Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-49/2022 21.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı2, onun və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Bəkir oğlunun nümayəndəsi və vəkili, Cavabdeh3 vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(027)-147/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Bəkir oğlunun, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(027)-147/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bəkir oğluna qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Bəkir oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpağa mülkiyyət hüququna dair JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1 Bəkir oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 torpağa mülkiyyət hüququna dair JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən onlara məxsus 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin cavabdehlərin hesabına boşaldılması və torpaq sahəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, Quba rayonunda aqrar islahat zamanı yaşadıqları Aşağı-Xuc kəndində İddiaçı2, X19 və İddiaçı1 JN-234 nömrəli, kodu 30327058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Quba rayonu Aşağı-Xuc kəndi ərazisində 1,74 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verildikdən sonra onlar xərçəng xəstəsi olan Alisultanın arxasınca xəstəxanalara getmişdilər. Alisultan 13 iyul 2001-ci ildə vəfat etdikdən sonra onlar torpaq sahəsinin harada yerləşməsi barədə bələdiyyəyə müraciət etmişdilər. Bələdiyyədən onlara torpaq sahəsinin yeri göstərilmişdir. Bundan sonra təxminən 2-3 il həmin torpaq sahəsindən istifadə etmişdilər. Lakin sonradan digər şəxslər gələrək onlara həmin torpaq sahəsindən çıxmağı, torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişdilər. Bundan sonra onlar yenidən bələdiyyəyə müraciət edərək onlara məxsus JN- 234 nömrəli, kodu 30327058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən torpaq sahəsinin yerləşdiyi yeri göstərməyi bildirmiş, bələdiyyə yenə də onlara torpaq sahəsinin yerini göstərmiş, lakin onlar həmin ərazini bir neçə il istifadə etdikdən sonra yenə də başqa şəxslər gələrək istifadə etdikləri torpaq sahələrinin onlara məxsus olduğunu bildirərək, həmin torpaq sahələrindən çıxmalarını demişdilər. Beləliklə, onlar təxminən 7 dəfə torpaq sahəsini dəyişmişdilər. Bu ilin əvvəllərində onlar adlarına verilmiş JN-234 nömrəli, kodu 30327058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən torpaq sahələrinin yerində tanıdılması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdilər. Bundan sonra torpaq sahəsinin yerində tanıdılması və çıxarışın verilməsi ilə bağlı həmin idarənin əməkdaşları onlara məxsus torpaq sahəsinin 234Q ilə işarələnən hissəsi zəbt edildiyindən 05 aprel 2019-cu il tarixli məktubla torpaq sahəsində ölçmə işlərinin aparılmasının mümkün olmadığını bildirmişlər. Cavabdehlərdən hazırki torpaq sahəsinə dair mülkiyyət hüququnu və ya torpaq sahəsinin onlara məxsus olmasını təsdiq edən hər hansı bir sənəd olmasını soruşsalar da, cavabdehlər heç bir cavab verməmişdilər. Ona görə də zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdehlər tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Bəkir oğlunun, Cavabdeh2 və Cavabdeh3 torpağa mülkiyyət hüququna dair JN- 234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən onlara məxsus 1,74 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 Bəkir oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iş üzrə mübahisəli torpaq sahəsinin elektron xəritə koordinatlarının müəyyən edilməsi ilə bağlı ziddiyyətli sübutlara hüquqi qiymət verilmədən, ziddiyyətin aradan qaldırılması üçün məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmənin 03 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 adlarına olan JN-234 saylı, kodu ********* olan dövlət aktında göstərilən torpaq sahəsinin döngə nöqtələri və koordinatlarının naturada onun adına olan JN-236 saylı, kodu ********* olan dövlət aktında, Cavabdeh2 adına olan JN-241 saylı, kodu ********* olan dövlət aktında və Cavabdeh3 adına olan JN-242 saylı, kodu ********* olan dövlət aktında göstərilən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, İddiaçı1 və İddiaçı2 adına olan JN-234 saylı, kodu ********* olan dövlət aktında göstərilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmaması, zəbt olunduğu təqdirdə, hər biri hansı ölçüdə zəbt etməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ünvan 1 sakinləri Cavabdeh1 Bəkir oğlu, Cavabdeh3, Cavabdeh2 və başqalarına ünvanlanmış 24 may 2019-cu il tarixli, **********07 saylı məktubunda ünvan 1ində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sənədləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin Katibliyindən daxil olmuş müraciətə ƏMDK-nin DƏDRX-də baxıldığı və icraçı şirkətin mütəxəssisləri tərəfindən müraciət edənlərin iştirakı ilə torpaq sahəsinə baxış keçirildiyi və torpaq sahəsinin faktiki naturada istifadə vəziyyətinə uyğun koordinatlarının qeydə alındığı göstərilmişdir. Quba Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(027)-1480/19 saylı qərardadı əsasında verilmiş mütəxəssis rəyində İddiaçı1 və İddiaçı2 JN-234 saylı, kodu ********* olan dövlət aktında göstərilən 1,06 ha torpaq sahəsinin onun, Cavabdeh2 və Cavabdeh3 müvafiq olaraq JN-236, JN-241 və JN-242 saylı dövlət aktlarında göstərilən torpaq sahəsi ilə üstüstə düşmədiyi, iddiaçılara məxsus JN-234 saylı, kodu ********* olan dövlət aktında göstərilən torpaq sahəsinin 0,10 ha hissəsinin onun, 0,58 ha hissəsinin Cavabdeh2 və 0,36 ha hissəsinin X30 tərəfindən istifadə olunduğu göstərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Quba rayonu, Aşağı Xuc kənd sakinləri olan Cavabdeh3, Cavabdeh2, ona və başqalarına ünvanlanmış 24 may 2019-cu il tarixli, **********07 saylı məktubunda göstərilənlərlə Quba Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(027)-1480/19 saylı qərardadı əsasında verilmiş mütəxəssis rəyində göstərilənlər arasında ziddiyyət mövcuddur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubunda Quba rayonu, Aşağı Xuc kənd sakinləri Cavabdeh1 Bəkir oğlu, Cavabdeh3 və Cavabdeh2 torpaq sahələrinin koordinatlarının elektron xəritələrdə faktiki naturada istifadə vəziyyətinə uyğun qeydə alındığı göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssis rəyi vermiş Xaçmaz Layihə Tədqiqat İdarəsinin Baş İdarəsi hesab edildiyindən 24 may 2019-cu il tarixli, **********07 saylı məktubda göstərilənlər daha mötəbər sübut kimi qəbul edilməli və qeyd olunan mütəxəssis rəyi ilə məktubda göstərilənlər arasında olan ziddiyyətin aydınlaşdırılması üçün məhkəmə torpaqşünaslıq ekspertizası keçirilməli və mübahisə tərəflərinin faktiki istifadə etdikləri torpaq sahələrinin vəziyyəti ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron xəritə məlumatlarına istinad olunmaqla rəy alınmalı və yalnız bundan sonra iş üzrə yekun qərar qəbul edilməli idi. Hazırki vəziyyətdə iş üzrə gəlinən nəticə mübahisəli torpaq sahəsinin yerləşdiyi Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yaşayan əhalinin arasında faktiki istifadə olunan torpaq sahələri ilə xəritə göstəriciləri arasında fərqlərin olması səbəbindən kütləvi şəkildə yeni məhkəmə mübahisələrinin yaranmasına və əhalinin 20 ildən artıq istifadə etməklə xeyli vəsait və əmək sərf etdikləri torpaq sahələrindən məhrum olmalarına şərait yaratmışdır. X53 bələdiyyəsi tərəfindən iddiaçılara dövlət aktında göstərilən ölçüdə torpaq sahəsi ilə təmin olunmaları üçün müvafiq ərazi göstərilmiş, lakin iddiaçılar 20 il ərzində hərəkətsiz qalmaqla həmin müddətdə cavabdehlərin əkib-becərdikləri meyvə bağlarına sahiblənməyi üstün tutmuşlar ki, bunun da səbəbi meyvə barı olan bağ sahələrinin hazırki bazar qiymətinin xeyli baha dəyərə malik olmasıdır. Cavabdeh1 Bəkir oğlu apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 Bəkir oğlunun apellyasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 Bəkir oğlunun nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2, onun və İddiaçı1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı1, cavabdehlər Cavabdeh1 Bəkir oğlu, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı1 və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 Tahirova (Məmmədova) Baxtli Ümmətovna 03 iyul 1980-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 29 mart 2001-ci ildə ölmüşdür. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 23 aprel 2019-cu il tarixli, 377 saylı arayışından görünür ki, X22 29 mart 2001-ci ildə vəfat etmişdir, onun İddiaçı1, İddiaçı2, X1 və X3 ibarət vərəsələri qalmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktının surətindən görünür ki, Quba rayonu, Aşağı Xuc kəndinin sakinləri X4, Tahirova Baxtlinin və X5 mülkiyyətlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 1,74 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 05 aprel 2019-cu il tarixli məktubdan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, müəyyən olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə olunmuş JN-234 saylı, kodu 30327058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında 234Q nömrə ilə göstərilən 10601,92 kv.metr torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0236 saylı, kodu 30327058 olan dövlət aktının surətindən görünür ki, Quba rayonu, Aşağı Xuc kəndinin sakinləri Cavabdeh1 Bəkir oğlunun, X6, X13, X23, X16 və X8 mülkiyyətlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 4,23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-241 saylı, kodu 30327058 olan dövlət aktının surətindən görünür ki, Quba rayonu, Aşağı Xuc kəndinin sakinləri X24, X17, Cavabdeh2 və X25 mülkiyyətlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 2,50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-242 saylı, kodu 30327058 olan dövlət aktının surətindən görünür ki, Quba rayonu, Aşağı Xuc kəndinin sakinləri Cavabdeh3, X9, X21, X10 və X18 mülkiyyətlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,14 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ünvan 1 sakinləri Cavabdeh1 Bəkir oğlu, Cavabdeh3, Cavabdeh2 və başqalarına ünvanlanmış 24 may 2019-cu il tarixli, **********07 saylı məktubun surətindən görünür ki, ünvan 1ində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sənədləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin Katibliyindən daxil olmuş müraciətə ƏMDK-nin DƏDRX-də baxılmış və 22 may 2019-cu il tarixdə icraçı şirkətin mütəxəssisləri tərəfindən müraciət edənlərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin faktiki naturada istifadə vəziyyətinə uyğun koordinatlarının qeydə alındığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat idarəsinin 25 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan JN-234, kod 30327058 nömrəli dövlət aktına əsasən verilmiş mübahisə predmeti olan 1,06 ha torpaq sahəsi bütünlüklə digər mülkiyyətçilərin istifadəsindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan JN-234, kod 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsi, iş üzrə cavabdehlər Cavabdeh1 Bəkir oğlunun mülkiyyətində olan JN-236, kod 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsi, Cavabdeh2 mülkiyyətində olan JN-241, kod 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsi və Cavabdeh3 mülkiyyətində olan JN-242, kod 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsi üst-üstə düşmür. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan JN-234, kod 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsinin iş üzrə cavabdehlər Cavabdeh1 tərəfindən 0,10 ha, Cavabdeh2 tərəfindən 0,58 ha, Cavabdeh3 tərəfindən 0,36 ha olaraq istifadə olunur. İş üzrə keçirilmiş ekspertizanın 10/1829 saylı, 19 may 2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Xaçmaz Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X4, Tahirova Baxtlinin və X5 mülkiyyətlərində olan Quba rayonu, Aşağı Xuc kəndi ərazisində 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X2, Tahirova Bəxtlinin və X7 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada torpağa mülkiyyət hüququna da JN-0236 saylı, kodu 30327058 olan dövlət aktına əsasən Cavabdeh1, X6, X13, X28, X16 və X8 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 4.23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi, torpağa mülkiyyət hüququna da JN- 241 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X26, X17, Cavabdeh2 və X27 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşə 2.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-242 saylı, kodu 30327058 olan dövlət aktına əsasən Cavabdeh3, X9, X21, X10 və X18 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 3.14 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçılara məxsus torpaq sahəsinin naturada həmin torpaq sahələrinə münasibətdə koordinatları müəyyən edildi. Azərbaycan Respublikasının İqtisadiyyat Naziri yanında ƏMDX-nin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X2, Tahirova Bəxtlinin və X7 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisə predmeti olan 1.06 ha hissəsinin 0.37 ha hissəsi Cavabdeh3 tərəfindən, 0.58 ha hissəsi Cavabdeh2 tərəfindən, 0.06 ha hissəsi isə Cavabdeh1 Bəkir oğlu tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertin rəyi deyil, mütəxəssis rəyi alınmış və qətnamə mütəxəssis rəyinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 64-cü maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Göründüyü kimi, mütəxəssisin rəy vermək səlahiyyəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnamənin hansı hissəsini və yaxud qətnamənin birgə yerinə yetirməli olmasını göstərməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədə cavabdehlər Cavabdeh1 Bəkir oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpağa mülkiyyət hüququna dair JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarını qət etmiş, lakin cavabdehlərin hər birinin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsindən çıxarılmalı olmasını konkret göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edilən halları prosessual hüquq normalarının pozulması kimi qiymətləndirərək hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən Quba rayonu, Aşağı Xuc kəndinin sakinləri X11, Tahirova Baxtli və İddiaçı2 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 1,74 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi torpaq sahəsi verilmişdir. X22 29 mart 2001-ci ildə vəfat etmiş, onun İddiaçı1, İddiaçı2, X1 və X3 ibarət vərəsələri qalmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Naziri yanında ƏMDX-nin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X2, Tahirova Baxtlinin və X7 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisə predmeti olan 1.06 ha hissəsinin 0.37 ha hissəsi X35, 0.58 ha hissəsi Cavabdeh2, 0.06 ha hissəsi isə Cavabdeh1 Bəkir oğlu tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçıların həmin daşınmaz əmlaka mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X4, Tahirova Baxtlinin və X5 mülkiyyətlərində olan Quba rayonu, Aşağı Xuc kəndi ərazisində 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.06 ha hissəsinin 0.37 ha hissəsindən Cavabdeh3, 0.58 ha hissəsindən Cavabdeh2, 0.06 ha hissəsindən Cavabdeh1 Bəkir oğlu çıxarılmalı və həmin torpaq sahəsindən iddiaçıların istifadəsinə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bəkir oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri dəlillər iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə tam təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 Bəkir oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X15, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(027)-147/2020 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X4, Tahirova Baxtlinin və X5 mülkiyyətlərində olan Quba rayonu, Aşağı Xuc kəndi ərazisində 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.06 ha hissəsinin 0.37 ha hissəsindən Cavabdeh3, 0.58 ha hissəsindən Cavabdeh2, 0.06 ha hissəsindən Cavabdeh1 Bəkir oğlu çıxarılsın və həmin torpaq sahəsindən iddiaçıların istifadəsinə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bəkir oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 Bəkir oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X15, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-49/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-49/2022
21.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver