Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-44/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X7 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Cavabdeh3 Sərvan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbi barədə mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-130/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi sakini Cavabdeh2, X4, X5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı ilə 4.03 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.
2. 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini İddiaçı 6 000 000 manata satmışdır.
3. Şamaxı rayonu Dövlət Notariat Kontoruna ünvanlanan ərizədən görünür ki, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh2 məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsinin satılmasına etiraz etməmişlər.
4. JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 78.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin dövlət aktı ilə Cavabdeh2 məxsus olan torpaq sahələri də İddiaçı mülkiyyətinə keçmişdir.
5. **********11 reyestr nömrəli, qeydiyyat tarixi 17 iyul 2021-ci il olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3.528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 mülkiyyətindədir. **********10 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0.5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 mülkiyyətindədir.
6. 02 avqust 2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 əvəzinə X1 rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 3.528 ha torpaq sahəsini Cavabdeh8 5000 manata satmışdır.
7. **********11 reyestr nömrəli, qeydiyyat tarixi 05 avqust 2021-ci il olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3,528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh8 mülkiyyətindədir.
8. 02 avqust 2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 əvəzinə X1 rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 0.5009 ha torpaq sahəsini Cavabdeh8 3000 manata satmışdır.
9. **********10 reyestr nömrəli, qeydiyyat tarixi 05 avqust 2021-ci il olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh8 mülkiyyətindədir.
10. 12.05.2022-ci il tarixli 247 saylı Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbəsi İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 ha torpaq sahəsi vardır. Qəsəbə ərazisində olan həmin torpağı İddiaçı vaxtı-vaxtında əkib becərir və dövlət tərəfindən ödənilən subsidiyanı da alır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT
11. İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 ilə Cavabdeh8 arasında 02 avqust 2021-ci il tarixdə Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələrinin və həmin müqavilələrin əsasında verilmiş AA622746 nömrəli Çıxarışın etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19 avqust 2005-ci ildə Şəhriyar qəsəbəsinin bir qrup sakinindən alqı-satqı yolu ilə torpaq sahələri almışdır. O cümlədən Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 JN 1091 saylı mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan 4.03 ha sahəni Şamaxı rayon Notariat kontorunda bağlanmış 4ə/4-871 saylı alqı satqı müqaviləsinə əsasən ******* manata almışdır. Həmin torpaq sahələri JN 1293 saylı mülkiyyət hüququna dair Dövlət aktı ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan indiyə kimi torpaq sahəsi onun istifadəsində olmuşdur. Bu yaxınlarda aldığı torpaq sahələrini qeydiyyata aldırmaq üçün DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş, digər torpaq sahələri üçün çıxarış almış, lakin Cavabdeh2 aldığı torpaq sahəsi üçün çıxarış verməkdən imtina olunmuşdur. Səbəbi ona belə izah olunub ki, həmin torpaq sahəsi Cavabdeh8 mülkiyyətindədir. Məlum olub ki, 02 avqust 2021-ci il tarixdə Cavabdeh2 və ailə üzvləri həmin torpaq sahəsinin ikinci dəfə Cavabdeh8 satmışlar. Onlar da müvafiq olaraq həmin torpaq sahələrinə AA622746 nömrəli Çıxarış almışlar. Ona qarşı dələduzluq etdiyinə görə Cavabdeh2 rayon prokurorluğuna şikayət edib. Ona cavab verilib ki, iş mülki xarakterlidir, məhkəməyə müraciət edilməlidir. Cavabdeh8 atası Osmanov Ağaqədirlə görüşmüş, ona bu torpağı onun aldığını bilə-bilə niyə yenidən saxta yollarla sənəd düzəltdirib onun torpağını aldığını irad tutmuş, o, Kamilin torpağı ona icarəyə verdiyini, indi isə satmaq istədiyini bildirdiyini demişdir.
13. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması və iddia ərizəsinə dəqiqləşdirmə verərək Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan DƏDR-dən Çıxarışın və xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan DƏDRdən Çıxarışın və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan DƏDR-dən Çıxarışın və 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan DƏDR-dən Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi və vəkili, cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 nümayəndəsi Nümayəndə izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ilə alqı-satqı müqaviləsi qanun pozuntusu ilə aparıldığından həmin müqaviləni rəsmiləşdirmiş notarius barəsində xüsusi qərarad çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 19 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsi cavabdehlər tərəfindən mübahisələndirməmişdir.
16. Şamaxı Rayon Məhkəməsinin 2(074)-130/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahələri İddiaçı mülkiyyətində olduğu halda həmin torpaq sahəsinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olmasına dair Çıxarış verilmiş və torpaq sahəsi Şamaxı regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 02 avqust 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh8 satılmışdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, Mülki Məcəllənin 5.3, 152.1, 324.1, 324.4, 324.5, 337.1, 337.4, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. 19.Qətnamədən Cavabdeh6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - Şamaxı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı əsasında Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4,03 ha torpaq sahəsi torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və onların mülkiyyətinə verilmişdir. Daha sonra torpaq sahəsi iki hissəyə bölünməklə DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində iki ədəd: **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (3,528 ha) və **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (0,5009 ha) dövlət reyestrindən Çıxarışlar verilmişdir. 2021-ci ilin yay aylarında pula ehtiyac olduğuna, eləcə də, torpaq sahəsindən istifadəyə zəruri ehtiyacz olmadığına görə, mülkiyyətdə olan 3,528 ha torpaq sahəsini satmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixində Şamaxı regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisində bağlanmış AN- İ№0964877 nömrəli alqı-satqı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh8 satmışlar. Lakin təxminən 2021-ci ilin noyabr-dekabr aylarında cavabdeh İddiaçı onlara və başqalarına qarşı Şamaxı Rayon Məhkəməsində qaldırdığı iddia üzrə (hazırki iş üzrə) məhkəmə araşdırmasının nəticələrində məlum oldu ki, Cavabdeh2 2005-ci ildə saxta sənədlər əsasında torpaq sahəsini cavabdeh İddiaçı satmışdır. Belə ki, Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 12 avqust 2005-ci il tarixli ərizədə qeyd edilib ki, guya iddiaçılardan Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətdə olan torpaq sahəsinin satılmasına etiraz etmirlər. Halbuki, adıçəkilən iddiaçılar belə bir ərizə yazmayıblar və imzalamayıblar. Bu ərizənin mövcudluğundan yalnız və yalnız İddiaçı iddiası üzrə Şamaxı Rayon Məhkəməsində (hazırki iş üzrə) araşdırma aparılarkən məlumatlı olublar. - “Ümumi mülkiyyətdə olan əmlakın satılması vəya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir”. İddiaçılardan Cavabdeh6 xx.xx.2005-ci il tarixində X6 Aeroportundan təyyarə vasitəsilə Rusiya Federasiyasına getmiş və xx.xx.2005-ci il tarixində Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHBnın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə İddiaçı arasında Şamaxı RayonDövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilə bağlanarkən Cavabdeh6 ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Bu fakt Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/2376 saylı məktubla öz təsdiqini tapmışdır. Bundan başqa, Şəhriyar qəsəbəsi Şamaxı şəhərinə demək olar ki, bitişikdir və notariat kontorunun olmadığı yaşayış məntəqəsi hesab edilmir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin satılması məqsədi ilə iddiaçıların Şamaxı şəhərində yerləşən notariusa getməsinə heç bir maneə və çətinlik yox idi. Lakin iddiaçıların məlumatı və xəbəri olmadan Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində sərəncam vermək üçün Şamaxı RİHBnın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vasitəsilə saxta ərizə məzmununun tərtib edilərək təsdiq olunmasına nail olmuş və Şamaxı Rayon Dövlət notariat Kontoruna vermişdir. Şamaxı Rayon Dövlət Notariat Kontoru isə öz növbəsində, cavabdehlər Cavabdeh2 və İddiaçı arasında “torpaq sahəsinin alqı-satqısına dair” 19 avqust 2005-ci il tarixli müqaviləni təsdiqləmişdir. Bağlanmış alqı-satqı müqaviləsi əsasında isə cavabdeh İddiaçı JN-1293, KOD 41001004 nömrəli “torpağa mülkiyyət hüququna dair” xx.xx.2006-cı il tarixli Dövlət Aktı verilmişdir. Faktiki olaraq, paylı mülkiyyətdə olan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı 19 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən razılıqları alınmamışdır. Bu isə, Konstitusiya, Mülki Məcəllə və digər qanunvericilik aktları ilə təsbit edilmiş mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Lakin təəssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi qeyd edilənlərin heç birini araşdırmamış, bu isə hüquqları pozan qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çox tərəfli) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, istinad olunan işin halları ilə müəyyən olunur ki, İddiaçı 05 avqust 2005-ci il tarixdə Şamaxı rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 4,03 hektar torpaq sahəsini (mülkiyyət hüququna dair dövlət aktı JN 1091 kod ********) qanunvericilikdə nəzərdə tutulmuş qaydada almış və mülkiyyət hüququnu qanunvericilikdə nəzərdə tutulmuş qaydada 23 fevral 2006-cı il tarixdə qeydiyyata aldıraraq kod 410010** JN ***3 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əldə etmişdir.
31. Mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olduğu halda həmin torpaq sahəsinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olmasına dair Çıxarış verilmiş və torpaq sahəsi Şamaxı regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 02 avqust 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh8 satılmışdır.
32. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3679-2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçılar Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh3 cavabdehlər İddiaçı, Şamaxı rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı «ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 adından tərtib edilərək imzalanmış və Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 12 avqust 2005ci il tarixli ərizənin, Cavabdeh2 ilə İddiaçı arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilənin və İddiaçı adına verilmiş “torpağa mülkiyyət hüququna dair” JN- 1293, KOD 41001004 nömrəli xx.xx.2006-cı il tarixli Dövlət Aktının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
33. Həmin iş üzrə iddia tələbi hazırki iş üzrə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı əsasında Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4,03 ha torpaq sahəsi torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və onların mülkiyyətlərinə verilmişdir. Daha sonra torpaq sahəsi iki hissəyə bölünməklə DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən onlara xx.xx.2021-ci il tarixində iki ədəd: **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (3,528 ha) və **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (0,5009 ha) dövlət reyestrindən Çıxarışlar verilmişdir. 2021-ci ilin yay aylarında pula ehtiyacları olduğuna, eləcə də, torpaq sahəsindən istifadəyə zəruri ehtiyacı olmadığına görə, mülkiyyətlərində olan 3,528 ha torpaq sahəsini satmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixində Şamaxı regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisində bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh8 satmışlar. Lakin təxminən 2021-ci ilin noyabrdekabr aylarında cavabdeh İddiaçı onlara və başqalarına qarşı Şamaxı Rayon Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə araşdırmasının nəticələrində onlara məlum olmuşdur ki, Cavabdeh2 2005-ci ildə saxta sənədlər əsasında torpaq sahəsini cavabdeh İddiaçı satmışdır. Belə ki, Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 12 avqust 2005-ci il tarixli ərizədə qeyd edilib ki, guya iddiaçılardan Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətdə olan torpaq sahəsinin satılmasına etiraz etmirlər. Halbuki, adı çəkilən iddiaçılar belə bir ərizə yazmayıblar və imzalamayıblar. Bu ərizənin mövcudluğundan yalnız və yalnız İddiaçı iddiası üzrə Şamaxı Rayon Məhkəməsində araşdırma aparılarkən məlumatlı olublar. İddiaçılardan Cavabdeh6 xx.xx.2005-ci il tarixində X6 Aeroportundan təyyarə vasitəsilə Rusiya Federasiyasına getmiş və xx.xx.2005-ci il tarixində Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHBnın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə İddiaçı arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilə bağlanarkən Cavabdeh6 ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır. Bu fakt Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/2376 saylı məktubla öz təsdiqini tapmışdır. Bundan başqa, Şəhriyar qəsəbəsi Şamaxı şəhərinə demək olar ki, bitişikdir və notariat kontorunun olmadığı yaşayış məntəqəsi hesab edilmir. Ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin satılması məqsədi ilə iddiaçıların Şamaxı şəhərində yerləşən notariusa getməsinə heç bir maneə və çətinlik yox idi. Lakin iddiaçıların məlumatı və xəbəri olmadan Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində sərəncam vermək üçün Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vasitəsilə saxta ərizə məzmununun tərtib edilərək təsdiq olunmasına nail olmuş və Şamaxı Rayon Dövlət notariat Kontoruna vermişdir. Şamaxı Rayon Dövlət Notariat Kontoru isə öz növbəsində, cavabdehlər Cavabdeh2 və İddiaçı arasında “torpaq sahəsinin alqısatqısına dair” 19 avqust 2005-ci il tarixli müqaviləni təsdiqləmişdir. Bağlanmış alqı-satqı müqaviləsi əsasında isə cavabdeh İddiaçı JN-1293, KOD 41001004 nömrəli “torpağa mülkiyyət hüququna dair” xx.xx.2006-cı il tarixli Dövlət Aktı verilmişdir.
34. Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
35. Qətnamədən iddiaçı Cavabdeh6 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
36. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-622/2023 nömrəli iş üzrə 22 may 2023-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. İddiaçı Cavabdeh6 tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3679-2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə iddiaçı Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
38. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(105)-622/2023 nömrəli iş üzrə 22 may 2023-ci il tarixli qətnaməsində məhkəmə kollegiyası aşağıdakı mövqeni ifafdə etmişdir:
39. “Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
40. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.
41. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
42. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
43. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
44. Apellyator şikayətdə qeyd etmişdir ki, 12 avqust 2005-ci il tarixli ərizədə qeyd edilən imza ona məxsus olmamışdır. Eyni zamanda göstərir ki, xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyasına getmiş və xx.xx.2005-ci il tarixdə Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə İddiaçı arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqısatqısına dair” müqavilə bağlanarkən o, ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır.
45. Kollegiya şikayətin həmin dəlilləri ilə razılaşmır.
46. 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini İddiaçı 6.000.000 manata satmışdır.
47. İşdən görünür ki, iddiaçılar ailə üzvləridirlər və torpağın yerləşdiyi Şamaxı rayonu, Şəhriyar qəsəbəsinin sakinləridirlər. Cavabdeh2 tərəfindən ailə üzvlərinə verilmiş torpağın satılmasına dair 2005-ci ildə notarial qaydada müqavilə bağlanmış və torpaq sahəsi cavabdeh İddiaçı satılmışdır. Həmin ildən torpaq sahəsi cavabdehin sahibliyində və istifadəsinə verilmişdir.
48. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarında aşağdakılar qeyd edilir: Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə-sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
49. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan kollegiya hesab edir ki, apelyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 4.03 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları qəsəbədə həmin sahəni bir neçə il ərzində başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) əsaslandırılmamışdır.
50. Ona görə də kollegiya hesab etmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini İddiaçı ******* manata satmasına dair 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz.
51. Kollegiya iddia tələbinin İddiaçı adına verilmiş “torpağa mülkiyyət hüququna dair” JN-1293, KOD 41001004 nömrəli xx.xx.2006-cı il tarixli Dövlət Aktının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi və apellyasiya şikayəti bu hissədə də əsassızıdır.
52. JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 78.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin dövlət aktı ilə Cavabdeh2 məxsus olan torpaq sahələri də İddiaçı mülkiyyətinə keçmişdir.
53. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
54. Göründüyü kimi mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilərkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də iddia tələbi və şiakyətin dəlilləri əsassızdır.
55. Kollegiya iddia tələbinin və şikayətin dəlillərinin 12 avqust 2005-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsi ilə də razılaşmamışdır.
56. Belə ki, məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini İddiaçı ******* manata satmasına dair 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsinin etibarlı müqavilə hesab etməsi, həmin ərizələrin etibarlı olub olmamasını əhəmiyyətsiz hala gətirir. Ona görə də kollegiya hesab edir ki, iddia və şikayətin dəlilləri bu hissədə də təmin edilə bilməz.
57. Yekunda kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
58. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
59. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehə satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir.
60. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir .
61. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.”
62. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3679-2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(105)-622/2023 nömrəli iş üzrə 22 may 2023-ci il tarixli qətnaməsində sərgilənmiş yuxarıda qeyd olunan mövqelərlə razılaşmışdır.
63. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
64. Məhkəmə kollegiyası yuxarıda sadalanan işin faktiki halları və maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-130/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.