəhərindən gəldiklərini öyrənib. Onlar bu müddətdən bağa gəlmədiyindən sui-istifadə edərək sol tərəfdə qalan 2 sot torpaq sahəsini də zəbt etdilər. Bunları öyrəndikdən sonra həmin evə gələrək Cavabdeh4 ilə görüşüb. Ona bu torpaq sahəsini sahibsiz olduğuna görə tutduğunu deyib. Lakin bu torpaq sahəsi onun istifadə və mülkiyyətində idi. Buna görə bu tamamilə qanunsuz bir əməldir. Bundan sonra “Xəzər” bağçılığının sədri Cavabdeh3in yanına gedərək bunu bildirdi. Ona 2018-ci ildə bağçılıq kitabçasını göstərsə də sənədlərdə yanlışlıq olduğunu və başqa torpaq sahəsinin ona veriləcəyini bildirdi. Həmçinin güya ki sənədinin kötüyünün olmadığını və buranı alsa da, buranın ona məxsus olmadığını dedi. Lakin torpaq sahəsi ondan xəbərsiz başqa şəxslərə satılmışdı. Nəticədə isə ona maddi ziyan dəymişdir. Həmin gün Hüseyn ona 3-cü cərgədən 12 sot yer göstərdi. Birinci cərgədə 5 yer hasara alınmışdı. Hüseyn dedi ki, o yerləri İcra hakimi şəhid ailələrinə verib. xx.xx.2019-cu ildə Hüseyn ona dedi ki, torpağın 5 sotu Cavabdeh2dur. O Moskvada başından əməliyyat olunmalıdır. Həyat yoldaşı və oğlu torpağı alan adam tapıb gətiriblər. Siz bir arayış verin ki, torpağın satılmasına icazə verir. O torpaqla bağlı satılmasına icazə verməyinə dair arayış yazmağını ondan istədi. Bunu eşitdikdə bu günə qədər ona həmin torpağın onun olmadığını dediyini ona bildirib. Əgər belə idisə, onun olmayan torpağı o, necə arayış yazaraq satmağa icazə verəcəkdi. Bunu ona dedikdə o onu bir daha yalan vədləri ilə inandıraraq məsələni həll edəcəyini dedi. O yalan vədləri ilə onu aldadaraq buna razı saldı. Sonra özü də 3 nəfərin adından aktı yazdı və ona verdi ki, bunu komputerdə yazdırıb gətirsin. ona bu sənədlə bağçılıq kitabçasını sonrakı gün gətirməyini istədi. O bunları həmin adamlara imzaladacağını dedi. O, belə də edib. Bağçılıq kitabçası ilə aktı verib. Hüseyn zəng edib 2 nəfəri çağırdı ki, gəlin akta qol çəkin. Bu zaman onun torpaq sahəsini zəbt edən Əhman gəldi. 2-ci adam dedi ki, Rəşid müəllimi tanıyır. Onun yeri o tərəfdə idi. Hüseyn isə ona dedi ki, onların yeri kanalizasiya xəttinə düşüb, o da imzaladı. 3-cü adama zəng etdi, o dedi ki, sonra gələr, boş vaxtı yoxdur. Hüseyn ona dedi ki, gedin, sabah gəlin aktı götürün. Bundan sonra ona Hüseynin dediyinə görə güya ona akt yazaraq verdiyi yerə 3 dəmir dirək qoydurub. Bundan sonra o, 2020-ci ilin ortalarında hasara alınan yerə gedib. Görüb ki, hasarlar sökülüb, qoydurduğu dəmir dirəklər də sökülüb. Bundan sonra zəng edərək bunu dedikdə o dedi ki, o yerləri polislər tutmuşdu. İcra hakimi sökdürdü, ona yalan danışıb. Ona yalan danışdığını etiraf edərək torpağın şəhid ailələrinə məxsus olmadığını bildirdi. Lakin o yenə də yalanları ilə onu yenə də aldatmağa çalışdı və indi ona veriləbiləcək torpaq sahəsi olmadığını bildirdi. Ona torpaq sahəsi ayrıldıqda torpaq sahəsi verəcəyini dedi. Hüseyn ona yalan danışaraq 5 il onun torpağındakı çəni axtardığını, torpaq verilməsinin həll olacağını dedi. O həmçinin 17 nəfərin torpağının kanalizasiya xəttinə düşdüyünü, səbrli olmağını və torpaq verildikdə ona da veriləcəyini bildirdi. Lakin artıq bunların hamısının yalan olduğunu və həmin şəxsin dələduz olduğunu anladığı üçün bütün bu yalan vədlərə inanmadı. Sonradan isə o mənim heç telefon zənglərinə də cavab verməməyə də başladı. Bu məsələdə dələduzluq əməlinin olduğunu hesab etdiyi üçün hüquq-mühafizə orqanlarına müraciət etsə də, bu iş üzrə cinayət işi başladılmadı. Dəfələrlə olan şikayətləri də heç bir fayda vermədi. Sonda isə ona mülki qaydada Məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Həmçinin qeyd edir ki, Hüseyn 10 sot isə Əhmanın, 7 sot isə həyat yoldaşının adına torpağın olduğunu desə də, sonradan məlum oldu ki, Əhmanın adına cəmi 5 sot torpaq sahəsi olmuşdur. O bu məsələdə də yalan danışmışdır. Bundan başqa 2 dəfə - 2019 və 2021-ci illərdə Sumqayıt Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin sədri Fikrət Orucovun qəbulunda olmuşdur. O da Hüseynə tapşırmışdır ki, onun torpaqla təmin olunmağına nəzarət etsin. Hüseyn bundan sonra ona demişdir ki, tez bir zamanda torpaqla təmin olunacaq. Buna görə sənədləri də Fikrət Orucova göndərdiyini desə də, sonradan öyrənib ki, Hüseyn heç bir sənədi göndərməmişdir. Bu da onun maddi ziyan vurduğunu və ondan pul aldığı halda torpaq sahəsini vermədiyini təsdiq edir. Bütün bu məsələlər isə onun konstitision hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxarmışdır. Belə ki, pul ödəyərək torpaq sahəsi aldığı təqdirdə bu torpaq başqa şəxslərə də satılmışdır. Bu şəxslər isə iş üzrə cavabdeh olan Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2dur. Məhkəmə kobud hüquq pozuntularını görməzdən gələrək, iddianı təmin etməmişdir. Qanunvericiliyikdən də görünür ki, mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçi olaraq ona məxsus olan əmlaka öz istədiyi kimi sahib ola bilər, ondan istifadə edə bilər, ona dair sərəncam verə bilər və həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Bu məsələdə konstitision hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin öz mülkiyyətində olan əmlakı geri tələb edə bilər. Buna görə də hesab edir ki, cavabdehlər Sumqayıt şəhəri, “Xəzər” bağlarında ona məxsus olan 12 sot torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə köçürülməyi barədə qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə iclasında əsas Cavabdeh2 və Cavabdeh4 iştirakı təmin olunmalıdır. Belə ki, həmin dövrdə “Xəzər” bağçılığının sədri vəzifəsində işləyən Hüseyn ona 3-cü cərgədən 12 sot yer göstərmiş, birinci cərgədə 5 yer hasara alınmışdı. xx.xx.2019-cu ildə Hüseyn torpağın 5 sotunun Cavabdeh2 məxsus olduğunu, Moskvada başından əməliyyat olunmalı olduğunu bildirərək, ondan torpağın satılmasına icazə verməyi barədə arayış verməyini istəmişdir. O, isə ona məxsus hər hansı torpaq sahəsinin olmadığı təqdirdə arayışı verməyinin mümkünsüz olduğunu bildirəndə o, yalan vədləri ilə onu aldatmış, məsələni həll edəcəyini bildirmiş, arayışı alan kimi torpaq sahəsini satmışdır. Hasara alınmış yerlər heç bir ay keçmədi ki, hamısı söküldü. Hüseyn ona 12 sot torpağın kanalizasiya xətti üzərinə düşməsi ilə əlaqədar akt yazdıraraq 3 nəfər tərəfindən imzalanmasına nail oldu. Sözügedən torpaq sahəsinə dair bağçılıq kitabı olmuş, lakin tapa bilməmişdir, 2017-ci ildə bağçılıq kitabçanı tapmış, Hüseynə təqdim etmişdir, lakin o, kitabçanın kötüyünün olmadığını bildirmişdir. Torpaq sahəsini hazırki iş üzrə cavabdehlər zəbt ediblər, lakin Ramil adlı şəxs orada tikinti işləri gedəndə torpağın onlara Hüseyn tərəfindən satıldığını bildirmişdir. Adının siyahıda olmasının səbəbi Hüseynin əməlləridir, torpaq sahəsini Nihad adlı şəxsdən almışdır, onunla bir yerdə işləmişdir. Hüseynin qeyd etdiyi sənədlərin hər biri ilə tanış olmuşdur, torpaq sahəsini 1992-ci ildə almışdır, həmin vaxtı bələdiyyələr mövcud olmayıb. Həmin torpaqda iki ev tikilmiş, biri Hacı adlı şəxsin satdığı 5 sotda, digəri yerdə qalan sahədə Əhmən tərəfindən tikilmişdir. Tikdirdiyi kərpicdən olan yarımtikili Əhmən tərəfindən sökülmüşdür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçını tanımır, iki il əvvəl həmin evə köçmüş, evi hazır vəziyyətdə Könül xanımdan almışdır, evi Vüqar adlı şəxs tikib, onun üzünü görməmişdir. Bağçılıq kitabı var. İşdə iştirak edən şəxslərin heç birini tanımır, iddiaçı onu hər dəfə narahat edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, torpaq sahəsini 2016-cı ildə almış, orada özünə tam təmirli olmasa da ev tikdirib yaşamağa başlamışdır. İddiaçı gəlib qonşuya bu torpaq sahəsinin ona məxsus olduğunu bildirəndə, təsadüfən səsini eşidib, gedib onunla danışmışdır. İddiaçı torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək, qapısının harada olması ilə maraqlanmış, o, isə ona hazırda onun həyətində dayandığını, qapının digər tərəfdə olduğunu demişdir. Qarşı tərəf torpaq sahəsinin ona məxsus olduğunu öyrəndikdən sonra mübahisə yaratmadan, halallıq verərək çıxıb getmişdir. Sonradan evinin fotoşəkillərin çəkmiş, bir-iki sənəd hazırlamış, onun olduğunu iddia etməyə başlamışdır. Halbuki onunla qarşılaşanda torpaq sahəsi ilə işinin olmadığını bildirmişdir. Onun qeyd etdiyi torpaq sahəsinin sxemini də çəkə bilər, iddiaçı gedib yan qonşularına qarşı iddia qaldırmış, istəyinə nail olmamış, sonradan ona qarşı da iddia qaldırmışdır. İddiaçının heç bir sənədi, sübutu yoxdur, buna baxmayaraq torpaq sahəsinin ona məxsus olduğunu bildirərək boşaldılmasını tələb edir. İddiaçı onu ilk dəfə görəndə torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə idi, o, da maraqlanardı, sənədləşdirmə işlərini aparan Hüseynlə danışardı, işin ardınca gedərdi. Torpaq sahəsini 2016-cı ildə almış, üstündən neçə illər keçib, qarşı tərəf indi iddia qaldıraraq torpaq sahəsinin boşaldılmasını tələb edir, hər dəfə onu narahat edir. Ona məxsus torpaq sahəsi 2,8 sotdur, iddiaçı isə, 12 sotdan bəhs edir, bu da o deməkdir ki, o gərək onun qonşularına da qarşı tələb irəli sürsün. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 1986-2000-ci illər ərzində bağçılığın üzvlərindən torpaq ayrılmış şəxslərlə əlaqədar təsdiq edilmiş sənədlər arasında iddiaçı, onun qaynatası, yaxud qaynının adına heç bir sənəd olmamışdır. Həmin sənədləri arxivə özü vermişdir. Bütün protokolları, sənədləri özü şəxsən araşdırmış, qarşı tərəfin adına nə üzvlük kitabçası, nə də torpaq sahəsi olmuşdur. Bununla yanaşı, iddiaçı 1992-ci ildə Həsən adlı şəxsdən üzvlük kitabçası aldığını bildirmişdir, hansı ki, Həsən adlı şəxs 2000-ci ildən seçilib işləməyə başlamış, ona məxsus möhürlü qeydiyyat kitabçası var, həmin kitabda üzvlük məlumatları qeyd olunmuş, həmin siyahıda da iddiaçıya məxsus məlumatlar öz əksini tapmamışdır. İddiaçı 2007-ci ildə onu aldararaq ona məxsus olan torpaq sahəsini başqasına satdığını bildirib, həmin dövrdə “Xəzər” bağçılığında çalışmamış, 2009-cu ildə seçilmiş, buna dair protokolun çıxarışı da mövcuddur. Akt barədə isə onu deyə bilər ki, iddiaçı ona yaxınlaşaraq bağlar idarəsinə təqdim etmək üçün ona məxsus olan torpaq sahəsinin guya kanalizasiya xətti üzərində yerləşdiyinə dair akt tərtib etməyini xahiş etmişdir. O, isə bunu edə bilməyəcəyini bildirmiş, iddiaçıya yalnız akt nümunəsi vermiş, ora qol çəkməyəcəyini və möhür vurmayacağını demişdir. İddia olunan bağ 792 saylı bağdır, lakin hazırda işdə iştirak edən şəxslərin yaşadığı sahə 37 nömrəli bağdır, hansı ki həmin bağ Alıyev Hüseyn adlı şəxsin olub, sonradan məcburi köçkün qohumuna verib, iddiaçı isə bağı onun satdığını düşünmüşdür. İddia edilən 792 nömrəli bağda hazırda Əhmən yaşayır, o, həmin torpağa 1986-cı ildə rəsmi sənəd almışdır.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edlən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
15. X15, Cavabdeh4 və X8 adından tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətində qeyd edilmişdir ki, bağ qonşuları olan İddiaçı “Xəzər” bağları ərazisində qayınatası X10 ilə birlikdə 1200 kv.m-dən ibarət bağları olmuşdur, bir neçə il bundan əvvəl bağlar ərazisindən kanalizasiya xətti çəkilərkən İddiaçı və qayınatası X4 bağları plana düşərək sökülmüşdür.
16. X16, X18, X9, X11 və X1 adından tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, 1992-ci ildə İddiaçı “Xəzər” bağlarında aldığı 12 sot bağını su basandan sonra 2007-ci ildə onlar bir yerdə gedib görmüşdürlər ki, su çəkilmiş, 10 sot İddiaçı torpaq sahəsi dəmir setkaya alınmış, sol tərəfdə 2 sota yaxın sulu yer qalmış, İddiaçı 2 gün müddətində 1 kamaz karbitin atxodunu gətirib ora dağıtmış və qırağına dəmir turba basdırmışdır.
17. X24, X9, X11, X13, X14 və X25 tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il aktın surətində qeyd edilmişdir ki, İddiaçı indiki Simurq şadlıq sarayı istiqamətində 1992-ci ildə Xəzər bağlarında dənizə tərəf axırıncı sol tərəfdə olan 12 sot bağ sahəsini almış, bağın içində 10 kv.m kərpicdən ev, 5 tonluq maşın çəni, su xətti, ağac növləri su hovuzu və bağın içində lazım olan alətlər olmuş, hasar köhnə dəmir lövhələrdən olmuş, ora su basana kimi dəfələrlə həmin bağda olmuşdurlar.
18. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X6 cavabdehlər Cavabdeh3 oğlundan və Cavabdeh4 müştərək qaydada 20000 manat məbləğində (hər birinə 10000 manat olmaqla) dəymiş maddi ziyanın və məhkəmə xərclərinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
19. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1741 nömrəli arayışdan görünür ki, İddiaçı Xəzər bağçılıq yoldaşlığı cəmiyyətinin üzvü olmamaqla, İddiaçı adına heç bir bağ sahəsi qeydə alınmamışdır.
20. 792 nömrəli Bağçının üzvülük kitabçasının surətindən görünür ki, Cavabdeh4 Xəzər bağçılıq yoldaşlığı cəmiyyətinin üzvü olmaqla, bağ sahəsi onun daimi istifadəsinə verilmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi
157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır;
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.
25. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5153/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5153/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materialları ilə müəyyən edilir ki, iddiaçı bağ sahəsinin ona bağçının üzvlük kitabçası əsasında ona məxsus olduğunu bildirsə bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlar isə torpaqdan istifadəyə əsas verən hər hansı bir hüquqmüəyyənedici sənəd olmamışdır. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1741 nömrəli arayışla da iddiaçının Xəzər bağçılıq yoldaşlığı cəmiyyətinin üzvü olmaması və onun adına heç bir bağ sahəsinin qeydə alınmaması təsdiq olunmamaqdadır. Bundan başqa iddiaçı 792 nömrəli bağçılıq kitabçasına əsasən ona bağ sahəsinin verildiyini iddia etsə də iş materiallarında olan 792 nömrəli Bağçının üzvülük kitabçasının surətinə əsasən Cavabdeh4 Xəzər bağçılıq yoldaşlığı cəmiyyətinin üzvü olmaqla, bağ sahəsi onun daimi istifadəsinə verilmişdir.
30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, əsaslı və qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5153/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.