Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-551/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2nə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi, iddia müddəti) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2nə qarşı "vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(060)-467/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMCyə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin 1.94 kv.metrinə görə ondan artıq alınmış 873 manat pulun (22068:49.04x1.94=873), artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 43.65 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 63.29 manat pulun (873 manat x 7.25%=63.29), cəmi 979.94 (doqquz yüz yetmiş doqquz səkkiz doxsan dörd qəpik) manat pulun (873+43.65+63.29=979.94) və iddianın qiyməti olan 30 manat məbləğində dövlət rüsumunun müştərək formada birgə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" MTK arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 13 avqust 2012-ci il tarixli, 149 saylı fərdi müqavilə bağlanıb. Müqaviləyə əsasən, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 589, bina 57B ünvanında yerləşən ümumi sahəsi 49.04 kv.m olan 1 otaqlı 90 nömrəli mənzil 22068 (iyirmi iki min altmış səkkiz) manat ödəməklə ona verilib. Lakin mənzil üzərində mtilkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışı əldə etdikdə mənzilin ümumi sahəsinin miiqavilədə qeyd ediləndən az - 47.10 kv.m. olduğu aşkar olub. Qeyd edir ki, cavabdeh "xxxx" MTK-nın bina sakinlərinə qarşı qanunsuz hərəkətləri ilə bağlı dövlət orqanlarına müraciətlər zamanı Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsi tərəfindən onlara verilmiş 07 iyun 2023-cü il tarixlı cavab məktubunda bildirilib ki, “...Yaşavış binası (mənzillərin yerləşdiyi bina) "xxxx" MTK tərəfındən inşa edilib və X5 Xidmətinin 07 fevral 2018-ci il tarixli, 0065 nömrəli aktı ilə istismara qəbul edilib. Hal-hazırda "xxxx" MTK fəaliyyətini dayandırmış və yaşayış binası Cavabdeh2 MMC-yə təhvil verilmişdir”. Cavab məktubunda cavabdeh "xxxx" MTK-nın fəaliyyətinin dayandırıldığı və yaşadıqları binanın digər Cavabdeh2 MMC-yə təhvil verildiyi qeyd edilsə də, Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində “vergi ödəyiciləri barədə məlumat” bölməsində VÖEN üzrə axtarış zamanı hər iki hüquqi şəxsin adı çıxır. Odur ki, mənzilinin sahəsinə görə ondan artıq pul alındığını aşkar etdikdə hər iki hüquqi şəxsə bu barədə 22 noyabr 2023-cü il tarixli pretenziya məktubları göndərib. Pretenziya məktublarında cavabdehlər tərəfindən mənzilin 1.94 kv.metrinə görə artıq alınmış 873 manat pulun (22068:49.04.x1.94=873) ona ödənilməsini istəyib. Cavabdehlər pretenziya məktublarına cavab verməyiblər. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər müqavilədə mənzilin sahəsini qanunvericilikdə nəzərdə tutulduğundan artıq göstərməklə ondan qanunsuz olaraq artıq pul alıblar. Cavabdehlərdən pulun qaytarılması barədə tələbindən sonra da ondan artıq aldıqları pulu geri qaytarmayıblar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulub. Cavabdehlər özgəsinin mülkiyyətini özlərində saxlayırlar. Bunu bildikləri və bilməli olduqları üçün cavabdehlər vicdansız sahibdirlər. Bu mülkiyyət hesabına cavabdehlər əsassız varlanıblar. Ondan artıq aldıqları pulu özlərində saxlayıb xeyrini görməklə cavabdehlər onun mülkiyyəti hesabına hazırda əsassız varlanmış şəxs durmundadırlar. Cavabdehlər bu vəziyyəti davam etdirirlər, özgəyə aid əmlakı vermirlər. Cavabdehlər pulun qaytarılması barədə tələbinə məhəl qoymamaqla pulun qaytarılmasını əsassız ləngitməklə məşğuldurlar. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən “Sultan“ MTK-ya qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. "xxxx" MTK xx.xx.2012-ci il tarixli, 149 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı aldığı 90 nömrəli mənzilə köçdükdən sonra orada yenidənqurma və təmir işlərini aparmışdır. Təbii ki, mənzildə qeyd olunan işlər görüldükdən sonra mənzilin ümumi sahəsində azalmanın baş verməsi qaçılmaz olmuşdur. Mənzildə təmir işlərinin aparılması nəticəsində mənzilin ümumi sahəsi 47.10 kv.m. qədər azalmışdır. Qeyd etməlidirlər ki, binada yerləşən mənzillər təsdiq edilmiş layihə əsasında tikilmiş və iddiaçının mülkiyyətinə verilmiş 90 nömrəli mənzillin layihəsində eyvan nəzərdə tutulduğu halda, iddiaçıya verilmiş mənzilin texniki pasportunda layihədə göstərilənlərdən fərqli olaraq eyvan səhvən balkon kimi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektin sahəsinin və həcmininn hesablanması” Qaydalarının 2-ci bəndində eyvanın və balkonun anlayışları aydm olaraq göstərilmişdir. Mənzilin texniki pasportu tərtib edilən zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanmda Əmlak Məsələləri Dövlət Xidməti Daşmmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəsmi sənədin qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməməsinə görə cavabdeh olan şəxslər tərəfindən yol verilmiş diqqətsizlik nəticəsində eyvan balkon kimi göstərilmişdir. Eyvanla balkonun əmsalları fərqli olduğuna görə, mənzilin ümumi sahəsi hesablanarkən aşkar səhvlərə yol verilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3cü maddəsinin tələbinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bair və ara divarlarının habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektin sahəsinin və həcmininn hesablanması” Qaydaların 3.2-ci bəndində göstərilir ki, yaşayış binasında otaqların və digər sahələr divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba almmadan) ölçülməkə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndində göstərilir ki, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarma vurulmaqla hesablanır. AR Mülki Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə almmalıdır. Hesab edirik ki, mənzilin ümumi sahəsinin azalması iddiaçının həmin mənzildə apardığı təmir işlərinin və mənzilin texiki pasportu tərtib olunan zaman buraxılmış kobud səhvlər nəticəsində yarandığma görə, "xxxx" MTK mülki məsuliyyət daşıya bilməz. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən İddiaçı "xxxx" MTK-ya qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
4. Eyni zamanda cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş maddi zərərin əvəzinin cavabdeh "xxxx" MTK-dan tutulub ona verilməsini xahiş etmişdir. Bildirmək istəyirlər ki, "xxxx" MTK xx.xx.2012-ci il tarixli, 149 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili 2012-ci ildə iddiaçının sahibliyinə vermişdir. İddiacı aldığı 90 nömrəli mənzili təmir etdikdən sonra həmin mənzilə köçmüş və o vaxtdan orada yaşayır. Hesab edirlər ki, İddiaçı mövcud mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürdüyünə görə, onun tərəfindən "xxxx" Mənzil Tikintı Kooperativinə qarşı irəli sürülmüş iddia tələbinə iddia müddəti tətbiq edilməlidir.
5. İddiaçı məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında olan iş üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair 12 noyabr 2024-cü il tarixli ərizə təqdim edilib. Cavabdeh ərizədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.2, 375-ci maddələrinə istinad edərək onun cavabdehə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş edib. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi aşağıdakılara əsasən qanunsuz və əsassızdır: Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia edir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğuna görə o, məhkəməyə müraciət müddətini ötürüb. Əvvəla, cavabdeh müqavilə müddətinə istinad etməkdə səhvə yol verib. Çünki hazırki məhkəmə mübahisəsi müqavilə və ya öhdəliyin icrası barədə iddia deyil. İddia müddətinin tətbiqi barədə ərizənin 3-cü abzasında qeyd edilib ki, "xxxx" MTK xx.xx.2012-ci il tarixli,149 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili 2012-ci ildə iddiaçının sahibliyinə vermişdir”. Göründüyü kimi, cavabdeh özü də etiraf edib ki, qeyd edilən müqavilə üzrə öhdəliyi yerinə yetirib. Öhdəlik isə mənzilin ona təhvil verilməsidir. Cavabdeh mənzili ona təhvil verməklə öhdəliyi icra edib. Hazırki məhkəmə mübahisəsində heç bir öhdəliyin icrasından söhbət getmir. Onun cavabdehdən tələbi mənzilin təhvil verilməsi, yəni müqavilə üzrə öhdəliyin icrası yox, ona vurulmuş maddi zərərin ödənilməsidir. İddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 589, bina 57B ünvanında yerləşən, ümumi sahəsi faktiki olaraq 47.10 kv.m olan 1 otaqlı 90 nömrəli mənzilinə dair ona təqdim edilmiş mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış 21 iyun 2021-ci il tarixdə qeydə alınıb və ona təqdim edilib (Çıxarış məhkəməyə təqdim edilib). O, yalnız bundan sonra görüb ki, cavabdeh ondan mənzilə görə artıq pul alıb. Mənzilin sahəsinə görə ondan artıq pul aldığını aşkar etdikdən sonra ondan mənzilin 1.94 kv.metrinə görə artıq alınmış 873 (səkkiz yiiz yetmiş üç) manat pulun (22068:49.04x1.94=873) ona ödənilməsini istəyib. Cavabdehin ondan artıq pul aldığı ona mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış təqdim edildikdən sonra (21 iyun 2021-ci il) məlum olub. Odur ki, iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz və iddia müddəti tətbiq edilə bilməz. Cavabdeh məhkəmədən iddia müddətinin tətbiqini tələb etməklə onun Konstitusiya ilə təminat verilmiş məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırmaq istəyir.
6. xx.xx.2012-ci il tarixli, 149 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində tikilməkdə olan yaşayış binasının 57B Korpusunun ikinci blokunda, onuncu mərətəbədə bir otaqlı 90 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzilin ümumi sahəsi 49.04 m2-dir. Mənzilin qiyməti 22068 manatdır.
7. Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 57B, sahəsi 47,10 kv.m olan 90 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-cü il tarixdə qeydə alınmışdır.
8. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, məhkəməyəqədər pulun ödənilməsi barədə cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə müraciət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(060)-467/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər "xxxx" Mənzil- Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 377.2, 377.3, 375.2, 385.1, 386.1, 752.1, 752.2, 753.1, 762.1, 766 və 776.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(060)-467/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" MTK arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 13 avqust 2012-ci il tarixli, 149 saylı fərdi müqavilə bağlanıb. Müqaviləyə əsasən, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 589, bina 57B ünvanında yerləşən ümumi sahəsi 49.04 kv.m olan 1 otaqlı 90 nömrəli mənzil 22068 (iyirmi iki min altmış səkkiz) manat ödəməklə ona verilib. Lakin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış sənədini əldə etdikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az - 47.10 kv.m. olduğu aşkar olub. Odur ki, mənzilin sahəsinə görə artıq pul alındığını aşkar etdikdə dərhal cavabdehə mənzilin 1.94 kv.metr sahəsinə görə ondan artıq alınmış 873 (səkkiz yüz yetmiş üç) manat pulun (22068:49.04x1.94=873) ona geri ödənilməsini tələb edən pretenziya məktubu göndərmişdir. Pretenziya məktubuna heç bir cavab almayınca pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məsələ ilə bağlı bütün zəruri sənədlər və vəsatətlər məhkəməyə təqdim edilsə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-467/2025 saylı yekun qərarı ilə delikt məzmunlu məlum zərərin ödənilməsinə dair müvafiq tələbi məhz mahiyyəti üzrə düzgün tövsif edilmədiyinə görə iddiası təmin olunmayıb. Belə ki, işə əlavə olunmuş qoşmalardan da aydın göründüyü kimi 13 avqust 2012-ci il tarixində məlum razılaşma əsasında tam ödəniş edərək "xxxx" MTK firmasından reklam bültenindəki vədlər üzrə 6 ay sonra binanın payçılara təhvil veriləcəyi bəyan edilməklə ünvan 1 ünvanında 49,04 kv/m mənzil sahibi olmuşdur. MTK rəhbərliyi istifadəsində olan mənzilin (mənzil 2015-ci ildən təmir olunmağa və 2018-ci ildə yaşanmağa başlanıb) çıxarış sənədini ancaq 2021-ci ildə Ali Məhkəmənin müvafiq qərarından sonra ona təqdim edib. Məhz bu səbəbdən də mənzilə dair plan ölçülərinin aparılması məqsədilə əmlak idarəsinə müraciət etmiş, Dövlət reyestr sənədini aldıqda isə mənzilinin ölçülərinin müqavilədə qeyd edilən rəqəmlərdən 1,94 kv/m əskik olduğu (47,10 kv/m) aşkarlandığına görə firmaya pretenziya ünvanlansa da artıq alınmış pulun ona geri ödənilməsi üçün heç bir hərəkət olmayıb. 2024-cü ildə yerli məhkəmədə iddiası hakimin dediyi kimi - mənzili təhvil aldıqdan sonra müqavilə öhdəliyinə tətbiq olunan 10 illik müddəti ötürmək səbəbilə təmin olunmayıb. MTK bina inşasından əvvəl mənzilin sahəsini çox əla bilsə də müvafiq əmlak normativləri müstəvisində lazer və s. ölçü həyata keçirməklə təhvil verməyib. Payçılara mənzilin zəruri sənədləri olmadan açarının verilməsi özəlləşdirmə üçün heç bir əsas olmadığından istifadədə olan əmlaka bir mülkiyyətçi kimi sərəncam hüququ üçün də zəmanət deyil. Ümumiyyətlə bugunədək eyni mənzilin qanunsuz olaraq bir neçə adama satılmasına aid xeyli hallar da mövcuddur. Bu kimi halların aradan qaldırılması üçün əmlak idarəsi məhz mənzilə dair müqavilədən başqa yuxarıdaki digər sənədlər əsasında sorğu üzrə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq normativlər qaydasında texniki-ölçü üçün icra işləri aparır. Çox maraqlıdır ki, bu zəruri sənədləri 4 il öncə ala bilmişdirsə hansısa 10 illik müddəti keçirmək necə mümkündür!?. Bütün hallarda MTK ondan artıq pul alıb. Üstəlik mənzil ölçü hesablarının düzgün aparılmadığı təsdiqini tapıb. Bu hal da aşkarlandığı üçün məhkəməyə müraciət olunub. Qarşı tərəf ondan əskik sahə üçün alınan artıq ödənişi geri qaytarmağa borcludur! Cavabdehlər pulun qaytarılması barədə tələbinə məhəl qoymamaqla pulun qaytarılmasını əsassız ləngitməklə məşğuldurlar. Cavabdeh öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə deyil, vicdansızca hərəkət ediblər (MM. 425), bununla da öhdəliyi lazımınca icra etməyiblər (MM. 442,443). Cavabdeh öhdəliyin pozulmasına görə vurduqları zərərin əvəzini ona ödəməlidilər. O, cavabdehlər tərəfindən mənzilin 1.94 kv.metrinə görə artıq alınmış 873 manat pulun ona ödənilməsini istəmişdir. Bundan əlavə, cavabdehlər qeyd edilən pul məbləğlərinin ödənilməsini gecikdirdiklərinə görə, gecikdirilmiş vaxt üçün həmin məbləğəillik beş faizi də ona ödəməlidirlər: 873 manat x 5% = 43.65 manat Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra MB) rəsmi web saytındaverilən məlumatlara əsasən, MB-nın 02 may 2024-cü il tarixinə illik uçot faiz dərəcəsi 7.25 faizdir: (MB-nın rəsmi səhifəsindən çıxarış əlavə edilir). 873 manat x 7.25% = 63.29 manat cavabdehlər özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizləri də (bank uçot dərəcəsi) ona ödəməlidilər. Odur ki, cavabdehlər ona vurduqları zərərin əvəzini ödəməlidilər. Bundan başqa, məhkəmə xərcinə daxil olan çəkdiyi xərclərin əvəzi də cavabdehlərdən alınaraq ona ödənilməlidir. Hakim mənzil sənədlərinin 2021-ci ildə əldə olunmasına baxmayaraq guya 10 il müddət keçməsini əsas gətirib iddiasını təmin etməyib. Halbuki, əmlak idarəsinin sənədləri ortadadır. İşdən də görünür ki, iş üzrə yetərli araşdırma aparılmamışdır. Hakim mənzil açarının verilməsini əsas götürsə də əmlak idarəsi ölçü müayinələrini ancaq sənədlərlə icra edir. Bununla bağlı vəsatəti də təmin olunmayıb.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər iş üzrə çıxarılmış qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdeh ’’Sultan” Mənzil-Tikinti Kooperativi hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları müvafiq olaraq düzgün qiymətləndirərək iş üzrə qanuni qətnamə qət etmişdir. Bildirmək istəyir ki, "xxxx" MTK xx.xx.2012-ci il tarixli, 149 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı aldığı 90 nömrəli mənzilə köçdükdən sonra orada yenidənqurma və təmir işlərini aparmışdır. Təbii ki, mənzildə qeyd olunan işlər görüldükdən sonra mənzilin ümumi sahəsində azalmanın baş verməsi qaçılmaz olmuşdur. Mənzildə təmir işlərinin aparılması nəticəsində mənzilin ümumi sahəsi 47.10 kv. m. qədər azalmışdır. Qeyd edir ki, binada yerləşən mənzillər təsdiq edilmiş layihə əsasında tikilmiş və iddiaçının mülkiyyətinə verilmiş 90 nömrəli mənzillin layihəsində eyvan nəzərdə tutulduğu halda, iddiaçıya verilmiş mənzilin texniki pasportunda layihədə göstərilənlərdən fərqli olaraq eyvan səhvən balkon kimi göstərilmişdir. Hesab edir ki, mənzilin ümumi sahəsinin azalması iddiaçının həmin mənzildə apardığı təmir işlərinin və mənzilin texiki pasportu tərtib olunan zaman buraxılmış kobud səhvlər nəticəsində yarandığına görə, "xxxx" MTK mülki məsuliyyət daşıya bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(060)- 467/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xhiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
17. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli, 149 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində tikilməkdə olan yaşayış binasının 57B Korpusunun ikinci blokunda, onuncu mərətəbədə bir otaqlı sahəsi 49.04 m2 olan 90 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzil 2012-ci ildə tarixdə sifarişçiyə (iddiaçıya) təhvil verilmişdir. Hazırda iddiaçı mənzilinin 1,94 kv.metrinə görə ondan artıq alınmış 873 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 43.65 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 63.29 manat pulun və iddianın qiyməti olan 30 manat məbləğində dövlət rüsümunun müştərək formada birgə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC tərəfindən tutularaq birdəfəlik qaydada ona ödənilməsini tələb edir.
24. Mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 149 nömrəli Çoxmənzilli yaşayış binasınını tikintisi haqqında Fərdi müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikləri ölçüdə və qaydada tikərək təhvil verməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, sifariş 2012-ci ildə təhvil verilmişdir. İddiaçı isə hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 12 il sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur.
26. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır və hazırkı iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olduğundan iddiaçının tələbinə 5 illik iddia müddəti şamil edilməlidir.
27. Eyni zamanda məhkəmə iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsinin mənzilin reyestrdən çıxarışını aldıqdan sonra ona məlum olmasına dair dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, bu inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş iddia müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. İş materialları ilə müəyyən olunur ki, mənzilin təmir işləri ən geci 2013-cü ildən başlanmışdır. Deməli, iddiaçı bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
28. Məhkəmə onu da qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə yalnız "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verildiyindən, iddia müddəti yalnız ona münasibətdə tətbiq edilməlidir.
29. Digər cavabdehə münasibətdə isə məhkəmə hesab edir ki, yaşayış binasının tikintisi haqqında müqavilə iddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlandığından Cavabdeh2 MMC-nin iddiaçı qarşısında həmin müqavilədən irəli gələn hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməsi üçün hər hansı əsas yoxdur.
30. Məhkəmə qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, ilk əvvəl qeyd edir ki, apellyatorun dəlilləri iddia tələbinin əsası ilə oxşar olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə hərtərəfli araşdırma aparılmış, qiymət verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(060)-467/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.