Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-5/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdehlər X8 və qeyrlərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh X11 arasında bağlanmış 27.12.2013-cü il tarixli 14İSMLƏ/13 saylı, 17.01.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı, 06.03.2014-cü il tarixli 20İSMLƏ/14 saylı və 22.07.2014-cü il tarixli 09mspİSML/14 saylı əlavə kredit müqavilələrinin ləğv edilməsi, İddiaçı xeyrinə cavabdehlər X5 və X3 25.12.2013-cü il tarixli 14İSMLK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, 27.12.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 20.026,82 ABŞ dolları, faiz borcu üzrə 2.549,60 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, cəmi 22.626 (iyirmi iki min altı yüz iyirmi altı) ABŞ dolları, 42 (qırx iki) sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 17.01.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 24.145,98 ABŞ dolları, faiz borcu üzrə 2.831,75 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, cəmi 27.027 (iyirmi yeddi min iyirmi yeddi) ABŞ dolları, 73 (yetmiş üç) sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və cavabdehlər X5, X3 və Cavabdeh3 25.12.2013-cü il tarixli 14İSMLK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 06.03.2014cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 21.208,85 ABŞ dolları, faiz borcu üzrə 2.605,34 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, cəmi 23.864 (iyirmi üç min səkkiz yüz altmış dörd) ABŞ dolları, 19 (on doqquz) sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və cavabdeh X5 25.12.2013-cü il tarixli 14İSMLK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 22.07.2014-cü il tarixli 09mspİSML/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4.953,13 manat, faiz borcuna görə 778,63 manat, cəmi 5.731 (beş min yeddi yüz otuz bir) manat, 76 (yetmiş altı) qəpik və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 (doxsan) manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmetləri olan Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, məhəllə 14 ünvanında yerləşən 4/21 saylı evin 4 nömrəli mənzilinə, X2 mülkiyyətində olan İsmayıllı şəhəri, Natəvan küçəsində yerləşən 6 saylı evin 5 nömrəli mənzilinə və X6 mülkiyyətində olan İsmayıllı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, məhəllə 14 ünvanında yerləşən 4/21 saylı evin 4 nömrəli mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat, İsmayıllı şəhəri, Natəvan küçəsində yerləşən 6 saylı evin 5 nömrəli mənzilinin ilkin satış qiymətinin 20000 (iyirmi min) manat, İsmayıllı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 34400 (otuz dörd min dörd yüz) manat məbləğində müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, məhəllə 14 ünvanında yerləşən 4/21 saylı evin 4 nömrəli mənzil, İsmayıllı şəhəri, Natəvan küçəsində yerləşən 6 saylı evin 5 nömrəli mənzil, İsmayıllı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 73.518 (yetmiş üç min beş yüz on səkkiz) ABŞ dolları 34 (otuz dörd) sentin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 5851 (beş min səkkiz yüz əlli bir) manat, 76 (yetmiş altı) qəpiyin İddiaçı xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsaitin hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina olunması və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 69.1., 74.1.və 74.2. maddələri). Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Əgər şəxs iddiadan nümayəndəsi vasitəsi ilə imtina edirsə, iddiadan imtina etməsi səlahiyyətini nümayəndəsinə verməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqlarını təmsil edən X7 bir sıra səlahiyyətlər, o cümlədən iddianı tam və ya qismən etiraf etmək və ya onladan imtina etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (Mülki Prosessual Məcəllənin 369.2. və 369.3. maddələri) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş tərəfin şikayəti əsasında başlanıldığından və iddiaçının nümayəndəsi apellyasiya icraatının başlanmasına əsas olan şikayətindən imtina etdiyindən, apellyasiya şikayətindən imtina barədə ərizə iddiaçının iradə ifadəsi ilə verilmiş hesab edilməli, şikayətin geri qaytarılması üçün əsaslar olmadığından ərizə qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 13.4., 365, 263, 264., 369, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-5/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-5/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver