Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-541/2021 19.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və qanunsuz işdən çıxarılma nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5300/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındaapellyasiyaqaydasındabaxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin xx.xx.2019-cu il tarixli 269-K saylı əmrinin ləğv edilməsi, Cavabdeh-də işlədiyi “administrator” vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxmağa görə xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək ona əmək haqqı hesablanaraq ödənilməsi, saxtakarlığa yol verilməklə işdən çıxarılmağı nəticəsində dəymiş mənəvi ziyana görə ona 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2017-ci il tarixdə müddətsiz əmək əmək müqaviləsi bağlamaqla 153 manat əmək haqqı müqabilində satıcıkassir vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Cavabdeh onun səriştəsini, peşəkarlığını, verilən tapşırıqları layiqincə yerinə yetirməyini və daha böyük potensiala malik olduğunu nəzərə alaraq, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edərək onu başqa iş yerinə - “administrator” vəzifəsinə keçirmiş və əmək haqqını 175 manata qaldırmışdır. İşlədiyi müddətdə rəhbərliyin bütün göstərişlərini yüksək səviyyədə yerinə yetirmiş, işinə dair heç bir nöqsan olmamışdır. O, işdən çıxmağı barədə ərizə ilə müraciət etməsə də, Cavabdeh saxtakarlıq edərək olmadığı halda onun işdən çıxma barədə ərizəsini əsas tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 a) bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) onun əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin onun hüquqlarını, həmçinin əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozan davranışı qanunsuz hesab edilməli, onun pozulmuş hüquqları məhkəmə qaydasında müdafiə edilməklə o, Cavabdeh-də sonuncu tutduğu vəzifəyə bərpa edilməlidir. Bununla yanaşı, məcburi iş buraxma vaxtına görə ona əmək haqqı hesablanaraq ödənilməli, habelə qanunsuz işdən çıxarılma nəticəsində dəymiş mənəvi ziyana görə ona kompensasiya verilməlidir. xx.xx.2018-ci il tarixdə iş yerində bel nahiyəsindən xəsarət aldıqdan sonra cavabdehin ona münasibəti mənfi yönə doğru dəyişmişdir. İş yerində bel nahiyəsindən aldığı xəsarətlə əlaqədar cavabdeh “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi çərçivəsində onu tibbi müayinədən keçməyi üçün X9 göndərmiş və orada verilmiş həkim rəyinə əsasən ona onurğa sütununda 2 yerdə, “L4-L5 və L5-S1 diskdə dural kisəni sıxan 2 mm ölçüdə geniş əsaslı arxa-mərkəzi protruziya” diaqnozu qoyulmuşdur. Həmin vaxtdan bəri müxtəlif vaxtlarda müxtəlif tibb müəssisələrində müalicə kursu keçmiş və səhhətinin pozulması ilə əlaqədar işə çıxmamışdır. İşə çıxmadığı müddət üçün cavabdehə səlahiyyətli tibb müəssisələri tərəfindən verilmiş sağlamlığın müvəqqəti pozulması vərəqi (bülleten) təqdim etmişdir. Lakin Cavabdeh-MMC xx.xx.2019-cu il tarixli, İR-1774 saylı məktub göndərərək onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən xitam verildiyini bildirmiş və əmək kitabçasını təhvil almağı üçün ondan ofisə yaxınlaşmağını xahiş etmişdir. Bu məktubdan görünür ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam versə də, bu barədə onu 4 (dörd) ay sonra məlumatlandırmış, habelə əmək müqaviləsinə xitam vermə əsasını göstərməmiş, əmrin surətini əlavə etməmişdir. O, əmək müqaviləsinə hansı əsasla xitam verilməsini və işin digər hallarını öyrənmək üçün cavabdehin ofisinə gəlmişdir. Ona bildirdilər ki, onun əmək müqaviləsinə yazdığı ərizəyə əsasən öz xahişi ilə xitam verilmişdir. O, işdən çıxma haqqında ərizə yazmadığını, əgər belə bir ərizə varsa, ona təqdim etmələrini bildirmiş, təbii ki, onlar ərizəni, yaxud onun surətini müxtəlif bəhanələr gətirərək təqdim edə bilmədilər. Cavabdehdən işin halları ilə əlaqədar məlumat ala bilməyəcəyini anladıqdan sonra elektron hökumət portalında işçi barəsində aparılan qeydiyyat məlumatlarına baxa bilmək üçün “ASAN İMZA” almışdır. “ASAN İMZA” vasitəsilə elektron hökumət portalında şəxsi kabinetə daxil olub özünə aid məlumatlara baxdıqda görmüşdür ki, həqiqətən də cavabdeh xx.xx.2019-cu il tarixdə 269-K saylı əmr verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 a) bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) onun əmək müqaviləsinə xitam vermişdir. Halbuki, nə o, nə də cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə bir-birilərinə heç vaxt müraciət etməmişlər. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli, İR-1774 saylı məktubu ona 4 (dörd) ay sonra göndərməklə onun pozulmuş hüquqlarını məhkəmədə qorumaq imkanını əlindən almaq məqsədini güdmüşdür. Bildirməlidir ki, cavabdehin sözügedən məktubunu aldığı ərəfədə nənəsi X1 pisləşmiş və o, xx.xx.2019-cu il tarixdə ölmüşdür. Həmin ərəfədə ailəsinin başı nənəsinin dəfninə və hüzura qarışmış, əmək mübahisəsinin həll edilməsi unudulmuşdur. Cavabdeh yazmadığı halda işdən çıxmaq haqqında ərizə yazdığını əsas tutmaqla ona böhtan atmış, kollektivdə işdən çıxma barədə ərizə yazdığını yaymaqla barəsində yalan məlumatlar paylaşmışdır. İşdən çıxma haqqında ərizə yazmadığı halda üzünə dayanmaları onu çox əsəbləşdirmiş və özündən çıxarmışdır. Cavabdehin təsvir etdiyi formada saxtakarlığa yol verməklə onu işdən qovması nəticəsində olduqca böyük mənəvi sarsıntı keçirtmiş və həmin sarsıntı bu günədək hələ də davam edir. O, Füzuli rayonundan olan məcburi köçkündür. Ailələlərinin maddi rifahı yaxşı deyil, o, da işləyib ailəsinin dolanması üçün çalışmalıdır. Lakin indiki vəziyyətdə belindən aldığı xəsarətə görə heç kəs onu işə götürmür. Mübahisə ilə əlaqədar xx.xx.2020-ci il tarixdə 06 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş, lakin bugünədək ona rəsmi cavab verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qarayev X5 şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olmayan bütün faktiki halları araşdırmamışdır. Ona görə də qətnamə ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mülki mühakimə icraatı tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilir. İddia tələbi yönəlmiş cavabdeh və onun nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin edilməmiş, onların mübahisəyə hər hansı bir münasibətini aydınlaşdırmamış, bununla da mülki mühakimə icraatının tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilməsi prinsiplərini pozmaqla qətnamə qəbul etmişdir. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmasıdır. (Azərbaycan Respublikası MPM-nin 387.2.2 maddəsi) Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin məhkəmə iclasında iştirak etmədiyi və bu barədə müddətin tətbiqi barədə ərizə vermədiyi halda, birinci instansiya məhkəməsi mübahisəyə müdətin tətbiq etməklə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli, İR-1774 saylı məktub göndərərək onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən xitam verildiyini bildirdiyini və əmək kitabçasını təhvil almağı üçün ondan ofisə yaxınlaşmağını xahiş etdiyini, məktuba əsasən cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verildiyini, bu barədə onu 4 (dörd) ay sonra məlumatlandırdığını, habelə əmək müqaviləsinə xitam vermə əsasını göstərmədiyini, onun əmək müqaviləsinə hansı əsasla xitam verilməsini və işin digər hallarını öyrənmək üçün cavabdehin ofisinə gəldiyini, onun əmək müqaviləsinə yazdığı ərizəyə əsasən öz xahişi ilə xitam verildiyini, işdən çıxma haqqında ərizə yazmadığını əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. (Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci bəndləri). İşdən göründüyü kimi tərəflər arasındakı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş və elə həmin tarixdə də müqaviləyə xitam verilməsi barədə elektron hökumət portalında məlumat yerləşdirilmişdir. İddiaçı bu barədə xx.xx.2019-cu il tarixli məktubu aldıqdan sonra məlumatlı olduğunu bildirsə də, sonuncu həmin əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi buraxılmış müddətin bərpası barədə ərizəsində isə bu gecikmənin səbəbi kimi nənəsi Bəyim Qarayevanın səhətinin pisləşməsi və onun xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının özünündə qeyd etdiyi kimi xx.xx.2019-cu il tarixdə artıq məlumatı olsada (halbuki xx.xx.2019-cu il tarixdə elektron hökumət portalında məlumat yerləşdirilmiş və o bu özünün apellyasiya şikayətində qeyd etdiyi kimi portala dazil olmaqla məlumatə əldə etmişdir) iddiaçı barəsində olan əmrin mübahisələndirərək işə bərpa olunmasından ötrü əmrin verildiyini bildiyi, xx.xx.2019-cu il tarixdə alındığını nəzərə alsaq həmin müddətdən 10 ay 3 gün sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə xx xxxx 2017-ci il tarixli qərarı). Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə aşağı instansiya məhkəməsində verilməli olsa da, birinci instansiya məhkəməsi aparılmış mülki mühakimə icraatı zamanı cavabdehin məhkəmə iclasında iştirakını təmin edilməmiş və bunun nəticəsi olaraq, sonuncu da bu hüququndan vaxtında istifadə etməmişdir. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Apellyasiya instansiya məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və iş bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyil (L.İ.Binnətovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə müdafiəsi hüququ birinci instansiya məhkəməsi tərəfindən pozulduğundan və apellyasiya instansiya məhkəməsində məhkəmə müdafiəsi hüququ təmin edildiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi qəbul edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə müdafiəsi hüququ birinci instansiya məhkəməsi tərəfindən pozulduğundan və apellyasiya instansiya məhkəməsində məhkəmə müdafiəsi hüququ təmin edildiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il, X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh X3 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh-yə qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və qanunsuz işdən çıxarılma nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-541/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-541/2021
19.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver