Məhkəmə qərarları › İş №2(105)-539/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-539/2021

15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-539/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və X6 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Xaliq oğlunun Cavabdeh qarşı avtomobilinin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddia qismən təmin edilməsi, İddiaçı Xaliq oğluna məxsus olan "VAZ-21074" markalı, Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı Xaliq oğluna qaytarılması, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Xaliq oğluna verilməsi, qalan 15 (on beş) manat pul iddiaçıya aid edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərardadı ilə iddianı təmin etmək üçün VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs qətnamə tam icra olunana qədər qüvvədə saxlanılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Xaliq oğlu cavabdeh X4 qarşı avtomobilin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə “Nikoyl” X3 6 saylı filialından xx xxxx 2010cu il tarixli kredit müqaviləsi əsasında 26 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərtilə 5200 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən o əsas məbləğdən əlavə, faiz borcu kimi 2336 manat məbləğində pul ödəməli idi. Kreditin qaytarılmasının təminatı kimi həmin avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2011-ci il tarixdə o həmin avtomobili tanışı Cavabdeh satmışdır. Qarşılıqlı razılaşmaya əsasən, Cavabdeh onun banka olan borcunu ödəməli idi. Lakin cavabdeh öhdəliyə əməl etməmiş, buna görə də “Nikoyl” İKB ondan qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və avtomobilin acıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 5982,05 manat pul vəsaitinin ondan “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi qət edilmişdir. Cavabdeh nəinki banka olan borcu ödəməmiş, hətta avtomaşını qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə yalnız iş üzrə mütəxəssis rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmənin keçirilməsi yeri və vaxtı barədə ona xəbər verilmədiyi səbəbindən məhkəmədə iştirakı edə bilmədiyi üçün öz hüquqlarını müdafiə etmək imkanından istifadə edə bilməmişdir. İddiaçının xx xxxxxx 2011-ci il tarixində etibarnamə əsasında onun sərəncamına verdiyi VAZ 21074 markalı, AZ ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili o, işə əlavə edilmiş sübut etibarnamə əsasında ona verilən səlahiyyətindən istifadə edərək xx xxxxxx 2011-ci il tarixində etibarnaməni notariat kontoruna təhvil verərək Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 56/23 ünvanda yaşayan X1 verilməsinə dair etibarnamə vermişdir. Avtomobilin banka olan kredit borcunun ödənilməsinə görə o, heç bir öhdəlik götürməmişdir. Başqasının sahibliyində olan avtomobili mülkiyyətçiyə geri qaytarmaq faktiki olaraq onun imkanın xaricindədir və buna onun heç bir hüququ yoxdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(012)-1663/2013 saylı qətnaməsini ləğv edib, apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili A.G.Ələkbərov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia tələbinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilin özündə saxlaması, lakin onun bu hərəkətindən iddiaçıya maddi zərərin vurulmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin avtomobilin sahibi İddiaçıdir. İşdə olan xx xxxx 2010-cu il tarixli RBB(A)3016 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, İddiaçı VAZ-21074 markalı avtomobilin alınması məqsədilə “Nikoyl” İKB-nin 6 saylı filialından 26 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərtilə 5200 manat məbləğində kredit götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əsasən, İddiaçı 5200 manat əsas borca 2336 manat faiz məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə olan Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş xx xxxxxx 2011-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyə və sərəncam verməyə dair Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(004)-2463/2013 saylı qətnaməsinin surətindən görünür ki, “Nikoyl” İKB-nin İddiaçı qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və avtomobilin acıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilmiş, 4008,26 manat məbləğində əsas borc, 1644,79 manat faiz borcu, 329 manat dəbbə pulu, cəmi 5982,05 manat pul vəsaitinin İddiaçı “Nikoyl” İKB-nin 6 saylı filialının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdeh İ.Cavabdeh məhkəmə tərəfindən işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan (.i.v.25, 29, 31) görünür ki, cavabdeh İ.Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Bundan əlavə olaraq məhkəmə kollegiyası cavabdehin iş üzrə iddiaçının ona verdiyi etibarnamə əsasında avtomobili başqa şəxsə satılması, bununlada onun iş üzrə cavabdeh olmaması barədə gətirdiyi dəlili də qəbul etmir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan Az ** HJ *** dövlət qeydiyyat nişanlı, "VAZ-21074" markalı avtomobilin müvəqqəti idarə olunması üçün Cavabdeh xx.xx.2011-ci il tarixdə etibarnamə vermişdir. Həmin avtomobil İddiaçı tərəfindən “Nikoyl” İKB qarşısında kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş, İddiaçı bank qarşısında öhdəliklərini icra etmədiyinə görə kredit borcunun ipoteka predmetinə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Etibarnamə əsasında avtomaşın üzərində hüquqların Cavabdeh verilməsi sonuncunun həmin avtomobil üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmamışdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2013-cü il tarixli 2(012)- 1663/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar