Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-493/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Eldar oğlunun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-253/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-253/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 20163,59 (iyirmi min yüz altmış üç manat əlli doqquz qəpik) manat əsas borc, 9953,94 (doqquz min doqquz yüz əlli üç manat doxsan dörd qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1246.76 (min iki yüz qırx altı manat yetmiş altı qəpik) manat məbləğ olmaqla, cəmi 31564,29 (otuz bir min beş yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manat, ekspertiza xərcinə görə 100 manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilin likvid dəyəri 68500 (altmış səkkiz min beş yüz) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-253/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və X2 qarşı borcun ipoteka predmetinə yönəldilməsi vəəmlakın hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20455 manat əsas, 12056.07 manat müqavilə müddəti sonuna hesablanan faiz, 2002.90 manat cərimə və 1246.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 35.760.73 manat kredit borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 manatın iddiaçının xeyrinə ödənilməsi və ipoteka qoyulmuş, cavabdeh X2 məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı, 8 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və bu vəsait cavabdehin borcunun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İ Z A H A T L AR İ : Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili Vəkil apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissələrində hüquq normalarının müxtəlif nörmalarını və Avropa məhkəməsinin bəzi qərarlarından nümunələri formal olaraq sadalamaqla kifayətlənmişdir. Həmin normaların iddianın təmin edilməsinin əsası ilə əlaqələndirməmişdir. Halbuki məhkəmənin özü tərəfindən qətnamədə sadalanmış iş materiallarından da görünür ki, 12.03.2021-ci il tarixə 24 dekabr 2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC cavabdehə 60 ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə 23.000 (iyirmi üç min) manat kredit vermişdir. Daha sonra isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ondan 12.03.2021-ci il tarixə 20455 manat əsas, 12056.07 manat müqavilə müddəti sonuna hesablanan faiz, 2002.90 manat cərimə və 1246.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 35774.93 manat borc hesablamışdır. Məhkəmə prosesində təyin edilmiş ekspertiza nəticəsində 24.12.2018-ci il tarixə 275/13 saylı kredit müqaviləsi üzrə əsas borcun 20163,59 manat, faiz borcunun isə 9953,94 manat təşkil etməsi müəyyən edilmişdir. Ekspert rəyinə görə ipoteka predmeti olan evin dəyəri 68500 (altmış səkkiz min beş yüz) manat müəyyən edilmişdir. Halbuki həmin evin sənəddə göstərilən ölçüsü ilə faktiki ölçüsü kəskin şəkildə fərqlənir və bu da əmlakın dəyərinə əhəmiyyətli dərəcədə təsir edir. Yəni rəydə göstərilən qiymət real bazar qiymətində ən azı 20000-25000 manat məbləğində aşağıdır. Lakin məhkəmə 2002.90 manat cərimənin (cərimənin azaldılaraq 200 manat müəyyən etməsinə rəğmən....) və 1246.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğin hansı qaydada hesablanaraq müəyyən edilməsinə qiymət verilməmişdir. İpoteka predmeti olan evin məhkəmədə xahiş etməyinə baxmayaraq faktiki (110 kv.m) ölçülərini nəzərə almamış və nəticədə ev real dəyərindən çox aşağı məbləğdə qiymətləndirilmişdir. AP MPM-nin 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. AP MPM-nin 217.1 -ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. Lakin hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-253/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır, qanuni və əsaslı deyildir. Məhkəmə ipoteka predmetinə 68500 (altmış səkkiz min beş yüz) manat qiymət qoysa da bu qiymət işin faktiki halına, yəni evin faktiki ölçülər üzrə real dəyərinə uyğun deyildir. Çünki ev satıldıqda onun artırılmış hissəsi sökülüb sənəddə olan hissəsi deyil, bütöv halda satılacaqdır və qiymət isə tam ölçülərinə uyğun olaraq müəyyən ediləcəkdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 253/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsi çox ədalətsiz və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-253/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasını iclasnda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əliyev Xanlar Kamil oğlu apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-253/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətəri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-253/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-253/2021 saylı qərardadı ilə cavabdeh X5 vəfat etdiyindən iddia tələbinin ona aid hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 24.12.2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə, 23.000 (iyirmi üç min) manat kredit verilmişdir. İş materiallarında olan 24.12.2013-cü il tarixli, 275/13/1 saylı İpoteka Müqaviləsinə əsasən müəyyən edilir ki, ipoteka predmeti olan X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı, 8 saylı mənzil 24.12.2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40000 (qırx min) manat məbləğində qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı, 8 saylı mənzil ünvanı 02.12.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 4 saylı Ərazi İdarəsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünavnalanmış 26.02.2018-ci il tarixli məktubdan görünür ki, X1 mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, X10, X7, Cavabdeh X2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, ev 1-də yerləşən 8 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etmirlər, banka olan əsass, fazi və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdırlar. Gələcəkdə ipotekayta qoyulmuş əmlaka heç bir iddiaları olmayacaq. İş materiallarında olan 04.12.2013-cü il tarixli, 212 saylı Forma 2 arayışından görünür ki, ünvan 1 ünvanı X2 məxsusdur. Daimi qeydiyyatda olanlar X5, Həsənov Yaşar Bahadur oğlu, X7, Cavabdeh, X9, X6, X3r. İş materiallarında olan 14.02.2018-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, həmin tarixdə cavabdehlərə kredit borcunun 5 gün müddətinə ödənilməsi barədə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 18.03.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 12.03.2021-ci il tarixinə Cavabdeh 24.12.2013-cü il tarixli, ******************** saylı kredit müqaviləsi üzrə 20.455 manat əsas, 12056.07 manat müqavilə müddəti sonuna hesablanan faiz, 2002.90 manat cərimə və 1261.96 manat bu məbləğ iddiada fərqlidir kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 35774.93 manat borcu vardır. İş materiallarında olan 20.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin ödənilməsi bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş “Lex Forı” Hüquq və Qiymətləndirmə şirkətinin 25.05.2021-ci il tarixli, LF № 17 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabatından görünür ki, X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilinin likvid dəyəri 25 may 2021-ci il tarixinə 68500 (altmış səkkiz min beş yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2021-ci il tarixli, 9/1888 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 24 dekabr 2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24.12.2018-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 30117,54 manat məbləğində müəyyən edilir, o cümlədən: 24.12.2018-ci il tarixə olan borca dair əsas borc üzrə 20 163,59 manat, faiz borcu üzrə 9953,94 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 dekabr 2013-cü il tarixli 275/13 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərlə (cərimə hesabından çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçının İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə, 23.000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə bank tərəfindən Cavabdeh 12.03.2021-ci il tarixə 20455 manat əsas, 12056.07 manat müqavilə müddəti sonuna hesablanan faiz, 2002.90 manat cərimə və 1246.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 35774.93 manat borc vadır. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehdən 12.03.2021-ci il tarixə 24 dekabr 2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsi üzrə 20455 manat əsas borc və 12056.07 manat faiz borcu tələb edir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən isə cavabdehin 24.12.2018-ci il tarixə 275/13 saylı kredit müqaviləsi üzrə əsas borcu 20163,59 manat, faiz borcu 9953,94 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilərək 24 dekabr 2013-cü il tarixli, 275/13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.163,59 manat və faiz borcu üzrə 9953,94 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 2002.90 manat cərimənin məbləği azaldılmalı, 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, ondan 20163,59 manat əsas borc, 9953,94 manat faiz borcu, 200 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1246.76 manat məbləğ olmaqla, cəmi 31564,29 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdəvə o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiyməti 40000 manat müəyyən edilsə də mütəxəssis rəyində likvid dəyəri 68500 manat qeyd edildiyindən ilkin satış qiyməti likvid qiyməti ilə 68500 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qismən təmin edilməli, tələb ipoteka predmeti olan X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi, dalan 1-də yerləşən 1 saylı evin 8 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. İddia tələbinin “bu vəsait cavabdehin borcunun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir bu qətnamənin icrası prosesinə aid olduğundan iddia təmin edilməməlidir. Bundan başqa iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iş üzrə ekspertiza xərci 145 manat təşkil edir. İddia qismən təmin edildiyindən məhkəmə hesab etmişdir ki, ödənilmiş ekspertiza tədqiqatının dəyərinin 45 manatı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilmli, 100 manat isə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki,cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Apelyant apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə borc məbləği düzgün hesablanmamışdər və evin qiyməti ilə razı deyildir, belə ki, evin qiyməti müəyyənləşdirilərkən mənzilə edilmiş artılmalar nəzərə alınmamışdır, halbuki bunun mənzilin qiymətinə təsiri ola bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir. Belə ki, iş üzrə məhkəmə-mühasibatlıq eksperizası keəirilmiş və borc müəyyənləndirilmişdir, bundan başqa cərimə borcu məhkəmə tərəfindən azaldılmışdır. Apelyant isə ekspert rəyi ilə niyə razılaşmadığına dair tutarlı bir dəlil göstərməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni vəəsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-253/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərəəsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-253/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-493/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-493/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver