Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-485/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi: X5, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə iştirakları ilə, İddiaçı2 və X1 Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) ilk iddia tələbinin qismən təmin edilməsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində İddiaçı2 məxsus olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları ilk iddia üzrə Cavabdeh geri alınmaqla, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməsi, həmçinin "xxxx" MMC-nin 22 iyun 2020-ci il tarixli 550 saylı saylı hesab fakturasına əsasən ekspert tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, "xxxx" MMC-nin VÖEN200178711, "xxxx" ASC Neftçilər filialı, Bankın kodu 507376, VÖEN **********, Müxbir hesab Az.27 NABZ******************** SWİFT BİK JBBKAZ.22, H/h: AZ82JBBK**********1147293A67 hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlk iddia üzrə iddiaçılar X6 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və X1 xüsusi mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları Cavabdeh geri alınaraq onu həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayonunun Palçıqoba kəndində JN-349 seriyalı, 30213028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.20 ha torpaq sahəsi onun xüsusi mülkiyyətində olub, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsini digər iddiaçı qızı İddiaçı2 mülkiyyətinə keçirmişdir. Həmin torpaq sahəsi onun yəni İddiaçı1 mülkiyyətində olarkən, 2014-cü ildə Cavabdeh ilə tanış olaraq Xaçmaz rayonu, Palçıq-oba kəndində yerləşən 0.20 ha torpaq sahəsində birgə balıqçılıq təsərrüfatı yaradacaqları barədə razılığa gəlmişlər. Cavabdeh, həmin torpaq sahəsində yardımçı tikililər daxil olmaqla 20 ədəd su hovuzlarını təmənnasız olaraq maliyyələşdirəcəyini vəd edərək ona notarial qaydada təsdiqlənməyən 10.11.2014-cü il tarxili müqavilə imzalatmışdır. Lakin cavabdeh tikinti işlərini yekunlaşdırdıqdan sonra güya 280.000 manat pul vəsaiti yatırdığını bildirərək həmin məbləği ondan tələb etmişdir. O, bu müəssisədə mütəxəssis kimi işlədiyi vaxtlar Neftçala rayonundan 8500 ədəd balıq gətirib, onları yetişdirmişdir. Satışyararlı çəkiyə çatdırıb və əlavə olaraq balaca hovuzlarda növbəti mövsüm üçün 17000 ədəd “malyok” (1-2 qramlıq körpə balıq) Neftçala rayondan gətirmişdir. Qeyd olunan 8500 ədəd balıqlardan 7000 ədədi oğurlanmışdır. 17000 ədəd xırda balıqlar isə cavabdehin işçisi X8 tərəfindən axar çaya buraxılaraq qəsdən ona külli miqdarda zərər vurmuşdur. Bundan sonra Cavabdeh və onun işçisi ona böyük təzyiqlər göstərərək onu təsərrüfatından uzaqlaşdırmışlar. Cavabdeh belə qanunsuz hərəkətləri ilə onunla aralarında olan müqaviləni kobudcasına pozmuşdur. O, artıq üç ildir ki, yaratdıqları balıqçılıq təsərrüfatına girə bilmir. Bu üç ildə cavabdeh torpaq sahəsini və müəssisəni zəbt edib təkbaşına idarə edir. Onun İrandan gətirdiyi 100 000 ədəd balıq orta hesabla çəkisi 1 kq-a çatdırılıb cavabdeh tərəfindən satılmışdır. Cavabdeh bu balıqlardan 950 000 manat qazanc əldə etmişdir. Cavabdehin isə yatırdığı məbləğ cəmi 68000 manat olmuş, o, yatırdığı vəsaiti götürmüş və 880 000 manat məbləğində pul vəsaitini də artıq gəlir kimi mənimsəmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən əldə olunan gəlirin 50% ona çatacağı bildirilsə də cavabdeh bu günə kimi ona heç bir məbləğdə pul verməmişdir. Cavabdeh və onun işçisi Şahin Qulubəyov əvvəlcədən qurulmuş plan əsasında onun bilik və bacarıqlarından istifadə edərək balıqçılıq təsərrüfatının yaradılmasına nail olmuş sonradan onu uzaqlaşdırmışlar. Belə ki, onun layihəsi üzrə tikilən müəssisədə yetişdirdiyi balıqların o təsərrüfatda olmadığı vaxtlarda hissə-hissə oğurlanaraq satılması, xırda balıqların axar çaya buraxılması ilə müəyyən olunur ki, əvvəlcədən düşünülmüş qaydada onun üçün tələ qurmuşlar. Sonradan guya 40000 manat pul vəsaitini aldığını bildirərək onun mülkiyyətində olan 0.2 ha torpaq sahəsini, üzərindəki yardımçı tikililər daxil olmaqla 20 ədəd su hovuzlarını özününküləşdirməyə cəhd etmişdir. Görəndə ki, bu mümkün deyil, ona qarşı zor tətbiq edərək onu öz təsərrüfatından qovmuşlar. Onu ölümlə hədələdiyi sözlər telefonunun yaddaşında durur. Belə təqibləri ilə onu cinayət etməyə sövq edir. O, bu adamların dələduz olduğunu bilsəydi, onlarla iş birliyinə girməzdi. Cavabdeh onunla 3 müqavilə bağlamışdır və üçü də notarial qaydada təsdiq edilməmişdir. Cavabdeh bunu bilərəkdən etmişdir. Bu müqavilələr ayrıayrı vaxtlarda bağlanmalarına baxmayaraq, 10.11.2014-cü il tarixini göstərir və üçü də 1№-li olduğunu bildirir. Birinci müqavilədə pul vəsaitini təmənnasız yatıracağını bildirsə də, ikinci müqavilədə 280000 mata pul vəsaitini birinci olaraq alacağını göstərir. Müqavilələrin 3-nün də saxta, Cavabdeh məkirli planlarına uyğun olduğunu adi gözlə görmək olur. Cavabdeh hiylələrini həyata keçirmək üçün Xaçmaz Rayon Məhkəməsində ona qarşı əmlakın öhdəliklərdə nəzərdə tutulan şərtlərlə mülkiyyətinə verilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə onun əsassız iddiasını təmin etməmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən onun şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına baxmayaraq Cavabdeh qanunsuz hərəkətlərini davam edir, bu hərəkətlərə son qoyulması tələb edildikdə onu və ailə üzvlərini söyür, təhqir edir, müxtəlif hədələr edir və bildirir ki, belə hərəkətləri ilə onları məcbur edir ki, həmin torpaq sahəsi və müəssisədən onun xeyrinə əl çəksinlər. Ümumilikdə mülkiyyətlərində qanunvericiliklə müəyyən olunmuş qaydada sahiblik və istifadə etmələri mütəmadi və qanunsuz olaraq maneələr törədir, onlara maddi və mənəvi zərər vurur. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan 0,2 ha torpaq sahəsi Cavabdehdan geri tələb edilməklə onun həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin əvəzi, 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirdiyi mənəvi zərərin əvəzi, habelə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzinin cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada onun tərəfindən dəyəri ödənilmiş əmlakların özgəninkiləşdirilərək onu əmlakından məhrum etmələri və onun hesabına əsassız varlanma nəticəsində ona vurduqları maddi zərərin əvəzi kimi-mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin hazırkı bazar qiyməti 370000 (üç yüz yetmiş min) manatın, İddiaçı1 torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40000 (qırx min) manatın, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqlarınalınması üçün ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manatın, İddiaçı1 tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat pulun, Palçıq-oba kəndi ərazisində istifadəsində olan göl-torpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi-kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə İddiaçı1 ondan aldığı 21000 ABŞ dolları məbləğində pulun, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 (iki min səkkiz yüz əlli) manat pulun, İddiaçı1 tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədəd su hövzəsinə köçürülüb saxlanılaraq 1kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 (altı min) manat pulun, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi 9180 (doqquz min yüz səksən) manat pulun, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən İddiaçı1 əmək haqqı olaraq ödənilmiş 6800 (altı min səkkiz yüz) ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə və qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələblərinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə heç bir konkret fakta və sübuta istinad etmədən ilk iddia üzrə İddiaçı2 mülkiyyətində olan 0,20 ha torpaq sahəsi üzərində yaradılmış balıqçılıq təsərrüfatının onun 2016-cı ildən sahibliyində olmaqla istifadə etməsini nəzərə alaraq, qarşılıqlı iddianın təmin edilməsinə əsaslar olmadıgı qənaətinə gəlmişdir. Qətnamədən görünür ki, məhkəmə mübahisəli torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması ilə bağlı çəkilən xərcləri qismən müəyyən etsə də, həmin balıqçılıq təsərrüfatının yaradılmasına 2015-ci ildən başlanılsa da, onun artıq hansı müddətdən istehsalla bağlı fəaliyyətə başlaması, bu müddət ərzində hansı məbləğdə gəlir əldə etməsi və həmin gəlirlərin hara, hansı məqsədlə və necə istifadə olunması, məhz onun təsərrüfatın yaradılması ilə bağlı çəkdiyi yuxarıda göstərilən məbləğdən hansı hissəni əvəzləşdirildiyi kimi iş üçün vacib əhəmiyyətli halları ümumiyyətlə müəyyən etməmişdir. Məhkəmə tərəflər arasındakı mövcud olan əhəmiyyətli mübahisənin həllinə təxmini və ehtimallarla yanaşaraq cavabdehin vergi bəyannamələrinə əhəmiyyət verməmişdir. İş materiallarında olan dəlil və sübutlardan isə görünür ki, mübahisəli torpaq sahəsindəki balıqçılıq təsərrüfatı ilk dəfə 2017-ci ildə fəaliyyətə bağlamış və cəmi 800 manat dövriyyəsi olmuşdur. Onun həmin təsərrüfatın yaradılması ilə bağlı çəkdiyi 370.000 manatdan artıq xərci, onun həmin müəssisədən hər hansı məbləğdə qazanc əldə etməsini təstiq edən sübutların olmadıgı halda, iddianı təmin etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(067)-18/2020 saylı qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə ləğv edilərək, həmin hissədə qarşılıqlı tələbin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə İddiaçı1 həm öz adından, həm də nümayəndəsi olduğu İddiaçı2 adından apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia tələbinin rədd edərək, Cavabdeh tərəfindən iddiaçılara məxsus olan mülkiyyətin qanunsuz istifadə edilməsini, maddi və mənəvin ziyan dəyməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN-349 seriyalı 30213028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon Palçıq-oba bələdiyyəsinin 28.12.2004-cü il tarixli qərarı ilə Xaçmaz rayonunun Palçıq-oba bələdiyyəsinin ərazisində balıqçılıq təsərrüfatının yaradılması üçün İddiaçı1 satılmış 0,20 ha torpaq sahəsi onun mülkiyyəti kimi 12.05.2006-cı il tarixdə qeydə alınmışdır. İşdə olan 19.09.2016-cı il tarixli bağışlama müqaviləsindən müəyyən olunur ki, İddiaçı1 Xaçmaz rayonunun Palçıq-oba kəndində yerləşən, ümumi sahəsi 0,20 ha olan torpaq sahəsini qızı İddiaçı2 bağışlamışdır. İşə əlavə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan və A№ 192522 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı2 tam paylı mülkiyyətindədir. İş materiallarında olan 04 iyun 2019-cu il tarixli etibarnamədən müəyyən olunur ki, İddiaçı2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən özünə məxsus olan torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi İddiaçı1 etibar etmişdir. İşdə olan 10.11.2014-cü il tarixli müqavilədə qeyd olunmuşdur ki, vətəndaş İddiaçı1 müqavilənin 1.1 və 1.2 bəndlərində qeyd edilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahələrini əvəzsiz və müddətsiz olaraq “Tərəflərin” balıqçılıq üzrə birgə müəssisəsinə verilməsini öz öhdəsinə götürür. Vətəndaş İddiaçı1 müqavilənin 1.1 və 1.2 bəndlərində qeyd edilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahəsinin birgə idarə edilməsi və mülkiyyət hüququnun nizamlanması məqsədi ilə, vətəndaş Cavabdeh “Tərəflər” arasında öz imzaları ilə təsdiq edilmiş mülki etibarnamə verilməsini öz öhdəsinə götürür. “2-ci Tərəfin” verdiyi etibarnamə ikitərəfli (yazılı) razılaşma olmadan ləğv edilə bilməz. Etibarnamə “1-ci Tərəfin” razılığı olmadan ləğv edildiyi halda, “2-ci Tərəf” aldıqlarının hamısını digər tərəfə qaytarmağa, mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini (ünvanı qeyd edilmiş torpaq sahəsində tikilmiş obyektlərin dəyəri daxil olmaq şərti ilə) pulla ödəməlidir. 1-ci “Tərəf” isə etibarnamə ilə ona verilmiş hüquq və səlahiyyətləri, ikitərəfli razılaşma olmadan, 3-cü tərəfə verildiyi halda 1-ci tərəf tam olraq 2-ci “Tərəfə” dəymiş maddi və mənəvi ziyanı ödəməyi öz öhdəsinə gətürür. Tərəflərin etibarnamə vasitəsi ilə hüquqlarının nizamlanmasına 20 ədəd su hövzəsinin (yardımçı tikililəri də daxil olmaqla) tikilməsi başa çatdıqdan sonra xitam verilir. Tikinti başa çatdıqdan sonra “Tərəflər” Xaçmaz şəhəri, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin (dövlət aktı–JN0349; kod ********) İddiaçı1 özəlləşdirilməsini öz öhdəsinə götürürlər. Mülkiyyət hüququ təsdiqləndikdən sonra gəlirdən pay bolgüsü maddə 3 ilə tənzimlənir. “Tərəflər” öz mülkiyyətlərini satmaq hüququna malikdirlər. Mülkiyyətini satmaq qərarını verdikləri halda ilk Alıcı qismində yalnız “Tərəflər” iştirak edə bilər. Mülkiyyətin dəyəri bazar qiymətlərinə uyğun hesablanır. Tərəflər razılığa gələ bilmədikləri halda, yalnız hər iki “Tərəfin” yazılı icazəsinə əsasən mülkiyyət üçüncü tərəfə satıla bilər. Vətəndaş Cavabdeh Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş balıqçılıq təsərrüfatının yaradılması üçün lahiyə-smeta sənədlərində nəzərdə tutulan bütün xərcləri öz öhdəsinə götürür. Çəkilmiş xərclər ikitərəfli razılaşma yolu ilə həyata keçirilir və xərc sənədləri “Tərəflərin” imzaları ilə təsdiqlənir. Tərəflər xərc sənədlərindən əlavə digər razılaşdırılmamış xərclər haqqında iddia ilə çıxış edə bilməzlər. Müştərək müəssisənin ilkin gəliri qanunvericilik ilə nəzərdə tutulmuş xərclər çıxıldıqdan sonra hissə-hissə olaraq “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə yönəldilir. Bütün xərclər (verqi və sosial ödənişləri, təsərüfatın fəaliyyətini təmin edən bütün xərclər və s.) çıxıldıqdan sonra yerdə qalan 50%-i “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə, qalan 50% isə Maddə 3-də qeyd edilmiş pay bölgüsünə uyğun xərclər siyahısı ilə tənzimlənir. ”1-ci Tərəf”in sərmayəsi hissə-hissə ödənilərək tam geri qaytarıldıqdan sonar pay bölgüsü yenə də 3-cü maddə ilə tənzimlənir. Tikinti və göl təsərrüfatına yönəldilmiş sərmayələr “1-ci Tərəfə” tam ödənildiyi halda, balıqçılıq təsərrüfatına aid bütün göl, torpaq, tikinti və s. mülkiyyət hüququ iki “Tərəf” arasında, hər birinə 50% pay düşmək şərti ilə notarial qaydada təsdiqlənir. Bu halda tərəflər maddə 2.2-də qeyd edilmiş mülkiyyət hüququnu dəyişdirməyə borcludurlar. Bütün xərjlər (vergi və sosial ödənişləri, təsərrüfatın fəaliyyətini təmin edən bütün xərjlər və s.) çıxıldıqdan sonra yerdə qalan vəsait üzrə pay bölgüsü 50 % Cavabdeh, 40 % İddiaçı1, 10 % isə X9 verilməsi ilə həyata keçirilir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın 30.12.2010-cu il tarixli 440 saylı sərəncamından Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Palçıq-oba kənd sakini İddiaçı1 Palçıqoba bələdiyyə ərazisində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. İşdə olan 29.10.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, Xaçmaz rayonu, Palçıq-oba kənd sakini İddiaçı1 2014-cü ilin yay aylarında tanışı Bakı şəhər sakini X7 vasitəsilə tanış olduğu Cavabdehlə tanış olmuş, söhbət əsnasında onunla iş birliyi yaratmaq qərarına gəldiklərini, o, RF-da balıqçılıq təsərrüfatını öyrənərək uzun illərdir ki, bu işlə məşqul olduğu üçün ona məxsus Xaçmaz rayon Palçıq-oba kəndində 0.20 ha torpaq sahəsində 10.10.2014-cü il tarixdə müqavilə bağlayaraq yardımçı tikililər daxil olmaqla 20 ədəd su hovuzunu təmənnasız tikilməsini aralarında razılaşdıqlarını, bundan sonra Cavabdeh öz işçisi X2 vasitəsilə 150.000 manat sərmayə yatırdığını, lakin tikinti işləri qurtardıqdan sonra hazırda iki ilə yaxındır ki, onu ölümlə hədələyərək zor tətbiq edib öz təsərrüfatından qovulduğunu, vəd etdiyi ona çatacaq 40% gəliri bu günə kimi vermədiyini, əksinə onun qoyduğu pul vəsaitini güya yalandan qeyd etdiyi kimi 280.000 manat pulunu geri qaytarılmasını, ona məxsus bütün tikililərin 0.20 ha torpaq sahəsini, yardımçı tikililər daxil olmaqla onun adına özəlləşdirilməsini tələb etdiyini, bu şəxslərin ona qarşı amansız rəftar etmələri, onu hörmətdən salmaları, hədə-qorxu yolu ilə əmlakını ələ keçirmələri, artıq onu cana doydurduğunu, öz həyatına qəsd etmək qərarına gəldiyini, bu şəxslərin ona qarşı olan hərəkətlərinə görə ailəsi, övladı stress içində olduğunu bildirməsinə dair 29.09.2017ci il tarixdə Xaçmaz rayon prokurorluğuna müraciət etmişdir. İş materiallarında olan 05.04.2015-ci il tarixli xərclərə görə ödəniş qəbzindən müəyyən olunur ki, 21.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmiş və İddiaçı1 tərəfindən imzalanaraq alınmışdır. İşə əlavə olan xərc sənədlərindən müəyyən olunur ki, 20.01.2015-ci il tarixdə 3000 ABŞ dolları, 16.03.2015-ci il tarixdə 5200 ABŞ dolları, 02.04.2015-ci il tarixdə 220 ABŞ dolları, 2900 ABŞ dolları, 6800 ABŞ dolları, 3000 ABŞ dolları, 2000 ABŞ dolları, 1420 ABŞ dolları, 860 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmiş və İddiaçı1 tərəfindən imzalanaraq almışdır. İş materiallarında olan xərclərin siyahısından müəyyən olunur ki, 19.10.2015-ci il tarixdə müəssisəyə cəmi 25 400 ABŞ dolları vəsait xərclənmişdir. İşdə olan "xxxx" QSC-nin pul köçürülməsi haqqında qəbzlərindən müəyyən olunur ki, 17.03.2015-ci il tarixində 4000 manat, 17.06.2015-ci il tarixində 5000 manat və 16.06.2015-ci il tarixində isə 5000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmiş və İddiaçı1 tərəfindən imzalanaraq almışdır. İş materiallarında olan tərəflər arasında yazılıb imzalanmış qəbzdən müəyyən olunur ki, 20.01.2015-ci il tarixli 2600 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən imzalanaraq verilmiş, İddiaçı1 tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra əlavə olaraq 02.03.2015-ci il tarixində 1000 ABŞ dolları məbləğində İddiaçı1 aid pulu Ş.Qulubəyov T.Ələkbərova vermiş, həmin məbləği T.Ələkbərov İddiaçı1 çatdırması barədə qəbzi imzalamışdır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə təkrar ekspertiza keçirilməməsi və mübahisə olunan əmlakın başqa ərazidə yerləşməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işə əlavə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2019-cu il tarixli 14147 saylı ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu, Palçıq-oba kəndində yerləşən Cavabdeh sahibliyi və istifadəsində olan balıq saxlama müəssisəsinin yerləşdiyi torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, ********** qeydiyyat saylı 15 avqust 2017-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan 0.20 ha torpaq sahəsi qeyd edilmiş cizgilər üzrə tam üst-üstə düşür. İş materiallarında olan 22 iyun 2020-ci il tarixli "xxxx" MMC-nin mübahisə predmeti olan müəssisəyə çəkilən xərclərin qiymətləndirilməsi haqqında mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2020 saylı, 31 yanvar 2020ci il tarixli tikililərin qiymətləndirilməsi haqqında qərardadının icrası ilə bağlı əmlaka sərf olunmuş vəsaitin müəyyən edilməsi zamanı müvafiq tikinti materialları bazarı və xidmət haqları araşdırılmış, əldə olunmuş məlumatlarla tikililərə çəkilən xərclərin hazırki bazar qiymətləri ilə hesablanmış, Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən sözügüdən 0.20 ha torpaq sahəsində birmərtəbəli tikili (qaraj, anbar)-16.500 (on altı min beş yüz) manat, ikimərtəbəli tikiliyə (yaşayış, ofis) - 39 000 (otuz doqquz min) manat, daxilində ikimərtəbəli hovuzlarla birgə olan tikiliyə-62 000 (altımış iki min) manat, açıq havada olan 10 ədəd bir-birinə bitişik hovuzlara 36 000 (otuz altı min) manat, açıq havada olan 8 ədəd bir-birinə bitişik hovuzlara -29 000 (iyirmi doqquz min) manat, ümumilikdə bütün tikililərə ehtimal edilən çəkilmiş xərc 182 500 (bir yüz səksən iki min beş yüz) manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 22 iyun 2020-ci il tarixli 550 saylı saylı hesab fakturadan görünür ki, ekspert tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İşin araşdırılmış hallarından və işdə olan sənədlərdən müəyyən olunur ki, tərəflər arasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, ********** qeydiyyat saylı 15 avqust 2017-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan 0.20 ha torpaq sahəsində birgə balıqçılıq təsərrüfatı yaradacaqları barədə razılığa gəlmişlər. Həmin torpaq sahəsində yardımçı tikililər daxil olmaqla 20 ədəd su hovuzlarının təmənnasız olaraq Cavabdeh tərəfindən maliyyələşdirəcəyi barədə notarial qaydada təsdiqlənməyən 10.11.2014-cü il tarxili müqavilə imzalanmışdır. Lakin, sonradan tərəflər arasında birgə balıqçılıq təsərrüfatından istifadə ilə bağlı anlaşılmazlıq yaranmış, İddiaçı1 özünün məhkəmə iclasında verdiyi izahata əsasən 2016-cı ilin mart ayından torpaq sahəsindən çıxarılmışdır. Həmin vaxtdan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan 29.10.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, Xaçmaz rayonu, Palçıq-oba kənd sakini İddiaçı1 2 il əvvəl Cavabdeh tərəfindən ölümlə hədələnərək zor tətbiq edib öz təsərrüfatından qovulması barədə Xaçmaz Rayon Prokurorluğuna şikayət etmişdir. Məhkəmə həm İddiaçı1 izahatına, həm də 29.10.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərara əsasən İddiaçı1 2016-cı ilin əvvəllərindən ******* saylı, ********** qeydiyyat saylı 15 avqust 2017-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan 0.20 ha torpaq sahəsindən çıxarılması halının müəyyən edildiyini hesab edir. Eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(067)- 2459/2017 saylı qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 10.11.2014-cü il tarixli müqavilənin hüquqi əhəmiyyət daşımadığı müəyyən edilmişdir. Bundan başqa Cavabdeh mübahisə edilən torpağın Palçıqoba kəndində deyil, Çinartala kəndində yerləşməsi barədə gətirdiyi dəlil qəbul edilməzdir, belə ki, yuxarıda göstərilən qətnamə və cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərar ilə bu fakt təkzib olunur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan ilk iddia üzrə İddiaçı2 münasibətdə qismən təmin edilməsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları Cavabdeh geri alınaraq o, həmin torpaq sahəsindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə ilk iddia üzrə iddiaçıların Cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin və 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirilən mənəvi zərərin əvəzinin tutulmasına dair hissəsi barədə qeyd edir ki, ilk iddia üzrə iddiaçılar tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında »Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqmda» Avropa Konvensiyasmm iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbİqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanlarm Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirər. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1 və 1096.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Plenum qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə qeyd edir ki, işin hallarından tərəflər arasında balıqçılıq təsərrüfatının yaradılması və təsərrüfatdan birgə istifadə ilə bağlı tərəflər razılaşma olduğu, qarşılıqlı iddia üzrə iddiaçının məhz həmin razılaşma əsasında birgə təsərrüfatın yaradılması üçün xərclər çəkdiyi, eyni zamanda 2016-cı ilin əvvəllərindən ilk iddia üzrə iddiaçıların 15.08.2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları müəyyən edilmişdir. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 10.11.2014cü il tarixli müqavilə hüquqi nəticələr yaratmasa da, tərəflərin həmin müqavilə əsasında razılığa gəldiklərini və Cavabdeh məhz həmin razılaşma çərçivəsində balıqçılıq təsərrüfatına xərclər çəkdiyini təsdiq edir. 2016-cı ilin əvvəllərindən il iddia üzrə iddiaçıların balıqçılıq təsərrüfatının yerləşdiyi 15.08.2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları və həmin vaxtdan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müəssisənin yerləşdiyi torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq, məhkəmə belə hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı razılıq çərçivəsində çəkdiyi xərcləri maddi zərər kimi qiymətləndirməklə, onların əvəzinin ödənilməsini tələb etməsi əsaslı hesab edilə bilməz. Həmçinin, məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1 onu aldatmaqla özünə məxsus olmayan torpaqda balıqçılıq təsərrüfatı yaradılması barədə razılığa gəlməsi və özünün İddiaçı1 məxsus olmayan torpaq sahəsi üçün xərclər çəkməsi barədə iddiada qeyd edilən dəlili barədə qeyd edir ki, iş materiallarında olan 04 iyun 2019-cu il tarixli etibarnaməyə əsasən İddiaçı2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən özünə məxsus olan torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi İddiaçı1 etibar etdiyindən, İddiaçı1 həmin vaxt torpaq sahəsi barədə mülkiyyətçidən alınmış etibarnamə əsasında sərəncam vermək hüququnun olduğu müəyyən edilir. İşin hallarından onun Cavabdeh aldatmaqla sonuncunun balıqçılıq təsərrüfatı yaradılması üçün xərclər çəkməsinə səbəb olmaq niyyətinin olduğu müəyyən edilmir. Azərbaysan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məsəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 10 sentyabr 2020-ci il tarixli 2(067)-18/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-485/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-485/2022
10.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver