Məhkəmə qərarları › İş №2(105)-571/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-571/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-571/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşamış X2 16 dekabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X4 xx.xx.2024cü il tarixində süd vəzi xərçəngindən dünyasını dəyişmişdir. Belə ki, təqribən 2023-cü ilin payızında anasında süd vəzisində xərçəng xəstəliyi aşkar edilmişdir. Bundan sonra xətəxanada anasını Respublika Onkoloji Xestəxanasına göndərdilər. Orada müalicə baha olduğundanbir il ərzində heç bir müalicə almamış, heç bir xəstəxana qeydiyyatına düșməmişdir. Bir il müalicəsiz evdə keçirdikdən sonra 16 dekabr 2024-cü il tarixdə vəziyyəti kəskinləşmişdir. O həmin vaxtı təcili yardıma zəng etmişdir. Təcili yardımdan həkimlər gələndə artıq anası dünyasını dəyişmişdi. Bundan sonra qohumlarının köməkliyi ilə xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn etmişdirlər. Ölüm haqqında tibbi șəhadətnaməni ala bilmədiyi üçün Maraqlı şəxs ölüm faktının qeydiyyata alınmasından imtina etmişdir. Bundan sonra anası X2 ölüm haqqında tibbi şəhadətnaməsini almaq üçün xx.xx.2024-cü il tarixdə Abșeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin, Abșeron Rayon Mərkəzi Xəstəxanası da ölümün baş vermə səbəbi məlum olmadığını tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması, Ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Ərizəçi ərizənin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin anası X4 xx.xx.2024-cü il tarixdə ölmüş, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət etsə də müvafiq tibb müəssisəsi tərəfindən ona həmin şəhadətnamə verilməmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən ərizəçi anası X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ərizəçi qeyd edilən qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(012)-1740/2025 saylı qərardadını ləğv edilməsi və hüquqi faktın müəyyən edilməsi barədə ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tələbi Mülki Prosessual Məcəllənin 307-ci maddəsinin tələblərinə tam cavab verib. Həmin maddəyə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında şəhadətnamənin verilməməsinə dair sənədi o, ərizəyə əlavə etmişdir. Məhkəmə onun ərizəsini dügün qiymətləndirməyib. Öz ərizəsində bildirmişdir ki, anası X1 təqribən 2023-cü ilinpayızında süd vəzisində xərçəng xəstəliyi aşkar edilmiş, bundan sonra xətəxanadan anası Respublika Onkoloji Xəstəxanasına göndərdilər. Orada müalicə baha gəldiyindən bir il ərzində heç bir müalicə almamış, heç bir xəsətəxana qeydiyyatına düşməmişdir. Bir ili müalicəsiz evdə keçirdikdən sonra 16 dekabr 2024-cü il tarixdə vəziyyəti kəskinləşmişdir. O, həmin vaxtı təcili yardıma zəng etmişdir. Təcili yardımdan həkimlər gələndə artıq anası dünyasın dəyişmişdi. Bundan sonra qohumlarının köməkliyi ilə xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə qəbirsanlığında dəfn etmişdir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Əvvəlcə o aydınlaşdırılmalıdır ki, Tibb müəssiəsi ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən əsaslı olaraq imtina edib yoxsa əsassız olaraq. Hakim bunu aydınlaşdırılması qərardaddan görünmür. Sadəcə qanunvercilik normalarını formal sadalamaqla öz işini bitmiş hesab edib. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. İş materiallarıda olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasının ərizçiyə ünvanladığı 25 dekabr 2024-cü il tarixli imtinasından görünür ki, əriçəçi anasının ölümü ilə əlaqədar tibbi şəhadətnamənin verilməsi üçün tibb müəssisəsinə müraciət etmiş, lakin tibb müəssisəsi S.Əliyevanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçının ərizəsindən göründüyü kimi o, anasının ölüm hadisəsinin ünvan 1 ünvanında baş verdiyini, həmin vaxt təcili yardıma məlumat verdiyini, lakin təcili yardımdan həkimlər gələndə artıq anasının öldüyünü bildirməklə, ölümün qeydə alınması ilə əlaqədar müvafiq tibbi şəhadətnamə alması üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin tibb müəssisəsi S.Əliyevanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. Tibbi şəhadətnamə verilmədiyindən isə qeydiyyat şöbəsi ölümü qeydə alaraq, müvafiq şəhadətnamə verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi isə ərizəni iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etməklə, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildiyi təqdirdə həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı ərizəçini aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək etmək hüquq olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi Abşeron Rayon Mərkəzi Xəstəxanası ərizçiyə, anasının ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtinanın əsassız verilib-verilməməsini qiymətləndirmək isə ilk növbədə həmin şəhadətnamə almaq üçün müvafiq müəssisəyə müraciət edən şəxsə məxsusdur. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin iddia ərizəsini icraata qəbul etmədən, dolayısı ilə imtinanın əsassız olmasına istinad etməklə ərizəni icraata qəbul etməkdən imtinası əsassız hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(012)-1740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar